| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: C. Sen. 28, 2007 12:04 pm İsmarış mətni: |
|
|
Həcc ziyarətində iştirak etmək üçün indiyədək 2081 nəfər sənəd verib
Onlardan 1030-u təyyarə, 1051-i isə avtobusla Həccə getmək niyyətindədir
Bu ilki Həcc ziyarətində iştirak etmək üçün indiyədək 2081 nəfər sənəd verib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.
Şöbə müdiri sənəd verənlərdən 1030-nun təyyarə, 1051-nin isə avtobusla Həccə getmək niyyətində olduğunu deyib. M. Payızov qaydalara əsasən, sənəd qəbulunun sentyabrın 30-da başa çatdığını, lakin bu vaxtın hər il olduğu kimi oktyabrın 15-ə kimi uzadılacağının gözlənildiyini bildirib. Onun sözlərin görə, toplanmış sənədlər viza üçün gələn həftədən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinə göndəriləcək.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: B.e. Okt. 01, 2007 4:53 pm İsmarış mətni: |
|
|
Türkiyədə Mövlananın 800 illik yubleyi böyük tədbirlərlə qeyd edilib
YUNESKO 2007-ci ili Mövlana ili elan edib
Dünən Şərqin böyük mütəfəkkirlərindən biri olan həzrəti Mövlana Cəlaləddin Ruminin 800 illik yubleyi doğulduğu Konya şəhərində böyük tədbirlə qeyd olunub. Şəhərdəki Atatürk stadionunda Mövlananın türbəsi şəklində qurulmuş 300 kv metrlik səhnədə müxtəlif işiq effektlərindən və müasir səs gücləndiricilərdən istifadə olunub. Tədbirin təşkilatçıları minlərlə tüstü bombası partladaraq, lazer işiqları ilə gözəl effektlər yaradıb. CNNTÜRK xəbər verir ki, belə bir tədbir dünyada ilk dəfə həyata keçirilib. Mərasim vaxtı eyni anda 270 səmazənd mövlananın zikrini həyata keçirərək səma ayini nümayiş etdirib. Səmazəndlərin səma nümayişi stadiondan peyk vasitəsiylə birbaşa yayımlanıb. Bunun üçün stadionda nəhəng plazma ekranlar da yerləşdirilib. Qeyd edək ki, YUNESKO 2007-ci ili “Mövlana ili” elan edib.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: B.e. Okt. 01, 2007 4:54 pm İsmarış mətni: |
|
|
Vatikan Ramazan ayı münasibəti ilə müsəlmanları təbrik edib
“Hörmətli müsəlman qardaşlar, Ramazan bayramı münasibəti ilə sizə xoş günlər arzulayırıq”
Vatikan rəsmiləri Ramazan ayı münasibəti ilə müsəlman dünyasına ismarıcı göndərib. Vatikanın dinlərarası dialoq qurumunun rəhbəri kardinal Con-Luis Tauran və baş katibi Pier Luiqi Celatın imzası ilə göndərilən ismarıcda müsəlmanlar və xristianlar arasındakı dialoqun davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyətli olduğu vurğulanıb.
Altı uzun paraqrafdan ibarət ismarış “Hörmətli müsəlman qardaşlar, Ramazan bayramı münasibəti ilə sizə xoş günlər arzulayırıq. Sizin üçün ən səmimi arzularımızı dilə gətirərək, Mərhəmətli Tanrıdan hər birinizə can sağlığı, firavan həyat arzu edirik” sözləri ilə başa çatıb.
Xatırladaq ki, Vatikanın Ramazan ismarışı ənənəsi 41 ildir davam edir.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ş. Okt. 06, 2007 12:42 pm İsmarış mətni: |
|
|
Fransa prezidenti iftar yeməyində iştirak edib
N. Sarkozi: “Mən müsəlmanların hüquqlarını müdafiə edəcəm"
Fransa prezidenti Nikola Sarkozi Parisin ən böyük məscidində verilən iftar yeməyində iştirak edib. İftarın verildiyi məscidin ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. Sarkozi iftar yeməyində iştirak edən bir çox insanları tanıdığını deyib. Sarkozi Fransa İslam Birliyinin onun daxili işlər naziri olduğu dövrdə yaradıldığını xatırladıb.“Bu ölkədə yaşayan müsəlmanları ürəkdən təbrik edirəm. Fransada yaşayan 6 milyon müsəlmanın yerli sakinlərlə heç bir problem olmadan birgə yaşamasına paxıllıq edənlər var. Belə insanlara Fransa torpaqlarında yer yoxdur” – deyə Fransa prezidenti bildirib. Sarkozi iftar yeməyindən ayrılarkən müsəlmanların hüquqlarını qoruyacağına dair söz verib.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ş. Okt. 06, 2007 12:44 pm İsmarış mətni: |
|
|
Danimarkada bir neçə ayda 4 mindən artıq insan müsəlman olub
Ölkədə islamın sürətlə yayılması keşişləri və yerli din xadimlərini təşvişə salıb
Danimarkada İslam dini sürətlə yayılır. Sadəcə son bir neçə ayda 4 mindən artıq insan müsəlman olub. Danimarkada islamın sürətlə yayılması ölkədəki keşişləri və din xadimlərini təşvişə salıb.
Viborq ərazisinin baş keşişi Kasten Nissen, “Ölkəmizdəki misyonerlər İslam dininin yayılmasının qarşısını almalıdır” – sözləri ilə qayğısını ifadə edib.
Lolland-Falster ərazisinin keşişi Sten Skovsqar isə, “Danimarkada İslam dininin yayılmasını qəbul edə bilmərik. İslama qarşı mübarizə edəcəyik” – deyib.
Uşaqlarının müsəlman olmasından qayğılanan danimarkalı ailələr isə bu vəziyyətin qarşısını almaq üçün dərnək qurublar. Qurduqları dərnəkdə müsəlman olan uşaqlarını köhnə dininə qaytarmağa çalışan valideynlər eyni zamanda islamın yayılmasına da mane olmağa çalışırlar.
2006-cı ilin fevral ayında Danimarkada dərc olunan bir qəzetdə İslam peyğəmbərinin karikaturalarının çıxması bütün islam aləminin sərt reaksiyasına səbəb olmuşdu. İşin maraqlı tərəfi isə, bu qalmaqaldan sonra Qurani-Kərim Danimarkada ən çox satılan kitablar siyahısında birinci olmuş və islam dininin ölkədə sürətlə yayılması da bundan sonra başlayıb.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ş. Okt. 06, 2007 12:45 pm İsmarış mətni: |
|
|
Bakıdan Məkkəyə piyada gedən 2 Azərbaycan vətəndaşı İran ərazisinə daxil olub
Zəvvarlar 9,2 min kilometr məsafə qət edərək Məkkədə Kəbə evini ziyarət edəcəklər
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihə çərçivəsində Bakıdan Məkkəyə piyada gedən iki üzvü dünən axşam Azərbaycandan İran ərazisinə daxil olub. AVMVB-nin mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev bildirib ki, Şahid Qurbanov və Sahib Kazımov Azərbaycan-İran sərhədinə qədər 12 gün piyada yol gediblər və bu mərhələdə onları təşkilat üzvləri müşayiət edib. Bundan sonra isə onlar Məkkəyə qədər ikilikdə gedəcəklər.
Qeyd edək ki, sentyabrın 21-də Bakıdan çıxan Ş. Qurbanov və S. Kazımov Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və Küveyti keçməklə ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət edəcəklər. Marafon 9 ay çəkəcək. I piyada marafonu isə 2006-cı il sentyabrın 1-də həyata keçirilib. Marafon iştirakçısı olan Şahid Qurbanov Bakı-Məkkə yolunu tək qət edərək, Kəbə evini ziyarət edib. Həmin marafon 4 ay çəkib.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir."
Redaktə edən: ya islam ya olum, son redaktə tarixi: Ş. Okt. 06, 2007 12:46 pm, cəmi 1 dəfə |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ş. Okt. 06, 2007 12:46 pm İsmarış mətni: |
|
|
Enn Dörsi Amerika müsəlmanlarından kitab yazıb
Səfir «Amerikada müsəlmanların həyatı» adlı kitabını içtimaiyyətə təqdim edib
Bu gün Amerika Birləşmiş Ştatlarının azərbaycandakı səfiri Enn Dörsi «Amerikada müsəlmanların həyatı» adlı kitabını içtimaiyyətə təqdim edib. O, Amerikada müsəlmanlarla başqa millətlərin nümayəndələri arasında fərq olmadığını və müsəlmanların sayı getdikçə artdığından onların ibadət etdikləri məsçidlərin sayının da artdığını deyib: «Bu kitab komleks bir mövzuya qısa giriş olmaqla sözlər və təsvirlər vasitəsi ilə Amerika müsəlmanlarının həyat tərzinin qeyri-adi rəngarənqliyini və zənginliyi üzə çıxarmağa çalışır».
Səfir bildirib ki, İslam bu gün Birləşmiş Ştatlarda ən sürətlə inkişaf edən dinlərdən biridir. Son araşdırmalara əsasən, Amerikada 1209 məsçid var. Bunların yarısından çoxu 20 ildə tikilib. Amerika müsəlmanlarının 30 faizə qədəri müsəlmanlığı sonradan qəbul edib.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ş. Okt. 06, 2007 12:47 pm İsmarış mətni: |
|
|
Corc Buş Ramazan ayı münasibəti ilə müsəlmanları təbrik edib
“Həyat yoldaşım Lora və mən müqəddəs Ramazan ayı ilə bağlı ən xoş arzularımzı müsəlımanlara çatdırırıq”
ABŞ prezidenti Corc Buş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib. “İslam dininin ən müqəddəs ayı olan Ramazan Quranın Məhəmməd peyğəmbərə vəhy olunduğu ayıdır. İbadət edən müsəlmanlar tutduqları oruc və qıldıqları namazla Allah qarşısında borclarını yerinə yetirirlər. Ramazan həmçinin müsəlmanların ailə və ictimai əlaqələrini gücləndirmək və ehtiyacı olanlarla Allahın verdiyi nemətləri bölüşmək imkanı verir. Amerika öz torpağında çoxsaylı dinləri cəmləşdirib. Bizim müsəlman vətəndaşlarımız cəmiyyətimizi zənginləşdirir. Ramazan ayının müqəddəs günləri bizə də şəfqətli olsun və başqaları üçün xeyirxah işlər görməyi yadımıza salsın. Həyat yoldaşım Lora və mən müqəddəs Ramazan ayı ilə bağlı ən xoş arzularımzı müsəlımanlara çatdırırıq. Ramazan bayramınız mübariək!” – deyərək ABŞ prezidenti Corc Buş təbrikini başa vurub
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ş. Okt. 06, 2007 12:48 pm İsmarış mətni: |
|
|
Bolqarıstanda din xadiminin həyat yoldaşı müsəlman olub
İslam dinini qəbul edərək Fatma adını alan qadın "dəli" deyilərək evdən qovulub
Bolqarıstan Ortadoks kilsəsinin keçmiş idarə heyətinin üzvü Bocidar Cipovun həyat yoldaşı Culiana Cipov İslam dinini qəbul edib. Keçmiş din xadimi Fatma adını seçən həyat yoldaşını müsəlman olduğu üçün evdən qovub.
Xanım Cipov İslam dinini 21 iyun 2006-cı ildə qəbul edib. Özünün dediyi kimi ibadətlərini həyat yoldaşı və xristianlardan qorxduğu üçün də gizli edib. İslam dinini qəbul etməsini bilən əri və qızı onu dəli adlandıraraq evdən qovub.
Bocidar Cipov isə iddiaları qəbul etməyərək, “O mənim 27 illik həyat yoldaşımdır. Müsəlmanlığı qəbul etdiyi üçün ona təzyiq göstərməmişəm. Boşanmaq istəməyimizin səbəbi isə onun müsəlman olması deyil, xəstə olmasıdır” – deyib.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ş. Okt. 06, 2007 12:50 pm İsmarış mətni: |
|
|
Rusiyalı müğənni İslam dinini qəbul edib
Maşa Alalıkina:"İnanmazdım ki, cənnətin qoxusunu həyatda da hiss etmək olar"
Rusiya telekanallarının birində nümayiş etdirilən “Fabrika Zvezd” müsabiqəsinin iştirakçılarından biri Maşa Alalıkina İslam dinini qəbul edib. Qəzetlərin birinə verdiyi müsahibəsində Maşa İslamı 2 il əvvəl həyat yoldaşının ardınca qəbul etdiyini söyləyib.
Maşa ilk Ramazan ayının həyatında ən qeyri-adi aylarından biri olduğunu deyib. "İnanmazdım ki, cənnətin qoxusunu həyatda da hiss etmək olar".
Müğənni Elton Conun Kremldə keçirilən konsertinə getmək əvəzinə isə böyük məmuniyyətlə “Rayxan” qrupunun, Sami Yusuf, Yusuf İslamın (Keta Stivens) konsertinə getmək istədiyini bildirib.
Müğənni Ramazan ayı münasibəti ilə müsəlmanları təbrik etməyi də unutmayıb. O müqəddəs Ramazan ayında bütün bacı və qardaşlarının dualarının qəbul edilməsini arzulayıb. "Qoy Allah bərəkətini evlərdən əskik etməsin". _________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: B. Okt. 07, 2007 9:52 pm İsmarış mətni: |
|
|
Ağ Evdə müsəlmanlara iftar yeməyi verilib
Corc Buş “Amerika dost qəbul etdiyi müsəlmanlara fəxr edir” deyib
ABŞ prezidenti Corc Buş Ramazan ayı münasibəti ilə Ağ Evdə 90 nəfərə iftar yeməyi verib. Ağ Evdə 7-ci dəfə verilən ənənəvi iftar yeməyində xarici işlər naziri Kondaliza Rayz, prezidentin müşaviri Dik Çeyni, müsəlman liderlər və səfirlər iştrak edib.
Buş iftar yeməyindəki çıxışında ABŞ-ın İraq, Əfqanıstan və Livanda azadlıq istəyən və çətinliklərə məruz qalmış müsəlmanlara dəstək verdiyini bildirib. Bundan başqa, Buş bildirib ki, zorakılığa inanan bəzi radikal qruplar islam dinini təmsil etmir. Buş “Siz müsəlmanları təmsil etmirsiniz və məqsədinizə çatmayacaqsınız”,– deyə səslənib.
Daha sonra ABŞ prezidenti “ABŞ vətəndaşı olan milyonlarla müsəlmanı təbrik edirəm. Amerkanın dost qəbul etdiyi müsəlman qruplarla fəxr edirik” deyib. İftar duasını isə ABŞ hərbi dəniz donanmasından Əbu Hena Sefulislam verib.
Seyfulislam daha sonra Buşa Hz. Məhəmmədin (s.ə.v.) “Ramazan ayında bir orucluya iftar verən, onun alacağı qədər savab alar” hədisini xatırladaraq, “Hörmətli Buş, biz sizə savab qazandıraraq sizi qoruduq” deyib.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: B. Okt. 07, 2007 9:53 pm İsmarış mətni: |
|
|
Ramazan ayı münasibəti ilə sərgi keçirilib
«Allaha doğru» adlanan sərgi üç gün davam edəcək
Bu gün Bakı Rəsm Qalereyasında gənc fotoqraf Müşfiq Medibəylinin fərdi foto sərgisi təşkil edilib. Ramazan ayı münasibəti ilə keçirilən sərgi «Allaha doğru» adlanır.
Foto sərginin mövzusu namaz və ibadət, Allah qarşısında bəndəçilik və dini ayinlər adlı üç hissədən ibarətdir. Sərgidə 50-yə yaxın foto şəkillər nümayiş etdirilib. Sərgi oktyabrın 8-nə qədər davam edəcək. Qeyd edək ki, «Allaha doğru» fotoqrafin ilk sərgisidir.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: B. Okt. 07, 2007 9:55 pm İsmarış mətni: |
|
|
Hidayət Orucov İslam Konfransı Təşkilatının baş katibi ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib
ABŞ-da səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İslam Konfransı Təşkilatının baş katibi Əkməlləddin İhsanoğlu ilə görüşüb. Komitə sədri həmçinin BMT-nin eqidası altında fəaliyyət göstərən Sülh Naminə Dinlərin və Mədəniyyətlərin Anlaşması üzrə Yüksək Səviyyəli Dialoqun rəsmiləri ilə də ikitərəfli görüşlər keçirib.
Azərbaycanın BMT-dəki nümayəndəliyindən verilən məlumata görə, görüşlərdə müvafiq sahə üzrə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, H. Orucov BMT Baş Assambleyasının 62-ci sessiyasında çıxışı zamanı Ermənistanın dövlət səviyyəsində terrora dəstək verən ölkə olduğunu bəyan edib.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: B. Okt. 07, 2007 9:56 pm İsmarış mətni: |
|
|
Moskvada beynəlxalq Quran hafizləri müsabiqəsi keçirilir
Müsabiqəyə Rusiya, Qazaxıstan, Tacikistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və başqa ölkələrdən olan 100-dən çox iştirakçı qatılıb
Moskvanın cümə məscidində beynəlxalq Quran hafizləri müsabiqəsi başlayıb. Müqəddəs Qurani-Kərimi ən yaxşı oxuyan titulu uğrunda yarışa 100-dən çox iştirakçı qatılıb.
«Moskva müsabiqəsində Rusiya, Qazaxıstan, Tacikistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və başqa ölkələrin təmsilçiləri iştirak edirlər»,- deyə Rusiya Federasiyasının Avropa hissəsi müsəlmanlarının ruhani idarəsinin başçısı Arslan Sadriyev bildirib.
Onun sözlərinə görə, iki günlük müsabiqədə bir neçə nominasiya üzrə qaliblər müəyyən ediləcək. Ən prestijli nominasiya Quranın tam mətnini əzbərdən söyləməkdir.
Bundan başqa münsiflər heyəti ən yaxşı iştirakçılar üçün pul mükafatı da nəzərdə tutur. Tədbirin sonunda qonaqlar Moskvanın müsəlman məbədlərinə və görməli yerlərinə gedəcəklər.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: B. Okt. 07, 2007 9:56 pm İsmarış mətni: |
|
|
Çeçenistanın milli muzeyində «Quran»ların sərgisi keçirilir
Sərgidə «Quran»ın xəttat üsulu ilə işlənmiş nümunələri nümayiş etdirilir
Rusiyada ilk dəfə olaraq Çeçenistan Respublikasının milli muzeyində «Quran»ların sərgisi keçirilir. Sərgidə «Quran»ın xəttat üsulu ilə işlənmiş gözəl nümunələri, həmçinin «Quran»ı öyrənmə üsulları üzrə xüsusi proqramm təminatları nümayiş olunur.
İşlərin müəllifi Qulamrza Rahpeymidir. Onun işləri əvvəllər İranın və başqa ölkələrin 30-dan artıq sərgisində nümayiş etdirilib.
Sərgi İranın Rusiyadakı səfiri Qulamrza Ənsarinin təşəbbüsü ilə keçirilir.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
ya islam ya olum
Daxil ol: C. Dek. 22, 2006 09:06 İsmarışlar: 382 Şəhər/ölkə: Baku/Azebaijan
|
Göndərilib: Ç.a. Okt. 09, 2007 8:37 pm İsmarış mətni: |
|
|
Almaniyada müsəlmanlar kilsələri satın alaraq məscidə çevirirlər
“Berlində hər ay ən azı 15 alman islam dinini qəbul edir”
Almaniyada yaşayan müsəlmanlar burdakı kilsələri satın alaraq məscid və islam mərkəzləri açırlar. Almaniyada nəşr olunan “Tagesspiegel” qəzetinin verdiyi xəbərə görə, Berlindəki 2 kilsə müsəlmanlara satılıb. Xəbərin davamında deyilir ki, katolik və protestanların sayı sürətlə azalır və təxminən 10 min kilsə yaxın günlərdə bağlanacaq. Bunun əvəzinə isə müsəlmanlar sürətlə çoxalır.
Almaniya İslam arxivindən Səlim Abdullahın verdiyi açıqlamaya görə, Almaniyada 159 böyük minarəli və 2 min 500 kiçik məscid var. Daha 128 ibadətxana açılacaq. “Bild” qəzeti isə Berlində indiyə qədər 8 min 500 almanın müsəlman olduğunu yazır. Daha əvvəl protestan din xadimi olan, daha sonra müsəlman olan 63 yaşlı Muhamməd Hersoq bir qəzetə verdiyi müsahibəsində bildirib ki, Berlində hər ay ən azı 15 alman islam dinini qəbul edir.
_________________
Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:
"Elm öyrənmək hər bir müsəlmana fərzdir." |
|
| Əvvələ qayıt |
|
 |
|