Əssələmu aleykum və rəhmətullahi və bərəkətuhu. Sizi naraht etdiyimə görə çox üzr istiyirəm. Sizin cavabınızə çox ehtiyacım var. Mən namaza təzə başlamışam, hələ 1 ayı tamam olmayib, mömin olmağa çox çalışıram, ailə həyati qurmuşam, yalnız və yazlnız Allaha ibadət edən 1 ilə qurum.
Bu yaxınlarda isə 1 türk vətəndaşı mənə öz sevdiyini bildirib, namaz qılmağımı eşdincə sevinib, amma özü
namaz qılır. Meni buraxmaq fikri yoxdur, mən isə ona yox cavabı vermişəm, terbiyəlidir, Allaha inanır. Mən isə çaş-baş qalmışam, bilirem ki, Allah məni sinağa çəkir, görüm mən öz fikirimdə tutduğum fikrə sadıq qalacam, yoxsa ailəsi məlum olmayam və ya niyyəti də bilinməyən 1 yoldan kecənin səni sevirəm deyib birisinə aldanacam? Onun niyyətini bilmirəm. Bəlkə o da 1 gün Allahın köməyilə hidayət yoluna gələr? Əlbəttə Allah bilən məsləhətdir. Sadəcə olaraq 1 şey də var ki, burda bu vətəndaşlarınin azərbaycan qızlarının başlarına getirdiyi oyunları eşitmişik, görmüşük, hamısına şamil etmirəm. Sizin cavabınıza həqiqətən ehtiyacim var. Axı o, ibadət etmir?
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu! Sizə məsləhətimiz budur ki, Allaha ibadət edən və çox yaxşı tanıdığınız mömin bir şəxslə ailə həyatı qurasınız. Çünki, mömin şəxs başqalarından daha xeyirlidir. Uca Allah buyurur: “Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.” (əl-Bəqərə surəsi 221-ci ayə).
Anar
| Baki
Sualın ID: 23
salam aleykum.islam dini ne gore evlenmek imam nigahiyla olar,yoxsa ondada toy olmalidir?
Azerislam.com Və aleykumus-sələm. Şəriətin buyurduğu qayda ilə kəbin kəsildikdən sonra artıq oğlanla qız ər-arvad sayılırlar. Lakin buna baxmayaraq heç olmasa bir qoyun kəsib ziyafət verməlidir. Abdurrəhman ibn Auf (Allah ondan razı olsun) evləndikdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona belə demişdir: “Heç olmasa bir qoyun kəsib ziyafət ver!” Bu hədisi Buxari № 6082, Muslim № 3477 rəvayət etmişdir. Lakin bu ziyafət zamanı içki, musiqi və bu kimi haram olan şeylərdən uzaq olmaq lazımdır.
Melek
Sualın ID: 9
Son vaxtlar boshanmalarin sayi artmqdadir.Ve aile daxilinde bir-birine xeyanet etmeler ve s.Bele hereket edenlerin gunahi ne derecede boyukdur? Bunlarin qarshisini nece alaq olar?
Azerislam.com Əs-sələmu aleykum. Əlbəttə ki, Uca Allah ailəsinə xəyanət edən (zina edən) şəxsi mütləq cəzalandıracaqdır. Bu cür şəxsləri Cəhənnəm əzabı gözləyir.
Zinadan xilas olmağın yolları isə aşağıdakılardır:
Namaz qılmaq; “Namaz qıl! Doğrudan da, namaz çirkin və yaramaz işlərdən çəkindirir.” (əl-Ənkəbut 45).
Oruc tutmaq: Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü çatırsa, evlənsin! Həqiqətən də o, gözü daha yaxşı qoruyur, ayıb yerlərini daha gözəl mühafizə edir. Kimin gücü çatmırsa, qoy oruc tutsun. Doğrudan da, o, ehtirası söndürür!” (Buxari 4778; Muslim 1400)
Zinadan qorunmaq üçün yalnız Allaha sığınmaq;
Bu murdar əmələ gətirib çıxara bilən hər bir səbəbdən qaçmaq;
Sözdə və əməldə ixlaslı olmaq. Axı Allah Yusifi aleyhissəlam məhz ixlaslı olduğuna görə zinadan qorumuşdur. (Yusif surəsinin 22-ci ayəsindən 34-cü ayəsinə qədər oxu!);
Çoxlu zikr etmək;
Zinakarların başına gələnlər barədə düşünmək;
Ölümü xatırlamaq;
Yaxşı adamlarla dostluq etmək; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Yaxşı dostla pis dostun məsəli, ətir satanla, körük vuranın məsəlinə bənzəyir. Ətir satanın yanında olsan, ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan. Amma körük vuranın yanında olsan, paltarını yandırmasa da tüstüsündən əziyyət çəkəcəksən.” (Buxari 2101)
Aşağıdakı ayələri xatırlamaq;
“Məgər o bilmir ki, Allah [hər şeyi] görür?” (əl-Ələq 14) “O, gözlərin xəyanətini [xain baxışları] və qəlblərin nə gizlətdiyini bilir.” (Ğafir 19) “Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz [heç vaxt] Bizə qaytarılmayacaqsınız?” (əl-Muminun 115)