MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

''Dini Xeberler''
Səhifə Əvvəlki  1, 2, 3, 4
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C.a. Okt. 11, 2007 5:17 pm    İsmarış mətni: Sitatla cavab ver

Müsəlman din xadimləri XVI Benediktə müraciət ediblər

Məktub müsəlman və xristianlar arasında daha çox qarşılıqlı anlaşma yaradılmasına çağırır
130-dan çox müsəlman din xadimi Roma papası XVI Benediktə və başqa xristian liderlərinə müraciət ünvanlayıblar.

Məktubda onlar müsəlman və xristianlar arasında daha çox qarşılıqlı anlaşma yaradılmasına çağırılırlar.

Məktub sahibləri Tanrının birliyini qəbul etdiklərindən islam və xristianlığın yaxınlığı, Yer üzündə sülhün bu dinlərin münasibətinin yaxşılaşmasından asılı olduğu vurğulanır.


_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C.a. Okt. 11, 2007 5:21 pm    İsmarış mətni: Sitatla cavab ver

Hacı Allahşükür Paşazadə müsəlmanları təbrik edib

Şeyx Azərbaycan xalqına Şuşada və işğal altında olan torpaqlarımızda namaz qılmağı, ibadət etməyi arzulayıb

Müsəlmanların müqəddəs Ramazan ayı başa çatır. Bu gün Ramazanın sonuncu günüdür. Bayram Azərbaycanda 2 gün - oktyabrın 12 və 13-də qeyd ediləcək. Oktyabrın 13-ü şənbəyə düşdüyündən oktyabrın 15-i də iş günü olmayacaq. Ümumilikdə oktyabrın 12-si, 13-ü, 14-ü və 15-i ölkədə iş günü sayılmayacaq.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Müqəddəs Ramazan bayramı münasibətiylə müsəlmanları təbrik edib:

«Bisimillahi Rəhmanir Rəhim

Bu orucluq ayında mən bütün azərbaycanlıları təbrik edirəm. Bu bayram günlərində dua edirəm ki, Allah təala Şuşada və işğal altında olan torpaqlarımızda bizə namaz qılmağı, ibadət etməyi nəsib etsin. Allah təala dünyadan gedənlərə, şəhidlərə rəhmət edəsin. Qalanlara can sağlığı versin».

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. Okt. 13, 2007 12:41 pm    İsmarış mətni: Sitatla cavab ver

Müsəlman din xadimləri XVI Benediktə müraciət ediblər

Məktub müsəlman və xristianlar arasında daha çox qarşılıqlı anlaşma yaradılmasına çağırır
130-dan çox müsəlman din xadimi Roma papası XVI Benediktə və başqa xristian liderlərinə müraciət ünvanlayıblar.

Məktubda onlar müsəlman və xristianlar arasında daha çox qarşılıqlı anlaşma yaradılmasına çağırılırlar.

Məktub sahibləri Tanrının birliyini qəbul etdiklərindən islam və xristianlığın yaxınlığı, Yer üzündə sülhün bu dinlərin münasibətinin yaxşılaşmasından asılı olduğu vurğulanır.


_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. Okt. 13, 2007 12:43 pm    İsmarış mətni: Sitatla cavab ver

İdmançı olmaq Ramazan orucunu tutmağa mane olmur

idmançılar ağır yarışlar keçirəcəkləri günün oruclarını daha sonra qəza orucu ilə əvəz edirlər
Bu gün müsəlmanların müqəddəs Ramazan bayramıdır. Allahın rəhm qapısını qullarının üzünə taybatay açdığı, qəlblərin yumşaldığı, ruzi-bərəkətin bol olduğu ay. Ramazanda hər bir müsəlmana oruc tutmaq vacib buyurulub.

Amma elə insanlar da var ki, onlar oruc tutmaq niyyətində olsalar da, obyektiv səbəbdən bunu həyata keçirə bilmirlər. Bu kateqoriyadan olan insanlara idmançılar da aiddir. Aktiv həyat tərzi keçirən idmançıların ağır fiziki yüklənməsi onların orqanizminin zəifləməsinə gətirib çıxarır.

Bu vəziyyətdə yarışda iştirak edən idmançı potensialından tam istifadə edə bilmir. Müsəlman ölkələrində oruc tutan idmançı yarışdan bir-iki gün əvvəl oruc tutmur. Bu addım məsul sınaqda var-gücü ilə iştiraka hesablanıb. Belə hallara daha çox futbolda rast gəlinir. Oyun qrafikinin sıx olması bəzən futbolçulara mane olur.

“Ağır oyunlar olanda məcbur qalırsan ki, orucu tutmayasan. O, tutmadığın günün qəzasını tutursan. Düzdü bədən zəifləyir. Amma elə oyunlar var ki, orucu tutmuruq” – deyə futbolçu Ceyhun Sultanov bildirib.

Bu gün təkcə Ramazanı dərk edənlərin bayramı deyil. Bu gün həm də mənəvi saf və təmiz hisli insanların bayramıdır. Bayramınız mübarək!!

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ş. Okt. 13, 2007 12:44 pm    İsmarış mətni: Sitatla cavab ver

Bu il Səudiyyə Ərəbistanı höküməti ölkəmizdən 6 min möminin müqəddəs yerləri ziyarət etməsinə icazə verib

Müsəlmanların müqəddəs Ramazan ayı başa çatıb, təxminən bir ay sonra isə müqəddəs Həcc ziyarəti başlayır. Hər il olduğu kimi bu il də azərbaycanlılar müsəlmanların müqəddəs yerlərini ziyarət edəcək.

Qafqaz Müsəlmanları idarəsi onların səfəri üçün bütün hazırlıqları başa çatdırıb. Bu dəfə də zəvvarlar Səudiyyə Ərəbistanına avtobus və təyyarələrlə gedəcək.

Avtobusla gedənlər ölkəni dekabrin 2-dən 5-nə, təyyarə ilə isə dekabrin 9-dan 13-nə kimi tərk edəcək. Ümümiyyətlə isə ziyarət müddəti 18 gündür.

QMİ-dən bildirirlər ki, avtobusla ziyarət üçün nəzərdə tutulmuş 3 min nəfərlik plan artıq dolub. Təyyarə ilə ziyarətə getməsi planlaşdırılan eyni sayda vətəndaşdan isə 1300-ü qeydiyyatdan keçib. Qeyd edək ki, avtobusla ziyarətə getmək 1460 manata başa gəlir. Təyyarə ilə ziyarət isə bundan bir qədər bahadir. Belə ki, zəvvarlar həc ziyarətində neçə nəfərlik otaqda qalacaqlarından asılı olaraq 2280 manatdan 4380 manata qədər pul ödəyir. Bu pula əsasən, yol və mehmanxana xərcləri daxildir.

Zəvvarlar ziyarət müddətində 10 gün Məkkə, 3 gün isə Mədinə şəhərindəki mehmanxanada qalacaq. Bundan başqa, onlar həm də Səudiyyə Ərəbistanı ərazisinə daxil olduqlarina görə, bu ölkənin hökümətinə xüsusi vergi, yəni torpaqbasdı ödəyəcəklər. QMİ-dən bildirirlər ki, bu vergi 120 dollardan 240 dollara qədər ola bilər. Onun konkret məbləği sonradan məlum olur. Ona görə də əvvəlcədən dəqiq məbləğ demək bir qədər çətindir.

Zəvvarların Qafqaz müsəlmanları idarəsinə ödədiyi vəsaitə isə yemək xərcləri və ziyarət müddətində kəsiləcək qurbanın pulu daxil deyil. Bu pulu onlar özləri ziyarət vaxtı öz cibindən verməlidir. Amma həcc ziyarətinə getmək istəyənlərin arzusunu təkcə QMİ reallaşdırmır. Bu işlə həm də idarənin məsləhət bildiyi, Mədəniyyət və Turizm nazirliyindən lisenziya alan 9 özəl şirkət məşğul olur.

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: B. Okt. 14, 2007 7:03 pm    İsmarış mətni: Sitatla cavab ver

Türkiyə hökuməti gürcülərə aid Öşvank kilsəsini restavrasiya edəcək

Öşvank axtamardan fərqli olaraq gürcü zəvvarları üçün ibadətə açıq olacaq
Türkiyənin mədəniyyət və turizm nazirliyi, gürcülərin hər il kütləvi olaraq ziyarət etdiyi “Oşvank” kilsəsini restavrasiya edəcək. Ərzurum vilayətinin Çamlıyamac kəndindəki min illik qədim kilsə gürcülər üçün böyük əhəmiyyət kəsb edən 4 kilsədən biridir.

Buna qarşılıq olaraq Gürcüstan hüdudları daxilindəki bir osmanlı abidəsi gürcü hökuməti tərəfindən təmir ediləcək. İllərdir xaraba halında olan kilsənin təmiri üçün indiyə qədər dövlət büdcəsindən pul ayrılmayıb.

İki ölkə arasındakı protokola görə kilsənin ilkin layihəsi üçün 170 min YTL (119 051 AZN) vəsait ayrılıb.

Erməni kilsəsi “Axtamar”dan fərqli olaraq Öşvank muzey yox, məbəd olacaq. Yəni ibadət üçün gələn bütün gürcü zəvvarların üzünə açıq olacaq. Kilsənin ətrafındakı evlər, tövlələr və samanlıqlar isə abadlaşdırma işləri çərçivəsində yıxdırılacaq

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C.a. Okt. 25, 2007 1:03 am    İsmarış mətni: XIII əsrə aid "Quran" 2,32 milyon dollara satılıb Sitatla cavab ver

Kitab 1203-cü ildən qalıb və tamamilə qızılla yazılıb
Londonda XIII-əsrə aid "Qurani Kərim" kitabı satılıb. Oktyabrın 23-də keçirilən hərracda kitab 1,14 miliyon funt sterlinqə (2,32 milliyon dollara) satılıb. 500 min dollara satılması planlaşdırılan kitab 1203-cü ildən qalıb və tamamilə qızılla yazılıb.
12 milyon dollarlıq İslam və Hindistan əsərlərinin satıldığı hərracda rekord qiymətə saltılan kitab, dünyada ən bahalı satılan "Qurani Kərim" olub. Kitabı alan isə adını gizli saxlayıb.

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: C.a. Okt. 25, 2007 1:08 am    İsmarış mətni: Türkiyə polisi Məkkəyə piyada gedən iki azərbaycanlı zəvvarı Sitatla cavab ver

Türkiyə polisi Məkkəyə piyada gedən iki azərbaycanlı zəvvarı saxlayıb

Xarici İşlər Nazirliyinin məsələyə qarışmasından sonra onlar azadlığa buraxılıblar

Türkiyənin Ərzrum şəhərində Bakı-Məkkə marşrutu ilə ayaqla səyahətə çıxan iki azərbaycanlı zəvvar Türkiyə polisi tərəfindən saxlanılıb. Yalnız Xarici İşlər Nazirliyinin məsələyə qarışmasından sonra onlar azadlığa buraxılıblar.

News.ru informasiya agentliyinin yaydığı məlumata əsasən, Ərzrum polisinə ifadəsində soydaşlarımız Naxçıvandan İran ərazisinə, oradan isə Türkiyəyə keçdiklərini bildiriblər. Hər iki zəvvar hazırda ehtiyatda olan zabitdir. Verilən məlumata görə, hər iki zəvvar Türkiyədən Suriyaya, oradan isə Səudiyyə Ərəbistanı ərazisinə gedəcək. Onlar Bakıdan sentyabrın 21-də çıxıb və ayaqla Məkkəyə ziyarətə yollanıbmışlar

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ç.a. Noy. 13, 2007 3:02 pm    İsmarış mətni: İran homoseksuallara verilən cəzanı sərtləşdirəcək Sitatla cavab ver

İşgəncə və edam cəzası yalnız ənənəvi oriyentasiyanın mümayəndələrinə veriləcək
Bundan sonra İranda yalnız ənənəvi oriyentasiyanın nümayəndələri işgəncə ya da edama məhkum olunmalıdırlar. The Times qəzetinin yazdığına görə, bu barədə iranlı nazir Böyük Britaniya parlamentinin nümayəndələri ilə görüşündə bildirib. O, bunu İslam qanunlarının homoseksualizmi qadağan etməsi ilə izah edib.
Qeyd edək ki, bundan əvvəl hüquq müdafiəçiləri İranın qeyri-ənənəvi oriyentasiyalı şəxslər üçün sərt addım atdığını bildirmişdi.

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ç.a. Noy. 13, 2007 3:07 pm    İsmarış mətni: Səudiyyə alimləri Quran ayələrinin telefon zəngi kimi... Sitatla cavab ver

Səudiyyə alimləri Quran ayələrinin telefon zəngi kimi istifadəsini doğru saymırlar

Baş mufti Abduləziz Əş-Şeyxin rəhbərliyi altında keçən müzakirələrdə din alimləri bunun Qurana hörmətsizlik olduğunu bildiriblər

Bir neçə müddətdir Səudiyyə Ərəbistanında avazlı səslə oxunan Quran ayələrinin mobil telefon zəngi kimi istifadəsinin mümkün olub - olmaması barədə aparılan müzakirələr başa çatıb. Nəhayət, Səudiyyə Ərəbistanı alimləri yekdilliklə Quran ayələrinin oxunduğu səsin telefona zəng ola bilməyəcəyinə fitva veriblər.

Baş mufti Abduləziz Əş-Şeyx rəhbərliyində keçirilən müzakirələrdən sonra verliən fitvada “Belə bir şey dini üsullara görə doğru deyil. Çünki uyğunsuz yerdə və vaxtda çalınan telefon zəngləri, Quranın müqəddəsliyinə zərər verir” deyilib.

Quran ayələrinin mobil telefonda zəng əvəzinə istifadə edilməsi son vaxtlar İslam dünyasında ən çox müzakirə olunan mövzulardan biri olmuşdu

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
ya islam ya olum



Daxil ol: C. Dek. 22, 2006 09:06
İsmarışlar: 395
Şəhər/ölkə: Baku/Azebaijan

İsmarışGöndərilib: Ç.a. Noy. 13, 2007 3:10 pm    İsmarış mətni: Qurani Kerim Sitatla cavab ver

Qurani-Kərimin satışına qadağa qoyulub?
Metro və keçidlərdə fəaliyyət göstərən kitab mağazaları və köşklərdən imamların şəkilləri və süvenirləri yığışdırılıb

Azərbaycanda hər növ dini ədəbiyyatların satışına qadağa qoyulub. Bu barədə ANS PRESS-ə mağaza və qəzet köşklərində çalışan satıcılar məlumat veriblər. Onların sözlərinə görə, iki gün əvvəl özünü hüquq-mühafizə orqanın əməkdaşları kimi təqdim edən şəxslər dini ədəbiyyatların satışdan yığışdırılması haqqında göstərişlər veriblər. Bu gün səhər isə Qurani-Kərim, Şəriət kitabları, hədislər və Məhəmməd Peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırılıb.

ANS PRESS-in əməkdaşlarının köşklərdə apardığı monitorinqlər də deyilənləri təsdiq edib. Satıcılar və köşk sahibləri göstərişin kim tərəfindən verildiyini bilməsələr də, deyilənləri təsdiq ediblər. Onların dediklərinə görə, imamların şəkilləri, dini suvenirlər, təqvim və digər əşyaların da satışına qadağa qoyulub. Ərazinin aid olduğu müəssisələrdən dinə aid nə varsa satışdan çıxarılması barədə göstərişlər verilib.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat katibi Hacı Akif bu barədə məlumatsız olduğunu desə də, dini ədəbiyyatların satışına qadağaların qoyulmasını istisna etməyib. «Onların arasında zərərli dini ədəbiyyatlar var. Onların satışına qadağa qoyula bilər. Amma Qurani-Kərimin satışına kimsə qadağa qoya bilməz. Bu mümkün deyil», - deyə Hacı Akif əlavə edib.

Bakı Metropoliteninin mətbuat xidmətindən isə məlumatı qismən təsdiq ediblər. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, bu metroya aid bir göstəriş deyil. «Dini ədəbiyyatların yığışdırılması haqqında göstəriş verilib. Amma Qurani-Kərimin satışına heç bir qadağa qoyulmayıb. Satıcıların əksəriyyəti savadsızdır. Ola bilsin onlar düzgün başa düşəyiblər», - deyə Nəzakət xanım əlavə edib. Bunun ardınca isə Nəzakət xanım öz dediyini Bakı Metropoliteninin Ticarət Departamentinə istinadən təkzib edib. «Mən elə bilirdim göstəriş verilib. Ticarət Departamenti deyir ki, heç bir göstəriş verilməyib. Ola bilsin satıcılar televizorda nə isə eşidib, qorxudan yığışdırıblar, elə bir göstəriş yoxdur»

_________________


Men 2009'a qeder burda olmayacam bu muddet erzinde size ''Dini Xeberleri'' muselman qardasim ''Ekrem'' yazacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> SİZİN MÖVZU Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2, 3, 4
4 səhifə (Cəmi 4 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


2001-2007 © Azerislam.com - Müstəqil islam saytı.
Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və
1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Dizayn NUR D şirkətinə məxsusdur.