MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

" Gözəl Əxlaq "

 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: C. İyun 08, 2007 8:39 pm    İsmarış mətni: " Gözəl Əxlaq " Sitatla cavab ver

Mənəviyyat Haqqında

İnsan və onu əhatə edən aləmlər.

İnsan daim müəyyən bir iş görür: yeyir, içir, danışır, oxuyur, düşünür, kiminləsə dostluq edir, kiminsə köməyinə ehtiyac duyur, yaxud kiməsə əl tutmalı, yardım etməli olur. Hansısa bir ailəyə, xalqa, dövlətə mənsub olan insanı daim başqa insanlar – valideynləri, qohum əqrabaları, qonşuları, dostları, həmvətənləri əhatə edirlər. Deməli, insan həyatda təkbaşına yaşamır, həm başqa insanlar ilə, həm də onu əhatə edən bütün canlı və cansız aləmlə sıx əlaqədə olur.

Elə isə, bu əlaqələri saxlayan müəyyən qanun-qaydalar da olamalıdır və insanlarla, ətraf aləmlə davranış qaydalarını göstərən birisi də olmalıdır ki, hamı onu dinləsin, hamı bu qanunlara və qaydalara riayət etsin. Yoxsa, hərə öz ağlına görə, öz istəyinə görə yaşasa dünya qarmaqarışıqlıq içərisində dağılar ki!

Bir anlığa təsəvvür edək ki, bizim ailədə mən yalnız öz istəklərimi yerinə yetirirəm, ata-anamın, nənə-babamın, bacı-qardaşımın arzu və istəklərini nəzərə almıram. Bacım da, qardaşım da, atamda da, anam da, hamı, hamı bu cür davranır. Bizim ailədə vəziyyət necə olar? Burada yaşamaq mümkün olarmı? Əlbəttə yox.

Cəmiyyət ailənin böyük formasıdır. Buna görə də ailədə olduğu kimi, cəmiyyətdə də hər bir adamın həm cəmiyyət qarşısında, həm də onun hər bir fərdi qarşısında öz vəzifələrivardır. Bu vəzifələrin yerinə yetirilməsinə də hər kəs məs'uliyyət daşıyır. Beləlikə, hər yerdə insanların birgə, bərabər, mehriban, qardaşlıq, dostluq, səadət icərisində yaşamalarını təmin edən qanunlara, qaydalara bir ehtiyac duyulur. Bu ehtiyac isə ancaq insanın mənəviyyatının zənginləşməsi ilə ödənilir.

Buradan da belə bir sual doğur: insanlar arasındakı, cəmiyyətdəki bu əlaqələri kim tənzim edit, bu həyat tərzi necə, hansı qanun-qaydalara əsasən qurulur? Bütün bu vəzifələri yerinə yetirərkən insan necə davranmalıdır?

İnsanın davranışı, özünü aparması onun əxlaqıni göstərir. Əxlaq isə insanın mənəviyyatından qidalanır. Deməli, insan necə bir mənəviyyata malikdirsə, əxlaqı da ona görə formalaşır. İnsan hansı əxlaqa sahibdirsə, həm başqa insanlara, həm də ətrafındakı canlı və cansız aləmlərə münasibəti də elə olur. Deməli, insanı insan edən onun mənəviyyatıdır.



Bəs mənəviyyat nədir?

Mənəviyyat - insanın əxlaqını formalaşdıran ruhi keyfiyyətlərdir.
İnsanın ruhi keyfiyyətləri dedikdə ilk növbədə onu digər canlılardan fərqləndirən ağlının, şüurunun, vicdanın, iradəsinin olması nəzərdə tutulur.Elə insanı insan edən də budur, yoxsa, insan ağlından istafadə etməyəcəksə, şüurunu işlətməyəcəksə, vicdanı ilə hər şeyi ölçüb-biçməyəcəksə, zərərli vərdişlərdən, hərəkətlərdən uzaqlaşmaq üçün iradəsindən istifadə etməyəcəksə, o zaman insanın başqa canlılardan, heyvanlardan fərqi nədir? Heç bir canlıda bu keyfiyyətlər yoxdur.

Bax, mənəviyyat məsələsi də burada üzə çıxır. İnsanın ağlı, süuru, vicdanı, iradəsi vardır, lakin bunları o, özü əldə etməmişdir, bunlar ona verilmişdir. İndi ki bütün bunlar insana verilmişdir, o zaman bunlardan istafadə etməyin qayda-qanunları da bildirilməlidir, yoxsa insan bütün bunları haradan biləcək?

Bəs bu qayda-qanunları verən kimdir? Bunlar necə qanun-qaydalardır? Cavab yalnız bu ola bilər: insana həyatı kim veribsə, ona ağlı, şüuru, vicdanı, iradəni də o vermişdir. İnsana necə yaşamağı öyrədən də odur.


Mənəviyyatımızın mənbəyi.

Mənəviyyatımızın mənbəyi bütün aləmləri, o cümlədən şüurlu varlıq olan bizləri yaradan Allahın göndərdiyi Kitab- Qur`ani-Kərim və Onun son elçisi, şanlı Peyğəmbərimizin həyat tərzidir.

Nə üçün bu ikisi? Bu sual e`tiraz şəklində hər an eşidilə bilər. Lakin etiraz etsən də, etməsən də, bilməlisən ki, həyatda yaşamaq üçün insanın seçə biləcəyi üç yol vardır:

Birinci yol: insanlar heç kəsi dinləməyəcək, hərə öz ağlının kəsdiyi, kefinin istədiyi kimi yaşamayacaqdır;

Ikinci yol: insanalar daha ağıllı hesab etdikləri başqa insanların ağlından istifadə edəcək, onların dedikləri, öyrətdikləri kimi yaşayacaqlar;

Uçüncü yol: insanlar özlərinin iradəsi olmadan mükəmməl bir varlıq olaraq Allah tərəfindən yaradıldıqlarını dərk edib Onun əmrlərinə uyaraq yaşayacaqlar.

Gəlin, biz də süurumuzdan, ağlımızdan istifadə edərək bu üç yolun hər biri barədə azacıq düşünək, hansının doğru olduğunu anlamağa çalışaq.

Birinci yol. Əgər insanlar hərə öz bildiyi kimi, öz kefinə görə yaşasa, o zaman heç bir qaydaya, qanuna ehtiyac da qalmaz. Qaydasız –qanunsuz bir cəmiyyətdə isə zülm hakim olar. Kimin kefi nə istəsə, onu edər. O zaman insan yer üzünün bəlasına çevrilər. Heç kəs başqa birisinə etibar etməz, inanmaz, güvənməz. Hamı bir-birindən qorxar, çəkinər. Çünki qarşısındakı insanın nə düşündüyündən xəbərdar olmadığından, onun nə düşündüyünü bilmədiyindən ondan bir faydalı davranış gözləməz. Beləliklə, insan heyvandan daha təhlükəli varlığa çevrilər. Belə bir həyat tərzini kimsə qəbul edərmi? Hətta insan cəmiyyətindən təcrid olunmuş Mauqli belə öz keyfinə görə yaşaya bilmir, meşə qanunlarına tabe olmaq məcburiyyətində qalırsa, o zaman insan kimi yaşamağın da bir qayda-qanunu olmalı deyildirmi?

İkinci yol. İnsanlar daha ağıllı hesab etdikləri başqa birisinin həyat tərzini örnək, hətta onu özlərinə lider qəbul edib yaşaya bilərlər. Lakin burada başqa bir məsələ də vardır. Əgər insan daim başqasının ağlı, şüuru ilə yaşamalı olsaydı, o zaman ağıl, şüur, vicdan, iradə hər kəsə deyil, bir adama verilərdi. İnsana vicdan da gərək olmazdı, çünki vicdan insana o zaman gərək olur ki, şüurundan, ağlından istifadə etsin. Bu zaman insan heyvan sürüsündən də aşağı səviyyədə bir varlığa çevrilərdi.

İndi ki, hər kəsin ağlı, şüuru vardır, deməli, hər kəs öz ağlından, şüurundan istifadə etməlidir.

Digər tərəfdən, insan daim dəyişən varlıqdır. Bu dəyişkənlik onun ağlına, şüuruna aiddir. Yoxsa, insan bədən quruluşuna görə bir milyon il əvvəl necə idisə, indi də elədir- o zaman da iki ayağı, iki əli, bir başı, iki gözü, iki qulağı, bir ağzı, bir dili vardı, indi də elədir. Dəyişən onun şüuru, ağlıdır. Indi ki, insana ağıl və şüur verilmişdir, o zaman hər bir insan bunlardan istifadə etməlidir.

Bir də ağılla əxlaq eyni deyildir, ağılla, şüurla vicdan eyni deyildir. Çox ağıllı adam Allahdan qorxmursa, çox əxlaqsız və fırıldaqçı da ola bilər. Çox ağıllı, çox savadlı adam Allahı inkar edirsə, yalnız “mən-mən” deyirsə, çox vicdansız da ola bilər, başqalarını uzun müddət aldanıb onların hesabına yaşayar. Tarixdə belə şəxslər, belə misallar çox olmuşdur. Bir elmi dəlil başqa bir elmi nəzəriyyəni inkar etmiş, birisinin vaxtı ilə meydana çıxardığı dahiyanə qəbul edilən görüşü sonradan sabun köpüyü kimi partlayıb yox olmuşdur. Firona, Nəmruda, Napoleona, Leninə, Stalinə, Hitlerə, Mussoliniyə inanan, onları ideal kimi qəbul edən milyardlarla insanlar sonra aldandıqlarının fərqinə varmışlar. Onların qurduqları sistemlərin, yazdıqları və yazdırdıqları qanun-qaydaların bir insana və ya bir qrup insana xidmət etdiyini sonradan anlamışlar. Amma çox gec olmuşdur, insanlar istismar olunmuş, milyonlarla nahaq qanlar axıdılmış, milyonlarla insan zülm və işgəncənin qurbanı olmuşdur.

Nəhayət, üçüncü yol. Insan özünün iradəsi olmadan, onun istəyindən asılı olmadan mükəmməl bir varlıq olaraq yaradıldığını dərk edir. Anlayır ki, onu yaradan vardır. Allah hər şeyin yaradıcısıdır. Ucsuz-bucaqsız göyləri də, ondakı ulduzları, Ayı, Günəşi də, Yeri də, Yerdəki dağları, çayları, dənizləri, meşələri, çölləri də, onlarda olan hər cür canlıları – balıqları, quşları, böcəkləri, həşəratları, heyvanları, hər şeyi, hər şeyi yaradan Odur. Bu qədər heyrətamiz varlıqları yaradan Allah, əlbəttə, onlara necə yaşamağı da öyrədər. Bunu öyrətməyin yolu isə ikidir.

1) Elm, bilik vermək; 2) Bu elmdən, bilikdən necə istifadə etməyin yollarını göstərmək.

Beləliklə də, aləmləri yaradan insanlara mütləq həyat, aləmlər, ondakı nizam və intizam, nədən necə və nə qədər istifadə etməyin yolunu göstərən bilgilərdən ibarət bir Kitab – Quran göndərmişdir. Burada insanlara lazım olan elmlərin hamısı, o cümlədən əxlaq qanunları və qaydaları şərh edilmişdir.

Bir də, bu qanunları, qaydaları həyata necə tətbiq etməyi öyrədən bir seçilmiş insan- peyğəmbər göndərmişdir ki, insanlar Kitabı anlamaq üçün ona müraciət etsinlər, ondan necə yaşamağı, necə oxumağı öyrənsinlər.

Ona görə də Uca Yaradan daim insanlara öz əmrlərini və bu əmrləri yaşayan insanlar göndərmişdir. Bütün bu əmrlər əvvəlcə səhifələr halında, sonradan isə kitab halında halında göndərilmişdir. Lakin bir müddət sonra insanlar bu səhifələrə, kitablara dəyişiklikləri etmişlər. Allah da hər dəfə onları ləğv etmiş, yenisini göndərmişdir. Son olaraq göndərdiyi kitaba isə Allah “ Quran” adı vermişdir və bunun son Kitab, peyğəmbərin də son peyğəmbər olduğunu, Kitaba kimsənin dəyişiklik və ya düzəliş edə bilməyəcəyini və onu dünyanın sonunadək qoruyub saxlayacağını bildirmişdir. Bu iki mənbəni yaxşı bilən və bildiklərini də yaşayan insan – yer üzünün əşrəfi, yer üzərində Allahın xəlifəsi ola bilər.

Bəzən insanlar Allahın varlığını qəbul etsələr də, Onun əmrlərini, dediklərini qəbul etmək istəmirlər. Məsələn, bəziləri “Allah vardır, hər şeyi O yaratmışdır”- deyir, amma Quran , peyğəmbər göndərdiyini qəbul etmək istəmir.

Belə məntiqi anlamaq mümkün deyildir. “Allah vardır, hər şeyi yaradan Odur”, deyirsən, buna inanırsan, amma bu qədər mükəmməl aləmləri yaradanın bir kitab, bu qədər canlıya həyat verənin, insanları yaradanın bir peyğəmbər göndərə biləcəyini şübhə altına alırsan, yaxud rədd edirsən? Doğrusu, buna nə ağıl,nə də məntiq demək mümkün deyildir.


İlahi mənəviyyata sahib olmaq insanlara və cəmiyyətə nə vermişdir?

İlahi mənəviyyata sahib olmaq insanlara mənsub olduqları ailəni, xalqı, dövləti, bütün insanları sevməyi, hörmət etməyi, qayğıkeşliyi, namuslu, qeyrətli, vəfalı və sədaqətli olmağı öyrıtmiş, onlara ən üstün keyfiyyətlər qazandırmış, xalqımızın təfəkkürünü, dünyagörüşünü, həyat anlayışını müəyyən etmişdir. Bu dünyagörüşü ilə bir çox elmi kəşflər edilmiş, nəsillər tərbiyələnmiş, mədəniyyətə yiyələnmiş, dünya dövlətləri arasında layiqli yer tutmaq müəssər olmuşdur.

Gözəl əxlaqa yiyələnənədək əcdadlarımız çox uzun bir yol keçmiş, bir çox məşəqqətlərlə rastlaşmış, onlara sinə gərmiş, ən sonda canları və qanları bahasına gözəl əxlaqı qazanmış, yaşamış, sonra bizlərə bir məqsədə xidmət etmiş, özlərindən sonra gələcək insanlara miras qoyub getmişlər. Onlardan sonra gələnlər də bu əxlaqı yaşamış, qorumuş, özlərindən sonra gələn bir başqa nəsillərə bunları öyrətmişlər.

Demək, biz də bu vəzifəni həyata keçirməli, əcdadlarımızın bizə verdiyi əmanəti təhvil verməliyik.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Ç.a. İyun 12, 2007 10:43 pm    İsmarış mətni: Sitatla cavab ver

MƏNƏVİYYATIMIZ VƏ İNSAN HAQLARI

Mənəviyyatımıza görə, İnsan - bütün yer üzündə canlıların əşrəfi, yer üzündə Allahın xəlifəsidir.

İnsanı digər canlılardan bu qədər fərqləndirən, onu yer üzünün əşrəfi, yer üzərində Allahın xəlifəsi səviyyəsinə yüksəldən, ona belə yüksək dəyər qazandıran, keçən dərsimizdə də öyrəndiyimiz kimi, onun ağıla, şüura, vicdana və iradəyə malik olmasıdır ki, bunlar sayəsində də İnsan mənəviyyatı zənginləşir, əxlaqı formalaşır. Buna görə də mənəviyyatımızda İnsan və onun əxlaqının zənginliyi ən önəmli yer tutur.

Mənəviyyatımıza görə isə İnsanın əxlaqı gözəlliyini göstərən meyar onun humanistliyidir; İnsan özünü nə qədər sevirsə-sevsin, başqalarını da ən azı özü qədər sevməlidir. Bu baxımdan mənəviyyatımız İnsanın haqq və hüquqlarını təmin etməklə yanaşı, onun məsuliyyətini də müəyyən etmişdir. Bu məsuliyyət isə Allahın yaratdığı hər şeyi sevməyin dərəcəsi ilə ölçülür. Müqəddəs kitabımız olan Qurani – Kərimdə İnsanın bu keyfiyyətləri, fərqlilikləri qeyd edilmiş, İnsan haqları ən mükəmməl və ədalətli şəkildə açıqlanmışdır.



İnsan haqları nə deməkdir?

Əxlaqımız İnsan haqlarından bəhs edərkən başlıca olaraq aşağıdakı haqq və hüquqları önə çıxarır: canın, əqlin, inancın, irsin və malın mühafizəsi.

a) Canın mühafizəsi: yaşamaq İnsanın ilk haqqıdır. Onu Allah yaratmış, yaşamaq haqqını ona O vermişdir. Deməli, İnsanı bu haqdan məhrumetməyə ondan başqa heç bir kəsin haqqı yoxdur, Allahın verdiyi canı Ondan başqa kimsə ala bilməz.

Haqsız yerə İnsanın canına, hətta bədəninin ən kiçik üzvünə belə təcavüz etmək, İnsanı ondan məhrum etmək qadağan edilmişdir. Bundan başqa, İnsanı təhqir etmək, şəxsiyyətini alçaltmaq, ona iftira atmaq, arxasınca danışmaq da əxlaqımızda qəti qadağandır. Beləliklə, İnsanın yaşamaq haqqı İlahi əxlaq tərəfindən ən mükəmməl və ədalətli şəkildə təmin edilmişdir;

b) əqlin mühafizəsi: əxlaqımız İnsan əqlinə mənfi təsir edə bilən, onun idrak və düşüncəsinə zəiflədən, ağlını başından çıxaran hər hansı bir maddəni qəbul etməyi qəti qadağan etmiş, beləliklə,

İnsanların sağlamlağı ilə yanaşı onların aydın düşünmələrinə, bilik və əxlaqi dəyərlərə sahib olmalarına təminat hazırlamışdır;

c) inancın mühafizəsi: əxlaqımız inanc barəsində dünyanı heyrətə salacaq dərəcədə

demokratik prinsiplər irəli sürür. Belə ki, heç kim başqasını inancına həqarət edə bilməz. Uca Kitabımızda dində zorlama olmadığı, peyğəmbərlərin vəzifəsinin yalnız Gözəl Əxlaqı təbliğ etmək, izah etmək olduğu dəfələrlə xatırladılmışdır

ç) irsin mühafizəsi: əxlaqımız ailə hüquqlarına, onun sağlam təməllər üzərində davam

etməsinə böyük həssaslıqla yanaşır. Ailənin başçıları – nənə-baba, ata-ana, valideyn-övlad və övlad-valideyn münasibətlər, onların vəzifələri və bir-birləri qarşısında məsuliyyətlərinin əxlaqımızdakı qədər həssas, dəqiq və ölçülü şəkildə təsbitinə dünyanın heç bir qanununda rast gəlmək mümkün deyildir. Məsələn, övladın valideynlərinin üzünə ağ olması ən böyük günahlardan hesab edilir.

d) malın mühafizəsi: əxlaqımız malın mühafizəsindən bəhs edərkən əvvəlcə malı, mülkü hansı yollarla əldə etmənin yollarını və üsullarını göstərir, bundan sonra onların mühafizəsinin təminatından danışır. Belə ki, malın haram yollarla əldə edilməsi, həm də israf edilməsi qəti qadağan edilmişdir. “Bir müsəlman digər müsəlmana qanı, malı və namusu haramdır”, buyurulmuşdur.

Bundan sonra İnsanın digər haqları gəlir: məsələn, İnsanın yaşaması üçün onun evi, mənzil, geyimi, yeməyi olmalıdır. Onun sağlamlığı qorunmalı, təhsil alması üçün ona şərait hazırlanmalıdır. O, işləməli, iş yerində hər cür əmək şəraiti və qayğı ilə əhatə olunmalı, əmək qabiliyyətini itirdikdə həyatını davam etdirə bilməsi üçün təminati olmalıdır.



Mənəviyyatımıza İnsan haqlarının başlıca prinsipi

Beləliklə, mənəviyyatımız İnsana lazım olan hər şeyin mühafizəsini ən mükəmməl şəkildə təmin etmişdir. Lakin iş təkcə bununla da bitmir. Əcdadlarımızdan əmanət qalan mənəviyyatımız İnsan haqlarından bəhs edəndə, yuxuda dediyimiz kimi, ön plana İnsanın özündən çox başqalarını çıxarır, yəni “hər şey mənim olmalıdır” anlayışını qəbul etmir, əksinə, bu əxlaqa görə hər bir İnsan özü üçün nəyi istəsə, arzu etsə, ilk növbədə həmin şeyi başqası üçün də istəməlidir. Babalarımız tez-tez bu hədisi təkrar edərdilər. “Sizlərdən biriniz özü üçün arzu etdiyi yaxşılığı mömin qardaşı üçün də arzu etməzsə, həqiqi mənada kamil İnsan sayılmaz.”

Doğrudan da, əgər hər kəs ilk növbədə özünü düşünsə, qarşısındakı İnsana özü qədər münasibət bəsləməsə, onun haqq hüquqlarını özününkü qədər qorumağa çalışmasa, İnsan haqlarının qorunmasından danışmaq olmaz.

İnsan özünün yaradıldığını və ona yaşamaq haqqını Allahın verdiyini dərk edib digər yaradılmışları unudursa, bu zaman haqsızlıq etmiş, özü də hiss etmədən başqalarını bu haqlardan məhrum etmiş olar.

Biz bəzi İnsanlar haqqında “filankəs çox yaxşı adamdır, dost-tanış, qohum-əqraba üçün canını belə əsirgəməz”, yaxud “çox salamat adamdır, qarışqanı da ayaqlamaqdan qorxar” kimi ifadələr işlədildiyini eşidirik. Deməli, bu kimi fədakarlıqlar əxlaqımızda çox böyük əhəmiyyət kəsb edir. Belə olmasaydı, övladı üçün valideyn, velideyn üçün övlad, İnsan üçün qohum-qonşu, dost-tanış, əlil-xəstə, qoca-cavan münasibətlərində şəfqət, məhəbbət, fədakarlıq olmaz, vətən üçün, namus üçün, şərəf üçün heç kəs mübarizə aparmazdı. Belə bir dünya təsəvvür edə bilirsinizmi?

Lakin mənəviyyatımız bir İnsan hüquqlarını ön plana çıxarmır, ümumbəşəri, hamı-nın istifadə etdiyi, canlı-cansız nə varsa, hamısının haqq və hüquqlarını ən ədalətli şəkildə təmin edir.

Canlı aləmdən hamı – İnsanlar da, bitkilər də, heyvanlar da müştərək istifadə edirlər. Eyni zamanda onlar bir-birlərindən də istifadə etməklə həyatlarını davam etdirirlər. Buna görə də hamının ehtiyacı olan bir şeyi istifadə edərkən diqqətli olmalı, ehtiyacımızdan artıq heç bir şey almamalı, götürməməliyik, çünki istifadə etdiyimiz hər bir şeydə bizdən başqa digər canlıların, o cümlədən, İnsanların da payları vardır. Əgər ehtiyacımızdan artıq istifadə etsək, onların haqlarına təcavüz etmiş olarıq. Məsələn, krandan su alıb onu açıq buraxsaq, yaxud təbiətin gözəl guşəsində dincəlib sonra oranı təmizləmədən, yanğın ola biləcəyinə əhəmiyyət vermədən ayrılsaq, nəticədə yanğın törənməsinə şərait hazırlamış olar, yaxud, ətrafı elə çirkləndirmiş olarıq ki, başqalarının da bu nemətlərdən istifadə etməsi mümkün olmaz. Ən mühümü, bizə verilən əmanətləri qorumamış olarıq.



İnsan haqlarından irəli gələn vəzifələr

İnsan haqları təkcə mənim haqqım demək deyildir. O, daha çox mənim haqqım hər kəsin haqqıdır, bəlkə onlar məndən daha çox haqlıdırlar kimi başa düşülməlidir. Lakin həmişə belə olmur.

Tez-tez belə bir mənzərə ilə rastlaşırıq: ətraf mühitin əhəmiyyətini unudur, çayları, gölləri, dənizləri çirkləndirir, meşələri kəsib tökür, küçə-bacanı zibilləyirik. Lakin nəzərə almırıq ki, bununla biz öz istəyimizi yerinə yetirir, lakin başqalarını bunları istifadədən məhrum edirik. Məsələn, hər kəs küçəyə bir kağız atsa, hər gün Bakının küçələrinə üç milyon zibil tökülməsi olar. Hər kəs bir budaq qırsa, o zaman yer üzərində yaşıllıq azalar, İnsanların oksigenə olan tələbatı ödənilməz, müxtəlif xəstəliklər törənər.

Bu iş vərdiş halına keçəndə isə İnsanın xasiyyətinə çevrilir və İnsan təkcə ətrafındakı cansız aləmə deyil, İnsanlara qarşı da münasibətini dəyişir. İnsanlar arasında sevgi, şəfqət, məhəbbət hissləri zəifləyir, İnsanların başqalarına, təbiətə, canlı və cansız aləmə sevgisi, qayğısı azalır. Buna görədir ki, bu gün yer üzündə yüzlərlə, minlərlə qiymətli heyvanların, bitkilərin kökü kəsilmiş və ya sayı o qədər azalmışdır ki, bu gün onların artırılması və ya qorunması üçün külli miqdarda əlavə pul vəsaiti sərf etmək lazım gəlir. Halbuki, bu vəsaitlə bu gün dünyanın müxtəlif yerlərində aclıq çəkən İnsanlara, xəstələrə, kimsəsizlərə və onlar kimi ehtiyacı olan milyonlarla İnsana əl tutmaq, yardım etmək olardı.

Buna görədir ki, ən qədimlərdən bəri ağac əkmək, yol, su çəkmək, körpü salmaq, soyuqda üşüyən quşlara yuva düzəltmək, heyvanları, quşları yemləmək savab iş, eyni zamanda gərəksiz yerə heyvanları ovlamaq, yaşıllığı pozmaq, suyu, havanı, torpağı çirkləndirmək, elektrik lampasını və cihazlarını lüzumsuz yerə işlətmək, suyu, çörəyi, bir sözlə, İnsanların istifadə etdiyi hər şeyi israf etmək, onları korlamaq günah sayılmışdır və bu əxlaq bir əmanət olaraq nəsildən-nəslə keçmişdir.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B. İyun 17, 2007 8:08 pm    İsmarış mətni: Sitatla cavab ver

ZAMAN VƏ SƏMƏRƏLİ HƏYAT


“Zaman” deyərkən nəyi nəzərdə tuturuq?

Zaman insan ömrünə dəyər qazandırmaq üçün bir fürsətdir. Bu elə bir fürsətdir ki, ondan necə istifadə edilib-edilməməsindən asılı olaraq ömrün də qiyməti dəyişir; ya çox dəyərli və səmərəli, yaxud da əksinə, çox dəyərsiz və səmərəsiz ola bilir.

Zamanın dəyəri və səmərəliliyi insan ömrünün nəyə və necə sərf edilməsinə görə ölçülür. Insan zamanın qədir-qiymətini necə bilirsə, həyatına dəyər qazandırmaq üçün ondan daha dolğun necə istifadə edirsə, zaman da bir o qədər qiymət, dəyər qazanmış olur. Zamanı itirdikdə isə onu bir daha tapmaq, geri qaytarmaq, başqa şeylə əvəz etmək mümkün deyildir.

Zaman bizə tabe deyildir, bir an belə olsun dayanmır, sel kimi axıb gedir. Birisi bu zaman seli üzərində elektrik stansiyası qurub insanlara işıq payladığı halda, başqa birisi zamanın dəyər və mahiyyətini anlaya bilmədiyindən bu selə baş vurur, nəticədə sellər, sular onu alıb daşdan-daşa vurur, məhv edir.

Bir zamandan bu an, bu saat, bu gün istifadə edirik, həmin zaman içərisində nəsə bir iş görürük. Gördüyümüz bu iş gələcəyimiz üçün bir təməl olur və bu gün gördüyümüz işin bəhrəsini sabah, bir ay, bir il, bəlkə illər sonra görürük. Məsələn, əgər insan savadlıdırsa, deməli, zamandan bacarıqla istifadə etmiş, çox oxumuş, çox düşünmüş, anlamağa, dərk etməyə çalışmış, vaxtını buna sərf etmişdir.

Əgər birisi zəngindirsə, hər işdə müvəffəqiyyət əldə etmişsə, deməli, zamanın qiymətini bilmiş, ondan səmərəli istifadə etmişdir. Bundan başqa, o, həm də zamandan necə istifadə etməyin müxtəlif yollarına və üsullarına da bələd olmuşdur.

Əgər bütövlükdə cəmiyyət bu işi mənimsəmişsə, deməli, artıq cəmiyyətin, dövlətin gələcəyi təmin edilmişdir. Buradan belə bir nəticəyə gəlirik: nə vaxt ki, insan, cəmiyyət, xalq zamanın qiymətini anladı, zamanın köləsi olmaqdan xilas olub zamanı özünə tabe etdirməyi bacardı, o vaxt o güclüdür, yenilməzdir, gələcəyi ümidvericidir, parlaqdır.

Buna görə də insan üçün yeməkdən, içməkdən, yatmaqdan daha vacib olanı məhz zamandır, çünki bütün bu işlər hamısı zamana möhtacdır, müəyyən bir zaman içərisində icra edilirlər. Hətta avaralanmaq, boş-boşuna dolaşmaq belə zaman işərisində olur. Bunu anlayırıqsa, bilməliyik ki, zaman üzərində keçilib gedilən bir boşluq deyildir, əksinə, o hər anından ən səmərəli şəkildə istifadə ediləcək bir sərvətdir.



Mənəviyyatımızda zaman anlayışı

Zaman, vaxt anlayışı mənəviyyatımızda mühüm yer tutur. Bu baxımdan da zamanın dəyərini bilməyib, onu israf edənlərin mənəviyyatca zənginləşməsi, kamilləşməsi mümkün deyildir. Zamana, vaxta verilən dəyər mənəviyyatımızın qaynaqlarında, ilk növbədə müqəddəs Kitabımızda, sevgili Peyğəmbərimiz (s.a.s.) hədislərində, bir də bu əxlaqı mənimsəmiş əcdadlarımızın bizə qoyduğu mədəni, ədəbi, bədii, fəlsəfi irsdə, onların həyat tərzlərində öz əksini tapmışdır.

Şanlı Peyğəmbərimiz: (s.a.s.) “İnsanların çoxunu dəyərini bilmədiyi iki şey vardır – sağlamlıqları və zamanları”- söylərkən zamanın da cansağlığı qədər qiymətli olmasına, zamana çox əhəmiyyət verməmizə diqqətimizi yönəltmiş, bizləri xəbərdar etmişdir.

Həz. Əli (r.a.) buyururdu ki, çalışqanlar yaramaz işlər barədə düşünmək istəsələr belə, buna vaxt tapa bilməzlər. Bu hikmətə ifadə edilən məna budur ki, müvəffəqiyyətsizliklərin, yaramaz əməllərin təməlində zamanı dəyərləndirə bilməmək, vaxtı öldürmək durur. Ölmüş insana zaman gərək olmadığı kimi, avara, ömrünün qədrini bilməyən insana da vaxt gərək deyildir.

Zamandan ən səmərəli şəkildə istifadə etməyin yolları hansılardır? Biz zamanın həqiqi dəyərini, doğrudan da, bilirikmi, onun gur axan dağ selləri kimi yanımızdan ildırım sürəti ilə axıb- getməsinin fərqindəyikmi?

İnsanlar xasiyyətlərinə, məşğuliyyətlərinə, ixtisas və peşələrinə görə zamandan müxtəlif cür istifadə edirlər. Kimisi tapşırılan, öhdəsində olan işi dərhal icra etməyi, kimisi dərslərini səhər oxumağı, kimisi onu bütün başqa işləri ilə bərabər axşama saxlamağı sevir, kimisi də bu günün işini sabaha qoyub ən sonda əliboş, avara qalır. Sevgili Peyğəmbərimiz (s.a.s.) bu barədə bizlərə bu xəbərdarlığı edir: “Erkən hərəkət bərəkət və müvaffəqiyyətdir.”

Bu əxlaqla yaşamağı özlərinə həyat tərzi qəbul etmiş ata-babalarımız da “Erkən qalzdım işimə, şəkər qatdım aşıma”, “Vaxt qılınc kimidir: sən onu kəsməsən, o səni kəsəcəkdir” demişlər.

Uşaqları həmişə bu əxlaqa dəvət edən, bu mövzularda gözəl şerlər yazan unudulmaz şairimiz Abdulla Şaiq bu barədə yazdığı “Oyan, oğlum!” şerində belə deyir:

Ağıllı oğlum, oyan! Al şəfəqli günəş var,

Qiymətlidir hər zaman. Pəncərədən parıldar.

Tez ol, dur, get məktəbə, Qalx ki, hamı oyanmış,

Sarıl elmə, ədəbə. Dünya nura boyanmış.

Səhər ziyandır yuxu, Səhər ziyandır yuxu,

Məktəbə get, dərs oxu. Məktəbə get, dərs oxu.




Vaxt israfı əvəzolunmaz itkidir

Zaman insanın ən böyük sərvətidir. Buna görə də əcdadlarımızın ən çox qorxduğu, ehtiyat etdiyi şey vaxt israfı olmuşdur. Çünki bütün işlər zamana möhtac olduğundan onun israf olub-olmayacağı yenə də zamandan asılı olur.

Əcdadlarımız zamana dəyər verməyi öyrənmiş, ona puldan, maldan, hər şeydən daha artıq diqqət və həssaslıqla yanaşmış, onu israf etməməyə çalışmışlar.




Səmərəli həyat tərzi

Zamanı israf etməmək, ondan mümkün olduğu qədər faydalanmaq vərdişlərinə yiyələnmək səmərəli həyat tərzi deməkdir.

Səmərəli həyat tərzi, yerinə yetirilməsi lazım olan çox mühüm bir vərdişdir. Həyatını xeyirli etməyə çalışmaq hər bir fərdə də, hər bir cəmiyyətə də sağlamlıq, müvəffəqiyyət, tərəqqi və xoşbəxtlik gətirir. Insanın gündəlik həyatının bütün dəqiqə və saatları o zaman səmərəli olar ki, hər anın dəyərini biləsən, hər ana dəyər qazandırmağa çalışasan və bunu bacarasan. Həyatını səmərəli quran insanlar başqaları tərəfindən sevilir, sayılır, səmərəsiz həyat tərzi sürənlər isə müvəffəqiyyətsizliyə və geri qalmağa məhkum olurlar. Belələri heç vaxt heç kəs tərəfindən sevilməz, sayılmaz, hörmət görməzlər.

Məsələn, böyük mənəviyyat alimi Fəxrəddin ər-Razi süfrəyə oturarkən həm yeyər, həm də kitab oxumağa davam edərdi. Rəvayət edirlər ki, F.Razi 300-dən çox şagirdə dərs deyərmiş. Şagirdlərinin vaxtı boş keçməsin deyə evindən çıxıb mədrəsəyə gedərkən yolda, atın üstündə belə dərs deyər, həm şagirdlərinin, həm də özünün vaxtına dəyər qazandırarmış.

Məşhur bir dilçi alim Caxaz bu sahədə böyük məharət göstərirmiş. Yoxsul olmasına baxmayaraq, əlinə azacıq pul keçən kimi zamandan daha çox faydalanmaq üçün kitab satılan dükanları bir gecəliyə kirayə götürər, sübhə qədər kitab oxuyar, beləliklə, nə pulunu, hım də zamanını israf etməz, az zamanda çox iş görərmiş.

Başqa bir mənəviyyat alimi İbn-ul Cevzi (rahmatullahi aleyhi) zamanı israf edənlər haqqında təəccübünü gizlətməyərək belə deyirmiş: “Mən əcayib bir şəkildə insanların çoxunun öz zamanlarını öldürdüklərini gördüm. Belələrini girdaba sürüklənən bir gəminin içərisində təhlükədən xəbərsiz oturub söhbət edən səyyahlara bənzətmək olar. Ömrün keçən mövsümlərinə diqqət edin, fürsət əldən çıxmadan siz tələsin, bir-birinizlə zamanı yaxalamaqda rəqabət edin.”

Fizika sahəsində böyük alim İşaak Nyuton bütün günü oxuyar, çalışar, gün ərzində cəmi üç saat yatarmış. Buna baxmayaraq, o, uzun ömür yaşamış, elmə əvəzsiz töhfələr vermişdir.

Səmərəli həyat tərzi son dərəcə əhəmiyyətli olduğundan əxlaqımızda, mənəviyyatımızın qaynaqlarında bu məsələyə çox həssaslıqla yanaşıldığını görürük. Məsələn, müqəddəs Kitabımız olan Quran-i Kərimdə möminlərə qiymət verərkən onların zamandan necə istifadə etmələri ön plana çıxarılır. Bu barədəki Ayəti-Kərimələrdə zamanı səmərəli keçirməyi bacarmaq, vaxtı boş keçirməkdən uzaq qalmaq ən mühüm xüsusiyyət kimi nəzərə çarpdırılır. Deməli, kamil insan digər müsbət keyfiyyətləri ilə yanaşı, ən çox zamanı dəyərləndirməyi, hər andan səmərəli istifadə etməyi bacaran insandır.

Sevgili Peyğəmbərimizin (s.a.s.) həyat tərzi başdan-başa səmərəli həyat tərzi nümunəsidir. Onun yatması, qalması, yeməsi, içməsi, sözündə möhkəmliyi, qısası, bütün xasiyyəti dünyanın sonunadək bütün insanlara nümunədir. O, səliqə-səhmana, təmizliyə, o cümlədən paltar və vücud təmizliyinə əhəmiyyət verir, bunlarda da zaman çox diqqət edərdi. O, heç vaxt qonaqlarını gözlətməz, onların qarşılarına ən gözəl və ən təmiz paltarda, saçı-saqqalı səliqə ilə daranmış halda çıxardı, üstündən həmişə xoş ətir qoxusu gələrdi. O, nə iş görürsə görsün, hər işi öz vaxtında, gecikdirmədən, ən mükəmməl şəkildə icra edər, təyin etdiyi görüşləri vaxtında keçirər, bir yerə getməyə söz vermişdirsə, onu dəqiq, vaxtında yerinə yetirər, bununla da zamandan istifadə etməyin insanın həyat tərzinə necə təsir göstərdiyini öz davranışları, həyatı ilə, yaşayışı ilə göstərər və belə deyərdi: “İki günü bir-birindən fərqləndirməyən insan ziyandadır”.

Biz də vaxtı israf etməməyi, həyat tərzimizin nizamlı-intizamlı, səmərəli olmasını istəyiriksə, insanlığın fəxri, sevimli Peyğəmbərimizin həyatından nümunələrdən faydalanmağa çalışmalıyıq. Səhər tezdən qalxmalı, dərslərimizi təkrar etməli, vaxtında məktəbə gedib vaxtında da evə dönməliyik.. Dostlarımızla, yoldaşlarımızla keçirəcəyimiz vaxt nə qədər qiymətli olsa da, dərs oxumaq üçün ayrılan vaxtımızdan qiymətli deyildir. Biz özümüzü elə bir həyat tərzinə alışdırmalıyıq ki, 24 saatlıq bir gündə həm məktəbə, həm yeməyə, həm istirahətə, həm yatmağa vaxtımız olsun, üstəlik, ata-anamız, bacı-qardaşımız, qohum-əqrəbamız, dostumuz, yoldaşımız qarşısında da vəzifələrimizi icra etməyə vaxtımız qalsın. Çalışmalıyıq ki, bu işlər heç biri digərinə mane olmasın, hər bir iş ən səmərəli nəticə versin.

Səmərəli nəticə isə ailəsinə, xalqına, dövlətinə, torpağına nə qədər xeyirli iş görməklə müəyyən edilir.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Ş. İyun 23, 2007 8:44 pm    İsmarış mətni: Sitatla cavab ver

TƏMİZLİK

Təmizlik əxlaqın təməllərindən biridir. Bu elə bir əxlaqi keyfiyyətdir ki, təkcə insanlara deyil, həm də insani əhatə edən bütün canlı və cansız aləmə də aiddir. Bu fikrin doğruluğuna inanmaq üçün bu fakt kifayətdir: aparılan tədqiqatlar nəticəsində alimlər müşahidə və müəyyən etmişlər ki, təbiətdəki bitki və heyvanat aləmi daim özünü təmizləməklə məşğuldur və onlar buna çox ciddi əməl edirlər.

Biz də ətrafımıza və gündəlik həyatımıza nəzər salsaq, bu kimi faktları görər və anlayarıq ki, təmizlik olmadan nə insandan, nə onun həyatından, nə də ümumiyyətlə cəmiyyətdən danışmaq əbəsdir.

Dünyada çox heyrətamiz bir təmizlik sistemi gözə çarpmaqdadır. Bitkilər, ağaclar yer üzərində həyatın olması və davam etməsi, havanın zəhərini təmizləmək üçün son dərəcə əhəmiyyətli bir iş görürlər:

- onlar havadakı karbon qazını alıb, əvəzində oksigen qazı verirlər;

- bədənimizdə dövr edən qan hər dəfə dalaq və qara ciyərdən keçərək saflaşır;

- torpağa, dənizlərə hər gün atılan milyon tonlarla zibil, çirk, zəhərli və zərərli maddələr yırtıcı heyvanlar, böcəklər, balıqlar tərəfindən qəribə bir şəkildə təmizlənir.

Bəs dünyadakı bu fasiləsiz təmizlik sistemi nəyə və kimə lazımdır? Nə üçün ağlı.ş şüuru olan insan üçün də, şüursuz canlılar üçün də, hətta “dilsiz-ağızsız” təbiət üçün də təmizlik bu qədər əhəmiyyətlidir? Məsələ burasındadır ki, bu sistemi kainatın, bütün aləmlərin Xaliqi olan Uca Allah qoymuşdur. Təsadüfü deyildir ki, Müqəddəs Kitabımız Quran-i Kərim endirilərkən onun ilk əmri “Oxu”, sonrakı əmri isə “Təmizliyə riayət et” olmuşdur. Deməli, kainat və bütün aləmlərin varlığı üçün təmizlik ilk şərtdir.

Beləliklə, təmizlik gündəlik həyatımızın ayrılmaz hissədir. Hər gün evdə anamızın, məktəbdə xadimələrin, küçə-bacada sanitariya işçilərinin təmizlik işləri apardıqlarının şahidi oluruq. Özümüz də evdə, məktəbdə, həyət-bacada tez-tez təmizlik işləri görürük. Hər gün əl-üzümüzü yuyur, üst-başımızı təmizləyir, çirkli paltarlarımızı dəyişirik.



Bəs təmizlik deyəndə nə başa düşürük?

Təmizlik – insanın hər cür maddi və mənəvi pislikləri özündən uzaqlaşdırması üçün gördüyü müntəzəm işə deyilir.

a) mənəvi təmizlik;

b) maddi təmizlik.


Mənəvi təmizlik – insanın öz ağlını, düşüncəsini zərərli fikirlərdən, qəlbini yanlış və batil inanclardan, ruhunu pis duyğulardan, günahlardan təmizləməsinə deyilir.

İnsan xarici görünüşü – geyimi, səliqəsi ilə təmiz görünə bilər.

Bu keyfiyyətlərinə görə, bəlkə, qəlbində özünü hamıdan üstün də sayar. Lakin təmizlik bir tək üst-başı səliqə saxlamaqla bitmir axı!

İnsan ən əvvəl duyğu və düşüncələrində təmiz olmalıdır. Heç vaxt heç kəs və heç nə barədə pis düşünməməlidir. Bunun üçün də özünü buna alışdırmalıdır. Üst başına yetirdiyi diqqət qədər daxili aləminin təmizliyinə də diqqət yetirməlidir. Əks təqdirdə bu cür adam başqaları tərəfindən nə sevilə, nə də qəbul edilə bilməz.

Bəzilərinin tez-tez işlətdikləri “Mənim qəlbim təmizdir, niyyətim safdır” kimi ifadələr, əslində, onların təmizlik haqqında çox bəsit anlayışa malik olmalarını göstərir. Çünki insan daim qəlbinin, ruhunun təmizliyi barədə düşünmürsə və bunun üçün əməli iş görmürsə, onun qəlbinin təmiz olması mümkün deyildir. Üstəlik, bu sözlər özünü əməldə də göstərmirsə, bu düşüncənin yanlış və aldadıcı olması aydın olar.

Müqəddəs Kitabımız olan Qurani-Kərimdə təmizlik barədə müxtəlif Ayələrə rast gəlinir. Aləmləri yaradan Allah belə buyurur: “Allah təmizlənənləri sevər”. Burada “təmiz olanları” deyil, “təmizlənənləri” deməkdə Haqq-Təala həzrətləri təmizlik işini bir an belə olsun unutmamağı, daim onu nəzərdə saxlamağı diqqətimizə çatdırır.

Şanlı Peyğəmbərimiz (s.a.s.) təmizlik barədə Allahın əmrlərini tez-tez insanlara xatırladır, təmizliyin əhəmiyyətindən danışarkən “ İslam dini təmizlik əsasları üzərində qurulmuşdur” deyirdi. “ Təmizliyi sevirəm ” deyən birisinə Peyğəmbərimiz (s.a.s.) könül xoşluğu ilə bu cavabı vermişdir: “Allah da təmizdir və təmizləri sevər ”.

Beləliklə, insanın mənəvi təmizliyi onun Allah tərəfindən qoyulan qanun və qaydalara səmimiyyətlə, inanaraq əməl etməsi ilə müəyyən edilir. Insan inancında nə qədər səmimidirsə və inandığına necə əməl edirsə, mənən bir o qədər təmiz olur. Qəlbində şübhə, riyakarlıq, ikiüzlülük və s. kimi xəstə ruh daşımırsa, bütün davranışlarında yalnız Allahın ondan razı qalıb-qalmayacağını ölçüb-biçirsə, mənəviyyatca təmiz olur.

Maddi təmizlik – mənəvi təmizliyin əməldə təzahürüdür. Buna görə də mənəvi təmizliyi əldə edən insanlar maddi təmizliyi də qazanmış olurlar. Suya atılan daşdan ətrafa ləpələr necə yayılıb genişlənirsə, daxilimizdəki təmizlik də xaricimizə, ətrafımıza beləcə yayılır.

Əgər insan daxilən, yəni mənəvi olaraq təmizliyi dərk etməmişsə, qəbul etməmişsə və daxilən təmizlənməmişsə, onun maddi olaraq təmiz olması çətindir. O, nə bədənin təmizliyinə, nə yemək təmizliyinə, nə də ətraf, çevrə təmizliyinə əməl edə bilməz. Göründüyü kimi, maddi təmizlik bədən, ərzaq, paltar və ətraf mühitin təmizliyi olmaqla dörd qismə ayrılır.



Bədən təmizliyi.

Təmiz olmaq insanın sağlamlığı üçün başlıca şərtdir. Insan bədəninin hər bir üzvünü təmiz saxlamalıdır. Saçların təmiz olması başın və beyinin tənəffüsünə yardım edir, insanda yorğunluq, rahatsızlıq hallarını azaldır. Dişlər təmiz olmazsa, mədə, bağırsaq, qara ciyər kimi daxili orqanlarımız xəstələnər. Buna yol verməmək üçün gündə bir dəfədən az olmayaraq, dişlərimizi fırçalamalıyıq. Həm səhər, yataqdan qalxanda, həm də yatmazdan əvvəl ağızı yaxalamaq da əxlaqi irsimizdən bizə bir əmanətdir.

Avtobusda, metroda, digər nəqliyyat vasitələrində biz mütləq ora-bura əl vurur, kreslolardan, söykənəcəklərdən tuturuq. Əlimiz bir neçə dəfə pula, qapıya, evə gələrkən pilləkənin tutacağına, bəlkə, bir neçə dəfə adamın əlinə, paltarına, hətta heyvanlara belə toxunur. Beləliklə, əlimizə müxtəlif mikroblar bulaşmış olur. Əgər evə gələn kimi əllərimizi yumasaq, dırnaqlarımızın vaxtlı-vaxtında kəsilməsinə diqqət yetirməsək, müxtəlif mikrobların bədənimizə daxil olmasına yol açmış olacağıq. Bədənimiz təmiz olmazsa, dərimizdəki məsamələr örtülər, bədənimiz tənəffüs edə bilmədiyindən tez-tez xəstələnər.

Əl-üzümüzü yuyarkən həkimlərin “ bədənin qoruyucusu ” adlandırdıqları burnumuza su çəkəriksə, bütün bədənimizin sağlamlığına diqqət yetirmiş olacağıq. Çünki burunun içi təmiz olarsa, ağ ciyərlərimiz də qorunmuş olacaqdır.

Mənəviyyatımızda “ yeməyin bərəkəti yeməkdən əvvəl və sonra əlləri yumaqdadır ” deyilir. Buna görə də hələ lap qədimlərdən bəri əcdadlarımız yeməyə oturarkən əllərini yuyar, ağzını yazalayar, birisini ziyarətə gedərkən mütləq yuyunar, üst-başlarını təmizləyərdilər. Bu adət-ənənə bu gün də davam edir. Baba-nənələrimiz isə buna daha həssaslıqla yanaşmışlar. Onlar dini ayinlərə icra edərkən, Quran oxuyarkən mütləq təmizlənər, gözəl ətirlərdən istifadə edirlər, çünki bu, Allahın əmri, Peyğəmbərimizin (s.a.s.) həyat tərzidir.

Ayaqlarımız təmiz olmazsa, tezliklə müxtəlif yoluxucu xəstəliklərə tutularıq. Onları hər gün yumasaq, üstəlik tər iyi ilə başqalarını da narahat etmiş olarıq, corabımız, ayaqqabımız tez çirklənər, tez sıradan çıxar.

Göründüyü kimi, bədən təmizliyinin fərdi əhəmiyyəti qədər ictimai əhəmiyyəti də vardır. Belə ki, şəxsin təmizliyi onun başqaları ilə münasibətlərini yaxşılaşdırır. Insanlar təmizkar adama hörmət və qayğı ilə yanaşırlar, ona yalnız təmiz şeylər təklif edirlər.



Ərzaq məhsullarının təmizliyi.

Təmizkarlıqda ərzaq məhsullarına xüsusi diqqət verilir. Hamımıza yaxşı bəlli olduğu kimi, bir çox xəstəliklər mikroblar vasitəsi ilə törəyir və yayılır. Bu mikrobların yoluxması, əsasən, qida və hava (tənəffüs) vasitəsi ilə baş verir və yayılır. Əgər ərzaq məhsullarımız təmizliyinə diqqət yetirməsək, belə xəstəliklərin artmasına daha çox yol açmış olarıq.

Xüsusilə, küçə-bacada uzun müddət açıq havada, toz-torpaq və günəş altında satılan ərzaq mallarından uzaq olmağa çalışmalı, həkim nəzarətindən keçmiş, soyuducuda saxlanan, təmizlik qaydalarına əməl edilən, xüsusilə istifadə müddəti keçməmiş təzə ərzaq satılan yerlərdən alış-veriş etmək lazımdır. Mikrobların bədənimizə daxil olmasına yol verməmək üçün yeyəcəyimiz hər bir şeyi yaxşı-yaxşı yumalı onların təmizliyindən əmin olmadıqca, ağzımıza aparmamalıyıq. Eyni sözləri içəcəklərimizə də aid etməliyik.



Paltar təmizliyi.

Təmizkarlıqdan danışarkən paltar təmizliyini unutmaq olmaz. Çünki paltar təmizliyi həm insanın özünün, həm də başqalarının sağlamlığına ciddi təsir edir. Digər tərəfdən də insanın mənəvi təmizliyini güzgü kimi əks etdirir. Çirkli-çirkli, mikroblu bir paltarla nə sağlamlığınızı qoruya, nə də cəmiyyət içində hörmət qazana bilərik. Buna görə də üst-başımızın təmizliyinə də ərzaq qədər diqqət yetirməliyik. Yamaqlı belə olsa, vaxtlı-vaxtında paltarlarımızı təmizləməli, ütüləməli, ayaqqabımızı silməliyik.


Ətraf mühitin (çevrə) təmizliyi.

İnsan sudan, torpaqdan, havadan, günəş işığından və s. istifadə edir. Ağaclar bizi oksigenlə, dənizlər, göllər, çaylar su ilə, balıqlarla təmin edir. Düşünmədən hara gəldi atılan zibillər, fabrik və zavodların çirkli su və tüstüləri ətrafı – havanı, gölləri, çayları, dənizləri çirkləndirir, onlar da öz növbəsində insanın sağlamlığına zərər vururlar. Ağacların kəsilməsi, meşə yanğınları oksigen ehtiyatını azaldır, insanların tənəffüsü çətinləşir.

Mənəviyyatımız insanların oturub-durduqları, gəzib-dolaşdıqları yerləri, keçdikləri yolları, hamının müştərək istifadə etdiyi hər bir şeyi – mal və əşyanı, xüsusilə suları, torpağı, küçəni, həyəti təmiz saxlamağı əmr etmişdir.

Heyvanlar insanların ərzaqa olan ehtiyaclarını ödədikləri kimi, təbiətdə gedən təmizlik prosesində də iştirak edirlər. Məsələn, vəhşi heyvanlar sürüdəki xəstə və zəif olan digər heyvanları ovlayıb yeməklə bir çox yoluxucu xəstəliklərin qarşısını alırlar. Həşəratlar torpağı, bitki qatını xəstəliklərdən qoruyurlar və s.

İndi ki, biz əhatə edən çevrəmiz bizim üçün bu qədər həyati əhəmiyyət daşıyır, deməli, onların qədrini bilməmək, onların təmizliyinə laqeyd qalmaq, əhəmiyyət verməmək nankorluqdur. Biz çevrəmizi qorusaq, onu zibilləməsək, dənizləri, gölləri, çayları çirkab suları ilə murdarlamasaq, meşələri yanğından, gərəksiz yerə qırılıb-tökülməkdən, zibillənməkdən qorumasaq, Allahın bizə verdiyi nemətlərə nankorluq etmiş olar, üstəlik sağlamlığımızı da təhlükə altında qoyarıq.

Ətrafımızın təmizliyindən danışarkən günümüzün çox hissəsini keçirdiyimiz, bizim üçün əziz olan, gələcəyimizin təminatçısı olan sevimli məktəbimizin, sinfimizin təmizliyini xatırlamadan keçə bilmərik. Yemək qırıntılarını, cırıb tökdüyümüz kağız parçalarını, ayağımıza bulaşan palçığı, tozu torpağı təmizləməli, üstəlik, şüşələri sındırmaqdan, partaları, divarları, qapıları cızıb-yazmaqdan qorumalıyıq. Çünki bunlar bizim ümumi malımızdır və onları təmiz saxlamaqla bizdən başqa daha neçə-neçə insanların da onlardan istifadə etməsinə yardım etmiş oluruq.



Təmizliyin fərdi və ictimai baxımdan əhəmiyyəti.

Əvvəla, təmizlik insanın həyatı üçün yemək, içməkdən daha vacibdir. Təmizlik ilk növbədə Uca Allahın əmri olduğundan biz ona əməl etdikcə Allahın razılığını qazanmış oluruq.

İkincisi, təmizlik sağlamlıqdır. Bəzən hiss etmədiyimiz halda çirklilikdən, pintilikdən zərər çəkirik. Natəmiz adam xəstəlikdən baş açmaz, onun ömrü qısa olar. Belə adamdan nə özü, nə də içərisində yaşadığı ailə, cəmiyyət fayda görməz. Belələri hörmətini, izzət və şərəfini itirər, xoşbəxt ola bilməzlər.

Üçüncüsü, təmizliyə əməl etmək insanın həm özü, həm ailə üzvləri, həm də bütün cəmiyyət qarşısında borcudur. Özünə hörmət edən insan mütləq başqalarına da hörmət edər, nəticədə başqalarından da hörmət görər. Beləliklə də, təmizkarlıq insana şərəf qazandırar, onu ucaldar.

Təmizkarlıq bütün cəmiyyətin malı olduğundan belə insanlardan təşkil olunan cəmiyyət də sağlam, xoşbəxt olar. Təmizkar insanlardan ibarət olan cəmiyyətdə hər şeydən əvvəl etibar, inam olar. Natəmiz adama heç kim etibar etməz.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Ş. Sen. 22, 2007 8:32 pm    İsmarış mətni: Sitatla cavab ver

TƏMİZLİK HƏR KƏSƏ AİDDİR


Xəstəliklərin qarşısının alınmasında təmizliyin nə qədər əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Bu qaydalara hələ kiçik yaşlarımızdan öyrənirik. Yeməkdən qabaq əllərimizi yumağı, yeməkdən sonra ağzımızı su ilə yaxalamağı, əllərimizi təkrar yumağı, tez-tez çimməyi, uzanan dırnaqlarımızı vaxtlı-vaxtında tutmağı həmişə anamız, valideynlərimiz bizə məsləhət görüb, onların əhəmiyyətini izah ediblər.

Məni düşündürən budur ki, heyvanlar da təmizliyə bu qədər əhəmiyyət verirlər. Bəs onlara təmizliyi öyrədən kimdir? Axı onların ağlı, düşüncəsi, dili yoxdur. Bir dəfə mən nənəmdən bunu soruşdum. O, təbəssümlə mənə baxdı, qucaqlayıb dizləri üstündə oturtdu və belə dedi:

- İnsandan başqa, bütün canlıları dünyaya Allah təmizlik bilgiləri ilə birlikdə gətirir.Təmizliyə riayət etməyən heyvan yoxdur. Bu nizam, bu qanun dünya var olandan bəri belədir, həmişə də belə olacaqdır. Məsələn, yerin altında yatıb qalxan, daim palçıq və çamurlarda yem axtaran porsuğu biz insanlar sevməsək də, həqiqətdə o, bəlkə də, heyvanların ən təmizlərindən biridir. Çünki o, kürkünü daim təmiz saxlayır, yuvasında bir damcı da olsun murdarçılıq etmir, tez-tez sanki yuvasında iməcilik edirmiş kimi oradakı köhnəlmiş saman çöplərini çıxarıb uzaq bir yerə daşıyır.

Heç fillərin təmizlənmə üsullarından xəbərin varmı? Onlar dərilərini təmizləmək üçün əvvəlcə çamura girib onun içərisində yuvarlanar, sonra xortumlarını duş kimi istifadə edib yuyunurlar. Əgər bədənləri palçıq və çamura çox bulaşmışdırsa, günəş altında bədənlərinə bulaşan palçığı qurudur, sonra silkinir, qurumuş çamurları yerə tökürlər. Beləliklə, bədənlərindəki bütün çirk, toz-torpaqdan yaxa qurtarmış olurlar.

Hələ aslanlar, qaplanlar kimi yırtıcı heyvanlar da ev pişikləri qədər təmizliyə həssasdırlar. Onlar dərilərini, dişlərini və ayaqlarını aramsız olaraq təmizləməklə məşğul olurlar.

Heyvanların bir qismi, məsələn, gərgədanlar təmizlənmək üçün bədənlərini sərt daşlara sürtür, vücudlarını ayna kimi cilalayırlar. Başqa bir heyvan olan samurlar qocaman bir ağac gövdəsinin içərisindəki oyuqda gözəl dərisinə qonmuş və ya bulaşmış toz-torpağı təmizləmək üçün böyük bir cəhdlə o yan-bu yana yuvarlanırlar.

- Nənə, bəs onlar dişlərini də təmizləyirlərmi?

- Əlbəttə, mənim balam, təmizlik yalnız üst-başı təmizləmək deyil ki! Sən hər səhər dişlərini təmizlədiyin kimi, dişi olan bütün heyvanlar da diş təmizliyinə çox böyük əhəmiyyət verirlər. Köpək balıqları haqqında eşitmisən, deyilmi? Bilirsən, onlar dişlərini necə təmizləyirlər? Axı onların əlləri yoxdur!

- Doğrudan da, ay nənə, bəs onlar bunu necə edirlər? - deyə mən marağımı gizlədə bilmədim.

Nənəm başımı tumarlayıb izah etdi və onun dedikləri mənə çox qəribə gəldi:

- Köpək balıqları ovlarını yedikdən sonra ağızlarını açıq saxlayarlar. Onların ətrafında daim başqa, kiçik balıqlar dolaşarlar. Köpək balıqları onlara toxunmazlar. Elə ki ovunu yedi, ağzını açıq saxlayar, ətrafında dolaşan balıqlar onun dişlərinin dibindəki ət qırıntılarını yeyib dişlərinin arasını təmizləyərlər.

- Nənə, mən eyni davranışın timsahlar tərəfindən edildiyini bir kitabdan oxumuşdum.

- Bəli, elədir. Hər bir canlı təmizliyə bəzi uşaqlardan daha həssas yanaçır. Məsələn, canavarın dişləri çirkin bir rəngdə olsa da, bu, onların təbii rəngidir. Yoxsa, bu dişlərdə heç vaxt yemək qalığı tapılmaz. Canavarlar tüklərini bit və birələrdən qorumaq üçün də tez-tez çimərlər.

Bütün quşlar suya baş vuraraq yuyunurlar. Onların quyruq hissəsində yağ kisəsi vardır: quşlar çimib təmizləndikdən sonra bu yağlar vasitəsi ilə tüklərini yağlayıb yumşaldırlar.

Quşlar yuvalarının təmizliyinə də diqqət yetirirlər. Heç bir quş öz yuvasını murdarlamaz. Ana quşlar balasının murdarladığı yerləri dimdikləri ilə toplayıb kənar bir yerə atarlar.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Ş. Sen. 22, 2007 8:43 pm    İsmarış mətni: Sitatla cavab ver

XOŞRƏFTARLIQ


Mənəviyyatımız insanların bir-birinə qardaş olduğunu, buna görə də bir-birlərini sevib-saymalarını, hamı ilə yaxşı münasibətdə olmalarını tövsiyə edir. Dinimiz insanlar arasında belə münasibətlər qurulmasını tövsiyə etməkdən başqa, həm də bütün bunların həyata keçirilməsi üçün lazımi davranışları da bizə öyrədir. Eyni zamanda, bu davranışlara əməl edənlərdən Allahın razı qalacağı, xoşrəftar insanları böyük mükafatlar gözlədiyi də xəbər verilir.

Bəs xoşrəftar insan necə olmalıdır? Xoşrəftarlığı anlamaq üçün əvvəlcə biz rəftarın nə olduğunu öyrənməliyik.


Rəftar nəyə deyilir?

Rəftar insanın dünyagörüşünü, tərbiyəsini, əxlaqını nümayiş etdirən davranış, həyat tərzidir.

Birisi insanlarla mülayim davranır, onların qəlbini ələ almağa çalışır, daim yaxşı işlər görürsə, bitki və heyvanat aləminə qarşı diqqət və qayğı, sevgi və mülayimlik göstərirsə, bu onun gözəl rəftara və gözəl əxlaqa sahib olduğunu nümayiş etdirir. Bu cür insanlar haqqında “ xoşrəftardır” deyirlər. Bir də bunların əksi olan insanları düşünün. Bu xasiyyətli insanlar haqqında da “pisrəftardır, bədniyyətdir” deyirlər.

Uca Yaradan biz insanlara hər şey vermişdir – ağıl, göz, dil, qulaq, əl, ayaq və s. Xoşrəftar insan ağlını yaxşı şeylər düşünməyə sərf edir, dili, qulaqları, əli, ayağı ilə də düşündüyü yaxşı əməlləri həyata keçirir. Pisrəftar insan isə əksinə, bütün fikrini, düşüncəsini ona-buna necə xətər yetirəcəyinə işlədir, əlini, ayağını, dilini, qulaqlarını başqalarına nəsə bir zərər vurmağa sərf edir. Beləliklə, rəftar mənəviyyatın təzahürü olub, fərdin insanlarla davranışını, həmçinin onu əhatə edən canlı və ya cansız aləmə qarşı münasibətini göstərən əxlaqi keyfiyyətdir.

Deməli, insanın rəftarının xoş olması üçün o, ilk növbədə özünə nəzarət etməli, öz hərəkət və davranışlarını ölçüb-biçməlidir. Buna “ ölçülü olmaq” deyilir. Ölçülü olmaq – düşüncədə, sözdə və davranışda həddi aşmamaq, lazım olduğu qədər hərəkət etmək deməkdir.


Ölçülü olmaq xoşrəftarlığın bir əlamətidir.

Xoşrəftarlığı göstərən, insanı xoşrəftar olmağa sövq edən başqa şərtlər də vardır. Bunlardan bir neçəsinə diqqət yetirək:

- Salamlaşmaq. Insanlar arasında xoşrəftarlığın əlamətlərindən ən çox nəzərə çarpanı salamlaşmaqdır. Salamlaşma insanlar arasında münasibətləri yaxşılaşdırır, onlar arasında məhəbbət, dostluq, qardaşlıq tellərini möhkəmlədir.

Salamlaşmağın lüğəti mənası insana Allahdan sağlamlıq, uzun və mənalı ömür, cansağlığı arzulamaqdır. Eyni zamanda salam verən, “mən sənin dostunam, sən məndən heç vaxt zərər görməzsən” mənasını ifadə edir. Salama cavab verən də bu hissələri təkrar etmiş olur.

Qurani-Kərimdə Uca Rəbbimiz belə buyurur: “ Sizə aid olmayan evlərə girmək istədiyinizdə izn istəyin və içəridəkilərə salam verin.” Siz’ salam verildiyində də ona gözəl bir şəkildə cavab verin”.

Diqqət yetirdinizmi? Allah bizə elə-belə salam almağı yox, onu “ gözəl bir şəkildə” almağı buyurur. Bu, salamlaşmağa Allahın qoyduğu bir meyardır. Sevgili Peyğəmbərimiz (s.a.s.) “ Salamlaşın ki, aranızdakı sevgi və məhəbbət artsın” buyuraraq salamlaşmanın əhəmiyyətini nəzərimizə çatdırmışdır.

Bəzən uşaqlar, hətta yaşlılar belə bir-birləri ilə salamlaşarkən başqa sözlər, fərqli mənalar ifadə edir. Digər tərəfdən, biz başqa xalqların dilini, ifadə tərzlərini təqlid etməklə özümüzü dəyərdən salmış oluruq. Əgər biz özümüzü bəyənmir, başqalarını özümüzdən üstün tuturuqsa, o zaman başqalarından da özümüzə qarşı, xalqımıza, dövlətimizə, millətimizə qarşı heç bir hörmət görmərik.


- Doğrusözlü, gülərüzlü olmaq. Danışmaq qabiliyyəti insanı digər canlılardan fərqləndirən çox böyük İlahi nemətdir. Insanlar bir-birləri ilə danışaraq ünsiyyət qurur, duyğu və düşüncələrini dilləri ilə ifadə edirlər. Danışıq, nitq insanın əxlaqını, elmini, dünyagörüşünü, xasiyyətini, mədəni səviyyəsini əks etdirən birb güzgüdür. Uca Allah bizlərə nitqimizdə yumşaq, xoş, zərif sözlər və sözün də ən gözəlini işlətməmizi əmr edir.

Xoşrəftar insanın ilkin əlamətlərindən biri onun doğrusözlü, gülərüzlü olmasıdır. Mənəviyyatımız insanın doğruluqdan bir an belə olsun ayrılmamasını istəyir. Uca Allah həmişə doğru insanlarla olduğunu bildirir. Peyğəmbərimiz (s.a.s.) də insanlarla rəftarda gülərüzlü olmağın bir kasıba sədəqə vermək qədər savab olduğunu bildirmişdir.


- Hal-əhval soruşmaq. Müxtəlif vəsilə və bəhanələrlə qohumlarımızı, tanışlarımızı, qonşularımızı ziyarət edib hal-əhvallarını soruşmaq, sevincli və ya kədərli günlərində onların yanında olmaq xoşrəftar insanlara aid xüsusiyyətlərdəndir.

Belə davranışlar insanlar arasındakı sevgi bağlarını gücləndirir. Xəstə olan birisini ziyarət edib ona “Allah şəfa versin”, demək, yaxud toy, bayram və ad günlərində insanları yad etmək, onları kiçik hədiyyələrlə, mümkün olmasa, heç olmazsa, bir telefon zəngi ilə, teleqramla təbrik etmək insanlar arasında dostluq bağlarını gücləndirir, məhəbbəti artırır.


- Şirinsözlülük. Dil yaxşı işlər üçün işlədildiyi zaman dostluq, yoldaşlıq və qardaşlıq körpüləri salan vasitə olursa, pis məqsədlər üçün işlədildikdə də düşmənçilik, nifrət, kin kimi insanlararası əlaqələri yıxıb dağıdan vasitəyə çevrilir.

Əcdadlarımız bu barədə “Şirin dil ilanı yuvasından çıxarar”, “Dil sümükdən deyildir, lakin sümüyü də qırar”, “Oho” var, dağa çıxarar, “oho” var, dağdan endirər”, “Dilin özü kiçik, günahı böyükdür” demişlər.

İndi ki belədir, nitqimizdə son dərəcə diqqətli və ölçülü olmalıyıq. Sözü deməzdən əvvəl düşünməliyik, “ Yüz ölç, bir biç” ata sözünə riayət etməliyik. Çünki aqillər belə demişlər: “ Söz oxa bənzər, ağızdan çıxdımı, bir daha geri dönməz.” Heç zaman yanlış anlaşıla biləcək, qarşımızdakının xətrinə dəyəcək söz işlətməməliyik. Yalan, iftira, qeybət, söyüş kimi əxlaqımıza zidd xasiyyət və vərdişlərdən uzaq olmalıyıq. Nəinki sözlərimizdə, hətta davranışlarımızda belə diqqətli olmalı, danışarkən əl-qol atmamalı, hər sözümüzü, hərəkətimizi, davranışımızı ölçüb-biçməliyik.


- Hədiyyələşmək. Hədiyyələşmək heç də kiməsə sevgi, sayqı, məhəbbətini bahalı şeylərlə ifadə etmək demək deyildir. Bahalı hədiyyələr bəzən hədiyyə verdiyiniz adamı pis vəziyyətə də sala bilər, çünki qarşılığında o da sizə eyni səviyyədə hədiyyə edə bilməsə, bundan kədərlənə, pərt ola bilər. Hədiyyə verərkən, onun gərəkli, layiq, yaddaqalıcı olmasına daha çox fikir vermək lazımdır. Məsələn, xəstə yatan sinif yoldaşımızı, bayramlarda, ad günlərində, buna bənzər xüsusi və şad günlərdə müəllimimizi, valideynlərimizi, yaşlıları, qohum-qonşumuzu bir dəstə çiçəklə, bir xoş sözlə də təbrik edə bilərik. Kiçiklərin könlünü bir konfet, bir şokolad, yaxud bir oyuncaqla, hətta başlarını sığallamaqla da almaq mümkündür.

Hədiyyələşməyə dair əziz Peyğəmbərimiz (s.a.s.) “ Hədiyyələşin. Bununla aranızdakı sevgi bağları möhkəmlənər, qüvvətlənər ”, buyurmuşdur. Ata-babalarımız da hədiyyələşməyə böyük əhəmiyyət vermişlər. Nağıllarımızda, dastanlarımızda, digər folklor nümunələrində hədiyyələşmə barədə çox ibrətamiz rəvayətlərə rast gəlmək mümkündür. Bir ata sözündə “ Yarım alma, könül alma ” deyilir.

Xoşrəftar olmaq insanların qüsurlarını, eyiblərini görməmək, həmçinin, bizə qarşı hər hansı bir yalnış hərəkət edulərsə, onu həmin adamın üzünə vurmamaq, əvəzində yaxşılıq etmək, xoş davranmaqdır. Xoşrəftarlıq əxlaqımızın əmridir, buna görə də hər bir əxlaqlı insan bu keyfiyyətləri qazanmağa və onları artırmağa çalışmalıdır.

“Sən filan vaxt mənə belə demişdin ”, “ Mən belə yaxşı iş görərkən sən filan pis hərəkət etmişdin ” və s. bu kimi ittihamedici sözlərlə və davranışlarla insanlar arasında dostluq, məhəbbət bağı qurula bilməz. Əksinə, belə ittihamlarla yaxşı münasibətlər korlanar, aradakı sevgi, səmimiyyət, dostluq bağları qırılar. Bunun üçün də belə hərəkətləri xoş görüb yaxşı əməllərlə cavab vermək aradakı sevgi çiçəklərini açdırır, bu insanları bizə dost edər.

Biz insanlar bir-birimizlə düşmən olmaq, könülləri sındırmaq üçün yox, dost olmaq, könülləri abad etmək üçün yaradılmışıq. Əks halda, insanlıq vəzifəmizi icra etməmiş olarıq.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> ƏXLAQ Bütün saatlar GMT + 4 Saat
1 səhifə (Cəmi 1 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


2001-2007 © Azerislam.com - Müstəqil islam saytı.
Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və
1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Dizayn NUR D şirkətinə məxsusdur.