MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Gundelik namazlari 3 vaxt qilmaq olarmi?

 
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> NAMAZ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Qarabagli_323



Daxil ol: B. Dek. 24, 2006 18:13
İsmarışlar: 2
Şəhər/ölkə: Qarabag/Azerbaycan

İsmarışGöndərilib: Ç.a. Dek. 26, 2006 3:27 pm    İsmarış mətni: Gundelik namazlari 3 vaxt qilmaq olarmi? Sitatla cavab ver

Assalamu aleykum!!! Bildiyimiz kimi gundelik namazlar 5 defe qilinir. Bes zohr ve esr, megrib ve isha namazlarinin bir-birinin ardinca qilmaq ne derecede duzgundur? Bu barede ve ya buna qarshi kimin delilleri var?? Cavabinizi gozleyirem
_________________
Oz dinimle fexr edirem..........!!!!!!!!!!!!!!!!!!
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1221

İsmarışGöndərilib: C.a. Dek. 28, 2006 4:35 pm    İsmarış mətni: Sitatla cavab ver

XƏBƏRDARLIQ! Forumda polemika xarakterli yazilarin açılması, yayılması qadağan olduundan bütün yazılar silinmişdir. Növbəti bu tip yazılar da eyni qaydada silinməklə bərabər, inşaAllah yazını yerləşdirən istifadəçi də xəbərdarlıq alaraq forumdan xaric ediləcəkdir. Forumun qaydaları ilə daha yaxından tanış olmaq üçün aşağıdakı bölməyə daxil olmağınız tövsiyyə olunur:
https://www.azerislam.com/forum/viewtopic.php?t=40&start=20
Qaldı ki, namazın gün ərzində neçə dəfə qılınmasına bu barədə artıq forumuzda mövzu mövcuddur və Quran ayələrinə əsasən cavablandırılaraq hər bir müsəlmana 5 dəfə namaz qılmağın fərz olduğu qeyd edilmişdir:
https://www.azerislam.com/forum/viewtopic.php?t=536
Namazların birləşdirilərək qılınmasına dair səhih hədisə gədlikdə isə Peyğəmbərimiz (səllallalhu aleyhi və səlləm) həyatı boyunca bu əməli bircə dəfə etmişdir. Bu da ona dəlildir ki, namazın 3 dəfə qılınması heç də hər kefi istəyəndə yerinə yetirilməli olan məsələ yox, əksinə yalnız zərurət, təhlükə halında edilə biləcək bir şeydir.
Mövzu bağlanır.

_________________


İnsanları zikr etməkdənsə, Allahı zikr edin.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1221

İsmarışGöndərilib: C.a. Noy. 22, 2007 3:48 pm    İsmarış mətni: Sitatla cavab ver

Namazin beş vaxtını bildirən şəriət dəlilləri

Bütün aləmlərin Xaliqi olan Tanrımız bizə saysız-hesabsız nemətlər vermişdir. Bu nemətlərə görə Yaradana həmd, şükr və tərif edirik, Onun əmrlərini yerinə yetirmək və yasaqlarından çəkinmək borcumuzdur.

Namaz ibadətlərin ən əzəmətlisidir. Hər gün beş vaxtda qılınır. Vaxtlarına görə bunlardır:
1. Sübh (2 rükət): «… Sübh namazını da qıl». («əl-İsra», 78, və ya bax: «Hud», 114; «ər-Rum», 17).
2. Zöhr, yəni günorta (4 rükət): «…Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 18).
3. Əsr, yəni ikindi (4 rükət): «Namazlara, (xüsusi ilə) orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın» («əl-Bəqərə», 238 və ya bax: «əl-İsra», 78; «Hud», 114; «ər-Rum», 18).
4. Məğrib, yəni axşam (3 rükət): «Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın)» («ər-Rum, 17 və ya bax: «əl-İsra», 78; «Hud», 114; «əl-İsra», 78).
5. İşa, yəni gecə (4 rükət): «…gecənin qaranlığınadək (günorta, ikindi, axşam və gecə) namaz qıl …» («əl-İsra», 78 və ya bax: «Hud», 114; «ər-Rum», 17).
Hər namaz öz vaxtında qılınmalıdır: «…Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.» («ən-Nisa», 103). Həmçinin «əl-Muzzəmmil» surəsinin 20-ci ayəsinin təfsiri gecənin bir hissəsi (üçdə ikisini, yarısını və ya üçdə birini) qılınan namazı rüsxət verərək, kün ərzində beş vaxt namazın əmr olduğunu bildirir: «… O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi (yaxud bütün gecəni oyaq qalıb ibadət edə bilməyəcəyinizi) bildiyi üçün sizi əfv etdi (rüsxət verərək gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, fərz kimi gün ərzində beş vaxt namazı buyurdu)…» («əl-Muzzəmmil», 20).
Müsəlman və ya mömin namaza qarşı səhlənkar olmamalı və namazında riyakarlıqdan uzaq olmalıdır: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar). Onlar (namazlarında) riyakarlıq edər» («əl-Maun», 4-6).

_________________


İnsanları zikr etməkdənsə, Allahı zikr edin.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Bu mövzu bağlıdır, cavab göndərə və ya ismarışları redaktə edə bilməzsiniz.     Forumun ana səhifəsi -> NAMAZ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


2001-2007 © Azerislam.com - Müstəqil islam saytı.
Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və
1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Dizayn NUR D şirkətinə məxsusdur.