MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

Minhəc nədir?

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> TÖVHİD
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Humeyra
idarəçi


Daxil ol: Çər. Fev. 04, 2004 22:03
İsmarışlar: 1221

İsmarışGöndərilib: C.a. Noy. 22, 2007 3:31 pm    İsmarış mətni: Minhəc nədir? Sitatla cavab ver

MƏNHƏCCİN ƏHƏMİYYƏTİ NƏ DƏRƏCƏDƏDİR?

Mənhəc-islam dininin etiqad, inam və qanunlarını tətbiq etməyin, həyata keçirməyin metodologiyası, üsulu deməkdir.

Sələfus Salih (saleh sələflərimiz) Allahın Kitabı, Rəsulullahın sallallahu aleyhi və səlləm sünnətində və Səhabələrin təcrübəsində, tətbiqatında əks olunan, bildirilən metodoloji üsullara möhkəm bağlılığı ilə fərqlənmişdirlər.

Bu minvalla ƏQİDƏ sahəsində Sələfus Salih xüsusi mənhəccə tabe olurlar. Bu mənhəc ağıl və kəlamı Qurani Kərimin nasları (ayələri) və Rəsulullahın sünnəsi və ümmətin imamlarının məşhur sözlərindən önə keçirməklə fərqlənən Aşari, Mötəzilə və onlara bənzər digər firqələrin əqidəsinə müxalifdir.

Eynilə, İBADƏT sahəsində Sələfus Salih vəcdə gəlmiş Sufilərin və qəbirçilərin, qəbirə ibadət edənlərin mənhəccindən fərqli bir mənhəcci izləyirlər. Sufilər və qəbirə ibadət edənlər etdikləri əməllər ilə əlaqədar buna dair Allah təalanın heç bir dəlil nazil etmədiyi bidətlər uydurur və ixtira edirlər.

Eynilə, DƏVƏT sahəsində (Allahın yoluna çağırış) və hal-hazırki, aktual məsələlərdə, Sələfus Salihin mənhəcci (saleh sələflərimiz) sələfin və müasir alimlərin yolu ilə addımladıqlarını bəhanə edən, onun pərdəsi altında gizlənən siyasi fəalların, aktivistlərin ixtira etdikləri və təşəxxüslü, iddialı metodologiylarından fərqlənir. Onlar adi kütlənin həyəcan və hisslərini qaldırır, oyadır və onları möhkəm qərar tutmuş alimlərdən uzaqlaşdırır və sadəcə “ÖZLƏRİNƏ DƏVƏT” edirlər.

Şeyx Saalih əl-Favzan hafizəhullah (Allah onu qorusun, mühafizə etsin) deyir: “Parçalanmanın, ayrılığa düşmənin səbəbləri çoxdur. Başlıca səbəblərdən bəziləri bunlardır: İlk növbədə, Sələfin, Allah Rəsulunun səhabələrinin və onların yoluna tabe olanların yoluna müxalif olmaq. Sələfin müəyyən mənhəcci var idi və onlar bu mənhəccdən möhkəm tutmuşdular:

1. Əqidədə mənhəc
2. Dəvətdə mənhəc
3. Yaxşılığı əmr edib, pislikdən çəkindirməkdə (əmr bil məruf və nəhy anil munkər) mənhəc
4. İnsanlar arasında hökm verməkdə mənhəc

Bu mənhəc bütün məsələlərdə, hallarda Allahın Kitabına və Rəsulullahın sünnəsinə əsaslanırdı. (Vucuub ut-Tasabbut fil Əxbəər, səh. 18) QEYD: Tərcüməçinin əlavəsi: Bu günlərdə bir çox insanların, Təkfirçilər, Xəvariclər və Murciə və s digər firqələrin yolunu azmasının başlıca səbəbi sələfus salihin izlədiyi bu mənhəccdən, yoldan ayrılmalarıdır. Sələfus Salihin izlədiyi mənhəcci nəinki ibadət əməllərində (namaz, oruc, dua, qurban kəsmək və s.), dinimizin bütün sahələrində sələfə tabe olaraq tətbiq etmək fərzdir. Əks halda bizlər də, özümüz də bilmədən yolunu azmış firqələrin sıralarına daxil olacağıq və özümüzün haqq yolunda olduğu qənaətinə gələcəyik. Firqələrin zahirən birlik halında olduqlarını görsək də, əslində onlar “qəlblərində” ayrıdırlar. Allah təala buyurur: “Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır (Əl-Həşr 59:14). Sələfus salihin mənhəcci-Qurani Kərim, Allah Rəsulunun Sünnəsi və Səhabələrin ayə və hədislərdən çıxardıqları hökmləri hansı şəkildə tətbiq etməsindən ibarətdir. Allah təala buyurur: "Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir" (Nisə 4:115). Allah TƏALA DAHA YAXŞI BİLİR Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

_________________


İnsanları zikr etməkdənsə, Allahı zikr edin.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> TÖVHİD Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


2001-2007 © Azerislam.com - Müstəqil islam saytı.
Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və
1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Dizayn NUR D şirkətinə məxsusdur.