| Sevinc
| Bakı
|
Sualın ID: 211 |
|
 |
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu!
1. Əgər qadının hamilə vaxtı Ramazan ayına düşübsə, o fərz olan orucunun qəzasını hamiləlikdən sonra tutmalıdır, yoxsa kəffarə verməlidir? Hər ikisinə dəlil gətirin!
2. Əgər qadın fərz orucunun qəzasını saxlayırsa onun əri həmin orucunu pozmağını əmr edibsə, qadın onu davam etməli, yoxsa əmrə tabe olmalıdır? Ümumiyyətlə belə halda qadına əmr edilə bilərmi? |
|
 |
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
1. Hamilə və süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, o, sonradan bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.” (Bu hədisi Əhməd və “Sünən” əsərlərinin müəllifləri rəvayət etmişlər). Bu hədisdə peyğəmbər (səllallahu aleyhi və səlləm) hamilə qadını müsafirə bənzədir və onunla müqayisə edir. Hamıya da məlumdur ki, müsafirə səfər zamanı Ramazan orucunu tutmaq vacib deyildir. Lakin o tutmadığı orucların qəzasını sonradan mütləq tutmalıdır. Odur ki, hamilə qadın da müsafir kimi tutmadığı orucun qəzasını sonradan tutmalıdır.
2. Əgər qadının əri qadına ümumiyyətlə qəza oruclarını tutmamağı əmr edirsə onda ərə tabe olunmur. Bu zaman qadın orucuna davam etməlidir. Əgər qadının əri qadına qəza oruclarını tutmağa icazə verirsə, lakin məhz həmin günü orucu pozmağı əmr edirsə onda ərə tabe olunur və həmin oruc digər günlərdə tutulur.
|
|

|
| Məmmədov Zaur
| Bakı
|
Sualın ID: 185 |
|
 |
Salam! Oruc tutmaq borcdur, yoxsa savabdır? |
|
 |
Azerislam.com Və aleykumus-sələm!
Yalnız Ramazan orucunu tutmaq borcdur (yəni vacibdir). Qalan oruclar isə savabdır. Uca Allah Ramazan orucu haqqında belə buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.” (əl-Bəqərə surəsi, 185).
|
|

|
| Arzu Muradova
| Baki
|
Sualın ID: 76 |
|
 |
Əs-sələmu aleykum! İftar şam azanı verilməmişdən tez açılarsa batil sayılır? |
|
 |
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu! Oruc tutan şəxs iftarını gün batdıqdan sonra açmalıdır. Əslinə qalsa şam namazının azanı da gün batdıqdan sonra verilməlidir. Odur ki, əgər şam namazının azanı vaxtında verilərsə, yəni gün batdıqdan dərhal sonra verilərsə, onda iftarı şam namazının azanı verildikdən sonra açmalısınız. Yox, əgər şam namazının azanı həddən artıq gecikdirilərsə, (məsələn: ilk ulduzun göründüyü vaxta qədər gecikdirilərsə) onda iftarı bu azandan öncə, yəni gün batdıqdan dərhal sonra açmaq lazımdır. Allah oruc tutan bütün müsəlman bacı və qardaşlarımızın oruclarını qəbul etsin!
Amin!!! |
|

|
| Oxucu
| Baki
|
Sualın ID: 40 |
|
 |
Əssələmu aleykum. Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.
|
|

|
| Oxucu
| Baki
|
Sualın ID: 39 |
|
 |
Əssələmu aleykum. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. |
|

|
| Oxucu
| Baki
|
Sualın ID: 38 |
|
 |
Əssələmu aleykum. Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Bəli, etməlidir. |
|

|
| Oxucu
| Baki
|
Sualın ID: 37 |
|
 |
Əssələmu aleykum. Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür. (Onun savabını Allah verir). Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır. (İstədiyinə yalnız bu dünyada nail olur)” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
|
|

|
| Oxucu
| Baki
|
Sualın ID: 36 |
|
 |
Əssələmu aleykum. Bütün oruclar eyni hökmdədirmi? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
-
vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
-
qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün, (Şaban ayının 30-u yoxsa Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc tutmaq.) həcc ziyarətində Ərafa günü, (Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq da bura daxildir;
-
müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
-
məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
-
mübah oruclar: Müsafirin orucu; |
|

|
| Ceyhun Abdullah
| Baki
|
Sualın ID: 35 |
|
 |
Əssələmu aleykum. Oruc tutmaq kimlərə vacibdir? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.” (əl-Bəqərə surəsi, 185).
|
|

|
| Ceyhun Abdulla
| Baki
|
Sualın ID: 34 |
|
 |
Əssələmu aleykum. Ramazan ayında oruc tutmaq vacibdirmi? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Bəli vacibdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.” (əl-Bəqərə surəsi, 183) “(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı oruc tutmalıdır.” (əl-Bəqərə surəsi, 185) |
|

|
| Ceyhun Abdulla
| Baki
|
Sualın ID: 33 |
|
 |
Əssələmu aleykum. Oruc nə deməkdir? |
|
 |
Azerislam.com Və aleykuma əssələm. Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir. |
|

|
| Seva Azeri
| Baki
|
Sualın ID: 32 |
|
 |
ES-SELAMUN-ALEYKUM.Oruc tutarken destamaz aliriq destemaz vaxti agizi yaxalamaq orucu pozur?Cavabiniza gore evvelceden tesekkurler.Allah razi olsun. |
|
 |
Azerislam.com Əssələmu aleykum Xeyr pozmur. Lakin yaxşı olar ki, agıza və buruna su alarkən ehtiyatlı olasınız ki, bu orucun pozulmasına səbəb olmasın. Allah daha doğrusunu bilir.
|
|

|