| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Rashad ibn Abdu'l VAHHAB
Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 100 Şəhər/ölkə: Baki, Azerbaycan
|
Göndərilib: Ş. Okt. 06, 2007 3:12 pm İsmarış mətni: " NAMAZI TƏRK EDƏNIN HÖKMÜ " |
|
|
NAMAZI TƏRK EDƏNIN HÖKMÜ
Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.
Fərz namazını tərk etməyin kəbairdən (böyük günahlardan) olduğu, müsəlmanların ixtilaf etmədikləri bir məsələdir. Onun günahı adam öldürmək, zina etmək, oğurluq etmək və içki içmək kimi günahlardan daha böyükdür. Namazı tərk edən özünü Allahın əzabına sövq etmiş, dünya və axirət rüsvayçılığını qəbul etmiş olur. Qurani Kərimdə namazın qədrini ucaldan və onu tərk edənin və ya ona səhlənkarlıqla yanaşanın günahını bəyan edən bir çox ayələr nazil olmuşdur. Məsələn: Allah – subhanəhu və təalə – buyurur: «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları (Cəhənnəmdəki) Ğəyy dərəsinə atacağıq» (Məryəm 59). «Vay halına o, namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qalmazlar). Onlar (namazlarında) riyakarlıq edər» (əl-Maun 4-7). «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtmədik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan saydıq». (əl-Muddəssir 42-46).
Qurani Kərimdə buna bənzər ayələr olduqca çoxdur. Bu mövzuda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bir çox hədisi şərif də rəvayət olunmuşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədislərdə namazı tərk edənin və ona etinasız yanaşanların sahib olacağı günahı xəbər verməkdədir.
Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurur: «Şübhəsiz ki, namazı tərk etmək kişi ilə küfr arasındadır». Digər bir hədisdə: «Bizimlə onlar arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə küfrə girər». Başqa bir hədisdə: «Kim namazı qədsən tərk edərsə, Allahın himayəsindən uzaq düşmüş olar». _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur” |
|
| Əvvələ qayıt |
|
 |
Rashad ibn Abdu'l VAHHAB
Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 100 Şəhər/ölkə: Baki, Azerbaycan
|
Göndərilib: Ş. Okt. 06, 2007 3:14 pm İsmarış mətni: |
|
|
XUTBƏTUL –HACƏ
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarinizi bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Məhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır.
REDAKTORDAN
«Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar».(Ta ha 25-28).
Möhtərəm müsəlman qardaş və bacılarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq bu tərcümə işimizi «bismilləh» ilə başlayıram. Çünki Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını SEHF VAR«bismilləh» ilə başlanılmazsa,o işin sonu kəsikdir».
Allah – subhənəhu və təalə – yə şükürlər olsun ki, İslamın möhtərəm alimlərindən biri olan Şeyx Albani – rəhmətullahi aleyhi – nin «Namazı tərk edənin (qılmayanın) hökmü» adı ilə məşhur olan bu kitabını tərcümə etməyi bizə nəsib etdi. Bütün nemətlərinin qarşılığında ona həmd edirəm, Lütf və Kərəmiylə bunların daha da artırılmasını ondan diləyirəm. Şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur, bir və təkdir, şəriki də yoxdur, tək və Qahhardır (hər şeydən qüdrətli, hər şeyi məğlub edən). Kərim (kəramətli, səxavətli) və Ğaffardır (günahlardan qoruyandır).
Əsrimizin dahi alimlərindən və tədqiqatçılarından biri də mühəddis Şeyx Albani – rəhmətullahi aleyhi – dir. Bu ad nəinki islam ölkələrində, hətta islam ölkələrindən kənara çıxaraq Avropa, Amerika və s. kimi dövlətlərdə də çox tanınmışdır. Minlərlə, milyonlarla müsəlmanların qəlbində bu şəxsiyyətə qarşı sevgi, məhəbbət vardır. Çünki Əbu Hureyrə – radıyallahu anhu – nun rəvayət etdiyi hədisdə də Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurur: «Əgər Allah bir qulu sevərsə əmr edir Cəbrailə: «Şübhəsiz Allah filan qulu sevir, sən də onu sev!» deyə nida edər. Cəbrail də onu sevər. Sonra Cəbrail də səmadakıları səsləyərək: «Şübhəsiz Allah filan qulu sevir, siz də onu sevin!». Səmadakılar da onu sevərlər. Sonra da onun sözü yer üzündə məqbul (qəbul) sayılar». Çox istərdim ki, Allahın dininin keşikçisi olan bu gözlə insanı Azərbaycan xalqı da tanısın və daima da onu yad etsinlər.
Şeyx Albani – rahmətullahi aleyhi – Alban dövlətinin keçmiş mərkəzi olan Aşkodra şəhərində hicri 1332- ci ildə (miladi tarixi ilə 1914 –cü ildə) dünyaya gəlmişdir. Əsli Albaniyadan olduğuna görə ləqəbi də əl-Albanidir. Kunyəsi isə Abu Abdur-Rahməndir. Çox kasıb bir ailədən idi. Atası Məhəmməd Nəsrəddin b. Nuh Nəsətiy b. Adəmdir. Nuh Nəsəti Osmanlı dövlətinin mərkəzi olan (İstambul) Astana şəhərinin şəriət mədrəsəsində dini təhsil aldıqdan sonra Allahın dininə xidmət etməsi üçün öz ölkəsinə qayıdır. Lakin o, vaxtlar Albaniyada ateizim (Allahsızlıq) ideyası çox yayıldığına görə ailəsi ilə birlikdə Suriyanın Dəməşq şəhərinə hicrət edirlər. Dəməşqə köçdükdə gənc alimin 9 yaşı vardır. İlk təhsilini də elə bu şəhərdə alaraq Qurani-kərimi öyrənməyə başlayır. Quranı oxumaq qaydalarını (təcvidi) ərəb dili ilə bağlı bir çox məsələləri, həmçinin Hənəfi məzhəbinin qanunları ilə yaxından tanış olur (Məraqil Fərəh). Bütün bunlara Dəməşqin şeyxləri olan Məhəmməd Səid əl-Burhani və Məhəmməd Bəhsə əl-Beytərinin dərslərində iştirak edərək nail olur. Həmçinin bu işdə onun atasının da böyük rolu olmuşdur. Bundan başqa atasından saatsazlıq sənətini də öyrənməyə başlayır. Bu sənətdə yüksələrək sənətkar səviyyəsinə çatır. Onun saat köşkü indi də Dəməşqin yaxınlığında yerləşən Əməvi Məscidinin yaxınlığındadır. İyirmi yaşından başlayaraq Şeyx Albani – rahmətullahi aleyhi- hədis elmi ilə dərində məşğul olmağa başlayır və ilk olaraq Hafiz əl-İrakinin «əl-Muqni ən-Həmlil Əsfər fil Əsfər fi Təhrici mə Filhiyə Minəl Əkbər» kitabını geniş şəkildə şərh və təhqiq edir. Hədis elmi ilə məşğul olmasına səbəb Misirdə çıxan «əl-Mənər» jurnalı olmuşdur. Özü də həmişə deyərdi ki, Məhmməd Rəşid Rzanın bu jurnalını oxumağım mənə çox köməyi olub. Hədis elminə olan məhəbbəti o qədər artır ki, atasının (əsas hissəsi) Hənəfi məzhəbinin kitablarından təşkil edilmiş kitabxanası belə onun hədis elminə olan tələbatını, elm öyrənmək alovunu söndürə bilmirdi (ödəmirdi). Lakin atası onun bu elmlə məşğil olmasına narazı idi və deyirdi ki, bu elm müflislərin elmidir. Maddi çətinlik gənc alimə kitabları əldə etməyə çətinlik törətdiyinə görə o, Dəməşqin böyük kitabxanası olan «əl-Məktəbətul əz-Zahriyyə) gedər və oradan kitabları götürərdi. Şeyx Albani – rahmətullahi aleyhi – hədis elmi ilə o qədər aludə olur ki, öz saat dükanını bağlayaraq 8-12 saat və bəzən də daha çox vaxtını kitabxanada keçirərdi. Yalnız namazdan-namaza kitabxanadan çıxardı. Hətta bəzən o, qədər elmlə bağlanardı ki, nahar etməyə də getməzdi. Özü ilə gətirdiyi bir tikə çörək ilə kifayətlənərdi. Kitabxananın müdiriyyəti onun elmə olan həvəsini gördükdən sonra onun üçün müəyyən bir otaq ayırırlar və kitabxananın açarlarını ona verirlər. Bu müddət ərzində gənc alim fiqhə, əqidəyə dair bir çox əsərlər yazır. Bu əsərlərin bəziləri hələ indiyə qədər də nəşr edilməmişdir. Gənc alim bu yolda çoxlu çətinliklərlə qarşılaşır. Lakin bütün bunlara baxmayaraq səbr və ixlasla bütün bu çətinliklərdən qalib çıxır. Bu işdə ona Dəməşqin bir çox tanınmış şeyxləri olan Baxcatul Baycar, imam AbdulFəttah və Taufiq əl-Bərzaq – Allah ondan razı olsun – ona nəsihətlər verərək bu işdə daha da iradəli və qəti olmağı tövsiyə etmişlər. Bir müddətdən sonra gənc alim həftədə iki dəfə dərslər verməyə başlayır. Moizələrlə, elmi çıxışlarla Suriya, İordaniya, Misir, Qatar, Küveyt, İspaniya, İngiltərə və s. dövlətlərə səfərlər edir. Hicri 1381-1383-cü illər ərzində Mədinə İslam Universitetinə hədis elmindən dərs vermək üçün dəvət alır. Bu illər ərzində Universitetin fəxri üzvi, bir müddətdən sonra isə Universitetin fəxri professoru adını alır. Hədis elmi ilə bağlı yüzlərlə əsərləri və araşdırmaları vardır.
Şeyx Albani – rəhmətullahi aleyhi – nin təhqiq etdiyi kitablardan: «Buxari, Müslim, Tirmizi, Əbu Davud, Nəsəi, İbn Məsə və s Səhih və Sünnən kitabları, Cəmius Səğir, Mişkətul Məsabih, Seyid Sabiqin «Fikhis Sünnə», Şeyx Kardavi «İslamda halal və haram», İmam Nəvəvi «Riyadus salihin», İmam Buxari «Ədəbul Mufrad», İmam Zəhəbi «əl-Uluv» və s məşhur kitabların təhqiqini etmişdir. Həmçinin 10-12 cilddən ibarət olan «Səhih Hədislər Silsiləsi» isimli kitabında yalnız səhih hədislər və eyni ilə də «Zəif Hədislər Silsiləsi» isimli kitabında isə yalnız zəif hədisləri toplamışdır. Bütün bu işlərin nəticəsidir ki, hər bir müsəlman onun təhqiqi etdiyi kitabları oxuduqda asantlıqla səhih hədisi zəif və uydurma hədislərlə ayıra bilir. Bundan başqa Şeyx Albani – rəhmətullahi aleyhi – nin İslamın əsaslarına dair gözəl əsərləri vardır. Bunların içərisində «Sifətu Salətu ən-Nəbiyyə min Təkbir ilə Təslim» (Peyğəmbər –sallallahu aleyhi və səlləm – in namaz qılma şəkili), «Mənasikul Həcc vəl Umrah fi Kitabi və sunnah və Asari əs-Sələf» (Həcc və Ümrə ehkamları Kitab, Sünnə və Sələflərin gözü ilə) və s.
Özündən sonra bir çox görkəmli islam alimlərini qoyub getmişdir. Bunlardan Şeyx Həmdi AbdulMəcid, Şeyx Məhəmməd Abbasi, Ömər Süleyman əl-Aşkar, Şeyx Muqbil b. Hadi əl-Vadii, Şeyx Məhəmməd İbrahim Şakra, Şeyx Ali Xuşşah, Şeyx Məhəmməd Cəmil Zini, Şeyx AbdurRahman AbdusSaməd, Şeyx Səlim əl-Hilali, Şeyx Ali Həsən AbdulHəmid əl-hələbi, Şeyx Məhəmməd Saleh əl-Munəccid və s. Şeyx Albani – rahmətullahi aleyhi – Hicri 1420-ci il 22 Dumada əs-Səniyyə ayında (miladi tarixi ilə 2 oktyabr 1999-cu ildə ) 87 yaşında mübarək və xeyirli bir ömür sürərək dünyasını dəyişmişdir. Allah ona rəhmət eləsin!
Əlimizdə olan bu əsər də çox mühüm bir məsələni özündə əks etdirir. Şeyx Albani – rahmətulahi aleyhi – bu məsələyə də haqqını verərək ətraflı və geniş bir şəkildə onu izah edərək bizim öhdəliyimizə vermişdir.
Allahdan bu çalışmanın dolğun, düzgün şəkildə tərcümə edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər haradasa xəta etmişəmsə bu məndəndir. Mənim acizliyimdən və çarəsizliyimdəndir. Şeytandan və çarəsizlikdən Allaha sığınıram. Burada düzəldiləməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd- nəsihət verəndən, xətalarımı və səflərimi mənə bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın. Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm. Ayrıca bu kitabı mənə yazmaqda kömək edən, bu kitabda zəhməti olan, öyüd vermək və ya dua etmək məqsədilə mənə yardım edən hər bir kəsə təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur.
«Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qövuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əs-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən əməli-saleh möminlərin üzərinə olsun.
BİTİRDİM: HİCRİ 1426-Cİ İL 9 MƏHƏRRƏM
MİLADİ 19 FEVRAL 2005-Cİ İL. _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur” |
|
| Əvvələ qayıt |
|
 |
Rashad ibn Abdu'l VAHHAB
Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 100 Şəhər/ölkə: Baki, Azerbaycan
|
Göndərilib: Ş. Okt. 06, 2007 3:20 pm İsmarış mətni: |
|
|
TƏRCÜMƏÇİNİN MÜQƏDDİMƏSİ
«Onlardan sonra gələnlər belə deyirlər: «Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən həqiqətən, şəfqətli və mərhəmətlisən!» (əl-Həşr 10). «… Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!… Bizi əhv edib bağışla, bizə rəhm et!» (əl-Bəqərə 286). «… Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi Cəhənnəm əzabından qoru!» (əl-Bəqərə 201).
Həcmi kiçik, lakin dəyəri böyük olan bu kitabı tərcümə etməyimin məqsədini aşağıdakı kəlmələrlə izah etmək istəyirəm.
BİRİNCİSİ: Sələf və Xələf alimləri namazın vacibliyinə iman etdiyi halda, tənbəllik səbəbi ilə namazı tərk edən kimsənin küfrü, bu küfrün sahibini İslam millətindən çıxardıb çıxarmadığı və ona veriləcək cəza haqqında xilaf etmişlər. İxtilaf edən tərəflərdən bu mövzuda kitab yazan bəziləri, görüşünə uyğun gələn tərəfin dəlillərini üstün tutub, onları təfsir və şərh edərək məsələni hər tərəfli izah edərkən qarşı tərəfin dəlillərini ya görməməzlikdən imtina etmiş ya da onları dəlil olmaqdan çıxartmaq üçün mümkün olan hər şeyi etmişdir.
Namazın tərk edilməsinə aid kitab yazanlardan biri də Şeyx-əl-Albanı- rahmətullahi aleyhi – dir. Bu məsələdə əl-Albani – rahmətullahi aleyhi – tərəflərin dəlillərini cəm etməsi, onlardan birini qəbul edib, digərini rədd etmək əvəzinə onların səhih olan dəlillərinin hamısı ilə əməl etmək yolunu üstün tutulması bizi bu kitabı tərcümə etməyə yönəldən səbəblərdən biri olmuşdur. Çünki Əhli Sünnə vəl Cəmaatın üsullarından biri də imkan olduğu halda dəlillərin arasını cəm etmək üsuludur. Digər tərəfdən kitab bu mövzuda mənim düşüncələrimə əhatəli olaraq aydınlıq gətirməkdədir. Lakin mənim burada zikr etmək (demək –(k.h) istədiyim bir neçə kəlmə vardır.
Tərk etməklə sahibini – İslam millətindən çıxaran – təkfirə səbəb olan namaz qılmamaq ilə, sahibini Allahın istəyinə (diləməsinə) tərk edən namaz qılmamağı bir-birindən ayırd etmək lazımdır.
Namazı tərk etmək mütləq bir ifadədir. Bu ifadədən namazın bir vaxtını tərk etmək və ya bəzən qılıb, bəzən də qılmamaq başa düşüldüyü kimi, heç namaz qılmamaq və ya təmamən tərk edib onda israr etmək də başa düşülür. Həyatı boyu heç vaxt namaz qılmayan və bu hal üzərində ölən və ya namaz, oruc və başqa ibadətlər haqqında söhbət olunduqda bunu ikrah hissi ilə qarşılayan və hər tərəfdən köksünü küfrə açdığı bəlli olan və ya öldürülməyi namaz qılmaqdan üstün tutacaq qədər namaza kin bəsləyən kimsələrə aid edilən nasları (Quran və Sünnə – (k.h), namazın dindəki həqiqi yerini bilməyən, nəfsinə və cəmiyyətin ənənəvi din anlayışına məruz qalmış cahil bir xalqa uyğunlaşdırmaq səhv fikirdir. Çünki belələrinə dindən, imandan, namazdan və s. ibadətlərdən söhbət etdikdə qəlbləri yumşalar, hətta gözləri yaşla dolar və ağlayarlar. Sonra dərhal namaza başlayarlar. Cümə namazlarını qaçırmadıqları kimə Ramazan ayında da məsciddən çıxmazlar. Bunlarla, həyatında Rəhmana bir dəfə də belə olsun səcdə etməyən, üzündə küfrün izlərini daşıyan zalımlarla bir tutmaq heç də doğru deyildir. Bu eyni zamanda təkfir edən naslarla, Allahın istəyinə buraxan nasları mümkün qədər cəm etməməkdir. Necə olursa olsun Quran və Sünnətdə gələn təkfir nasları birinci qrup namazı tərk edənlərə, Allahın istəyinə buraxan nasları isə ikinci qrup namazı tərk edənlərə aid etmək məcburiyyətindəyik.
Buna aid iki misal gətirərək izah etməyə çalışacağam. Quranda varid olan: «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları (Cəhənnəmdəki) Ğəyy dərəsinə atacağıq» (Məryəm 59). «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik, yoxsula da yedirtmədik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan saydıq» (əl-Muddəssir 42-46). Bu kimi ayələrlə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən rəvayət edilən: «Şübhəsiz ki, namazı tərk etmək kişi ilə küfr arasındadır» və «Bizimlə onlar arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə küfrə girər» kimi hədisləri birinci qrup namazı tərk edən kimsələrə aid edib.
«Həqiqətən Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (savabını) ikiqat artırar və ya öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər» (ən-Nisa 40). (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O bağışlayan və rəhm edəndir» (əz-Zumər 53). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar» (ən-Nisa 116) və buna bənzər ayələrlə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən ravəyət edilən: «Allah –subhanəhu və təalə – qulların beş vaxt namaz fərz qılmışdır. Kim bu namazları səhlənkarlıq etmədən və qəsdən heç bir vaxtı tərk etmədən haqqı ilə yerinə yetirərsə, Allah onu Cənnətinə daxil edəcəyinə dair söz vermişdir. Kim də bu beş vaxt namazı qılmazsa Allahın ona heç bir sözü yoxdur. İstərsə onu cənnətə daxil edər, istərsə də əzab verər (təhqiqi irəlidə gələcək)» və «Qiyamət günü qulun ilk olaraq hesaba çəkiləcəyi şey heç şübhəsiz ki, namazıdır. Qul onu (qılaraq) tamamlamışsa nə gözəl. Yox (əgər onları tamamlamamışsa), onun nafilə namazlarına baxın var mi? - deyilər. Qulun nafilə namazı varsa onlarla fərz namazları tamamlanar. Sonra digər əməllərin də (hesabı) belə edilər» və buna bənzər bir çox misalları da ikinci qrup namazı tərk edən kimsələrə aid etmək lazımdır. Şingiti – rahmətullahi aleyhi – bu hədislə bağlı belə demişdir: «Bu hədis də namazı tərk edənin küfrə girmədiyinə dəlil tərəfi; nöqsan olan fərz namaların və onların nafilələrlə tamamlanması – hədisin ümumi mənası etibarı ilə – namazlardan bəzisini qəsdən tərk etməsi mənasına gəlir. Görüldüyü kimi hədisin ləfzinin (mətninin –k-h) ümumi – təviliz olaraq – bunu söyləyir» (Ədvaul Bəyan 3/453).
İmam İbni Cərir – rəhmətullahi aleyhi - : «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi…» ayəsinin təfsirində belə demişdir: «Mənə görə ayənin ən gözəl təfsirini ayəni «namazı tamamən tərk etmələri və heç qılmamalarıdır» şəkilində izah edənlərin təfsiridir. Çünki Allah ayənin davamınca buyurur: «Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa…» (Məryəm 60). Bu ayələr isə yuxarıdakı təfsirin doğruluğunu sübut etməkdədir. Bu ayədə namazı tərk edənlərlə qəsd edilən kimsələr, mömin olduğu halda namazı qılmayan kimsələr olsalardı Allah : «Tövbə edib iman gətirən» deyə buyuraraq iman edənləri istisna etməzdi. Əksinə ayədə olan namaz qılmayanlar imansız kafirlərdir. Allah üçün heç namaz qılmadıqları kimi, fərzlərdən heç birini də yerinə yetirmirlər» (Təfsir Təbəri 16/84-85).
Şeyxülislam İbn Teymiyyə – rahmətullahi aleyhi – belə demişdir: «Namazı tərk etməkdə israr edib heç qılmayan və namazı qılmamaqla israr edərək ölən kimsəyə gəlincə belə bir kimsə müsəlman olmaz. Lakin insanların bir qismi bəzən namaz qılır bəzən də namazı tərk edirlər. Bax bu kimi kimsələr VAİD (yəni: Allahın istəməsi (diləməsi) altındadırlar. Allah istərsə onları bağışlayar, istərsə əzab verər» (Məcmuu Fətaya 22-49).
Namazı qılmamaq insanın təkfir olunmasına səbəbdir sözünün mənası; onu tamamən tərk etmək və heç qılmamaqdır. Bu ifadə ilə qəsd edilən mənanın namazı bəzən qılmamaq və ya onu (namazı) qılmaqla bərabər müəyyən olunmuş vaxtlarını mühafizə etməmək olmadığına: «Beləliklə o, nə təsdiq etdi, nə də namaz qıldı. Amma yalan saydı, (imandan da) üz döndərdi» (əl-Qiyamə 31) bu ayə də dəlildir. Ayədə küfrə səbəb olaraq Quranı təsdiq etməmək və ondan üz döndərmək zikr edilmişdir. Beləliklə namazı heç qılmayan və onda israr edənlərə nisbətən, namazı tərk edənin ayədə qəsd edilən üz döndərən kimsələrdən olmadığı açıq aydındır.
Şeyx Şingiti – rahmətullahi aleyhi – namazı tərk etməklə bağlı olan məsələlərdə tərəflərin dəlillərini və mövzu ilə əlaqəli olan görüşlərini (fikirlərini) zikr etdikdən sonra öz görüşlərini bu şəkildə açıqlamışdır: «Mənə görə dəlil olaraq sözlərin ən doğrusu namazı tərk etmək (əməli) küfürdür deyib, izahını hədis və fiqh üsullarının vasitəsi ilə icra edən cumhurun görüşüdür. Onlara görə mümkün qədər dəlillərin arasını cəm etmək vacib olduğu üçün namazı tərk edənin küfrü sahibini İslam millətindən çıxaran küfr deyildir. Hədislərdə zikr edilən küfr və şirk ləfzləri sahibini İslam millətindən çıxarmayan küfrə aid edildikdə dəlillərin arası cəm edilmiş olur. Dəlillərin arasını imkan olduqda cəm etmək, biri ilə əməl edib digərini əməldən salmaqdan daha münasibdir. Bu eyni zamanda hədis və fiqh üsulunda bilinən bir qaydadır».
İmam Nəvəvi – rahmətullahi aleyhi -: «Şərhul Muhəzzəb» isimli kitabında təmbəllik səbəbi ilə namazı tərk edənin, İslam millətindən çıxan küfrlə kafir olmadığını iddia edən alimlərin dəlillərini bəyan etdikdən sonra belə deyir: «Müsəlmanlar namazı tərk edəni VARİS (miras alan) və MƏVRUS (mirası alınan) kimi qəbul etmişlər. Əgər namazı tərk etmənin küfrü məğfirət olunmayan küfr olsaydı müsəlmanlar onu nə varis nə də məvrus deyə qəbul etməzdilər».
Namazı təmbəllik səbəbi ilə tərk edəni Cabir, Bureydə, İbn Şaqiq və s. başqalarının rəvayət etdiyi hədislərlə dəlil gətirərək təkfir edənlərə cavaba gəlincə bu belədir: «Onların hamısı namazı tərk edənin kafirlərə bəzi hökmlərdə bənzəməsi mənasına gəlir. O da namazı qılması üçün tövbəyə dəvət edilməsi və ya öldürülməsidir. Hədisləri cəm edib təfsir etmək və zikr etdiyimiz qaydalara bağlı qalmaq isə vacibdir» (Ədvaul Bəyan 3/456).
İKİNCİSİ: Bəzi kimsələrin mütləq ifadəli nasları alıb, qeyd və bəyan edici nasları gözardı edərək, hər namaz qılmayanı mütləq şəkildə təkfir etmələrinin və uydurma icma iddialarının yersiz (əsilsiz) olduğunu ifadə edərək həqiqəti ortaya çıxarmaqdır. Bu kimi insanlara heyrət etməmək mümkün deyildir. Mövzu ilə əlaqəli alimlərin sözlərini nəql edərkən onlardan görüşlərinə (fikir və əqidələrinə) uyğun gələn hissələri alır, uyğun gəlməyən hissələri isə tərk edirlər. Bu hərəkət elmi əmanətə riayət edilməyən bir hərəkətdir. Məsələn: «Namazın tərk edilməsi ilə bağlı mövzuda İbn Teymiyyə – rahmətullahi aleyhi – nin sözlərini nəql edərkən buna bənzər bir şey baş vermişdir».
Şeyxülislam – rahmətullahi aleyhi - : «əl-Vasiyyətul-Kubra» əsərində belə demişdir: «… Həddi buluğa çatmış bir kimsə beş vaxt namazlardan bir vaxtı qılmaqdan imtina edərsə və ya üzərində ittifaq edilən fərzlərdən bəzisini tərk edərsə o, kimsə tövbəyə dəvət edilir. Tövbə edərsə (rahat buraxılır) əksi təqdirdə öldürülür». Alimlərdən bəzi kimsələr: «Namazdan imtina edib qılmayan mürtəd, kafir olur. Onun üçün cənazə namazı qılınmaz və o, kimsə müsəlmanların arasında dəfn edilməz» demişdilər. Digər bəzi alimlər isə: «Namazdan imtina edib qılmayan kimsə yol kəsən quldur və ya evli olaraq zina edən kimi olur» demişdilər.
Şeyxülislamın bu sözlərini bəzi kimsələr öz görüşlərinə uyğun gələcək şəkildə nəql edərkən altından xətt çəkilən yerləri nəql etməmişlər. Şeyxülislam alimlərin sözlərini nəql edərkən elmi əmanətə riayət göstərmiş, onun sözlərini nəql edənlər isə təəssüf ki, bu riayəti yerinə yetirməmişdilər. Şeyxülislamın sözlərini burada olduğu kimi tam olaraq oxuyanlar alimlərin bu məsələdə iki görüşü olduğunu başa düşürlər. Lakin onun bu sözlərini nöqsan olaraq nəql edən kimsələrin kitablarından oxuyanlar o, sözlərdən alimlərin bu məsələdə sadəcə bir görüşü olduğunu, bu görüşün də namaz qılmayanın təkfir edilməsinin vacib olduğunu başa düşəcəklər. Ayrıca işarə edilən yerdə İmam İbni Hazm – rahmətullahi aleyhi – nin səhabələrin bu məsələdə icma etdiklərini ona iftira olaraq atıldığını da oxuyacaqlar.
Yeri gəlmişkən İman İbni Hazm – rahmətullahi aleyhi – nin bu mövzudakı görüşlərini nəql etməkdə bir xələl görmürəm. İmam dəyərli kitabı «əl-Muhallə» 11/376-380- də Kitabul Muharib qisminin 2298-ci məsələsində mövzu ilə bağlı görüşləri belədir.
Vaxtı çıxana qədər namazı qəsdən tərk edənin öldürüləcəyi görüşündə olan İmam Məlik, İmam Şafii – rahmətullahi aleyhi – və s. imamların bu görüşlərini rədd edib, onların dəlillərini zikr edərək və onlara cavablar verərək məsələni hər tərəfli öyrəndikdən sonra bunları söyləməkdədir: «… Yuxarıdan aşağıya doğru başa saldığımız şeylər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Sizlərdən kimsə bir münkər görürsə gücü çatdığı qədər onu əli ilə dəyişdirsin…» deyə buyurduğuna daxildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bu ifadəsi; namazı qılmaqdan, cünub ikən yuyunmaqdan, Ramazan orucundan, zəkat verməkdən, həcc etməkdən, bütün fərzləri bu şəkildə yerinə yetirməkdən imtina edərək münkər iş görən kimsənin tərbiyə edilməsi üçün bir əmrdir. Yuxarıda zikr etdiyimiz rükunları yerinə yetirməmək ümmət içərisində ittifaqla (yekdilliklə) münkər sayılır. Çünki onların hamısı haramdır. Haram da elə münkərin özüdür. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmri bu münkəri edənləri əllə vurmaq mübahdır və səhihdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in "təzir cəzalarında on dəyənəkdən artıq vurulmaz" hökmü də səhihdir. Bu görüşün dəlillərini «Təzir cəzaları nə qədərdir?» babında zikr edəcəyəm. Bu (namaz və s. ibadətlərdə də) höküm belə olduğu təqdirdə zikr olunan münkəri işləyənlərə on dəyənək vurmaq vacibdir. Vacib olan namaz və s. ibadətləri yerinə yetirərsə (dəyənəklə) vurulmaqdan azad olur və ona başqa bir cəza da yoxdur. Namaz qılmaqdan imtina etməyə davam edərsə, bu hərəkəti ilə başqa bir münkəri (günahda israr etmək münkərini) işləmiş olur. Dolayısı ilə yenə də dəyənək vurulur. Bu şəkildə təzir cəzası ona Allahın (onun) üzərindəki haqqını yerinə yetirincəyə və ya təzir cəzaları səbəbi ilə ölüncəyə qədər davam edər. Bu kimsədən (namazın) bir vaxtı çıxıb ikinci vaxtı girincəyə qədər dəyənək zərbələri əsla azaldılmaz. Yeni vaxtı girən namazın qılınması üçün təzir cəzaları təkrarlanır. Gecə yarısına qədər beləcə davam edər. İşa namazının vaxtı çıxdıqda vaxtı keçmiş namazları qıla bilməyəcəyindən dəyənək vurulması dayandırılır. Sonra sübh namazının vaxtının girməsi ilə dəyənək yenidən vurulur və sübh namazı vaxtının çıxmasına qədər davam edir. Sonra zöhr namazının ilk vaxtına qədər dəyənək vurulması dayandırılır. Sonra namazını qılan onu vurma işini davam edir. (Yəni) Başqa birisi namazını qıldığı vaxt vurma işini digəri əvəz edir, o biri isə namaza gedir. Nöbələşərək namazı tərk edən bu münkəri tərk edincəyə qədər və ya təzir cəzası səbəbi ilə ölüncəyə qədər və ya təzir cəzası səbəbi ilə ölüncəyə qədər davam edir. Onun (bu şəkildə) öldürülməsi isə doğrudur. Bununla belə o, kimsə müsəlmandır».
Bu sözlər namazı tərk edənin kafir və ya mürtəd olduğuna dair səhabə icmasının rəyini kitabında nəql edən(!) iftiraya uğrayan kimsənin sözləridir.
ÜÇÜNCÜSÜ: Şeyxləri təqlid etmənin kor etdiyi bəzi kimsələrin namazı və s. ibadətləri özlərinə qalxan edərək müsəlmanlara kafir və buna bənzər bəzi çirkin sifətləri vermələrinə və bu əməli də Sələfi Salihin və Əhli Sünnətə istinad etmələrinə gəlincə: Əhli Sünnə bu kimi bəsitlikdən uzaq olmaqları ilə bərabər bu insanların Allahın hüzurunda durub cavab vermələri də çox çətin olacaqdır.
Allah – sübhanəhu və təalə – onlara: Mən sizə: «Bilmədiyin bir şeyin ardınca getmə…» (əl-İsra 36) deyə ayə göndərməmişdim mi? Cahillikləri səbəbi ilə məsələni qaynaqlarından (mənbələrindən) araşdıraraq öyrənmək imkanına sahib deyilkən, sırf birisini sevmək və onların səni yönəltmələri səbəbi ilə nədən müsəlmanlara: «Kafir, mürtəd» və s. sifətləri şamil etdin dediyində bu təqlidçilərin: «Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar». (əl-Əhzab 67) deməmələrini təmənna edirəm. Bununla bərabər Allah – subhanəhu və təalə- onlara: Amma siz insanlara filan və filankəsi təqlid etməyi qadağan edirdiniz «Siz insanlara yaxşı işlər görmələrinin əmr etdiyiniz halda, özünüzü unudursunuz?…» (əl-Bəqərə 44) buyuruğunda şübhə yoxdur.
Muqallidlərlə məsələmiz bu qədərlə bitməyəcəkdir. İnşəAllah bu yaxınlarda İmam İbn Qeyyim – rahmətullahi aleyhi – nin «Təqlid Risaləsi» kitabında onların vəziyyətlərindən bəhs edən çox gözəl misallar və incə öyüdlər verilmişdir. Ümid edilir ki, bəlkə bununla başlarını işlədərlər.
Nemətləriylə saleh əməlləri tamamlayan Allaha həmd olsun! Ey Allahım! Səni həmdinlə təsbih edirəm. Səndən başqa ilah olmadığına şəhadət edirəm, səndən məğfirət istəyir və sənə tövbə edirəm (Darimi 2/283).
MUSTAFA YIĞIT
1996 KAYSERİ _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur” |
|
| Əvvələ qayıt |
|
 |
Rashad ibn Abdu'l VAHHAB
Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 100 Şəhər/ölkə: Baki, Azerbaycan
|
Göndərilib: Ş. Okt. 06, 2007 3:22 pm İsmarış mətni: |
|
|
MÜQƏDDİMƏ
Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilag olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.
Fərz qədər tərk etməyin kəbairdən (böyük günahlardan) olduğu, müsəlmanların ixtilaf etmədikləri bir məsələdir. Onun günahı adam öldürmək, zina etmək, oğurluq etmək və içki içmək kimi günahlardan daha böyükdür. Namazı tərk edən özünü Allahın əzabına sövq etmiş, dünya və axirət rüsvayçılığını qəbul etmiş olur. Qurani Kərimdə namazın qədrini ucaldan və onu tərk edənin və ya ona səhlənkarlıqla yanaşanın günahını bəyan edən bir çox ayələr nazil olmuşdur. Məsələn: Allah – subhanəhu və təalə – buyurur: «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları (Cəhənnəmdəki) Ğəyy dərəsinə atacağıq» (Məryəm 59). «Vay halına o, namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qalmazlar). Onlar (namazlarında) riyakarlıq edər» (əl-Maun 4-7). «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik, yoxsula da yedirtmədik, batilə dalanlarla birlikdə biz də dalardıq, haqq-hesab gününü yalan saydıq». (əl-Muddəssir 42-46).
Qurani Kərimdə buna bənzər ayələr olduqca çoxdur. Bu mövzuda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bir çox hədisi şərif də rəvayət olunmuşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu hədislərdə namazı tərk edənin və ona etinasız yanaşanların sahib olacağı günahı xəbər verməkdədir.
Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurur: «Şübhəsiz ki, namazı tərk etmək kişi ilə küfr arasındadır». Digər bir hədisdə: «Bizimlə onlar arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə küfrə girər». Başqa bir hədisdə: «Kim namazı qədsən tərk edərsə, Allahın himayəsindən uzaq düşmüş olar». _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur” |
|
| Əvvələ qayıt |
|
 |
Rashad ibn Abdu'l VAHHAB
Daxil ol: Ş. May 12, 2007 22:43 İsmarışlar: 100 Şəhər/ölkə: Baki, Azerbaycan
|
Göndərilib: Ş. Okt. 06, 2007 3:24 pm İsmarış mətni: |
|
|
NAMAZI TƏRK EDƏN HAQQINDA ALİMLƏRİN İXTİLAFI
Zikr edilən bu Quran və Nəbəvi naslar qarşısında alimlər, namazı qəsdən tərk edən kimsəni təkfir etmə xüsusunda ixtilaf etmişdilər. İmam Bəğavi – rahmətullahi aleyhi - : «Şərhi Sünnə» isimli əsərində: «Fərz namazını qəsdən tərk edən kimsənin təkfirində elm əhli ixtilaf etmişdilər…» demişdir. Sonra da ixtilaf edən alimlərdən bir qrupunun adını zikr etməkdədir.
İMAM ŞƏUKANİ – rahmətullahi aleyhi – NİN MƏSƏLƏ İLƏ BAĞLI İZAHI
İmam Şəukani – rahmətullahi aleyhi - : «Neylul Əvtar» kitabında bir az öncə keçən Cabir – radıyallahu anhu – nun hədisini izah edərkən belə demişdir: «Bu hədis namazı tərk edən kimsənin əleyhinə küfrü vacib edən dəlillərdən biridir. Müsəlmanlar arasında namazın fərziyyətini inkar edərək onu tərk edən kimsənin küfründə ixtilaf yoxdur. lakin İslama yenicə girən bir kimsə və ya namazın fərziyyəti ona (tam şəkildə) təbliğ olunacaq qədər müsəlmanlarla oturub durmayan kimsələr bundan müstəsnadır. Lakin namazı tərk edən, onun fərziyyətini iqrar etməklə bərabər təmbəllikdən qılmayan – hansı ki, insanların bir çoxlarının halı belədir; alimlər bu xüsusda ixtilaf etmişdilər…». Sonra İmam Şəukani – rahmətullahi aleyhi – ixtilafdan bu şəkildə bəhs edir: «Bu xüsusda Sələf və Xələf, cumhurun məşhurlarının – Məlik, Şafii, Əbu Hənifə kimilərinin – görüşləri belədir: «Təmbəllik səbəbi ilə namazı tərk edən kimsə təkfir olunmaz. Əksinə o, kimsə fasid hesab olunur. Tövbə edib namazı qılarsa nə gözəl, əksi təqdirdə biz ona evli olub zina edən kimsə kimi hökm verib onu öldürərik…».
İBN HİBBAN –rahmətullahi aleyhi – NİN MƏSƏLƏ İLƏ BAĞLI İZAHI
İbn Hibban – rahmətullahi aleyhi - : «Səhih» əsərində Mustafa – sallallahu aleyhi və səlləm – in küfr kəlməsini namazı tərk edənə mütləq mənada istifadə etmişdir. Çünki namazı tərk etmək küfrə girməyin başlanğıcıdır. Bir kimsə namazı tərk edər və onda israr edərsə namazsızlığa alışar və bu hal onu digər fərzləri də tərk etməsinə gətirib çıxardar. Bu halda olan bir kimsə fərzlərin tərk olunmasına alışar və bu hal da onu fərzləri inkar etməsinə gətirib çıxardar. Beləliklə Peyğəmbər – sallallahu aleyhi və səlləm – küfrün növlərinin sonuncusu olan ən son kəliməni onun növlərinin birincisinə mütləq olaraq istifadə etmişdir. İbn Hibban sözünə davam edərək deyir: «Söylədiyimiz şeyin doğruluğuna dəlil olan xəbərin zikri» deyə açdığı babda Peyğəmbər – sallallahu aleyhi və səlləm – in: «Quranla mübahisə etmək küfrdür» sözünü davam edərək belə deyir: «Ərəblər nəticə etibarı ilə meydana gələcək bir şeyin ismini o, şey meydana gəlmədən öncə söyləyirlər. Bu səbəblə bir kimsə Quran haqqında mübahisə etsə, bu hərəkət onu Allah qorusun Quranın mütəşabih ayələri barədə şəkk-şübhəyə gətirib çıxardar. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in inkar mənasına gələn küfr kəliməsinin ona səbəb olacaq başlanğıc feli mübahisə haqqında ümumiləşdirmişdir».
BU MƏSƏLƏDƏ ELM ƏHLİNƏ YARAŞAN İFADƏ
Namazı tərk etmək böyük bir hadisə və çox təhlükəli bir işdir. Namazı tərk etmək bir kimsəni – MAAZALLAH – dindən çıxararaq kafir və müşriklərin sırasına daxil edə bilər. Bu mühüm məsələdə alimlər ixtilaf etmişdilər. Elm tələbəsinə lazım olan bu məsələdə təmkinli hərəkər etmək və hər namazı tərk edənə şiddətli və qəti olaraq kafir və ya mürtəd hökmünü dərhal verməməkdir. _________________ “Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur” |
|
| Əvvələ qayıt |
|
 |
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
2001-2007 © Azerislam.com - Müstəqil islam saytı. Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Dizayn NUR D şirkətinə məxsusdur.
|