MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

" ƏXLAQSIZLIĞIN BAŞQA ADI: SIĞƏ "

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Ş. Okt. 06, 2007 2:57 pm    İsmarış mətni: " ƏXLAQSIZLIĞIN BAŞQA ADI: SIĞƏ " Sitatla cavab ver

ƏXLAQSIZLIĞIN BAŞQA ADI: SIĞƏ VƏ YA MÜVƏQQƏTI NIGAHIN İSLAMDA HÖKMÜ

Rəhmli və Mərhəmətli Allahın adı ilə!
Həmd olsun Allaha – aləmlərin Rəbbinə! Yerə, nuru Qiyamətə qədər sönməyəcək haqq bir tə'lim gətirən Məhəmməd Peyğəmbərə, həmçinin onun ailəsinə və mö'min əshabələrinə Allahın salamı və salavatı olsun!
Ailə – müsəlman cəmiyyətinin vacib hissəsidir və buna görə Allahın şəriətində ona xüsusi yer ayrılıb. İnsan şəriətə uyğun nigah sayəsində öz təbii ehtiyaclarını ən gözəl şəkildə ödəmək imkanı qazanaraq sakitlik və əminamanlıq əldə edir, nəslini davam etdirib Allahın mükafatına sahib olur, öz həyatını nizamlayır, onda öz ailəsinə və uşaqlarının tərbiyəsinə görə mə'suliyyət hissi oyanır. Amma öz həyatını başqa insanın həyatı ilə bağlayarkən gərək bunu ömürlük edəsən.

Bütün dünyada müsəlmanlar müvəqqəti nigahı qəbuledilməz hesab edirlər. Bununla yalnız cəfərilər razılaşmır.



İxtilafların səbəbi nədədir?


Cəfəri alimlər öz baxışlarına Məhəmməd Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- nəslinə, bə'zi imamların adına yazılan hədislərlə bəraət qazandırırlar. Onlardan yalnız bir misal göstərək:

Əhməd bin İsa rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən –radıyallahu anhu- müvəqqəti nigah barədə soruşduqda o deyib: “Qur' anda ayə var: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» (ən-Nisa, 24).

Bu hədisi əl-Kuleyni “əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa cəfəri alimlər bildirmişlər.

Cəfəri ədəbiyyatında belə hədislər çoxdur, amma isnad – yə'ni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər zəncirinin heç biri Allahın Rəsuluna -səllallahu aleyhi və alihi və səlləm-, hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir, hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər. Ona görə ki, müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- idi. Onun tə'limini onun öz dilindən qəbul edib Allahın Qur'anda təsdiq edilmiş razılığını qazanan insanlar isə Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- mö'min əshabələridir. Əhli-sünnə hədis alimləri yalnız Qur'ana və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- özünün dediklərinə əsaslanırlar. Buna bir neçə misal çəkək:

1) Məhəmməd bin Əli Əli bin Əbu Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Ər-Rabi bin Subra əl-cuhani atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai “əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) Ər-Rabi bin Subra əl-cuhani rəvayət edir ki, onun atası Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- belə dediyini eşidib: “camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa, o qadını buraxsın və ona verdiyini geri almasın” (Müslim və İbn Macə rəvayət ediblər. Bax, “Müxtəsər Müslim”, 813 və şeyx əl-Albani “Səhih əl-cami əs-Saqir”, 7887).

4) İyas bin Sələmə atasının belə dediyini rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- döyüş illərində üç dəfə müvəqqəti nigaha icazə verdi, sonra isə bunu qadağan etdi” (Müslim, 4/131 və Əhməd, 4/55).

5) Bir dəfə Ömər bin əl-Xəttab –radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).

6) Səlim bin Abdullahın rəvayətinə görə Abdullah bin Ömərə –radıyallahu anhu- deyiblər ki, İbn Abbas –radıyallahu anhu- müvəqqəti nigaha icazə verir. İbn Ömər –radıyallahu anhu- deyir: “Subhənallah! Güman etmirəm ki, İbn Abbas belə edə”. Adamlar bunu təsdiq edirlər. Onda İbn Ömər –radıyallahu anhu- deyir: “Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- sağlığında İbn Abbas hələ uşaq idi. Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdi və biz zinakar olmadıq” (Abdur-Rəzzaq, “əl-Müsənnəf”, 7/502).

7) Cüveyra Malikin ona Əli bin Əbu Talibin –radıyallahu anhu- İbn Abbasa –radıyallahu anhu- belə dediyini rəvayət edib: “…Allahın Rəsulu Xeybər günü bizə müvəqqəti nigahı və eşşək ətini haram buyurdu” (Müslim, “əl-cami əs-Səhih”,1407).

Cəfərilər bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə –radıyallahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər elə onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta cəfərilərə görə bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2).

Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:

“ … Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət – müvəqqəti nigah var idi». Bu, qondarma hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105).
Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).
Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Əl-Ərdəbili “cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).
Beləliklə, cəfəri alimlərinin özləri, imam Əlinin –radıyallahu anhu- müvəqqəti nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.

Bundan əlavə, onların ədəbiyyatında imam Əli bin Əbu Talibin –radıyallahu anhu- bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar.

Qazi əl-Məqribi (Şiə-ismaili) kitabında Əli bin Əbu Talibin –radıyallahu anhu- sözlərini xatırladır: “Gəlinin vəlisi və iki şahid olmasa nigah bağlamaq olmaz. Bir və ya iki dirhəmə, bir və ya iki günlük nigah bağlamaq olmaz. Bu – əxlaqsızlıqdır və nigahda əvvəlcədən heç bir şərt ola bilməz” (əl-Məğribi, “Daaim əl-İslam”, 2/227-229, hədis 858).
Şeyx Məhəmməd ət-Tusi (cəfəri–şiə) özünün kitablarında, həmçinin cəfəri alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).

Zeydi şiələrin kitablarından “Musnəd imam Zeyd ibn Əli”ni göstərmək olar ki, burada onun atasından və babasından imam Əlinin –radıyallahu anhu- belə dediyini göstərən hədis verilir: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı qadağan etdi” (əs-Siyaqi, “ər-Raud ən-Nadir şərh məcmu əl-Fiqh əl-Kəbir”, 4/23).
Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- İbn əl-Hənəfiyə, imam Baqir, imam Zeyd, imam cəfər kimi digər ailə üzvlərinin (əhli-Beyt) –radıyallahu anhum- baxışlarına gəldikdə isə, onlar da müvəqqəti nigahı qadağan edirdilər. Bu barədə əhli sünnə və şiə alimlərinin kitablarından bir neçə misal gətirək.

İmam əl-Beyhəqi (əhli sünnə və əl-cəmaə) “əs-Sünən əl-Kubra” kitabında Busama əs-Sırfidən onun imam cəfərdən müvəqqqəti nigah haqqında soruşub, onu ona təsvir edib. O isə deyib: “Bu zinakarlıqdır” (əl-Beyhəqi, “əs-Sünən əl-Kubra”, 7/207).

Əs-Siyaqi (zeydi-şiə), “Raud ən-Nadir” kitabında yazırdı: “İraq ilahiyyatçısı əl-Həsən bin Yəhya bin Zeyd, rəvayət edir ki, Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvləri (əhli-Beyti) müvəqqəti nigahın qadağan edilməsində həmrəy idilər” (Əs-Siyaqi, “Raud ən-Nadir”, 4/26)

Cəfəri şeyxlər İbn İdris (“əs-Sərair əl-Hava”, səh 483), əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/456) və əl-Məclisi (“Bihar əl-Ənvar”, 100/318), İbn Əbu Umeyrin Xişam bin əl-Hakəmdən imam cəfərin müvəqqəti nigah haqqında bu cür dediyini göstərən hədis rəvayət ediblər: “Yalnız əxlaqsızlar belə edirlər”.

İbn İdris (“əs-Sərair əl-Hava”, səh. 66) və əl-Hur əl-Amili (“Vəsail əş-Şiə”, 14/450) həmçinin rəvayət ediblər ki, İbn Sinan imam cəfərdən müvəqqəti nigah barəsində soruşduqda o deyib: “Bununla öz ruhunuzu murdarlamayın”.

Əl-Məğribi (ismaili-şiə) “Daaim əl-İslam”, kitabında rəvayət edir ki, imam cəfərdən müvəqqəti nigah haqda soruşurlar. O xahiş edir ki, bunu təsvir etsinlər, ona deyirlər: “Kişi qadına rast gəlib ona bir-iki dirhəmə, bir cinsi akt və ya bir-iki günlük müvəqqəti nigah bağlamağı təklif edir”. İmam deyir: “Bu – zinakarlıqdır və yalnız əxlaqsızlar bu cür hərəkət edirlər” (Əl-Məqribi, “Daaim əl-İslam”, 2/259, hədis 859).
Buna görə bütün mö'min müsəlman alimlər müvəqqəti nigahın Qiyamətə qədər qadağan edilməsində yekdildirlər.

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə –radıyallahu anhu- və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin –radıyallahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Qazi İbn İyad deyib: “cəfəri-şiələrdən başqa bütün müsəlman alimlər müvəqqəti nigahın qadağan olunmasında yekdildirlər” ( İmam ən-Nəvəvi, “Şərh əs-Səhih Müslim”, 9/181 və s.).

Amma gəlin ədalətli olaq. Yalnız cəfəri ədəbiyyatı oxumuş və bu baxışlara şərik olmayanlara münasibətdə qərəzçilik ruhunda tərbəyə olunan və ümumiyyətlə, “Sünnə” (Məhəmməd Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- yolu) sözünə qarşı ikrah hissi keçirən insana öz alimlərinin istinad etdikləri hədislərin səhih olmadığını təsəvvür etmək çox çətindir.

Hədis elminin əsaslarını bilməyən müsəlman onların yalan olmasına sərbəst əmin olmaq iqtidarında deyil. Belə hallarda bir qayda olaraq, İslamın ilk mənbəyinə – Müqəddəs Qur'ana müraciət etmək lazımdır ki, Uca Allahın hər hansı bir məsələ barədə çıxardığı qərarı öyrənə biləsən.

Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- hədislərinin mövcudluğuna və onların Axirətə qədər qorunub qalacağına baxmayaraq, gafirlər onun və əshabələrinin kəlamlarına çoxlu yalanlar əlavə ediblər. Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- əsil davamçılarının müvəqqəti nigah haqqında qondarma hədisləri rədd etmələrində göründüyü kimi, müsəlman ilahiyyatçıları üçün onların qeyri-səhih olmasını başa düşmək heç də çətin deyil.

Amma nabələd adam yolunu aza bilər. Hədisləri qərəzlə araşdıranları cəfəri alimlərin başına gələn məhz belə bir bədbəxtçilik gözləyir.


Əgər siz hələ də Allahın müvəqqəti nigahı icazə verməsinə inanırsınızsa, Qur'anın bu barədə nə dediyini öyrənin. Axı Allahın axırıncı vəhyini heç kəs təhrif edə bilməz. Buna qərəzli yanaşmayın, axı həqiqətdən qiymətli heç nə ola bilməz.
_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Ş. Okt. 06, 2007 3:01 pm    İsmarış mətni: Sitatla cavab ver

QURAN MÜVƏQQƏTI NIGAH BARƏDƏ NƏ DEYIR?

Müqəddəs Quran kişiyə yalnız öz arvadı və cariyələri ilə cinsi əlaqəyə girməyi icazə verir: «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).

«Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin cariyələrdən (kənizlərdən) alsınlar…» (ən-Nisa, 25).
Müvəqqəti nigah bağlayan qadın nə zövcə, nə də cariyə adlanmır. Ona icarəyə götürülən qadın (“mustacirə”) deyilir.

Zurara rəvayət edir ki, o, imam cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Vəsail əş-Şiə”, 14/446-447).

Cəfəri alim Məhəmməd Həsən ən-Nəcəfi izah edir ki, müvəqqəti nigah bağlanılan qadın –icarəyə götürülən qadındır, ona görə ki, kişi öz ehtirasını ödəmək üçün onun bədənini icarəyə götürür. O deyir: “Şübhəsiz ki bu cür icarəyə icazə verilir” (“cəvahir əl-Kəlam”, 30/192 və 202-203).

Cariyə – cihad zamanı əsir götürülən qul qadındır. İcarə edilən qadın isə azad da ola bilər. Təkcə bu fakt onu cariyələr sırasından xaric edir.

Barələrində Quranda danışılan zövcələrə gəldikdə isə, Allahın onlara aid etdiyi çoxsaylı qanunlar sübut edir ki, icarə edilən qadınlar istənilən halda onlara adi deyil.
Əgər Tanrı övrət yerlərini zövcələrdən və cariyələrdən başqa bütün qadınlardan qorumağı buyurursa, bu o deməkdir ki, cinsi əlaqəyə görə qadını icarə etmək olmaz.
Quran arvadlar üçün mirasdan pay təyin edir:
«(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dördə biri sizə çatır. Əgər sizin uşaqlarınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır…» (ən-Nisa, 12).

İcarə edilən qadın vərəsəlik hüququndan məhrumdur:
Əhməd bin Məhəmməd rəvayət edir ki, imam Əbu əl-Həsən Rza deyib: “Müvəqqəti nigahı əvvəlcədən kəsilmiş şərtdən asılı olaraq, həm vərəsəlik hüququ ilə, həm də onsuz bağlamaq olar”.

Məhəmməd bin Müslim rəvayət edir ki, o, imam cəfərdən müvəqqəti nigah zamanı veriləcək mehrin qədəri haqqında soruşanda o, deyib: “Öz aralarında danışdıqları qədər… Əgər onlar vərəsəlik barədə razılığa gəlsələr, buna də əməl etməlidirlər”.


Səid bin Yasər rəvayət edir ki, o, imam cəfərdən müvəqqəti nigah bağlayarkən qadınla vərəsəlik haqqında heç nə şərtləşməyən kişi haqqında soruşur. İmam deyir: “Danışılıb, ya yox– onların buna ixtiyarları çatmır” (əl-Hur əl-Amili, “Vəsail əş-Şiə”, fəsil 18, müvəqqəti nigah və şərtləri barədə; əl-Xomeyni,“Zubdat əl-Əhkam”, səh. 248; Mirzə ən-Nuri, “cəvahir əl-Kəlam”, 30/190; əl-Həsən əl-Hulyi, “Təbsira əl-Mutəallimin fi Əhkam”,səh.258).

Diqqət yetirin ki, Cəfərilərin sözlərini nöqsansız və düzgün saydıqları imam Rza və cəfər arasında ziddiyət var. Bundan başqa, imam cəfərin özünün iki müxtəlif fikri olub.
Quran nigaha boşanma ilə son qoyulmasını tələb edib (eyni qadınla) üç dəfə boşandıqdan sonra yenidən evlənməyi qadağan edir:
«(Ya Peyğəmbər!) Örvətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın… » (ət-Talaq,1).

«Talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir… Əgər kişi övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman qadın başqa ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz…» (əl-Bəqərə, 229-230).

Müvəqqəti nigaha boşanmadan son qoyulur:
Zurarə rəvayət edir ki, Əbu cəfər müvəqqəti nigah barədə deyib: “Onun müddəti bitdikdə boşanmadan ayrılmaq lazımdır” (Bax. Şeyx Mirzə əl-Nuri, “Müstədrak əl-Vəsail”, 14/473, hədis 2).
Əli bin cəfər rəvayət edir ki, qardaşı imam Musadan kişinin bir qadınla neçə dəfə müvəqqəti nigaha girə bilməsi haqda soruşduqda o deyib: “Nə qədər istəsən” (Bax: “Vəsail əş-Şiə”, 14/480, hədis 3,14/466-470; ət-Tusi, “Təhzib əl-Əhkam”, 8/33-34; Abdullah Niam, “Ruh ət-Təşəyyu”).

Bütün bunlar sübut edir ki, müvəqqəti nigah bağlanılan qadınların Allahın Kitabında barələrində danışılan qadınlara aidiyyatı yoxdur.

Quran arvadı ilə cinsi əlaqədə olmuş kişiyə boşanarkən onu kəbin haqqından məhrum etməyi icazə vermir. Əgər onlar buna qədər boşansalar onda qadına haqqın yarısı çatır:
«Kəbin haqlarını təyin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!...» (əl-Bəqərə, 237).

«Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!» (ən-Nisa, 20).
Kişi qadına verəcəyi haqqın bir hissəsini verməyə bilər:

Ömər bin Xanzələ imam cəfərdən soruşur: “Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi”. O dedi: “O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27).

Quran boşanmış ər-arvada, əgər arvad bundan sonra başqa kişiyə ərə gedib boşanıbsa, yenidən həmin kişi ilə evlənməyə icazə verir:
«Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hökmlərini yerinə yetirəcəklərinə inamları olduğu tədqirdə, (həmin qadının əvvəlki əri ilə) təkrar evlənmsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hökmlərdir...» (əl-Bəqərə, 230).
Müvəqqəti nigahın müddəti qurtardıqdan sonra qadın daimi nigahda olduğu əvvəlki ərinin yanına qayıda bilməz.

Məhəmməd bin Müslim rəvayət edir ki, ya imam cəfərdən, ya da imam Baqirdən soruşurlar: “Kişi öz arvadından üç dəfə boşanıb. Sonra başqa kişi onunla müvəqqəti nigah bağlayır. Əvvəlki əri onunla yenidən evlənə bilər?” O, cavab verir: “Yox” (Əl-Küleyni, “əl-Kafi”, 5/425, hədis 2).

Quran ər-arvada məhəbbət və anlaşma şəraitində yaşamağı tövsiyə edir:
«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…» (ər-Rum, 21).

İcarə edilmiş qadına ehtram bəsləmək vacib deyil.
Əl-Qasım bin Məhəmməd deyir ki, kimsə (!) ona imam cəfərdən bir cinsi akt müddətinə nigah bağlamağın mümkünlüyü barədə soruşduqda onun belə cavab verdiyini rəvayət edib: “Olar. Amma kişi, cinsi əlaqədən sonra üzünü qadından çevirməlidir ki, onu görməsin” (“Vəsail əş-Şiə”, 14/479-480, fəsil 25).
Qurana əsasən kişi qadını evlə təmin etməlidir:
«Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin…» (ət-Talaq, 6).
İcarə edilmiş qadın öz evində yaşayır.

İshaq bin Əmmar imam Rzadan soruşur: “Qadın müvəqqəti nigaha girərkən öhdəlik götürür ki, o hər gün gəlib öz vəzifəsini yernə yetirəcək… Kişi, qadının onun yanına gəlmədiyi günlərə görə onun haqqını kəsə bilərmi?” O cavab verir: “Bəli” (“Vəsail əş-Şiə”, 14/481-482, fəsil 27).

Quran dörddən artıq qadınla evlənməyi qadağan edir:
«… o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə nigah bağlayın!…» (ən-Nisa, 3).
Müvəqqəti nigahı isə eyni zamanda istnənilən sayda qadınla bağlamaq olar.
Əbu Basır rəvayət edir ki, imam cəfərdən dörd qadınla kifayətlənməyin vacibliyi bərədə soruşublar. O deyib: “Nə dörd, hətta yetmişlə” (“Vəsail əş-Şiə”, fəsil 4).

Quran təyin edilmiş İDDƏ müddəti bitdikdən sonra boşanmağa icazə verir.
«Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər – başqa ərə getməyib) gözləməlidirlər» (əl-Bəqərə, 228);
«Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur» (əl-Əhzab, 49);
«Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər» (əl-Bəqərə, 234).

Müvəqqəti nigahlarda İDDƏ müddəti şəriətə uyğun nigahlardakından iki dəfə qısadır.
İmam Rza rəvayət edir ki, Əbu cəfər deyib: “Müvəqqəti nigah zamanı İDDƏ müddəti 45 gündür. Ehtiyat üçün 45 gecə gözləmək olar”.
Zurara rəvayət edir ki, Əbu cəfər deyib: “Əgər onda aybaşı olursa, o zaman İDDƏ – bir aybaşı müddəti, olmursa – 45 gündür”.
Əli bin Yaktın rəvayət edir ki, imam Rza deyib: “Əgər qadınla müvəqqəti nigah bağlamış kişi ölübsə, o zaman qadın 45 gün gözləməlidir”.

Əli bin Ubeydullah rəvayət edib ki, onun atası kimdənsə (!) imam cəfərin müvəqqəti nigahda olan, əri ölmüş qadının nə qədər gözləməli olduğu haqda soruşduqda onun belə cavab verdiyini eşidib: “65 gün” (“Vəsail əş-Şiə” 14/473, fəsil 22).
Quran ərdə olan qadınla evlənməyi qadağan edir.

«(cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi) (ən-Nisa, 24).
Kişi ərdə olduğunu gizlədən qadınla müvəqqəti nigah bağladığına görə məsuliyyət daşımır.

Məysar rəvayət edir ki, o, imam cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).
Fazil imam cəfərə deyib: “Mən, qadınla müvəqqəti nigah bağladım və mənə elə gəldi ki, onun əri var. Mən onun haqqında öyrəndim və aydın oldu ki, həqiqətən, onun əri var”. O dedi: “Sən onun barəsində niyə öyrənirdin ki?”

Mehran bin Məhəmməd rəvayət edir ki, kimlərsə (!) ona imam cəfərə– “Bir kişi müvəqqəti nigah bağlayarkən qadından ərinin olub-olmadığını soruşur”– deyəndə, onun belə dediyini çatdırıblar: “O, bunu niyə soruşurdu ki?” (“Vəsail əş-Şiə”, 14/456-457; əl-Məclisi, “Bihar əl-Ənvar”, 100 və ya 103/10).

Diqqət yetirin ki, cəfəri toplularında göstərilən hədislərin çoxu «hansısa adamlardan» rəvayət olunur. Bu, o deməkdir ki, onları danışan məlum deyil. O, yalançı, hətta İslamın düşməni də ola bilər. Sünnü alimlər bu cür hədisləri qətiyyən qəbul etmirlər.
Qurana əsasən arvadını xəyanətdə günahlandıran kişi, bu barədə dörd dəfə and içməli və haqlı olduğunu təsdiq etmək üçün bir dəfə yalan danışına lənət deməlidir.
«Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri sözünün doğru olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billəhi – Allahı şahid gətirirəm, deyə şəhadət verməlidir). Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lənət eləsin!” (– deməlidir). Qadının da (hakimin hüzürunda) ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: “Əgər yalan deyirsə, Allah ona lənət eləsin!” (– deməlidir)» (ən-Nur, 6-9).
Bunlar müvəqqəti nigaha aid deyil.

İbn Əbi Yafur rəvayət edir ki, imam cəfər deyib: “Müvəqqəti nigahda olan kişi və qadın günahsız olduqlarını təsdiq etmək üçün xüsusi and içməməlidirlər” (əl-Hulyi, “Şərai əl-İslam”, səh 2/306; “cəvahir əl-Kəlam”, 30/189 və s.)
Quran arvadlarını analarına oxşadaraq bununla onlardan imtina edən şəxslər bərədə bəzi qaydalar müəyyən edib.

«Sizdən öz qadınları ilə zihar (qanuni nigahlarını özlərinə haram edib) edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır…» (əl-Mücadələ, 2).

Ayədə ondan danışılır ki, kişi öz arvadını özü üçün anası kimi toxunulmaz elan edir. İslama qədər bütpərəstlər məhz belə boşanırdılar. Uca Allah deyib ki, bu cür hərəkət edən hər kəs, arvadıyla qovuşmazdan qabaq, bir qul azad etməli və ya iki ay fasiləsiz oruc saxlamalıdır və ya əgər bunu bacarmasa, 60 kasıbı yedizdirməlidir.
Bu da, həmçinin müvəqqəti nigaha aid deyil.

Əl-Fudalın dediyinə görə kimsə (!) ona agah edib ki, imam cəfər belə deyib: “Öz arvadını anasına oxşadan ondan boşanmış olur”. “Vəsail əş-Şiə” kitabının 16-cı fəslində deyilir: “Öz arvadlarını analarına bənzədənlər haqqında olan qərar müvəqqəti nigaha şamil edilmir” (“Vəsail əş-Şiə”, 19 və 20-ci fəsillər; “cəvahir əl-Kəlam”, 30/189; Abdullah Niam, “Ruh ət-Təşəyyu”, səh. 460).
Quran kişinin üzərinə arvadıyla yaşadığı müddətdə və boşandıqdan sonra gözləmə müddətində onu saxlamaq məsuliyyətini qoyur.

«Kişilər qadınlar üzərində ixtiyar sahibləridirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir…» (ən-Nisa, 34);
«Varlı-karlı olan öz varına görə (südd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin…» (ət-Talaq, 7).

Kişi icarəyə götürdüyü qadının qayğısını çəkməyə məcbur deyil.
Hişam bin Səlim rəvayət edir ki, imam cəfər müvəqqəti nigah haqqında deyib: “Sən onun saxlanılmasına heç nə xərcləməməli və İDDƏ-ni gözləməməlisən” (“Vəsail əş-Şiə”, 14/495-496, hədis 1; “cəvahir əl-Kəlam”, 30/303).

Quran cinsi münasibətləri yalnız cinsi orqanlar vasitəsilə qurmağa icazə verir.
«Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!…”» (əl-Bəqərə, 222).
İcarə edilmiş qadın intim münasibətdən imtina edə bilər.

Əmmar bin Mərvan rəvayət edir ki, imam cəfərdən müvəqqəti nigah bağlayarkən qadının ona belə dediyi kişi haqqında soruşurlar: “Mən, yalnız o şərtlə sənə gedərəm ki, sən istədiyin yerə toxuna və baxa bilər, kişilərin öz arvadlarından aldıqları istənilən həzzi məndən ala bilərsən, yalnız bir şeydən başqa,– sən mənim uşaqlıq yoluma toxunmamalısan, mən biabırçılıqdan qorxuram». İmam deyir: “Sənə yalnız şərtləşdiyiniz şeylərə icazə verilir” (“Vəsail-əş Şiə”,15/45; Yusif əl-Bəhrani, “əl-Hədaiq ən-Nadıra fi Əhkam əl-İtra ət-Tahira”, 24/197).

Quran bütün insanlara öz ismətlərini gözləməyi tövsiyyə edir.
«Sizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları mömin cariyələrdən alsınlar…» (ən-Nisa, 25);

«Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah Öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar…» (ən-Nur, 33).
İcarəyə götürülmüş qadın, hətta o müvəqqəti nigahda olsa belə, istədiyi kişi ilə yata bilər.
Həfs əl-Buxtari rəvayət edir ki, kimsə (!) ona imam cəfərdən qadının müvəqqəti nigahda ikən ismətini qorumasının (yəni ərinə xəyanət etməməyin) vacibliyi haqda soruşarkən onun belə cavab verdiyini deyib: “Yox. Bu yalnız daimi nigaha aiddir” (“Vəsail əş-Şiə”, 18/351-355).

Quran çoxallahlılarla evlənməyi qadağan edir.
«Allaha şərik qərar verən qadınlar imana gəlməyincə onlarla evlənməyin!…» (əl-Bəqərə, 221).

Onlara görə hətta atəşpərəstlə də müvəqqəti nigah bağlamq olar.
İbn Sənan rəvayət edir ki, Mansur əs-Seykaldan imam cəfərin belə dediyi rəvayət olunuır: “Kişi, atəşpərəst qadınla müvəqqəti nigah bağlaya bilər” (“Vəsail əş-Şiə”, 14/462, hədis 5).

Cəfəri şeyx Cəfər bin əl-Həsən əl-Hulyi, “Şərai əl-İslam fi əl-Həlal və əl-Həram” kitabında yazır: “Müvəqqəti nigahın şərtlərindən biri də budur ki, gərək qadın müsəlman və ya Kitab əhlindən – yəni yəhudi, xaçpərəst və ya atəşpərəst (!) olsun” (“Şərai əl-İslam fi əl-Həlal və əl-Həram”, 2/303).

Atəşpərəstlər çoxallahlılar kimi, heç vaxt Kitab əhlinə aid edilməyiblər. Alimin belə deməsi çox təəccüblüdür. Görəsən o harda oxuyub ki, atəşpərəstlər Kitab əhlindəndir? Güman ki, onun niyyəti öz xalqından olan atəşpərəstləri yüksəltmək olub. Axı məlumdur ki, İslama qədər farslar atəşpərəst olublar.

Quran zinakar qadınla evlənməyi qadağan edir.
«Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadən da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə birər. Bu (belə bir evlənmə), möminlərə haram edilmişdir» (ən-Nur, 3).
Amma onlarla müvəqqəti nigah bağlamaq olar.

İshaq rəvayət edir ki, o, imam cəfərdən soruşub: “Bizim Kufədə bir əxlaqsız qadın yaşayır. Mən onunla evlənə bilərəmmi?”. O soruşur: “O, bayraq asıb (özünün zina ilə məşğul olduğunu bəyan etmək üçün)?”. Mən dedim: “Yox. Əgər o bayraq assaydı sultan onu həbs edərdi”. Bu zaman imam dedi: “Onda onunla müvəqqəti evlən”. Sonra o nökərinə tərəf əyilib ona nə isə dedi. Sonralar mən o nökəri görüb ondan soruşdum: “O sənə nə demişdi?”. Nökər dedi: “O, mənə dedi ki, əgər qadın bayraq assa da, onunla evlənməkdə günah yoxdur. Axı sən bununla onu haramdan qurtarıb halala təhrik edirsən” (“Vəsail əş-Şiə”, 14/454-455, fəsil 9).

Bu fətvanı təsdiq edən cəfəri alimlər çoxdur (“Hədaiq ən-Nadıra”, 24/133; “cəvahir əl-Kəlam”, 30/159-160; əl-Məclisi, “Mulaz əl-Əhyar”, 20/35; əl-Xomeyni, “Təhrir əl-Vəsilə”, 2/261; İbn İdris əl-Hulyi, “əs-Sərir əl-Hava li təhrir əl-Fətava”, 2/621).
Şəriət qadına vəli və iki şahid olmadan nigaha girməyi qadağan edir.

Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- edib: “Qadının vəlisi olmadan kəbin kəsdirmək olmaz. Vəlisi olmayan gəlinə isə əmir vəlidir”. Bu səhih hədisi İbn Abbasdan və Əbu Musa əl-Əşaridən -radıyallahu anhum- Əhməd rəvayət edib. (Bax: Həmçinin şeyx əl-Albani, “İrvə əl-Qəlil”, 1839).

Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- həmçinin deyib: “Qadının vəlisi və iki ədalətli şahid olmadan kəbin olmaz”. Bu səhih hədisi Beyhəqi “əs-Sünən”də rəvayət edib (Bax: Həmçinin şeyx əl-Albani, “İrvə əl-Qəlil”, 1839, 1858, 1860).
Qadın hətta o bakirə olsa belə, atasının razılığı və iki şahidi olmasa da müvəqqəti nigaha girə bilər.

Əbu Səid əl-Qulam rəvayət edir ki, kimsə (!) ona imam cəfərdən belə soruşulduğunu deyib: “Əgər kişi tanımayan qız, valideynlərindən gizli məni öz yanına çağırırsa, mən onun yanına gedə bilərəmmi?” (Müvəqqəti nigah nəzərdə tutulur). O deyib: “Bəli, amma cinsi əlaqədən çəkin”. Ondan soruşurlar: “Əgər o razıdırsa?”. İmam deyir: “O razıdırsa, bu – qız üçün biabırçılıqdır” (“Şərai əl-İslam fi əl-Halal və əl-Haram”, 2/306, “cəvahir əl-Kəlam”, 30/186; Şeyx Məhəmməd bin əl-Həsən ət-Tusi, “ən-Nəhayə”, səh. 490).
Məysar rəvayət edir ki, o, imam cəfərdən soruşub: “Əgər mən kimsəsiz bir səhrada qadın görüb ondan ərdə olub-olmadığını soruşsam və o mənə “yox” cavabını versə, mən onunla evlənə bilərəm? (Mətndən hiss olunur ki, söhbət müvəqqəti nigahdan gedir). O, cavab verir: “Bəli. Belə ki, sən ona inanmalısan” (“Vəsail əş-Şiə”, 14/456-457).
Bütün bunlardan ancaq bir nəticə çıxarmaq olar:
- müvəqqəti kəbinli qadın nə cariyə, nə də daimi arvaddır.

Uca Allah deyib: «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)...» (əl-Muminun, 5-7).

Beləliklə, müqəddəs Quran müvəqqəti nigahı müsəlmanlara qadağan edir, ona görə ki, bununla insan Tanrının icazə verdiklərinin həddini aşmış olur.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> Ən qaynar məsələlər burada müzakirə olunur Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


2001-2007 © Azerislam.com - Müstəqil islam saytı.
Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və
1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Dizayn NUR D şirkətinə məxsusdur.