MVSMVS   AxtarAxtar   İstifadəçilərin siyahısıİstifadəçilərin siyahısı   İstifadəçi qruplarıİstifadəçi qrupları   Qeydiyyatdan keçinQeydiyyatdan keçin 
 Şəxsi mə`lumatŞəxsi mə`lumat   Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun.   GirişGiriş 

" Sələfin Salihin Əqidəsi - 2 "
Səhifə Əvvəlki  1, 2
 
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> TÖVHİD
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Çər. Sen. 05, 2007 9:40 pm    İsmarış mətni: Sitatla cavab ver

əl-BAS (öldükdən sonra dirilişi) İNKAR EDƏNLƏRƏ DƏLİLLƏR

1. Qurani – Kərimdə ayələr dəlildir ki, Allah qiyamət günü insanları dirildəcəkdir. «Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: «Bəli, Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır». (ət-Təğabun 7). (Ya Peyğəmbərim!) Səndən: «O, (bizi qorxutduğunuz əzab və ya qiyamət günü) doğrudurmu?» deyə xəbər alacaqlar. Onlara belə cavab ver: «Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiniz». (Yunis 53).

2. Allah bizlərə ilk yaradılışı xatırlamağı tövsiyə edir. «Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən – birə (Rəbbinə) açıq düşmən kəsilərək, öz yaradılışını unudub: «Çürümüş sümükləri kim dirildə bilər?» deyə hələ bizə məsəl də çəkdi. De ki: «Onları ilk dəfə yoxdan yaradan diriləcəkdir. O, hər bir məxluqu gözəl tanıyandır». (Yasin 76-79). «Məgər insan elə güman edir ki, o başlı-başına buraxılacaq. Məgər o, (ata belindən ana bətninə) tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cüt (həmtay) yaratdı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?». (əl-Qiyamə 36-40). «Elə isə insan nədən yaradıldığına bir baxsın. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. O, su (kişilərin) bel sümüyündən, (qadınların) köks sümüyündən çıxar. Həqiqətən Allah insanı (öləndən sonra) yenidən diriltməyə qadırdir». (ət-Tariq 5-9). «Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışı yadınıza salın). Həqiqətən biz sizi (Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi ) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (doqquz ay) saxlayar, sonra sizi uşaq olaraq çıxardırıq. Sonra yetkinlik yaşına yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılır ki, vaxtı ilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar». (əl-Həcc 5).

3. Qurumuş torpağı canlandırdığı kimi ölüləri də dirildəcəkdir. (Ya Məhəmməd!) Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da o, ölüləri dirildəndir. Allah hər şeyə qadirdir». (ər-Rum 50). «Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi hərəkətə gəlib qabarar. Onu dirildən şübhəsiz ki, ölüləri də dirildəcəkdir. Allah hər şeyə qadirdir». (əl-Fussilət 39). (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri dirildir və o hər şeyə qadirdir». (əl-Həcc 5-6). Əl-Aqili rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, istər başqası tərəfindən öldürülüb yerə yıxılmış olsun, istər dəfn edilmiş bir ölü olsun, yer üzərində qəbri açılıb yarılmayacaq heç bir kimsə yoxdur…. Mən dedim: «Ey Allahın Rəsulu! Çürümüş və yırtıcı heyvanlar bizləri parça-parça etmişkən Allah bizi necə toplayıb bir araya gətirəcəkdir». O, buyurdu: «Mən sənə bunun bənzərini Allahın nemətləri arasından bildirirəm. Sən yer üzünü çürümüş və darmadağınlıq gördüyün vaxt, bir daha canlanmaz deyirsən. Uca Allah oraya səmadan yağmur endirdikdən sonra, aradan bir neçə gün keçdikdən sonra sən yenə oranı görürsən. Bu dəfə hər tərəfin qabarıb, canlandığını görürsən. Allaha and olsun ki, o sizləri bir araya gətirib toplamağa qadirdir. Bu səbəblə sizlər də yatdığınız yerlərdən çıxardılacaqsınız».

4. Allah Qurani-Kərimdə göyləri və yerləri necə yaratdığını misal çəkir. «Doğrudan da göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz». (əl-Mumin 57). «Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı?». (əl-Əhqaf 33).

5. Allah insanları diriltdikdən sonra bəzilərinə cəza, bəzilərinə də mükafat verəcəkdir. «Yoxsa biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənləri eyni tutacağıq? Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!». (Sad 28). «Qiyamət mütləq gələcəkdir. Hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın deyə, mən onu (insanlardan) gizli saxlayıram». (Ta ha 15).«O pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla (Cənnətlə) mükafatlandıracaqdır». (ən-Nəcm 31).

6. Allah Qurani-Kərimdə insanları əbəs yerə yaratmadığını buyurur. «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?». (əl-Muminun 115). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu. Uca Allah buyurdu: «Adəm oğlu məni yalanladı, lakin o, belə etmək haqqına sahib deyildir. Onun məni yalanlaması: «Məni ilk yoxdan yaratdığı kimi təkrar məni yaratmayacaqdır» deməsidir. Halbuki təkrar yaratmaq mənim üçün onu ilk yaratmaqdan daha çətin deyildir».

7. Allah Qurani-Kərimdə əvvəlki ümmətləri necə diriltdiyini misal çəkir. «Və yadınıza salın ki, siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq» dedyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. Bəlkə şükr edəsiniz deyə, biz sizi sonra yenidən diriltdik. (əl-Bəqərə 55-56). «(Ya Məhəmməd!) «Minlərlə adamın (taundan) ölüm qoxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi?» Allah onlara: «Ölün!» dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükr etməzlər. (əl-Bəqərə 243). «Yaxud damları çökmüş, divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvalatın bilmirsən? O şəxs: «Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdir. Belə olduqda Allah onu yüz il ölü saxladı, sonra dirildərək ondan: «Nə qədər yatmısan?» deyə soruşdu. O da: «Bir gün bəlkə də bir gündən də az» deyə cavab verdi. Allah ona: «Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?» deyə buyurdu. O şəxsə bunlar aydın olduqda: !Artıq bildim ki, Allah hər şeyə qadirdir». (Ya Məhəmməd!) Xatırla ki, İbrahim: «Ey Rəbbim! Ölüləri nə cür diritdiyini mənə göstər!» dedikdə, Allah: «Məgər (ölüləri diriltməyimə) inanmırsan?» buyurmuşdu. İbrahim: «Bəli, inanıram lakin ürəyim sakit olmaq üçün soruşdum» deyə cavab vermişdi. (Bu zaman) Allah ona buyurmuşdu: «Dörd cür (cins) qüş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayacaq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Bəqərə 259-260).

Öldükdən sonra dirilişi inkar edənlərə bu inkar olunmaz dəlillər açıqlandıqdan sonra yenə inkarları üzərində israr edəcək olurlarsa haqqa qarşı bilə-bilə dirənən inadkar kimsələrdəndir. Belələrinin aqibəti: «O gün vay halına yalan sayanların! O kəslər ki, haqq-hesab gününü yalan sayarlar. Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar. Ayələrimiz ona oxunduğu zaman: «(Bunlar) əvvəlkilərin uydurub düzəltdikləri əfsanələrdir!» deyər. Xeyr, (belə deyildir) Əslində onların qəlblərini qazandıqları günahlar qaplamışdır. Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar. Sonra da onlara: «Bu sizin (dünyada) yalan saydığınız Cəhənnəmdir!» deyiləcəkdir». (əl-Mutaffifin 10-17).

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: Çər. Sen. 05, 2007 9:42 pm    İsmarış mətni: Sitatla cavab ver

HƏŞR VƏ MƏHŞƏR

Əhli Sünnə vəl Cəmaat insanların öldükdən sonra sorğu-sual olunmaları üçün Həşr olunacaqlarına da iman edirlər. İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». (əl-Ənam 94). «Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». (əl-İsra 97). «O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq». (Kəhf 47). «O gün (qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın (əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta Ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və birdə öndə olanlar!» (əl-Vaqiə 7-10). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və şübhəsiz yaradılmışlar arasında qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim – əleyhissəlam – olacaqdır». Aişə – radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ey Allahın Rəsulu! Necə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyada onu iki ayağı üstə yeridən, qiyamət günündə onu üzü üstə yeritməyə qadir deyilmi?».

Mevqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və insanları tər, həyəcan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Məhəmməd!) Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. (O gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar. Allah gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü o qədər tərləyəcəklər ki, onların tərləri yerin içinə yetmiş arşın qədər girəcəkdir. (Oranı isladacaqlar). Onlardan birinin təri qulaqlarının ortasına qədər çatacaqdır».

Əməllərinə görə isə bir qrup insanlar o dəhşətli bir gündə Allah – sübhanəhu və təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın qiyamət günü kölgələdiyi bir qrup insanlar olacaqdır: «Ədalətli imam, varlığını Allah yolunda verən gənclər, qəlbi məscidlərə bağlı olan, Allah xatirinə bir-birini sevən, gözəl bir qadın tərəfindən cəlb olunan və «mən Allahdan qorxuram!» deyib ondan uzaqlaşan, gizli sədəqə verən və təklikdə Allahı yad edib ağlayan». Allah bizi də onlardan etsin. Amin!

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: C. Sen. 07, 2007 7:21 pm    İsmarış mətni: Sitatla cavab ver

HAQQ – HESAB

Əhli Sünnə vəl Cəmaat insanların dirildikdən sonra əməllərinin qarşılığının veriləcəyinə və əməllərinin hesaba çəkiləcəyinə inanırlar. Əməl səhifələri açılacaqdır. Kitabı sağ tərəfdən veriləcək olanlar yüngül haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəklər. Kitabı sol tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə həlak olmasını təmənna edərək Cəhənnəmə atılacaqdır. O: «Kaş ki, mənim kitabım verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» deyəcəklər. «Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik». (əl-Əraf 6). «Əməl dəftərləri açılacağı zaman». (ət-Təkvir 10). «Kimin əməl dəftəri sağ əlinə verilmişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin, yaxınlarının yanına sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə şivən qopardacaq və Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun. Mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım!».Bundan belə o xoş güzaran içində yüksək bir Cənnətdə olacaqdır. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi, hesabımın nə olduğunu bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd!) günahkarların orada yazılmış pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günhalarımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən özün-özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14).

Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların əməlləri çəkiləcəkdir. Qulun əməllərinin əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin qarşılığı onlara veriləcəkdir. «O gün əməllərin çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir». (əl_Əraf 8-9). «Biz qiyamət günü ədalət tərəzisi quracağıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik». (əl-Ənbiya 47). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim incədən-incəyə (yüngül) hesaba çəkilərsə o əzaba uğramış olacaqdır». Aişə – radıyallahu anhə – dedi: Allah: «Onunla yüngül haqq-hesab çəkiləcək». (əl-İnşiqaq 8) deyə buyurmadımı?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, əməllərin ərzi haqqındadır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, qiyamət günü iri cüssəli, yekə bədənli birini gətirirlər. Lakin Allah yanında ağcaqanadın qanadı ağırlığında (bir savabı) da olmaz. Bu ayəni oxuyun: «Onlar o, kəslərdir ki, Rəbbinin ayələrini və onun hüzurunda duracaqlarını inkar etdilər. Onların bütün əməlləri puça çıxmışdı. Buna görə də biz onlar üçün heç bir daş-tərəzi qurmayacağıq». (əl-Kəhf 105). İbn Məsud – radıyallahu anhu – bir dəfə Ərak ağacından bir misvad qırdıqda ayaqlarının olduqca incə olduğundan onu görənlər gülməyə başladılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəyə gülürsünüz?» «Ey Allahın Rəsulu! Ayaqlarının incəliyinə gülürük!» O, buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, onlar mizanda (tərəzidə) Uhuddan da ağır gələcəklər».

Bütün bu əməllərdən başqa insanın etdiyi zikrlər də tərəzilərdə çəkiləcəkdir. Əbu Məlik əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təharət imanın yarsıdır, əlhəmdulilləh də mizanı doldurur». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Rəhmanın sevdiyi, mizanda ağır gələn və dildə yüngül iki kəlmə vardır: «Sübhənəllahi və Bilhəmdihi və Subhənallahul Azim».

Qulun etdiyi bütün əməllər çəkiləcəkdir. Əgər xeyr işləmişsə xeyr görəcəkdir, əgər pislik etmişsə pisliklə qarşılaşacaqdır. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). «Rəbbinə and olsun ki, biz onların hamısını sorğu-suala çəkəcəyik». (əl-Hicr 92).

Buna görə də yaxşılıq on qatdan yeddi yüz qata və Allahın qulları olan lütfü, qullarına bir ehsan olmaq üçün daha çox qatlarla da mükafatlandırılacaqdır. Pis əmələ gəldikdə isə pisliyin də əvəzi onun bir bənzəri olacaqdır. İnsan işlətdiyi pislikdən başqası ilə cəzalandırılmayacaqdır. «Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz». (əl-Ənam 160). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – də Uca və Böyük Allahdan etdiyi rəvayətdə buyurur: «Allah bütün yaxşı və pis əməlləri yazmışdır». Sonra bunu açıqladı: «Hər kim bir yaxşılıq etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə Allah onu öz dərgahında tam bir həsənət (savab) olaraq yazar. Hər kim də bir yaxşılıq etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında bir həsənət olaraq yazar. Hər kim pis əməl etməyi niyyət edib və onu yerinə yetirərsə, Allah onu öz dərgahında tam bir pis əməl olaraq yazar».


Qiyamət günü haqq-hesab iki cür olacaqdır.

1. HİSƏBUL-ƏRZ – təqdim etmək deməkdir. Onlara əməlləri təqdim olunacaqdır. Məs: Əbu Abdurrahman ən-Nubulli deyir ki, mən Abdullah b. Amr – radıyallahu anhu – nin belə dediyini eşitdim: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə hədd qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, ya Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmin şəxs qorxudan özünü itirərək: «Yox, ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olmayacaqdır». Onun qarşısına: «Lə İləhə İlləllah» kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmin insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. «Lə İləhə İlləllah» olan tərəzi ağır gələcəkdir. Rahmən və Rahim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz».

2. HİSƏBUN-NİQAS – münaqişə etmək deməkdir. Onlarla etdikləri əməllərə görə münaqişə ediləcəkdir. Məs: İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Allah mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. Bütün günahlarını ona tək-tək söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə Allah ona buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər.

Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bunlar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, Allahın lənəti zalimlərin üzərindədir» deyiləcəkdir. «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilir, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər. (Hud 18). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü kafir gətrilir və ona: «Nə deyirsən? Əgər yer dolusu qədər qızılın olsaydı onu (qaytarmaq üçün) fidyə verərdin?» deyə soruşulacaq. O: «Bəli» deyə cavab verəcəkdir. Bu dəfə ona deyiləcək: «Səndən daha yüngül və asandı istənilmişdi». Bir rəvayətdə: «Mənə heç bir şeyi şərik qoşmamağın (istənilmişdi). Lakin sən şərik qoşmaqdan başqa bir şey qəbul etmədin!».

Kafirlərin yaxşı və pis əməlləri tərəzidə çəkiləcək kimsələrin əməlləri kimi hesaba çəkilməyəcəkdir. Çünki onların yaxşı əməlləri yoxdur. Ancaq əməlləri sayılıb və əməllərindən xəbərdar olunacaqlar. Onlara etdikləri söyləniləcək və bununla da rəzil ediləcəklər. «Biz onların etdiklərin əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaş-maq». (İbrahim 18). «O gün nə bir insan, nə də bir cinn günahı barəsində sorğu-sual olunmayacaqdır. Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar». (ər-Rahmən39). Çünki kafirin etdiyi yaxşı əməllərinin əvəzi dünyada veriləcəkdir. Qiyamət günü gələcəyi vaxt savabların yazıldığı səhifələrin bom-boş olduğunu görəcəkdir. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun lehinə saxlayır. Dünyadakı itaətinə görə isə onun ruzisini verir».

Buna görə də əziz və hörmətli qardaş və bacılarım gününüzü və vaxtınızı nəyə sərf etdiyinizi fikirləşin. Çünki o günü bu haqda fikirləşmək sizə heç bir fayda verməyəcəkdir. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü hər bir qul beş şey haqqında: ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti necə qazanıb hara xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmadıqca ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir».

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: C. Sen. 07, 2007 7:24 pm    İsmarış mətni: Sitatla cavab ver

SİRAT

Əhli Sünnə vəl Cəmaat qiyamət günü insanların keçəcəkləri sirat körpüsünə də inanırlar. Sirat – məna etibarı ilə geniş yol, izlənilən yol deməkdir. «Şübhəsiz ki, bu mənim siratımdır (yolumdur). O halda ona uyun». (əl-Ənam 153). Allahın haqq dini olan bu siratın üzərində doğru yeriyən bir kimsə axirətdə də o, siratın üzərində doğru yeriyə biləcəkdir.

Sirat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir. Cənnət ilə Cəhənnəm arasındakı körpüdür. İnsanlar əməllərinə görə siratın üzərindən keçəcəklər. Kimisi bir göz qırpımında, kimisi ildırım kimi, kimisi rahat əsən külək kimi, kimisi yürüyən at kimi, kimisi dəvə kimi, kimisi yeriyərək, kimisi qaçaraq, kimisi sürünərək, kimiləri də zəncirlərlə tutulub Cəhənnəmə salınacaqdır. Hər kəs əməlinə görə oradan keçəcəkdir. Ta ki, günahlarından və kirşərindən təmizlənənə qədər. Siratı keçən kimsə isə Cənnətə girməyə hazır olacaqdır. «O gün kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəfindən axıb şölə saçdığını (sirat körpüsündə onlara yol göstərdiyini) görəcəksən». (əl-Hədid 12). Aişə – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «(Yadda saxla! Qiyamət günü) Elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq!». (İbrahim 48) – ayəsi haqqında: «O gün insanlar harada olacaqlar, ya Rəsulullah?» deyə soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Sirat üzərində».

Siratı keçdikdən sonra Cənnət ilə Cəhənnəm arasındakı bir körpüdə dayandırılırlar və birinin o biri üzərindəki haqqı qisas yolu ilə alınır. Nəhayət tərtəmiz edildikdən sonra Cənnətə girmək üçün onlara izn verilir.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: C. Sen. 07, 2007 7:33 pm    İsmarış mətni: Sitatla cavab ver

HOVUZ

Əhli Sünnə vəl Cəmaat qiyamət günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzunun (əl-Havdul –Məvrudun) olduğuna da inanırlar. Bu hövuzun suyu süddən daha ağ, baldan daha şirindir. İyi miskdən gözəldir, ətrafındakı qədəhlərin sayı göydəki ulduzlar qədərdir. Eni bir aylıq, uzunluğu da bir aylıq gedilən məsafə qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mənim hövuzum bir aylıq məsafə qədərdir. Suyu süddən ağdır, iyi miskdə gözəldir. Qədəhlərinin sayı göydəki ulduzlar qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz».

Lakin dində yeniliklər etmişlər o dəhşətli istidə bundan məhrum olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim tanıdıqlarım, onların da məni tanıdıqları bir qisim insanlar gələcəklər. Mənimlə onların arasında əngəl qoyulacaqdır». Başqa rəvayətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların səndən sonra nələr uydurub ortaya çıxartdığını bilmirsən» Bu dəfə mən də «Məndən sonra dəyişikliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar».


Hovuzun xüsusiyyətləri.

1. Uzunluğu bir ay gedilən məsafə qədərdir.
2. Eni bir ay gedilən məsafə qədərdir.
3. Dördbucaqlı şəklindədir.
4. Suyu baldan şirindir.
5. Süddən ağdır.
6. Buzdan soyuqdur.
7. Bir dəfə içən əbədiyyən susamaz.
8. Qədəhlərin sayı ulduzlərın sayı qədərdir.
9.İyi miskdən gözəldir.
10. Ona axan su Cənnətdəki Kövsər bulağından iki qızıl və gümüş boru ilə axır.

Bəzi rəvayətlərdə hər bir Peyğəmbərin öz hovuzu olduğu da qeyd edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə onlardan fərqli olaraq Cənnətdə Kövsər bulağı da veriləcəkdir. Kövsər – bol nemətlər deməkdir.


Hovuz ilə Kövsərin fərqi.

1. Hovuz məşhərdə olacaq, Kövsər isə Cənnətdə.
2. Hovuzun ləfzi Quranda varid olmayıb, Kövsər haqqında isə Quranda surə vardır.
3. Kövsər hovuzdan böyükdür.
4. Kövsər əslidir, hovuz isə qoludur.
5. Kövsər yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə verilib, hövuz isə bütün peyğəmbərlərə: «Həqiqətən biz sənə Kövsəri bəxş etdik». (əl-Kövsər 1). Səmura – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir Peyğəmbərin hovuzu vardır. Onlar hansının hovuzundan daha çox insan su içmək üçün gəldiyi barədə bir-birləri ilə iftixar edərlər. Su içmək üçün insanların saylarının ən çox olduğu hovuzun mənim olacağına ümid edirəm». Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzu ən böyük, ən şirin və su içmək üçün insanların saylarının ən çox olduğu hovuzdur. Allah bizi də onlardan etsin. Amin!

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: C. Sen. 07, 2007 7:36 pm    İsmarış mətni: Sitatla cavab ver

CƏNNƏT VƏ CƏHƏNNƏM

Əhli Sünnə vəl Cəmaat Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqlarına inanırlar. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün peyğəmbərlər də haqdır. Məhəmməd də haqdır. Qiyamət də haqdır». Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa haqq ilah yoxdur, Məhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam – onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqdır, Allah o insanı əməlindən asılı olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!»

Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Oradakı nemətləri nə bir göz görmüş, nə də bir qulaq eşitmiş, nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntı görmədim!».

Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, günahkarlar və zalimlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm əhli cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat tapırlar». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyəmət günü Uca və Böyük olan Allah Cəhənnəmliklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O da: «Bəli, sədəqə verərdim» deyəcəkdir. Allah ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən uzaq olmadın».

Əhli Sünnə Məhəmməd – sallallahu aleyhi və səlləm – in Cənnətə ilk girəcəyinə, həmçinin onun ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman edirlər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündə cənnətin qapısına gələcəyəm və o qapının açılmasını istəyəcəyəm». «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Məhəmməd!» deyəcəyəm. O da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəssulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsi diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır». Bureydə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət əhli yüz iyirmi səffdir. Bu səfflərdən səksəni bu ümmətdən, qırxı isə digər ümmətlərdən olacaqdır».

Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütf, mərhəmətdir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21).

Həmçinin Adəm – əleyhissəlam – öz zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbər – sallalahu aleyhi və səlləm – in Merac səfərində Cənnəti və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm». Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İsti vaxtı namazı sərin vaxta qədər buraxın. Çünki havanın bərk isti olması Cəhənnəmin nəfəs almasından ötrüdür». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm Uca Allaha şikayət edərək dedi: «Rəbbim mənim bir hissəm digər hissmi yeyir». Buna görə də ona iki dəfə nəfəs almaq üçün izn verildi. Biri qış mövsümündə, biri də yaz mövsümündə. Hiss etdiyiniz ən soyuq havada və ən isti hava da bundan ötrüdür». İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər –axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, mənim gördüklərimi görmüş olsaydınız az gülüb çox ağlayardınız». Səhabələr: «Nələr gördün, ey Allahın Rəsulu?» deyə soruşdular. O, buyurdu: «Cənnət və Cəhənnəmi». Kəb b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər». İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İsraya getdiyim gecə İbrahim – əleyhissəlam – ilə görüşdüm. Mənə: «Ey Məhəmməd! Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai və Bihəmdihi, və Lə İləhə İlləllahi, Vallahu Əkbər» sözləridir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim-Subhənallahil Azimi və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər».

Əhli Sünnə Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına da inanırlar. Allah Cənnəti və Cəhənnəmi, yaratdıqlarını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri də O, yaratmışdır. Cənnət ehli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli Allahın lütfü ilə Cənnətə, Cəhənnəm əhli isə Allahın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslami) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbəttə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad 54) və s. ayələr- də Allah həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi olduqlarını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).

Cəhənnəm haqqında isə: «Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə Allah üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu gözləyir. (Orada) nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləşdirilməyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: C. Sen. 07, 2007 7:52 pm    İsmarış mətni: Sitatla cavab ver

ŞƏFAƏT

Şəfaət - vasitə hər hansı bir şeyi tələb etmək deməkdir. İstilahi mənası isə kimin üçünsə xeyr diləmək, şərr və əzabdan uzaq etmək deməkdir. Allah Qurani-Kərimdə bir çox ayələrdə şəfaətin yalnız ona məxsus olduğunu və heç kimsənin bu işdə hər hansı bir payı olmadığını bizə bildirir. «Yoxsa onlar (müşriklər) Allahdan qetrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) de ki: «Onlar heç bire şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda şəfaətmi edəcəklər?». De ki: «Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü onun əlindədir. Sonra siz onun hüzuruna qaytarılacaqsınız». (əz-Zumər 43-44).

Nə zaman olacağına gəlincə, Uca Allah bizə şəfaətin ancaq izni ilə olacağına xəbər vermişdi. «Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər». (əl-Bəqərə 255). Onun izni olmadan heç bir şəfaət edən ola bilməz». (Yunus 3). «Axirət də, dünya da ancaq Allahındır. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə izn verdikdən sonra (onun şəfaəti fayda verər)». (ən-Nəcm 25-26). «Onun hüzurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz». (Səba 23).

Kimlərin şəfaət edəcəyinə gəlincə isə, Uca Allah bizlərə şəfaətin ancaq onun izn verməsindən sonra gerçəkləşəcəyini xəbər verdiyi kimi, bu xüsusda ancaq onun sevdiyi kimsələrin şəfaət edəcəyini də xəbər vermişdir. «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). «Allahdan əhd almış kəslər müstəsna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar». (Məryəm 87). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir peyğəmbər də bu duasını etmişdir. Lakin mən duanı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəalllah bu şəfaətə nail olacaqlar».

Kimlər üçün şəfaət ediləcəyinə isə, Uca Allah bizlərə ancaq Allahın razı olduğu kimsələr üçün şəfaət ediləcəyini də xəbər vermişdir. «Allah onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar yalnız Allahın razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və onu heybətindən qorxarlar». (əl-Ənbiya 28). «O gün izn verdiyi və söz danışmağa razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz». (Ta ha 109).

Bütün bu ayələrdən bəlli oldu ki, şəfaət yalnız Allahın söz və əməlindən razı olduğu kimsələrə izn verdikdən sonra və Allahın razı olduğu kimsələrə ediləcəkdir. Bundan qeyri olan şəfaət isə müşriklərin (yəni Allahdan qeyrisinə ibadət edənlərin) bütləri, tanrıları haqqında inandıqları şirk olan şəfaətdir. Çünki onlara görə Allahın izni və rizası olmadan onların bütləri onlara şəfaət edəcəklər. Allah bu cür şəfaət istəyənlər haqqında buyurur: «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir» deyirlər. De ki: «Allaha göylərdə və yerdə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18). «Çünki biz sizi (siz bütləri) aləmlərion Rəbbi ilə bərabər tutduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət edən kimsələrmiz, nə də bir mehriban dostumuz var! Kaş bir də (dünyaya) dönə biləydik, möminlərdən olaydıq». (əs-Şuəra 98-102). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə (qiyamət günü ilə) qorxut. (O, gün) zalimlərin nə bir dostu, nə də bir şəfaətçisi olar». (əl-Mumin 18). «Şəfaət edənlərin şəfaəti onlara fayda verməz». (əl-Muddəssir 48). «Qorxun elə bir gündən ki, o gün heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz». (əl-Bəqərə 123). «Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və həvadarı yoxdur. Bəlkə də onlar pis əməllərdən çəkinsinlər». (əl-Ənam 51). «(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər». (ər-Rum 13).

Allahın izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta şəfaət edən peyğəmbər də olsa belə ondan qəbul olunmaz. Allah Qurani-Kərimdə üç peyğəmbəri xatırladaraq buyurur ki, onların şəfaəti, şəfaət etdikləri insanlara heç bir fayda verməmişdir. Allah onların şəfaətini qəbul etməmişdir, çünki buna onun izni və razılığı olmamışdır. «Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: «Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən». Allah buyurdu: «O, sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». (Hud 45-46). İbrahim öz atasına: «Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur) deməsi istisnadır». (əl-Mumtəhinə 4). Peyğəmbər – sallallahu aleyhi və səlləm – idi ki, müşrik olaraq ölən əmisi üçün Allahdan bağışlanma dilədikdə Allah ona bu əməli qadağan edərək buyurdu: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113).


Belə ki, Allah yaratdığı məxluqlardan şəfaəti yalnız üç şərtlə qəbul edir.

1) Şəfaət edəndən Allahın razı olması.
2) Şəfaət olunandan Allahın razı olması.
3) Allahın şəfaət edənə şəfaət etmək üçün izn verməsi. Bu üç şərtsiz şəfaət edən istər mələk olsa, istər peyğəmbər olsa belə, şəfaəti qəbul olunmayacaqdır.


Quran və Sünnə ilə isbat olunan şəfaətin (qiyamət günü) bir neçə növü vardır.

1. Ən böyük şəfaət olacaqdır.

Bu şəfaət də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə məxsusdur. Allahın ona vəd etmiş olduğu Məqami-Mahmud da budur. «Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin». (əl-İsra 79). Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Azanı eşitdikdə müəzzinin ardınca onun dediklərini təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan əmim üçün vəsiləni istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və mən ümid edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəcək olana Qiyamət günü mənim onun üçün şəfaət etməyim vacib olar». Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki,Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim şəfaətim vacib olar o, adama ki, azanı eşitdikdən sonra deyər: «Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım Məhəmmədə vəsilə dərəcəsini və fəzilətini bəxş et. Onu vəd etdiyin tərifə layiq məqama yüksəlt».

2. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cənnətliklərin cənnətə girməsi üçün şəfaət edəcəkdir.

Yəni onlar Cənnətə girməyi haqq qazanmış olmaqla birlikdə, ancaq onun şəfaətindən sonra Cənnətə girmələri üçün onlara izn veriləcəkdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – sallallahu aleyhi və səlləm – ə ət yeməyi gətirildi və qol tərəfindən bir parça ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah – sallallahu aleyhi və səlləm – ətin bu hissəsini daha çox xoşlayardı. Ondan qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən qiyamət günü bütün insanların seyyidiyəm. Bu nədən belədir bilirsiniz? Dünyada gəlib-getmiş nə qədər insanlar varsa bunların hamısını Allah qiyamət günündə düz və geniş bir sahədə toplayır. Elə düz və geniş bir sahə ki, carçı səslədikdə səsini hər kəs eşidir və baxan bir kişinin gözü məhşər xalqını bir baxışda görə bilir. Günəş insanlara yaxınlaşdırılır. Artıq insanları qəm-qüssə bürüyür. Dəhşətli və ağır (istiyə) dözməkdə onlarda nə güc, nə də səbr qalır. İnsanların bir qismi digərinə: «Bizim başımıza gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza Allah yanında şəfaət edəcək birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm – əleyhissəlam – ın yanına gedək?» deyəcəklər. İnsanlar onun yanına gəlib: «Ey Adəm! Sən insanların atasısan. Allah səni əli ilə yaratdı və öz ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə etdilər. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Ey atamız! Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Adəm – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Allah bu ağacdan yeməyi mənə qadağan etmişdir. Mən isə ona asi oldum (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Nuh –əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Nuhun yanına gələrək: «Ey Nuh! Sən Allahın insanlara göndərdiyi ilk rəsulsan. Allah səni (Quranda) «Çox şükr edən qul». (əl-İsra 3) deyə vəsf edir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Nuh – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə (dünya həyatımda Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən də onu öz qövmümün əleyhinə etdim (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İbrahim – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İbrahim – əleyhissəlam – ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə Allahın peyğəmbəri və Allahın dostusan. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İbrahim - əleyhissəlam - da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən üç dəfə yalan danışmışam (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Musa – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın yanına gələrək: «Ey Musa! Sən Allahın peyğəmbərisən. Allah sənə risalətini verməklə və səninlə vasitəçisiz danışmaqla insanlar üzərində fəzilətli etdi. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Musa – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən isə öldürülməsinə heç bir qərar olmayan insanı öldürmüşəm (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İsa – əleyhissəlam – ın yanına» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gələrək: «Ey İsa! Sən Allahın rəsulu, Allahın Məryəmə dediyi söz və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən insanlarla danışdın. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İsa – əleyhissəlam – da: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçi yə gedin. Məhəmməd – sallallahu aleyhi və səlləm – in yanına» deyəcəkdir. Nəhayət onlar mənim yanıma gələrək: «Ey Məhəmməd! Sən Allahın rəsulu və peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə şəfaət et. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər. Bundan sonra mən həmin Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanıram. Sonra səcdədə Allaha edilən həmd-sənadan sonra (Allah) məndən əvvəl heç bir peyğəmbərə deyilməyən təriflər deyər: «Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İtə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!» buyurur. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət edərəm. Bundan sonra: «Ya Məhəmməd! Ümmətindən sorğu-sual olunmayanları Cənnətin qapılarından olan sağ qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, Cənnətin qapı qanadlarından iki qanadın arası Məkkə ilə Həcər və ya Məkkə ilə Busra arası qədər genişdir». Başqa bir rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah (qiyamət günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılır». İnsanlar Adəm – əleyhissəlam – gələrək: «Ey atamız! Cənnəti bizə açdır» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum İbrahim – əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. İbrahim: «Mən bunun sahibi deyiləm. Mən ancaq pərdə arxasından xəlil (dost) olmuşdum. Sizlər Allahın kəlimətullahu olan Musa – əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. Cəmaat Musa – əleyhissəlam – ın yanına gəlirlər. Musa: «Mən buna sahib deyiləm. Sizlər Allahdan gəlmə söz və ondan gəlmə bir ruh olan İsa – əleyhissəlam – ın yanına gedin» deyəcəkdir. İsa – əleyhissəlam - : «Mən buna sahib deyiləm!» deyəcək və insanları Məhəmməd – sallallahu aleyhi və səlləm – in üstünə göndərəcəkdir».

3. Cəhənnəmdə bəzi müşriklərin cəzasının yüngülləşdirilməsi üçün ediləcək şəfaət.

Səid b. Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah b. Əbu Umeyyə b. Muğirə də var idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah – kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Cəhl və Abdullah b. Əbu Umeyyə b. Muğirə də: «Ya Əbu Talib! AbdulMuttalibin millətini tərk mi edirsən?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət Əbu Talibin onlara söylədiyi son söz: «AbdulMuttalibin milləti üzərindəyəm!» oldu və: «Lə İləhə İlləllah» deməkdən çəkindi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yaxşı bil ki, Allaha and olsun ki, qadağan olunanadək sənin üçün Allahdan bağışlanma diləyəcəyəm». Bundan sonra Allah ayə nazil etdi: «Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz». (ət-Tövbə 113). «(Ya Məhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əməli elmi ilə) daha yaxşı o bilir». (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey əmi! Lə İləhə İlləllah – kəlməsini de ki, bununla Allah yanında sənin lehinə şəhadət edim». Əbu Talib: «Qureyşin məni ayıblaması və haqqımda: «Əbu Talib bunu ancaq qorxudan dedi!» demələri olmasaydı, onu deyib səni məmnun edərdim». Abbas b. AbdulMuttalib – radıyallahu anhu – deyir ki: «Ya Rəsulullah! Şübhə yox ki, Əbu Talib daima səni düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?» Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır».

4. Bir qrup insanların sorğu-sualsız olaraq Cənnətə girmələri üçün ediləcək şəfaət.

Hüseyn b. Abdurrahman deyir ki: «Mən Səid b. Cubeyrin yanında idim. Dünən sizin hansınız düşən ulduz gördünüz?» dedim. O: «Mən gördüm» dedi. Sonra əlavə etdi ki: «O, vaxt mən namazda deyildim. Məni əqrəb sancmışdı». O:»Bəs sən nə etdin?» deyə soruşdu. Mən: «Şabinin rəvayət etdiyi hədisdir» dedim. O: «Şabinin sizə rəvayət etdiyi nədir?» dedi. Mən belə rəvayət etdim: «O, bizə Bureydə b. Hüseyn əl-Əsləmdən rəvayət edib» dedi: O: «Göz dəyənə yaxud ilan çalana ruqiyyə (dua) ilə əlac etmək olar» demişdir. Bunun üzərinə o, dedi: «Eşitdiyinə (eşitdiyi kimi) əməl edən insan nə gözəl insandır». Lakin İbn Abbas – radıyallahu anhu – bizə Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən belə bir hədis nəql etmişdi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Mənə bütün ümmətlər göstərildi. Peyğəmbər gördüm ki, ətrafında çox kiçik bir cəmaat var idi. Peyğəmbər gördüm ki, ətrafında bir və ya iki nəfər var idi. Bir Peyğəmbər də gördüm ki, ətrafında bir nəfər də belə yox idi.» deyərkən, mənə uzaqdan bir qaraltı göstərildi. Mən onları ümmətimdən zənn etdim». Mənə: «Bu Musa – əleyhissəlam – ın qövmüdür» dedilər. Sən üfüqə doğru bax! Mən baxdıqda bir də nə gördüm? Böyük bir qaraltı. Mənə təkrar: «Digər üfüqə doğru bax!» deyildi. Yenə də böyük bir qaraltı gördüm. Mənə: «Bu sənin ümmətindir. Bunlar ilə bərabər yetmiş min nəfər hesabsız və əzabsız olaraq Cənnətə girəcəkdir» deyildi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu xütbəsindən sonra qalxıb evinə girdi. Bunun ardından insanlar, hesabsız və əzabsız olaraq Cənnətə girəcək olan bu kimsələr haqqında müzakirəyə başladılar. Bəzisi: «Şübhəsiz ki, bunlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dost-yoldaşlarıdır». Bəziləri də: «Bəlkə onlar İslamda doğulan və Allaha şərik qoşmayanlardır» dedilər. Bunlardan başqa bəzi fikirlər irəli sürüldü. Bu vaxt Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların yanına gəldi və: «Haqqında müzakirə etdiyiniz şey nədir?» deyə buyurdu. Ona məsələni başa saldıqdan sonra Peyğəmbər: «Cənnətə haqq-hesabsız girən möminlər, ovsun oxumazlar və tələb etdirməzlər. Təşəəüm, Tətəyyür etməzlər və hər şeydə öz Rəbblərinə təvəkkül edərlər» buyurdu. Bu vaxt Ukkaşa b. Mihsan ayağa qalxıb: «Mən də onlardan etməsi üçün Allaha dua et» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sən onlardansan». Onun ardınca başqa birisi qalxıb dedi: ! «Məni də onlardan etməsi üçün Allaha dua et» dedi. Peyğəmbər : «Bu işdə Ukkaşa səndən qabağa düşdü» buyurdu. Başqa bir rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Ümmətimdən bir zümrə Cənnətə girər ki, onlar yetmiş mindir. Onların üzləri ayın bədr gecəsindəki parlaması kimidir. Onlar qızğın dəmirlə bədənlərini dağlamayanlardır».

5. Bir qurup Cəhənnəmə düşmüş Muvahhidlərin (tövhid əhlinin) cəhənnəmdən çıxarılması üçün ediləcək şəfaət.

Məbəd b. Xəlil əl-Ənəzi dedi: «Sabit şəfaət hədisini eşitməkdən ötrü Ənəs b. Məlikin yanına getdik. Duha namazını qılan vaxtı onun yanına çatdıq. Sabit bizim üçün izn istədi. Yanına girdik». Sabit ona: «Ey Əbu Həmzə! Bəsrə əhalisindən olan bu qardaşların səndən şəfaət hədisini eşitmək üçün gəliblər» dedi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanlar çaşqın düşəcəklər. Nəhayət Adəmə gəlib: «Zürriyyətinə şəfaət et!» deyəcəklər. Adəm – əleyhissəlam - : da «Mən ona layiq deyiləm, lakin sizlər İbrahim – əleyhissəlam – ın yanına gedin. Çünki o, Xəlilullahdır» deyəcəkdir. İnsanlar İbrahim – əleyhissəlam – ın yanına gəlirlər. O da: «Mən buna layiq deyiləm, lakin siz Musa – əleyhissəlam – ın yanına gedin. Çünki o, Kəlimullahdır» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın yanına gəlirlər. O da: «Mən buna layıq deyiləm, lakin siz İsa – əleyhissəlam – ın yanına yanına gedin. Çünki o, Allahdan gəlmə ruh və Ondan olan sözdür» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gəlirlər. O da: «Mən bunun üçün yaradıldım!» deyir və Allahın hüzuruna izn istəmək üçün gedər. «Mənə izn verilir, hüzurunda dikilərək və Allaha həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyirəm. Mənə: «Get! Qəlbində bir buğda və ya arpa dənəsi qədər iman olan hər kim varsa onu oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyirəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi qədər iman varsa onu oradan çıxart!» deyilir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram». Mənə: «Ya Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyirəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi ağırlığında daha az, daha az, daha az iman varsa onu da atəşdən çıxart!» deyilir. Mən də dərhal gedib bunu yerinə yetirdim.

Bu Ənəs – radıyallahu anhu – nun bizə xəbər vermiş olduğu: «Ənəs hədisidir». Biz onun yanından çıxdıq. Nəhayət səhranın yüksək bir yerinə yetişdiyimiz zaman Həsənul-Bəsrinin yanına çatsaq da, ona salam versək də, o, Əbu Xəlifənin evində gizlənmiş bir halda idi. Onun yanına girdik, salam verdik və: «Ya Əbu Səid! Biz qardaşın Əbu Həmzənin yanından gəlirdik. Şəfaət haqqında danışdığı hədisi heç eşitməmişdik». O: «Davam edin, hədisi söyləyin» dedi. Biz də ona hədisi danışdıq. O yenə: «Davam edin, söyləyin» dedi. Biz: «Ənəs bundan başqasını danışmadı» dedik. O dedi: «O bizə bunu iyirmi il bundan qabaq danışmışdır. Onun vaxt hafizəsi və qüvvəsi çox gözəl idi. İndi isə bir qism şeyləri unutmuşdur. Şeyx bunu unutdumu, yoxsa sizlərə bunu danışmaq istəmədimi – bilmirəm?!». Biz də: «Sən bizə danış» dedik. O, güldü və: «İnsan tələsən-hövsələsiz yaradılmışdır». (əl-Ənbiya 37) (ayəsini oxudu). Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – dördüncü dəfə yenə Rəbbinin yanına dönərək Ona həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanır». Mənə: «Ya Məhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. Allah – sübhanəhu və təalə – ona: «Bu sənin üçün deyil (və ya bu sənə aid deyil) deyə buyurdu. Lakin İzzətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən Tövhid əhlinin hamısını Cəhənnəmdən çıxardacağam».


6. Cəhənnəmə girmələri əmr olunmuş bir qurup insanların Cəhənnəmə girmələri üçün ediləcək şəfaət.

Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «… Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana and işirəm ki, sizdən heç kimsənin haqqı təmamilə bərqərar etmək xüsusunda Allaha yalvarıb yaxarması, qiyamət günündə möminlərdən atəşdə olan qardaşları üçün Allaha yalvarmaları qədər şiddətli olmaz». Onlar: «Ey Rəbbimiz! Bu (cəhənnəmdə) qalanlar bizimlə bərabər oruc tutar və həcc edərdilər!» deyirlər. Onlara: «Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. Onların bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqin olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə də bir çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm içərisində əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində yarım dinar xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində zərrə ağırlığında xeyr olan hər kimi tapırsınızsa onu oradan çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. Əbu Səid əl-Xudri – radıyallahu anhu – deyir ki, əgər bu hədisə inanmırsınızsa bu ayəni oxuyun: «Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40).

Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» - deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha hər şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir». Bundan sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən bir Ərhamur-Rahimin qaldı. Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Cənnətin yolları üzərində olan «Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) necə olur. Günəşə doğru olanı sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, Cənnət sularından tökün!» deyiləcəkdir). Cənnət əhalisi onları tanıyır. Heç bir yaxşılıq etməmiş, xeyr əməllər işləməmiş halda Allahın Cənnətə saldığı kəslər bunlardır. Allah buyurur: «Cənnətə girin! Gözünüzün gördüyü hər nə varsa sizindir». Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: «Mənim rizam ! Artıq bundan sonra sizə əbədiyyən qəzəb etməyəcəyəm».


7. Peyğəmbər – sallallahu aleyhi və səlləm- Cənnətə girən bir qrup insanların əməllərinin mükafatı olaraq Cənnətdə dərəcələrinin artırılması üçün ediləcək şəfaət.

Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şəfaətin ümmətim arasında böyük günah etmiş kimsələrə olacaqdır».
Bütün bu şəfaətlərdən başqa Qiyamət günü qulun tutduğu oruc, oxuduğu Quran da şəfaət edəcəkdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Oruc və Quran Qiyamət günü qula şəfaət edəcəkdir». Əbu Umamə – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm- buyurdu: «Quranı öyrənin, çünki o, qiyamət günü əhli üçün şəfaətçi olacaqdır». ən-Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Quran və ona əməl edənlər gətiriləcək. İrəlidə əl-Bəqərə və Ali-İmran surələri gedəcəklər. Oxuyub əməl edənlərə şəfaət edəcəklər».

Qiyamət günü baş verəcək hadisələrdən sonra Cənnətliklər Cənnətdə, Cəhənnəmliklər də Cəhənnəmdə qərar tutduqdan sonra: Əbu Səid – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü (cənnət əhli cənnətə, cəhənnəmliklər də cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun surətində gətirilir. Cənnət ilə Cəhənnəm arasında dayandırılır və: «Ey Cənnət əhli! Sizlər bunu tanıyırsınızmı?» deyilir. Cənnətliklər dərhal boyunlarını uzadıb başlarını ona dorğu qaldırırlar və ona (qoyuna) baxırlar; «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Sonra: «Ey Cəhənnəm əhli! Sizlər bunu tanıyırsınız?» deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: «Bəli, tanıyırıq! Bu ölümdür» deyirlər. Bundan sonra qoyunun kəsilməsini əmr edirlər və dərhal qoyun kəsilir. Sonra: «Ey Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız, artıq sizə ölüm yoxdur! və ey Cəhənnəm əhli! Sizlər də Cəhənnəmdə əbədisiniz, artıq ölüm yoxdur!» deyilir. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: (Ya Məhəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılğın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut! (O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza qaytarılacaqlar». (Məryəm 39-40).

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. Sen. 17, 2007 9:10 pm    İsmarış mətni: Sitatla cavab ver

QƏZA VƏ QƏDƏRƏ İMAN

Əhli Sünnə vəl Cəmaat hər xeyr və şərrin Allahın Qəza və Qədəri ilə meydana gəldiyinə, Allahın dilədiyi hər şeyi etdiyinə kəsin olaraq inanırlar. Hər şey onun iradəsi ilədir. Heç bir şey onun istəməsindən kənara çıxa bilməz. O, olmuş və olacaq hər şeyi olmazdan əvvəl əzəldən bəri bilir. Onun elmi külli və cüzi olan hər bir şeyi əhatə edir. «(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. Onların elmi isə onu əhatə edib qavraya bilməz». (Ta Ha 110). «Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (Səba 3). «Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) ilə yaratdıq». (əl-Qəmər 49). «Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər. Allah hər şeyi biləndir». (əl-Təğabun 11).

Xeyr və şərrin hər iksi də qədərdədir. Hər şey bir qədər, ölçü, zaman ilə yaradılmışdır. Hər yaradılan şeyin bir qədəri vardır. «O Allah ki, göylərin və yerin hökmü onundur. O (özünə) heç bir övlad götürməmişdir. Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun üçün nə olacağını) əvvəlcədən müəyyən etmişdir». (əl-Furqan 2).

Əhli Sünnə vəl Cəmaat deyirlər ki, qədərə iman ancaq dörd xüsus ilə tamamlanır. Bunlara da qədərin mərtəbələri və ya əsasları adı verilir. Bu xüsuslar qədər məsələsini başa düşməyin yoludur. Qədərə iman isə bütün bu əsasları gerçəkləşdirmədikcə tamam olmaz. Çünki bunların bir qismi digərinə bağlıdır. Bunların hamısını qəbul edən bir kimsənın qədərə imanı tamamlanır. Bunların birinə və ya digərinə inanmayan bir kimsənin imanında sarsıntılar meydana gəlir. «(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa, hamısını bilir? Həqiqətən bu (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır». (əl-Həcc 70).

1. Uca Allah olmüş, olacaq hər bir şeyi təfsilatı ilə və incəliyinə qədər bildiyinə iman etmək. O, qullarının nələr etdiyini onları yaratmamışdan əvvəl bildiyi kimi, onların ruzilərini, əcəllərini, sözlərini, əməllərini, bütün hərəkətlərini, gizlətdiklərini, üzə vurduqlarını, kimlərin Cənnət əhli, kimilərinin də Cəhənnəm əhli olduğunu, kimilərinin xoşbəxt və ya bədbəxt olduğunu da əzəldən bəri bilir. İmran b. Hüseyn – radıyallahu anhu – rəvayət edir ki: «Bir nəfər Ya Rəsulullah! Cənnət əhli atəş əhlindən (ayırd edilib) bilindimi?» deyə soruşdu. Peyğəmbər : «Bəli, (ayırd edilib bilinmişdir) deyə buyurdu. Həmən şəxs: «Elə isə (yəni Cənnətlik, Cəhənnəmlik əzəldən bəri bəlli olduğu halda) çalışıb əməl edənlər nəyə əməl edirlər?» dedi. Peyğəmbər: «Hər kəs nə üçünsə yaradılmışsa onun yolları onun üçün asantlaşdırılacaqdır» deyə buyurdu. Hər bir kəs onun təyin etdiyi əcəl ilə dünyasını dəyişəcəkdir. Allahın təyin etdiyi əcəli isə keçə bilən və ya ondan geri qala bilən heç bir şey yoxdur. «Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanır, nə də tələsərlər». (əl-Əraf 34).

Allah hər bir şeyi yaratmazdan əvvəl bildiyi kimi, hal-hazırda da hər şeyi bilməkdədir. «Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri üçində elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın». (əl-Ənam 59). «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmli və mərhəmətlidir». (əl-Həşr 22).

O, iman əhlini, şirk və küfr əhlini, salehləri, talihləri (saleh olmayanları) hər şeyi yaratmazdan əvvəl bilirdi. «Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl tanıyandır». (Nuh 7).

Hansı gün, vaxt və harada onların başına nə gələcəyini də bilir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «…Heç kəs səhər nə əldə edəcəyini (savab və ya günah qazanacağını), heç kəs harda öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).

Əli – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç bir kimsə və yaradılmışlardan heç bir nəfs müstəsna olmaq üzərə şübhəsiz ki, Cənnətdəki və Cəhənnəmdəki yerini Allah yazmış (təqdir və təyin) etmişdir. Hər kəsin xoşbəxt və ya bədbəxt olduğu şübhəsiz ki, yazılmış-dır». Səhabələrdən biri: «Ya Rəsulullah! O, halda nə üçün əməl edib çalışırıq? Hər şey bilindiyi halda (əməlin faydası nədir?) dedi. Peyğəmbər: «Xoşbəxt olanlardan olan kimsə, xoşbəxt kimsələrin əməli ilə əməl edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt olan kimsələrin əməli ilə əməl ediləcəkdir. Xeyr, siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki hər kəs nə üçün yaradılıbsa o da onun üçün asantlaşdırılacaqdır». Bədbəxt olan kimsələrə də, bədbəxt olan kimsələrin əməlini etmək asantlaşdırılacaqdır». Sonra bu ayəni oxudu: «Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü təsdiq etsə biz ona Cənnəti müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan saysa biz onu Cəhənnəm üçün hazırlay-cağıq». (əl-Leyl 5-10).

2. Bu da Uca Allahın məxluqatın qədəri ilə əlaqədar olaraq əzəldən bildiyini Lövhi-Məhfuzda yazmış olduğuna iman etməkdir. Lövhi-Məhfuz isə hər bir şeyin qədəri yazılmış kitabdır. Meydana gəlmiş, gələcək və qiyamət gününə qədər olacaq hər şey uca Allahın dərgahında Ummul Kitabda yazılmışdır. Buna həmçinin əz-Zikr, əl-Kitabul Mubin adları da verilmişdir. «Biz hər şeyi hesaba alıb İmamı Mubində yazmışıq». (Yasin 12). «Allah sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi (kişi və qadın olmaqla) cüt-cüt yaratmışdır. O, bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda (Lövhi-Məhfuzdə) yazılmışdır. Həqiqətən bu Allah üçün çox asandır». (Fatir 11).


Bu mərtəbə bir neçə yerə bölünür.

1) Əzəli qədər.


«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfizdə) yazılmış olmasın. Bu Allah üçün çox asandır». (əl-Hədid 22). Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah məxluqatın (qəza və qədərini) göyləri və yeri yaratmamışdan əlli min il əvvəl yazmışdır və onun ərşi suyun üzərindədir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, Allahın yaratdığı ilk qələmdir». Ona: «Yaz» deyə buyurdu. Qələm: «Ya Rəbbim! Nə yazım» dedi. Allah: «Qiyamətin qopacağı vaxta qədər hər bir şeyin qədərini yaz» deyə buyurdu.

2) Ömürlük qədər.

«(Ey Peyğəmbər!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) Qiyamət günü: «Biz bundan qafil idik». (əl-Əraf 172). İshaq b. Rahuyenin rəvayət etdiyinə görə bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qəza və Qədər haqqında soruşur. Peyğəmbər- sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah Adəmin belindən zurriyyətini çıxardıb onları özlərinə qarşı şahit tutduqdan sonra ovçü ilə onları götürdü. Bunlar Cənnətlik, bunlar Cəhənnəmlikdir deyə buyurdu. Cənnət əhli olanlara Cənnət əhlinin əməli asantlaşdırıldı, Cəhənnəm əhli olanlara da Cəhənnəm əhlinin əməlləri asantlaşdırıldı». İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Adəmin belindən Numanda (Ərafətdə) əhd almışdır. Onun belindən yaradacağı bütün zurriyyətini çıxardaraq qarşısına qoymuşdur. Sonra onlar da danışaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» deyə buyurmuşdu. Onlar da: «Bəli, şahidlik edirik» demişlər. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Ənsarlardan balaca bir uşağın cənazəsinə çağrıldı. Mən: «Ya Rəsulullah! O nə xoşbəxdir! O, Cənnət sərçələrindən bir sərçə quğudur. Pislik etmədi və pislik etmək yaşına da çatmadı» dedim. Peyğəmbər: «Sən bilmirsən ki, Allah Cənnət üçün bir əhali yaratdı ki, onlar atalarının bellərində ikən Allah onları Cənnət üçün yaratmışdır. Allah Cəhənnəm üçün elə bir əhali yaratmışdır ki, onlar atalarının bellərində ikən Allah onları Cəhənnəm üçün yaratmışdır» deyə buyurdu. Ömər – radıyallahu anhu – deyir ki, Qiyamət günü: «Bizim bundan xəbərimiz yoxdur deməyəsiniz deyə Allah Adəm oğullarının belindən zurriyyətini çıxardıb və onları özlərinə şahid tutmuşdur». «Mən sizin Rəbbiniz deyiləmmi?» soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» deyə cavab vermişdilər». (əl-Əraf 172)….

3) Qədr gecəsində yazılan illik qədər.

«Hər bir hikmətli (yaxud dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur. Dərgahımızdan bir buyuruq olaraq! (İl ərzində birinin başına gələcək bütün işlər, dünyada baş verəcək bütün hadisələr, xeyr, şər, əcəl, ruzi, xoşbəxtlik, bədbəxtlik və s. Lövhi-Məhfuzda həmən ilin məhz qədr gecəsi yazılır və müvəkkil mələklərə bildirilir. Bu yazıya pozu yoxdur) Həqiqətən Peyğəmbərləri biz göndəririk». (əd-Duxan 4). İbn Abbas – radıyallahu anhu – deyir ki, Qədr gecəsində ana kitabdan bir il boyunca meydana gələcək ölüm, həyat, ruzi, yağış və hətta həcc edilən belə yazılır. Filan kişi həcc etdi, filan kişi həcc etdi.

4) Günlük qədər.

«Göylərdə və yerdə kim varsa, hamısı ondan (ruzi, mərhəmət və mədəd) diləyir. O, hər gün (hər an) bir işdədir. (Birini öldürər, birini dirildər, zalimə zülm edər, acizə kömək, birinin duasını qəbul edər, birinə mərhəmət əta edər, digərinə cəza verər. Bir işlə məşğul olmaq onu digərindən yayındırmaz). (ər-Rəhman 29). İbn Abbas – radıyallahu anhu – deyir ki, şübhəsiz Allah yaratdıqları içərisində ağ incidən Lövhi-Məhfuz da vardır. Onun hər iki qapağı qırmızı bir yaqutdandır. Qələmi nurdur, yazısı da nurdur. Hər gün ona üç yüz altmış dəfə baxar. Bu baxışların hər birində yaradır, ruzi verir, həyat verir, öldürür, rəhm edər, zəlil edər və hər nə diləyərsə onu da edər və bu ayəni oxudu: «O, hər gün (hər an) bir işdədir». (ər-Rəhman 29).

3. Yəni bu kainatda meydana gələn hər bir şey rəhmət və hikmətlə Allahın iradəsi və qüdrəti ilə meydana gəlir. Kainatda Allahın diləməsi olmadan heç bir şey vücuda gəlməz. O, dilədiyini rəhməti ilə hidayətə yönəldir, dilədiyini hikməti ilə sapdırır. «Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (şəhadətlə) sabitqədəm edər. Allah zalimləri (haqq yoldan) sapdırar. Allah istədiyini edəndir». (İbrahim 27). «Əgər Allah istəsəydi sizi (eyni dildə olan) tək bir ümmət edərdi. Allah dilədiyini yoldan çıxardar, dilədiyini isə doğru yola salar. Sözsüz ki, etdiyiniz əməllərə görə sorğu-sual olunacaqsınız». (ən-Nəhl 93). «Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər». (əl-Ənam 39). «(Ya Məhəmməd!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o, bilir». (əl-Qəsəs 56).

Dilədiyi hər bir şey qaçınılmaz olaraq onun qüdrəti ilə olur. Olmaması mümkün deyildir. Olmasını diləmədiyi isə olmaz. Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!» deməkdir. O dadərhal olar. (Yasin 82).

O, qulları üçün nəyi dilərsə o daolur. Nəyi də diləməzsə, insanların hamısı bunun olmasını diləsələr də belə onun olması mümkün deyildir. «Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyr diləsə, heç kəs onun nemətinə maneəçilik edə bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayan və rəhm edəndir». (Yunis 107). «(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. Həqiqətən Allah (hər şeyi) biləndir, hikmət sahibidir». (Dəhr 30). «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-29). İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə bir neçə nəsihət verərək buyurdu: «…. Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünki) qələmlər qaldırılmış, səhifələr (in mürəkkəbi) qurumuşdur». «Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də özündən başqa heç kəs göndərə bilməz. O, yenilməz qüvvət və hikmət sahibidir». (Fatir 2). «O, istədiyini edəndir». (əl-Buruc 16). Abdullah b. Amr b. əl-As – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğullarını qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasında bir tək qəlb kimidir. Rəhman onları dilədiyi (istədiyi) yerə çevirib döndərir». Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah istədiyi vaxt ruhlarımızı aldı və istədiyi vaxt onları geri qaytardı». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «….Allah istəsə və filan kişi istəsə deməyin. Yalnız Allah istəsə deyin». O, etdiyi heç bir şeydən soruşulmaz, yaratdıqları isə soruşulurlar. Heç bir şey onun istədiyindən kənara çıxa bilməz. «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz. Onlar (bütün bəndələr) isə sorğu-sual ediləcəklər». (əl-Ənbiya 23). «…. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-birləri ilə vuruşmazdılar. Lakin Allah öz istədiyini edəndir». (əl-Bəqərə 253). «Anaların bətnində sizə istədiyi surəti verən odur. O, qüdrət və hikmət sahibindən başqa heç bir ilah yoxdur». (Ali İmran 6). «Beləcə biz hər bir peyğəmbər üçün insan və cin şeytanlardan düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla boşla getsin». (əl-Ənam 112).

4. Uca Allah hər şeyin yaradıcısı olduğuna, göylərdə və yerdə onlar arasında olan hər şeyi onun yaratdığına inanmaqdır. Ondan başqa bir yaradıcı, ondan başqa Rəbb yoxdur. Ondan başqa hər nə varsa yaradılmışdır. O, əməldə olan hər kəsi və onun əməlini, hərəkət edən hər bir varlığı və hərəkətini yaradandır. «Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır». (əl-Saffat 96). «And olsun nəfsi (insanı və ia insan nəfsini) yaradana». (əş-Şəms 7). «Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildən məhz Allahdır». (ər-Rum 40). «Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də mənə Allahdan başqalarının nə yaratdığını göstərin. Xeyr, zalimlər açıq-aşkar əyri yoldadırlar». (Loğman 11). «… Lakin Allah imanı sizə sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır…» (əl-Hucurat 7). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz Allah bir işi edəni və onun etdiyi işi yaradandır».

Açıqladığımız şəkildə qədərə iman etmək, qulun ixtiyar sahibi olmasına ( yəni pis və yaxşını seçməsinə) və bu əməlləri etməsinə yetəcək qədər güc və qüvvəti olmasına zidd deyildir. «Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun». (ət-Təğabun 16). «Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gətirin. Özünüz üçün qabaqcadan yaxşı əməllər hazırlayın». (əl-Bəqərə 223). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286).


Buna görə də qulun fərzləri tərk edib, pis işləri görməklə qədəri dəlil gətirməsi doğru deyildir.

1) Allah əzəli elmi ilə Adəm oğullarının Cənnətə və Cəhənnəmə girəcək olanların hamısını bilir. Bunların saylarında artma və əskilmədə olmaz. Allah hər insanın ana bətnində ikən iman əhli mi, yoxsa küfr əhlimi olduğunu bilir. Bu Lövhi Məhfuzda da yazılmışdır. Allahın bu haqda elmi əsla dəyişməz.

Yenə də qulların əməlləri onlar o, əməlləri etməzdən əvvəl də bəllidir. Bu Allahın əzəli bir elmidir. Hər insan nə üçün yaradılmışsa ona uyğun əməl edər. Cənnət əhli Cənnət əhlinin əməlləri ilə əməl edər, Cəhənnəm əhli Cəhənnəm əhlinin əməlini işləyənlərdir. Bir kimsə pis əməldən sonra saleh əməl etmək yazılmışsa o, etdiyi əməldən sonra Cənnətə girər. Bəzi kimsələr də vardır ki, daha əvvəl saleh əməli işlədiyi halda həyatı Cəhənnəm əhlinin əməli ilə bitər və Cəhənnəm əhli olaraq yazılar. Mühüm olan insanın son anda etdiyi əməldir. Mömin ancaq Allahın dilməsi ilə mömindir, kafir də uca Allahın diləməsi ilə kafirdir. Səhl b. Sad – radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar arasında elə kimsələr də vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cənnət əhlinə yaraşan xeyrli əməllər edər. Halbuki o, Cəhənnəmlikdir. Yenə insanlardan elələri vardır ki, insanlara görnüşünə (əməllərinə) görə Cəhənnəmliklərə aid pis əməllər edər. Halbuki o Cənnətlikdir». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Həqiqətən elə bir kimsə vardır ki, uzun zaman Cənnət əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cəhənnəm əhlinin əməli ilə son olub möhürlənər. Kimisi də uzun zaman Cəhənnəm əhlinin əməlini edər. Lakin sonra onun bu əməli Cənnət əhlinin əməli ilə son olub möhür-lənər».

Müşriklər belə deyəcəklər: «Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız mıüşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişlər. Nəhayət əzabımızı daddılar». Onlara de ki: «Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz». (əl-Ənam 148). Əgər qədər onların leyhinə dəlil təşkil etsəydi, Allah onlara əzabını daddırmazdı.

2) Allahın sapdırdığı kimsənin irəli sürəcək hər hansı bir dəlil və ya bir iddiası yoxdur. Çünki uca Allah irəli sürüləcək bir bəhanə qalmasın deyə Peyğəmbərlərə göndərmiş və qulun əməlini ona başa salaraq bunu qulun qazandığı olaraq təqdir etmişdir. «Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165). Əgər Peyğəmbərlərə itaət etməyənlərin leyhinə qədər dəlil təşkil etsəydi, peyğəmbərlərin göndərilməsi ilə bu dəlil ortadan qaldırlmamalıydı. Lakin əksinə Allah peyğəmbərlər göndərməklə onlara pisi və yaxşını (halal və haramı) açıqlamışdır. Haqq və batil bəyan edilmişdir. Onların isə qədəri dəlil göstərməkdə heç bir əsası yoxdur.

3) Uca Allah əmr və qadağalar vermiş və ancaq gücü çata bilən şeylərlə onu sorumlu etmişdi. «Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun». (əl-Təğabun 16). «Allah heç kəsi qüvvəsi çatmayan işi (görməyə) vadar etməz. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir». (əl-Bəqərə 286). Əgər qul əməllərini etməyə məcbur olsaydı, o halda gücü çatmayan və edilməsi mümkün olmayan şeylərlə sorumlu olmuş olardı. Belə bir şey isə batildir. Çünki qul bilmədən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan ötrü sorumlu olmayacaqdır. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və məcburiyyət qarşısında qalaraq etdiyi günahlardan keçib».

4) Uca Allah qədəri gizli bir sirdir. Qulun onu bilməsi ancaq etdiyi əməlin meydana gəlməsindən sonra mümkün ola bilir. Qul həqiqi mənada faildir. Allah da onların fellərini (əməllərini) yaradandır. Qul mömin, kafir, yaxşı, günahkar, namaz qılan, oruc tutandır. O, halda iman və əməlləri yaradan da Allahdır. Qula öz əməllərini edə bilməsi üçün qüdrəti, iradəni və seçmi də vermişdir. Onların qüdrətini və iradəsini yaradan da Allahdır. Sonra da xeyir və şərri bir-birindən ayırd etmək üçün ağıl da vermişdir. «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz». (ət-Təkvir 28-29).

5) Bizlər insanların dünya işlərində özlərinə uyğun olan işlərə yönəldiklərini, onları əldə etməyə çalışdıqlarını, (xeyirli işləri) kənara qoyaraq uyğun olmayan (xeyri olmayan) işlərə yönəlmədiklərini, uyğun işlərə yönəldiklərinə görə də qədəri dəlil göstərmədiklərini görürük. Yaxşı, bəs nə üçün insan dini ilə əlaqəli xüsuslarda ona fayda verən şeyləri (halalı) buraxaraq zərərli (haram) şeylərə yönələrək qədəri dəlil göstərərək, mənim üçün belə yazılmışdır? Deyir. Hər iki işin durumu eyni deyildirmi? Bu məsələ ilə bağlı açıqlama verək. Bir kimsənin qarşısına iki yol çıxır. Bunlardan biri çətinliklərlə, əzab-əziyyətlərlə (ölüm, talan) qorxu və aclığın hökm sürdüyü bir ölkəyə aparır. Digər yol isə rahatlıq, əzab-əziyyət olmayan ədalətli bir ölkəyə aparır. İnsan bu iki yoldan hansını seçər? Əlbətdəki rahatlıq və ədalətli olan ölkəyə aparan yolu seçər. Heç vaxt ağlı başında olan adam birinci yolu seçib bununla da qədəri dəlil gətirməz. O halda axirət ilə əlaqədar xüsuslarda nə üçün Cənnətə deyil məhz Cəhənnəmə götürən yolu izləməklə qədəri dəlil göstərməkdədir.

6) Fərzləri tərk etməklə, qadağaları etməklə qədəri dəlil göstərən bir kimsənin malını haqsızlıqla əlindən alsalar və ya ona qarşı haqsızlıq edilib və qədəri dəlil göstərən kimsəyə: «Məni qınama, çünki mənim sənə olan bu haqsızlığım Allahın qədəri ilədir». Onun belə bir iddiası qəbul edilməz. Yaxşı, bəs nə üçün başqasının ona qarşı etdiyi haqsızlıqlara qarşı qədərin dəlil göstərilməsini qəbul etmirsə, uca Allahın haqlarını tapdalayaraq qədəri öz leyhinə dəlil göstərməsi necə düzdür? Möminlərin əmiri Ömər b. əl-Xəttab – radıyallahu anhu – nun dövründə oğurluq üçün əlinin kəsilməsi hökmü verilmiş birisini gətirirlər. O da əlinin kəsliməsi qərarını verdikdə oğru: «Ağır ol ey möminlərin əmri. Mən Allahın qədəri ilə oğurluq etdim» dedi. Ömər – radıyallahu anhu – da: «Bizlərdə ancaq Allahın qədəri ilə sənin əlini kəsirik» deyə cavab verdi.

Qədərin əsli Allahın sirridir. O haqda biliyə nə bir mələk, nə də bir peyğəmbər, nə də onlardan aşağı olan hər hansı bir insan sahib deyildir. Bu haqda dərinliyə dalmaq, düşünmək və cürbəcür fikirlər yürütmək doğru deyildir. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qədərdən danışanda susun». Kim qədərin dərinliyinə dalmaq istərsə gedəcəyi yol xüsran və məhrumiyyətdir. Bu yolda xeyr əldə etməyib hidayətdən məhrum olar. Şişirdər və həddi aşar. Çünki qədərin həqiqiətini Allahdan başqa heç kəs bilməz. İnsanlar nə qədər düşünürlərsə düşünsünlər, qədərin həqiqətinə vara bilməzlər. Ancaq biz, Əhli Sünnə vəl Cəmaat Allah – sübhanəhu və təalə – nin hər şeyi bildiyinə, yazdığına iman edirik. Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Ali İmran 7). Bu da qədərin başa düşülməsi üçün yuxarıda qeyd etdiyimiz dörd məsəlidir. Əksi təqdirdə insan qədərə inanmamış olur.

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. Sen. 17, 2007 9:20 pm    İsmarış mətni: Sitatla cavab ver

QƏZA VƏ QƏDƏRƏ İMANIN FAYDALARI

1. Razılıq, yəqinlik və əvəz.

«Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü ilə izni ilə olduğunu bilir. Allah hər şeyi (keçmişi, indini və gələcəyi) biləndir. (ət-Təğabun 11). İbn Abbas – radıyallahu anhu – deyir ki, səbrli adamın qəlbini yəqinliyə yönəldir. O bilir ki, məruz qaldığı müsibət təsadüfi deyildir. Bu Allahın qəza və qədəridir.

2. Günahların təmizlənməsi.

Əbu Səid əl-Xudri və əbu Hureyrə – radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mömini nə xəstəliyə, nə əzab-əziyyətə, nə rahatsızlığa, nə də kədərə məruz qalmaq maraqlandırır. Onu maraqlandıran Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməyidir». «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır». (əş-Şura 30).

3. Böyük əcr (mükafatın) verilməsi.

«Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver. O, kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: «Biz Allahın bəndələriyik və (öləndən sonra) ona tərəf (onun dərgahına) qayıdacağıq» deyirlər. (əl-Bəqərə 155-156).

4. Sevinməmək və kədərlənməmək.

«Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-Məhfuzda) yazılmış olmasın. Bu Allah üçün çox asandır. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz». (əl-Hədid 22-23). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki, Allahın sizə bxş etdiyi nemətlərə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin əməyinizin nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir. Allahın nemətləri ilə təkəbbür və lövğalıq etməyin. Sevincinizi şükrə, kədərinizi isə səbrə çevirin.

5. İnsanlıqdan qorxmamaq.

De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan (Allahdan) başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneəçilik edə bilməz». (Yunis 107).

İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – mənə bir neçə nəsihət verərək buyurdu: «Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünki) qələmlər qaldırlmış, səhifələr (in mürəkkəbi) qurumuşdur».


5. Ölümdən qorxmamaq.

«Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (Lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır». (Ali-İmran 145).

6. Olub keçənlərə peşman olmamaq.

«(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə (Ya Məhəmməd!) söylə ki: «Əgər doğru deyirsinizsə, onda (bacarıb) ölmü özünüzdən uzaqlaşdırın». (Ali-İmran 168). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah güclü mömini zəif mömindən daha çox sevir. Hər bir işdə özünə faydalı olanı götürməyə səy göstər. Allahdan kömək dilə aciz olma. Başına bir müsibət gələrsə demə: «Əgər belə etsəydim belə olmazdı» De ki: «Allahın qəza və qədəri bu imiş. Əgər sözü şeytana yol açır».

7. Allahın məsləhət bildiyinə xeyr vardır.

«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyrli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (əl-Bəqərə 216).
_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. Sen. 17, 2007 9:26 pm    İsmarış mətni: Sitatla cavab ver

İSLAM VƏ İMAN

Şəri mənaları ilə islam və iman bir-birindən ayrılmazdırlar. Biri digəri olmadan işlənməzlər. Əksinə harada səhih və mötəbər bir iman varsa onunla birlikdə islam da vardır və ya harada islam varsa onunla birlik də iman da vardır. Onlardan hər hansı biri tək başına işlədiləcək olarsa, digəri də onun içərisinə girər və tək başına işlədilən bu isim yenə digər ismin tək başına işlədilməsi halında dəlalət etdiyi şeylərə dəlalət edər. Məs: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz də daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun». (əl-Maidə 6) – ayəsindəki xitab həm mömin, həm də müsəlmanları əhatə edir. Yoxsa ki, namaz üçün dəstəmaz almaq təkcə möminlər üçün deyildir. Müsəlmanların da dəstəmazsız namaz qılmaları mümkün deyildir. İman islamı əhatə etdiyi kimi, islam da imanı əhatə edir. Həmçinin: «Məni müsəlman olaraq öldür….» (Yusif 101) ayəsindəki «Məni müsəlman olaraq öldür!» - eyni zamanda – «Məni mömin olaraq öldür!» deməkdir. Yoxsa – məni müsəlman olaraq öldür, mömin olaraq öldürmə – mənasında deyildir. Çünki Allah bütün möminlərin ancaq müsəlman olaraq can vermələrini «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102) istər.

Lakin ikisi bir yerdə zikr olunarlarsa (islam və iman) aralarında fərq olur. Bu vəziyyətdə iman qəlbin təsdiqi, iqrarı və bilib tanıması mənasına gəlir, islam da Uca Allaha əməl ilə təslimiyyət göstərmək, boyun əymək və ona itaətlə bağlanmaq mənalarına gəlir. Elm adamları buna belə deyirlər: «Hər mömin müsəlmandır, lakin hər müsəlman isə mömin deyildir». Məs: Allah buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) De ki: «Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: «Biz İslamı qəbul etdik!» deyin». (əl-Hucurat 14). İbn Abbas – radıyallahu anhu – deyir ki, onların bütünlüklə münafiq olmadığını, imanları zəif kimsələr olduğunu açıqlamışdır. İbn Cərir ət-Təbəri – rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – bədəvi ərəblərin yalnız İslam (təslim) təslim olduqlarını söyləməsini əmr etmişdi. Onlar yalnız dilləri ilə təsdiq etmiş, lakin qəlbləri ilə təsdiq etməmişlər. Buna görə də onlara yalnız İslam olduqları demələri əmr olundu. Çünki İslam (təslim) olmaq üçün söz yetərli olarkən, iman etmək üçün həm söz, həm də əməl gərəkdir. «Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər. Kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər». (əl-Ənam 125).


İMANDA İSTİSNA ETMƏK «inşəAllah, MƏN MÖMİNƏM» DEMƏK

Əhli Sünnə vəl Cəmaat imanda istisna etmək – yəni «İnşəAllah, mən möminəm» deməyin və özləri haqqında yəqin olaraq «mən möminəm» deməyin əleyhinədir. Bu isə onların Allahdan qorxmaları və qədərə iman etmələrinə görədir. Çünki heç kəs yəqin olaraq deyə bilməz ki, «mən möminəm». Mütləq iman bütün itaətləri etməyi və bütün qadağaları tərk etməyi əhatə edir. İnsan bütün bunları etdikdə də yəqin olaraq bu kəlməni söyləməz. Əgər belə etsə onda özünü tərif etmiş, təmizə çıxarmış və özünü Allahdan haqqıyla qorxan, yaxın kimsələrdən olduğunu irəli sürmüş olur. Beləliklə də özünə yəqin olaraq mömin deyən kimsə özünün Cənnət əhlindən olduğunu da irəli sürməlidir. Bu isə mümkün deyildir. «Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu daha gözəl bilir». (ən-Nəcm 32).

İstisna etmək- «İnşəAllah, mən möminəm» demək haqqında üç rəy vardır. Kimisi bunun vacib olduğunu, kimisi bunun haram olduğunu, kimisi də bu məsələdə orta yolu tuturlar.

Müxaliflərin qeyd etdiyinə görə iman tək bir şey olub əməl və sözdən ibarət deyildir. İman qəlbdəki təsdiqdir. Əgər qəlb təsdiq edirsə o, özünün mömin olduğunda da heç bir şəkk-şübhə etməməlidir. Onlara görə şəhadət kəlməsini söylədiyimi bildiyim kimi, mömin olduğumu da bilirəm. Onların «mən möminəm» deməyi, «mən müsəlmanam» deməyi kimidir və bu məsələdə «inşəAllah, mən möminəm» deyənlərə də ŞƏKKAK – şübhəçi adını verirlər.

İmam Əbu Hənifə – rəhmətullahi aleyhi – də imanda inşəAllah, mən möminəm deməyin haram olduğu fikrindədir.O, deyir: «Mömin yəni inanan kimsə həqiqətən mömindir, kafir də həqiqətən kafirdir. Küfrdə şübhə olmadığı kimi imanda da şübhə yoxdur». Allah buyurur: «Onlar həqiqi möminlərdir». (əl-Ənfal 4). «Bütün bunlar həqiqətən kafirdirlər». (ən-Nisa 151). Məhəmməd – sallallahu aleyhi və səlləm – in ümmətinin günahkar olan kimsələrinin hamısı həqiqətən mömin olub, kafir deyillər». İmam Əbu Hənifə – rahmətullahi aleyhi -, Harisi və Haskəfinin rəvayətinə görə belə demişdir: «Alkamə ilə birlikdə Ata b. Əbi Rəbahın yanında idik». Alkamə ona: «Ey Əbu Məhəmməd! Ölkəmizdə imanlarını özlərinə nisbət etməyə və mən möminəm deməyi xoş qarşılamayan bir qrup vardır» dedi. Ata b. Əbi Rəbah: «Onlara nə olur ki, bunu söyləmirlər?» deyə qarşılıqlı sual verdi. Alkamə sözünə davam edərək: «Deyirlər ki, mömin olduğumuzu söylədikdə özümüzü Cənnət əhlindən olduğumuzu da qeyd edirik». Ata onlara: «Allah! Allah! Bu şeytanın hiylələrindən biridir. Şeytan onları Allahın onlara verdiyi ən böyük nemət olan İslamı tərk etməyə və bu xüsuslarda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə müxalif olmalarını vəsvəsə edir. Mən səhabələrin və eyni zamanda da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in də bunu etdiyinin şahidi olmuşam».

Digər bir qrup isə hər bir şeydə istisna etməyə başladılar və bu məsələdə həddi aşmışlar. Məs: Onlar etdikləri bütün saleh əməllərdə də istisna etməyə başladılar. «İnşəAllah mən namaz qıldım, inşəAllah oruc tutdum» və s. sözlər söyləməyə başladılar. Yenə onlardan bir çoxu hər şeydə istisna etməyə başladılar. «İnşəAllah bu paltardır, inşəAllah bu ayaqqabıdır» və s.

Lakin ən gözəl mövqe isə Sələfin mövqeyidir. Allah – subhanəhu və təalə – Qurani-Kərimdə yəqin olaraq baş verən bəzi işləri Allahın diləməsinə bağlaya-raq ifadə edildiyini açıq göstərən bir sıra ayələr vardır. Məs: «And olsun ki, Allah öz peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (ey möminlər!) Siz, inşəAllah əmin-amanlıq içində, (bəziniz) başınızı qırxdırmış, (bəziniz) saçınızı qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidulhərama daxil olacaqsınız». (əl-Fəth 27). O,yürüyüb-qaçmaq və atasına kömək edə bilmək çağına (on üç yaşında) çatdıqda (ibrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O, dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşəAllah mənim səbrlilərdən olduğumu görəcəksən». (əs-Saffat 102). Və heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm! Demə. Ancaq: «İnşəAllah edəcəyəm» de. (əl-Kəhf 23-24). (Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: «İnşəAllah əmin-amanlıqla Misirə daxil olun» dedi. (Yusif 99). Aişə – radıyallahu anhə – rəvayət etdi ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecənin sonunda Bəqi qəbrsanlığına girər və deyərdi: «Ey möminlər topluluğunun yurdu! Salam üzərinizə olsun. Sizə vəd olunmuş (ölüm) gəlmişdir. İnşəAllah biz də sizə qovuşacağıq. Allahım! Bəqi qəbrsanlığında yatanları bağışla!». Başqa rəvayətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey möminlərin və müsəlmanların yatdığı yurdun sakinləri! Salam üzərinizə olsun! İnşəAllah biz də sizə qovuşacağıq!». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və sələm – buyurdu: «Hər peyğəmbərin qəbul edilmiş duası vardır. Hər peyğəmbər bu duasını etmişdir. Lakin mən duamı qiyamət günündə ümmətimə şəfaət etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəAllah bu şəfaətə nail olacaqlar». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Süleyman b. Davud (Allahın salamı iksinin də üzərinə olsun): «Şübhəsiz ki, bu gecə yetmiş (bəzi rəvayətdə 90, bəzilərində 99, bəzilərində 100) zövcəmi (xanımlarımı) dolaşacağam. Zövcələrimdən hər biri Allah yolunda vuruşacaq bir süvari doğacaq» dedi. Bu an yoldaşı (olan mələk) Ona: «İnşəAllah de!» dedi. Lakin o, inşəAllah deməyi unutdu. Bundan sonra o, qadınlardan biri xaric, heç biri hamilə olmadı. O daxəstə olan bir uşaq doğdu». Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, əgər inşəAllah demiş olsaydı hər biri Allah yolunda vuruşacaq süvarilər doğardılar».

Səhabələrdən gələn rəvayətlərdə: Əbul-Vahterinin (Səid b. Feyruz) rəvayətinə görə Əli – radıyallahu anhu – demişdir: «Bir kimsənin mən möminəm deməsi bidətdir». İbn Məsud – radıyallahu anhu – deyir: «Hər kim mömin olduğuna dair şahidlik edərsə, özünün Cənnətdə olduğuna da şahitlik etsin». Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən möminəm dedikdə İbn Məsud ona: «Onda mən Cənnətliyəm də de!» dedi. Sonra İbn Məsud – radıyallahu anhu – o, adama: «Lakin biz Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə inanırıq». Bir nəfər İbn Məsud – radıyallahu anhu – nun yanında şübhəsiz ki, mən möminəm deyir: «Ey Əbu Abdurrahmən! Bu adam mömin olduğunu iddia edir». İbn Məsud onların bu sözlərinə: «Ondan bir soruşun görün o, Cənnətlikdir yoxsa Cəhənnəmlik?» Onlar həmin şəxsdən bunu soruşurlar. Adam da onlara: «Allah ən doğrusunu bilir». Adamın bu cavabından sonra İbn Məsud ona: «İkincisini (yəni Cənnətlik və ya Cəhənnəmlik olduğunu) Allaha həvalə etdiyin kimi birincisini də Allaha həvalə etsəydin?» dedi. İmam Əhməd – rahmətullahi aleyhi – ə imana dair sual verildikdə o: «İman söz, əməl və niyyətdir!» deyə cavab vermişdir. Bu dəfə ona: «Adam sən möminsən?» deyə soruşarsa, o: «Bu bir bidətdir!» deyə cavab vermişdir. Bu səfər ona: «Yaxşı, beləsinə necə cavab verilir?» deyilincə, «İnşəAllah, möminəm!» deyilir, deyə cavab vermişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm - qəbr əhlini ziyarət etdikdə buyurdu: «İnşəAllah, biz də sizə qovuşacağıq!». O, burda istisna etdi. O, isə yəqin olaraq öləcəyini bildiyi halda istisna etdi». Vəlid b. Müslim: «Əvzai, Məlik b. Ənəs və Səid b. Abduləzizin kişinin mən möminəm deməsini inkar etdiklərini, inşəAllah mən möminəm deməsinə isə izn verdiklərini eşitdim». İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: «İbn Məsud və səhabələr, Sevri, İbn Uyeynə, Kufə alimlərindən bir çoxu, İmam Əhməd və sünnə imamları kimi hədis alimləri də imanda istisna edərdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir». Həmçinin səhabələrdən: «Ömər, İbn Məsud, Əli – radıyallahu anhumə -, tabiinlərdən – İbn Əbi Muleykə, Tavus, Həsənul-Basri, Məhəmməd b. Sirin, İbrahim ən-Nəhai, Səid b. Feyruz, Dəhhak b. Məşriki, İsmail b. Əbu Xalid, Muğirə b. Miksəm, fikhçilərdən Abdullah b. Sübrümə, Mamər b. Rəşid, Sufyan əs-Səvri, Sufyan b. Uyeynə, Abdullah b. Mubərək, İmam Məlik, İmam Əhməd və s. rəyləridir».

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. Sen. 17, 2007 9:34 pm    İsmarış mətni: Sitatla cavab ver

EHSAN

İslam dininin üçüncü mərtəbəsi – Ehsandır. Bu da tək bir rükündur. Peyğəmbər – sallallahu aleyhi və səlləm - , onların yanına dinlərini onlara öyrətmək və Ehsan haqqında sual vermək üçün gələn Cəbrail – əleyhissəlam – a belə cavab vermişdi: «Ehsan, Uca Allahı sən Onu görür kimi ibadət etməkdir, lakin sən Onu görməsən də şübhəsiz ki, O səni görür». «O Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən odur!». (əş-Şuəra 218-219).

Ehsan pislik etməyin ziddidir. «Həqiqətən Allah ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128). «Yaxşılığın əvəzi ancaq yaxşılıqdır». (ər-Rəhman 60). «Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafatlar gözləyir. Onların üzlərinə nə bir toz, nə də bir zillət qonar». (Yunus 26). «Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevər». (əl-Bəqərə 195).

Ehsanın içinə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in buyurduğu kimi, bir adamı miniyinə mindirmək, əşyalarını qaldırmaq və ya daşımaq üçün kömək etmək, ona yol göstərmək və s. buna bənzər xüsusiyyətlərin hamısı daxildir. Bunlar Allahın qullarına edilən yaxşılıqdır. Hətta hər kəsin Allahın qullarına bildiklərini öyrətməsi, dərs keçməsi və ya məclislərdə elmi söhbətlər etməsi xeyr və ehsandandır. Əbu Yəla Səddad b. Əus – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah hər şeydə ehsan yazmışdır. Buna görə də öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəsdiyiniz zaman gözəl bir şəkildə kəsin. Sizdən (heyvan kəsən şəxs) bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanların hər bir bədən üzvü üçün günəşin doğduğu hər bir gündə sədəqə vardır. İki nəfər arasında ədalətlə hökm vermək bir sədəqədir. Kişini miniyinə mindirmək üçün kömək etmək və yaxud da onun əşyalarını miniyə yükləmək üçün kömək etmək bir sədəqədir. Gözəl bir söz söyləmək bir sədəqədir. Namaz qılmaq üçün (məscidə) addımladığın hər bir addım bir sədəqədir. Yolda əziyyət verən bir şeyi götürmək də bir sədəqədir».

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Ehsanın bir-birindən fərqli iki mərtəbədən ibarət olduğunu açıqlamaqdadır.


1. Uca Allaha sən Onu görür kimi ibadət etmək.

İbadətə gəlincə isə O, Allaha Onu görür kimi ibadət etmək deməkdir. Belə bir ibadət yəni insanın Rəbbinə Onu görür kimi ibadət etməsi istəklə və sevgi ilə edilir. Bu yolla insan sevdiyi və arzuladığı bir şeyi əldə etməyə çalışır. Çünki o, Rəbbinə Onu görür kimi ibadət edər. Beləliklə ona yönələr, Ona dönər və Ona yaxınlaşmağa çalışar.

2. Lakin sən Onu görməsən də, şübhəsiz ki, O səni görür.

Əgər sən Allaha onu görür kimi ibadət edə bilmirsənsə, onda Ona O, səni görür kimi ibadət et. Beləliklə Ondan qorxan, əzab və cəzasından qaçan kimsənin ibadəti kimi Ona ibadət etmiş olursan. İnsan Uca Allaha bu şəkildə ibadət etmiş olarsa Uca Allaha qarşı ixlaslı olar. İbadətini riyakarlıq və başqalarının eşitməsi üçün etməz, insanların onu tərifləməsini düşünməz. İnsanlar onun ibadətini istər bilsinlər, istər bilməsinlər onun üçün fərq etməz. Hətta ixlasın tamamlayıcı ünsürü də budur: «İnsan etdiyi ibadətini insanların görməməsinə və Rəbbinə qarşı etdiyi ibadətinin bir sir olaraq qalmasına diqqət edər».

SƏLƏF İMAMLARININ ƏHLİ SÜNNƏ VƏL CƏMAAT HAQQINDA SÖZLƏRİ

1. Əhli Bəkr əs-Siddiq – radıyallahu anhu – deyir ki: «Sünnə Allahın sağlam ipidir».

2. İbn Ömər – radıyallahu anhu – deyir ki: «Sünnəti tərk edən kafir olur».

3. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Allah qullarının qəlblərinə baxdı. Məhəmməd – sallallahu aleyhi və səlləm – in qəlbini qullarının qəlbləri arasında ən xeyirli qəlb olduğunu gördü. Buna görə də onu özü üçün (bir peyğəmbər) olaraq seçdi və onu risalətlə göndərdi. Məhəmməd – sallallahu aleyhi və səlləm – in qəlbindən sonra yenə də qullarının qəlblərinə baxdı, onun səhabələrinin qəlblərini qullarının qəlbləri arasında ən xeyirli qəlblər olduğunu gördü. Buna görə də onları Peyğəmbərinə dini uğrunda vuruşaraq yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl gördükləri bir şey Allah dərgahında da gözəldir, pis gördükləri bir şey də Allah dərgahında da pisdir».

4. Ömər – radıyallahu anhu – deyir ki: «Qurani-Kərimin mütəşabihləri ilə sizlərlə mübahisə edəcək bir qrup kimsələr gələcəkdir. Siz də onları sünnətlərlə susdurun. Çünki sünnətə tabe olan kimsələr Allahın kitabını ən gözəl bilən kimsələrdir».

5. İbn Ömər – radıyallahu anhu – deyir ki: «Sizlərdən hər kimsə birinin sünnətini (yolunu) izləmək istəyərsə, ölmüş olanların (sünnətini) yolunu izləsin. Bunlar da Məhəmməd – sallallahu aleyhi və səlləm – in səhabələridir. Onlar bu ümmətin xeyirliləri idilər. Qəlbləri ən yaxşı, elmləri ən dərin, əbəs yerə özlərinə zülm etməkdən ən uzaq olan kimsələr idilər. Allah onları Peyğəmbərinə yoldaşlıq etməyə, dinini (daşımaq) başqalarına çatdırmaq üçün seçdi. Buna görə də sizlər də onların əxlaqı ilə əxlaqlanmaya və onların getdikləri yola getməyə çalışın. Onlar Məhəmməd – sallallahu aleyhi və səlləm – in səhabələridirlər. Onlar Kəbənin Rəbbi olan Allaha and olsun ki, doğru yolda idilər».

6. Xuzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabəlrinin ibadət deyə etmədiyi heç bir şeyi siz də ibadət deyə etməyin. Çünki əvvəl gələn, sonra gələnə söyləyəcək bir söz buraxmamışdır. Ey Alimlər topluluğu! Allahdan qorxun. Sizdən əvvəlkilərin izlədiyi yolu tutun».

7. İbn Ömər – radıyallahu anhu – deyir ki: «İnsanlar əvvəlkilərin izlədikləri (yolu) izlədikcə doğru yolla getməyə davam edəcəklər».

8. Əbu Dərda – radıyallahu anhu – deyir ki: «Sən əvvəlkilərin izini (yoluna) izlədiyin müddətdə əsla azmazsan».

9. Məhəmməd b. Sirin – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə əvvəlkilərin izini (yolu) üzərə yürüməyə davam etdikcə, doğru yol üzərində yürüməyə davam edir deməkdir».

10. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Güvənib dayandığın əsər (əvvəlkilərin yolu) olsun».

11. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz ki, sünnə əhli olan kimsələr insanlar arasında say etibarı ilə ən az olanlardır. Yerdə qalan insanlar arasında da insanların ən az olanlarıdır. Onlar kef və dəbdəbə içində olanlarla kef və dəbdəbələrində iştirak etməzlər, bidət əhlinin də bidətlərinə qarışmazlar. Rəbblərinə qovuşana qədər sünnə üzərində sabit qalarlar. Siz də Allahın izni ilə belə olun».

12. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif olaraq haqqında söz söylədiyim nə qədər məsələ varsa mən ondan həyatımda olsun, ölümümdən sonra olsun vaz keçirəm».

13. Rabi b. Süleyman deyir ki: «İmam Şafii bir gün bir hədis rəvayət etdi. Bir nəfər: «Ey Abdullahın atası! Sən bunu qəbul edirsən?» deyincə Şafii: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən gələn səhih bir hədis rəvayət edib və onu qəbil etməmiş olsan siz şahid olun ki, mən ağlımı başımdan itirmişəm».

14. İbnul Məcisun deyir ki, imam Malikin belə dediyini dinlədim: «Hər kim İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Məhəmməd – sallallahu aleyhi və səlləm – in risalətinə qarşı xainlik etdiyini iddia etmiş olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim…» (əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan heç bir şey bu gün də din olmaz».

15. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Bizə görə sünnənin əsasları Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin izlədiyi yola sarılmaq, onlara uymaq və bidətləri tərk etməkdir. Çünki hər bir bidət yol azmaqdır».

16. İmam Əhməd b. Sinan əl-Kattan – rahmətullahi aleyhi – deyir ki: «Dünyada nə qədər bidətçi varsa mütləq hədis əhlinə ağız əyər. Çünki adam bidət ortaya qoydumu qəlbindən hədisin ləzzəti sökülüb alınır».

17. əl-Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Hidayət yollarına uy. O, yolu izləyənlərin azlığının sənə zərəri yox. Əyri yollardan isə çəkin. Həlak olanların çoxluğuna da aldanma».

18. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Sünnət əhli olan bir kimsəyə baxmaq, sünnətə dəvət edər, bidəti də qadağan edər».

19. Sufyan əs-Sövri – rahmətullahi aleyhi – deyir ki: «Gün çıxan tərəfdən olan bir adamın sünnətə bağlı olduğuna dair sənə bir xəbər çatarsa, sən də ona salam göndər. Çünki sünnət əhli (sünnətə bağlı) kimsələr azalmışdır».

20. Əyyub əs-Şaftiyani – rahmətullahi aleyhi – deyir ki: «Mənə sünnət əhlindən olan bir nəfərin ölüm xəbəri gəlib çatdıqda sanki orqanlarımdan birini itirmiş kimi oluram».

21. Abdullah b. Mubarək – rahmətullahi aleyhi – deyir ki: «Ey qardaşım! Bunu da bil ki, bu gün sünnətə sarılaraq ölmək Allahın hüzuruna çıxacaq hər bir müsəlman üçün bir lütf, bir mərhəmətdir».

22. əl-Fudayl b. İyad – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz Allah onların vasitəsi ilə ölkələrə hidayət verdiyi qulları vardır. Bunlar sünnət əshabı olan kimsələrdir».

23. Muafa b. İman – rahmətullahi aleyhi – deyir ki: «İnsanı öləndən sonra tərif et. Çünki ölənə qədər onun sünnə və ya bidət üzərə öləcəyi bilinməz».

24. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Mən hədis əhlindən bir kimsəni gördümmü sanki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrindən birini görür kimi oluram».

25. Amr b. Qeys əl-Mulal – rahmətullahi aleyhi – deyir ki: «Əgər sən bir gəncin əvvəldən Əhli Sünnə vəl Cəmaatla birlikdə yetişdiyini görsən bil ki, ondan (xeyirli şeylər) uma bilərsən».

26. İmam Malik – rahmətullahi aleyhi – deyir ki: «Bu ümmətin başı nə ilə islah olunmuşsa, bu ümmətin sonu da ancaq onunla islah olunur (düzəlir). O gün din olmayan heç bir şey bu gün də din olmaz».

Bunlar Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin imamlarından olan bəzilərinin söylədikləri sözlərdir. İnsanlar arasında ümmətlərinin ən çox xeyrini istəyən, ümmətlərinə ən çox xeyirləri toxunan, onların nə ilə düzəldiklərini, harada hidayət tapacaqlarını ən yaxşı bilənlər onlardır. Onlar Allahın Kitabı və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnətinə sımsıxı sarılmağı tövsiyə edən, sonradan ortaya çıxmış işlərdən bidətlərdən çəkindirməkdə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in onlara xəbər verdiyi şəkildə qurtuluş yolunu bildirməkdədirlər. Bu yol isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnətinə və hidayətinə sımsıxı yapışmaqdır. Allah bizi də onlardan etsin. Amin!

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
Rashad ibn Abdu'l VAHHAB



Daxil ol: Ş. May 12, 2007 22:43
İsmarışlar: 106
Şəhər/ölkə: Baki, Azerbaycan

İsmarışGöndərilib: B.e. Sen. 17, 2007 9:41 pm    İsmarış mətni: Sitatla cavab ver

SON SÖZ

Bu ümmətin ilk nəslinin Tövhid əqidəsi budur. Bu əqidə olduqca saf və sağlam bir əqidədir. Kitab və Sünnətin yolu bu ümmətin sələfinin (keçmişinin) görüşləri ilə imamlarının getdiyi yola uyğun, doğru və sağlam bir yoldur. Bu ümmətin ilk nəslinin qəlblərini dirildən yol da bu yoldur.

Müsülman qardaş və bacılarım! Allah bizi də sizi də doğru yola yönəltsin. Bunu da bilin ki, Allahın kitabı, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəti və Sələfi Salihin anlayışından başqa bir yerdə hidayəti axtaran yaxud Allahın qoyduğu şəriətdən başqa bir şəriət ortaya çıxardan kimsə, heç şübhəsiz ki, açıq bir azğınlıq içindədir, doğru yoldan uzaqdır, möminlərin izlədikləri yoldan başqa bir yolu izləməkdədir. İmama Məlik – rahmətullahi aleyhi – deyir ki, dinin ən xeyrli olanı sünnət olanıdır, ən pis işlər isə sonradan ortaya çıxmış bidətlərdir.

Müsəlmanların birlik olmalarının yolu əqidə birliyindən keçdiyində heç bir şəkk-şübhə yoxdur. Tərtəmiz əqidə isə bu ümmətin sələfi olan ilk nəslin inandığı əsaslardır. Uca Allahın bizə bağlanmağı əmr etmiş olduğu doğru yol və sağa-sola sapmayan yol budur. «Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiniz». (əl-Ənam 153).

DİQQƏT! - Müsülman qardaş və bacılarım! Bir şeyi sizə nəsihət etmək istəyirəm ki, əksər hallarda kitabın müəllifi bir tərəfə qala-qala onu (kitabı) tərcümə edənin və ya toplayanın adı ilə bağlayırlar. Bu da müəllifin haqlarını tapdalamaq deməkdir. Allah buyurur: «Söz söylədiyiniz zaman ədalətli olun!». (əl-Ənam 152). Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki: «Vacib olan hər bir haqq sahibinə haqqının verilməsidir». Buna görə də hər bir kitabı onun müəllifinin adı ilə tanımaq ədalətli olmağa daha yaxındır. Mənim tərcümə edib topladığım bu iki risalənin müəllifləri isə kitabın sonunda: «İstifadə olunan ədəbiyyat» bölümündə qeyd etdiyim kitabların müəllifləridir. Xahiş edirəm ki, bu kitabları mənim adım ilə bağlamayasınız.

Allah – subhanəhu və təalə – dən Sələfi Salihin yolunu bizə göstərdiyi kimi bizi də onlardan etməsini, yaratdıqlarının ən xeyirlisi olan Məhəmməd – sallallahu aleyhi və səlləm – ilə birlikdə Qiyamət günü həşr etməsini, bizi hidayətə yönəltdik-dən sonra qəlbimizi saptırmamasını, onun yolunda çalışan Muvahhid və saleh qullarından etməsini diləyirəm. O, hər şeyi eşidən və duaları qəbul edəndir. Amin!

Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.


BİTİRDİM: HİCRİ 1425 –ci il 2 SƏFƏR
MİLADİ 2004 –ci il 23 MART

_________________
“Savaşmaq əllə və dillə olmaq üzrə iki cürdür. Eyni şəkildə fitnəkarlıq da əllə edildiyi kimi dillə də edilə bilər. Üstəlik dilin dində törətdiyi pozuculuq, əllə edilən pozuculuqdan daha çoxdur”
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər     Forumun ana səhifəsi -> TÖVHİD Bütün saatlar GMT + 4 Saat
Səhifə Əvvəlki  1, 2
2 səhifə (Cəmi 2 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.


2001-2007 © Azerislam.com - Müstəqil islam saytı.
Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və
1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Dizayn NUR D şirkətinə məxsusdur.