| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Glamour
Daxil ol: Çər. May 23, 2007 09:14 İsmarışlar: 3
|
Göndərilib: Çər. May 23, 2007 4:58 pm İsmarış mətni: Cavabsız məhəbbəti necə unutmaq olar? |
|
|
|
|
| Əvvələ qayıt |
|
 |
Zəhra_H

Daxil ol: Ç.a. Dek. 28, 2004 15:09 İsmarışlar: 499
|
Göndərilib: C.a. May 24, 2007 4:21 pm İsmarış mətni: |
|
|
Assalamu aleykum.
Əgər sevdiyiniz şəxs müsəlmandırsa, gözəl əxlaqı, yüksək imanı varsa və bu əlaqələr təkcə bədən zinası yox, əl, ayaq, qulaq və s. zinadan da uzaqdırsa, niyə də unudasan? Bir müsəlman qız tanıyıram, iki il boyunca bir müsəlman oğlaı (qonşularını) uzaqdan uzağa Allah rizası üçün sevirdi. Hır gün İstixarə namazı qılıb Allahdan xeyirlidirsə onu dua edir, xeyiri yoxdursa harda xeyir varsa özünü Allahın ora yönəltməyini diləyirdi. Nəticədə, Allaha həmd olsun, qardaşın bacıları bir gün bacıgilə elçi gəldilər, bu yaxınlarda isə toyları oldu.
Ona görə də Allaha dua edin, əgər həqiqətən sevdiyiniz kəsdə sizin üçün həm dünya, həm Axirət məsələlərində xeyir varsa, Allah onun qəlbini sizə doğru çevirər. Əgər yoxdursa, Allah elə edər ki, sizə xeyir harda varsa, o nəsib olar.
Allah bütün müsəlmanlara saleh ərlər və zövcələr versin. Amin! |
|
| Əvvələ qayıt |
|
 |
Glamour
Daxil ol: Çər. May 23, 2007 09:14 İsmarışlar: 3
|
Göndərilib: C. May 25, 2007 8:16 am İsmarış mətni: |
|
|
| Meslehetinize gore chox sag olun...Men o insanla 9 ay gorushdum...Bilirem bu dinimize gore duz deyil...Ela bilirdim axirimiz yaxshi olacag...Lakin menim hegigeten de sevdiyim shexs ozunde emin deyildir...Inanirsiz, hech bilmeden ayrildig...Men ne geder istesem de ona nifret ede bilmirdim...Amma sevgim de ela bil ki, soyumushdur. Lakin bu yaxinlarda o mene zeng edib ureyimde yene mehebbet hissini oyatmish oldu...Men ona aydin dedim ki, onu unuda bilmirem. Lakin o insan oz gerari barede mene dedi...O dedi ki, yaxshi olar ki, o mene ne zeng etsin, na da yazsin...Men de onunla razilashdim...Basha dushe bilmirem bu insan niya meni incidir...Zeng edir meni shirniklendirir, sonra da ozunu geyri-adi aparirir. |
|
| Əvvələ qayıt |
|
 |
Humeyra idarəçi
.jpg)
Daxil ol: Çər. Fev. 04, 2004 22:03 İsmarışlar: 1221
|
Göndərilib: B.e. May 28, 2007 5:02 pm İsmarış mətni: |
|
|
AsSalamu alaikum va RahmatuLLah, Glamour bacı.
Yazılarınızı oxudum. İnciməyin, ancaq bir az sərt danışacağam. Buna da səbəb günümüzdə əl, ayaq, qulaq və digər orqanlarının birlikdə ya da ayrı-ayrılıqda zinasını "məhəbbət" adı ilə qələmə verib, əmələ gələn fitnəyə cavab olduğunu düşünən ağılsız (başqa cür adlandırmaq qeyri-mümkündür) gənc qız və oğlan kütləsini ayıltmaqdır.
Ümumiyyətlə yad qadın və kişi arasında məhəbbət necə əmələ gəlir? Gəlin öz-özümüzü aldatmayaq. Aydın məsələdir ki, heç kəs yuxuda bir-birini görüb aşiq olmur. Bu münasibət ya naməhrəm qadın və kişinin bir-birinə baxması, ya müxtəlif vasitələrlə (birbaşa, telefonla, internetlə və s.) söhbət etməsi, ya bir-birinə toxunması, ya təklikdə hər hansı bir məkanda qalması, ya qarışıq qadınlı kişili məclislərdə brlikdə oturmağı, ünsiyyət qurmağı vasitəsilə əmələ gəlir. Bütün bunların isə İslamdan bixəbər gəncləri bir kənara qoysaq, İslam baxımından HARAM olmasını müsəlman qız ya oğlandan yaxşı kim bilə bilər?
İslamın bu cür məsələlərə necə yanaşdığını bilmək üçün aşağıdakı ayə və səhih hədisləri diqqətlə oxuyun və Allahdan qorxun, bacı.
Uca Allah Qurani Kərimdə buyurur:
"mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır."
(Quran, Maidə, 5)
"Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın."
(Quran, Əzhab, 32)
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) demişdir:"«(Təsadüfü) bir nəzərdən artıq nəzər salma. Çünki birincisi sənindir, ikincisi isə sənə aid deyil».
Əhməd, 1/159
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: «Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir».
ət-Təbarani 20/212, «Səhihul-Cami», 4921.
Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) demişdir: "Xəlvətə çəkilmiş elə bir kişi ilə qadın yoxdur ki, şeytan orada üçüncü olmasın".
Əhməd, 1/26
Allah Rəsulu (səlləlləhu aleyhi və səlləm) bunu qadağan edərək demişdir:"(Naməhrəm) qadınlar olan yerə daxil olmaqdan həzər edin!» Ənsardan olan bir kişi dedi: «Bəs qohum necə?» Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Elə bəla da qohumdadır».
əl-Buxari, 4934; Muslim, 2172.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurmuşdur:""Gozler zina eder, eller zina eder, ayaqlar zina eder, jinsiet orqani zina eder"
İmam Əhməd, "Müsnəd"
Deyirsiniz ki, İslamda- dinimizdə bunun haram olduğunu bilə-bilə yenə də sonunuzun yaxşı olcağına ümid edərək, bu haram əmələ davam edirdiniz. Axı zina təkcə, gedib kiminləsə yaxın əlaqədə olmaq deyil! Haram həmçinin ona aparan bütün yollardır. Allahın nifrət etdiyi haram olan (yəni valideynlərin halallığı olmayan, nişansız, kəbinsiz) görüşlər, telefon danışıqları və daha nələr nələr...Allahın nifrət etdiyi tərzdə bir əməlin sonundan bərəkət, yaxşı sonluq gözləmək nə dərəcədə məntiqlidir? Necə ola bilər ki, həm Allah və Rəsulunun yuxarıda yazdığım buyruqlarına asi olasan, həmçinin də Ondan bu işdə kömək gözləyəsən? Ona görə də, bacıcan, qarşı tərəfi günahlandırmazdan əvvəl inşaAllah, özünüz bu əməldən tövbə edin, əgər müsəlmansıznızsa, əgər sözdə yox, həqiqətən Allahdan qorxursunuzsa, naməhrəm kişilərlə ünsiyyətdən maksimal dərəcədə özünüzü qoruyun- bu müsəlman qadının Allaha, sonra öz şəxsiyyətinə, öz atasına, qardaşına, ailəsinə hörmətinin təzahürüdür. Normal şeydir ki, əvvəllər ünsiyyətdə olduğunuz və siz tərəfdən bu ünsiyyətə qarşı heç bir "yox" görməyən həmin kəs qorxu-hürkü bilmədən şeytanın da vəsvəsəsi ilə sizə zəng də edəcək, hələ bəlkə arada bir yeni-yeni görüşlər də axtaracaq (bəlkə hələ başqası ilə ailə qurub, övlad sahibi olandan sonra da- belə hadisələrə çox rast gəlmişəm). Sizin isə şirniklənməyiniz içinizdə olan nəfsdən və şeytandandır. Yəni o kəsdən əvvəl, özünüzdədir günah, heç kəsi qınamağa dəyməz. Aydın məsələdir ki, indiyə qədər günah etmisiniz, əgər indən belə buna davam etmək istəmirsinizsə, bu şeylərə son qoymalısınız. İlk əvvəl tövbə etməli və yəqin şəkildə əminliklə bir də belə harama qayıtmamaq niyyətinizi qəlbinizdə möhkəmləndirməlisiniz. İkincisi, əgər zəng eləyirsə, ən azından özünüzü Qiyamət Günü Allahın qəzəbindən qorumaq üçün telefonda onun nömərsi yaxud hər hansı tanış olmayan nömrə zəng edərkən, dəstəyi götürməyin. Ya da daha da yaxşısı, nömrənizi dəyişin- Allaha şükür, günümüzdə ki, bu qeyri-mümkün şey deyil. Əgər şirniklənib yenə də ya dəstəyi götürür, yaxud onunla başqa formada əlaqə axtarırsınızsa (necə deyərələr, qaşnmayan yerdən qan çıxarırsınızsa), daha heç kəsi günahlandırmayın. Günahkar özünüzsünüz. Üçüncüsü, bilin ki, onunla bağlı bütün düşüncələriniz şeytandandır və bekarçılıqdandır, şeytan boş-bekar kəsləri daha çox yerindən oynadır. Həqiqətən faydalı işlərlə məşğul olan kəslər nə depresiya, nə melanxoliya, nə də ki, sentimentaq xəstəliyinə tutulmaz, saatlarla lirik yaxud başqa musiqiyə vaxt ayırmaz, romantikaya qapılmazlar. Ona görə də faydalı elm öyrənməyə səy göstərin. İlk əvvəl İslam barədə, xüsusən müsəlman qızın əxlaqı barədə gözəl kitablar oxuyun, məscidlərdə əxlaq dərsləri olur, ora gedin, dini biliklərinizi artırın, oxuyun, araşdırın. Ən əsası Quranı ərəbcə oxumağı öyrənin, bilin ki, Quran bütün qəlb xəstəliklərinin, kədərin, qəm-qüssənin ən yaxşı çarəsidir. Çalışın bircə dəqiqə də olsun boş vaxtınız qalmasın, ailə üzvlərinizə, yaxınlarınıza ev işlərində kömək eləyin. Fiziki iş mənasız melanxoliyanı dəf edən effektiv vasitədir. Nəhayət dördüncüsü, şikayət etmədən səbr edin, bilin ki, səbr etsəniz, haramı tərk etsəniz, Uca Allah sizə ondan qat-qat xeyirli birini- HƏQİQİ (əldəqayırma yox) müsəlmanı nəsib eləyəcək, hansı ki, sizə təkcə dünyada yox, Axirətdə də faydalı olacaq.
Əgər bütün bu məsləhətlərə həqiqətən qulaq assanız, tətbiq etsəniz, beyninizdən pis fikirləri qovsanız, inandırıram sizi, ikicə aydan sonra həm daha imanlı, həm daha əxlaqlı, həmçinin də belə fikirlərdən uzaq bir həyat quracaqsınız. Yenə də deyirəm, hər şey asılıdır sizinseçiminizdən - ya özünüzə hörmət etməyi öyrənməlisiniz, yaxud da Allahın qanunlarını tapdalayaraq, ondan zəng gözləyə-gözləyə səksəkə içində yaşamalısiniz. Seçim sizindir...
Allaha əmanət olun. Məndən isə inciməyin, müsəlman müsəlmanın güzgüsü olmalı, ona eyiblərini göstərməlidir ki, düzəlsin.
AsSalamu alaikum. _________________
İnsanları zikr etməkdənsə, Allahı zikr edin. |
|
| Əvvələ qayıt |
|
 |
CiN_CeK
Daxil ol: Ş. İyun 09, 2007 16:03 İsmarışlar: 1 Şəhər/ölkə: Azerbaycan-Gence
|
Göndərilib: B. İyun 10, 2007 7:37 pm İsmarış mətni: |
|
|
Hər sheyi yadindan chixartmaq,ve o barədə fikirləshmək lazim deyil onda oz-ozunə unudulacaq. _________________ Gəlmədin.........!!!! |
|
| Əvvələ qayıt |
|
 |
|
|
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.
|
2001-2007 © Azerislam.com - Müstəqil islam saytı. Bu layihə Gənc Reportyorlar Birliyi tərəfindən həyata keçirilib və 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Dizayn NUR D şirkətinə məxsusdur.
|