| Anar Abbasov
| Baki
|
Sualın ID: 73 |
|
 |
salam aleykum..menim sualim beledir..men ozum ozume sual verirem . menim dushmenimm ermenidi yoxsa sheytan..ne cavap verin? salam aleykum |
|
 |
Aleykumussalam. Şeytan sənin həmişəlik düşmənindir, ölənə qədər. Erməni isə onu məhv edənə qədər. Ermənini məhv etsək ondan əsər-əlamət qalmayacaq. Amma şeytanı məhv etmək mümükün deyil, çünki o sənin mütləq düşmənindir. Ona görə də onunla dima mübarizə aparmalısan. Əlixan Musayev |
|

|
| Anar Əliyev
| Bakı
|
Sualın ID: 70 |
|
 |
Əssələmu aleykum. Əvvəlcədən sualıma cavab verdiyinizə görə təşəkkür edirəm. Kəbə nə qədər vaxta tikilib və onun memarı kim olub? |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Kəbə Adəm peyğəmbərin zamanından mövcuddur. Sonralar isə Kəbə tədricən sökülmüş və Nuh peyğəmbərin dövründə olan tufan nəticəsində isə tamamilə yox olmuşdur. Lakin buna baxmayaraq onun fundamenti öz yerində qalmaqda idi. Sonralar isə İbrahim peyğəmbər onu yenidən öz fundamentindən bərpa etmişdir. Uca Allah buyurur: “Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!" - deyə dua etdilər.” (əl-Bəqərə surəsi 127-ci ayə). Sora bir müddət keçdikdən sonra Kəbə yenə tədricən dağılmağa başlayır. Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) peyğəmbərlik verilməmişdən bir az öncə Qureyş tayfası onu yenidən bərpa edirlər. Peyğəmbərimizin vəfatından sonra da Kəbə bir neçə dəfə yenidən bərpa edilmişdir.
|
|

|
| Nasir Nasirov
| Lənkaran
|
Sualın ID: 67 |
|
 |
Salam sizi narahat edən Nasir dir. Mənim sualım budur, ağ balığ nəyə görə haram sayılır. |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Dənizdə yaşayan balıqların hamısı halaldır. O cümlədən də ağ balıq. Ağ balığın haram olması barəsində heç bir ayə və hədis yoxdur.
|
|

|
| Nərqiz
|
Sualın ID: 57 |
|
 |
Əsssləmu aleykum. Ruhunu kameraya çəkmək mümkündur? |
|
 |
Azerislam.com Əs-sələmu aleykum. Xeyr, bu mümkün deyildir! |
|

|
| Elnur
|
Sualın ID: 56 |
|
 |
Əssələmu aleykum. Mübahisə etmək haramdırmı? |
|
 |
Azerislam.com Əs-sələmu aleykum. Mübahisə iki qismdir: 1) Haqqı üzərə çıxarmaq üçün edilən mübahisə. Bu cür mübahisə caizdir. 2) Kimisə susdurmaq (bağlamaq) üçün edilən mübahisə. Bu cür mübahisə isə caiz deyildir.
|
|

|
| Tural
| Bak
|
Sualın ID: 51 |
|
 |
Əssələmu aleykum. Sizə qısacə bir az öz yaşam tərzimin bir parçası olan qızlara münasibətim haqqda demək istəyirəm və bilmək stəyirəm ki buna islamda necə baxılır.
Uşaqlıqdan bəri məndə bir neçə qıza qarşı səmimi bir sevqi hisləri oyanıb. Sözsüz sevgimdə axra qədər olub. Nədənsə ayırlmışıq. Daha düzqün desək qismət olamyıblar. İndidə bir qıza, məndə yüksək sevgi hissləri oyanıb. Yenə fikirim ciddi və səmimi. Birdəki mən poyetik yaşayıram. Şe'rin və gözəl yazıların vurğunuyam. Hərdən özüm də yazıram şeyr və sayır.
Hə bilmək istərdim bu nədir mənfə, mən beləmi yaradılmışam yoxsa "ağlımı hısslərimə qurbanmı verirəm"? |
|
 |
Azerislam.com Və aleykumus-sələm. İslam dini naməhrəm qadınlarla danışmağı, onlara baxmağı qadağan edir. Evlənmək məqsəri ilə qadına yalnız bir dəfə, öz evlərində ata-anasının qarşısında necə geyinirsə o vəziyyətdə baxmaq olar. Əgər qadın kişinin xoşuna gələrsə onda həmin qadınla evlənməsini qərar verir. Kişi qadının qalan xasiyyətlərini isə özünə məhrəm olan anası, bacısı və s. qadınlar vasitəsi ilə öyrənə bilər. Əgər İslam dininin bu qaydalarına riayət etsəniz yuxarıda qeyd etdiyiniz hallarla rastlaşmazsınız. Əks halda isə insan nə qədər axtarsa da belə, ideal bir qadın tapa bilməyəcəkdir. Çünki, hər bir qadının çatışmayan cəhətləri vardır. Sizə, ailə həyatı qurmaqda Allahdan müvəffəqiyyətlər istəyirik!
|
|

|
| Ceyhun
| Bakı
|
Sualın ID: 50 |
|
 |
Əssələmu aleykum. Mənim bircə sualım var. İndi teıevizolarda yeni verlişlər çıxıb, məsələn sır qapısı, böyük buluşma. Burada kim pislik edərsə Allah onu cəzalandırır. Bəs indi mən elə adamlar tanıyıram ki milyaderçi, amma yaxşı adam deyil, bəs Allah niyə elələrini cəzalandırmır? Amma onlara pul, var-dövlət verir. Bəzilərini ac qoyur və birdəki hərə cənnətə getmək imtahanını bir cür danışır biz onlara inanaq.
Diqqətinizə görə minnətdaram. |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Televiziyada gedən bu cür verilişlərin hamısı yalandır. Uca Allah insanları pislik etdiklərinə görə dərhal cəzalandırmır. Əgər belə olsa idi yer üzərində bir nəfərdə qalmazdı. Çünki, xətasız insan yoxdur. Uca Allah buyurur: “Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.” (ən-Nəhl surəsi 61-ci ayə).
Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, var-dövləti artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar. Ona görə də Allah istədiyinə az, istədiyinə də çox ruzi, mal-dövlət verir. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Səbə surəsi 36-cı ayə).
Başqa bir ayədə də belə buyurur: “Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!" (əz-Zumər surəsi 52-ci ayə). Əgər uca Allah bütün insanlara bol ruzi versə idi onlar günah etməklə hədlərini aşardılar. Bu barədə də uca Allah belə buyurur: “Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir!” (əş-Şura surəsi 27-ci ayə).
Odur ki, uca Allahın kafirlərə də bol ruzi verməsi sizi təəccübləndirməsin. Uca Allah buyurur: “(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.” (ət-Tövbə surəsi 55-ci ayə). Digər bir ayədə də belə buyurur: “Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər.” (ət-Tövbə surəsi 85-ci ayə). Bütün bunlar Allahın Öz bəndələrinə ruzi verməkdə ədalətli olduğunu göstərir.
|
|

|
| Rsa Səmədov
| Nuernberg (Germany)
|
Sualın ID: 47 |
|
 |
Əssələmu aleykum və rəhmətullahi.
Mən dünən bir yuxu görmüşəm ki, mən namaz qilmaq istəyirəm daha dəqiq, mən insanlara namazı göstərmək və mənə həmin insanlar imkan vermirlər və mən onların üstünə qışqırıram, niyə mənə belə imkan verilmir. Bu cür yuhu mən birinci dəfə görmüşdüm. Çox minətdaram.
Əssələmu aleykum və rəhmətullahi! |
|
 |
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Yuxu yozma elmi yalnız Yusif peyğəmbərə verilmişdir. Hal-hazırda bu elm barəsində heç kəs bir söz söyləyə bilməz. Odur ki, biz də sizin gördüyünüz yuxu barəsində dəqiq olaraq heç bir söz söyləyə bilmərik. Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
|
|

|
| Sevda
| Bakı
|
Sualın ID: 46 |
|
 |
Əssələmu aleykum! Bir insana edilən qarğışin, övsünün, pis bir əməlin qarşısını almaq üçün batilnamə duasının mövcüdluğunu bilmək istərdim. Əgər bu dua varsa, onda onu mən bilmək istərdim. Sağ olun |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Xüsusi olaraq bu cür dua yoxdur. Lakin qeyd etdiyiniz həmin əməllərin qarşısını almaq üçün başqa səbəblər vardır. Həmin səbəblər bunlardır:
-
Bu cür pis əməllərin qarşısını almaq üçün ilk növbədə Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinmək lazımdır. Namaz qılmaq, oruc tutmaq və s. ibadətləri yerinə yetirmək lazımdır.
-
Səhər (sübh namazından sonra) və axşam (məğrib namazından öncə) zikrlərini vaxtlı-vaxtında oxumaq;
-
Ərəbcə əl-İxlas, əl-Fələq, ən-Nas surələrini oxumaq;
-
Ərəbcə “Kürsü” ayəsini (əl-Bəqərə surəsinin 255-ci ayəsini) oxumaq;
-
Boş vaxtlarda ərəbcə Quran oxumaq, xüsusən də əl-Bəqərə surəsini oxumaq; |
|

|
| AbdurRehim
| Baki
|
Sualın ID: 43 |
|
 |
Əssələmu aleykum əziz qardaşlar. Müsəlmana 8 mart bayramı keçirmək olarmı? |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Xeyr, olmaz. Çünki bu kafirlər tərəfindən yaranmış bir bayramdır. Bu bayramı keçirən şəxs özünü kafirlərə bənzətmiş olur. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə bənzədərsə, o şəxs həmin qövmdən sayılar.”
|
|

|
| !!!!!!!!!!!!!!!!!
| !!!!!!!!!!!!!!!!!
|
Sualın ID: 26 |
|
 |
Salam hormetli azerislam emekdashlari.evvelceden uzir isteyerek mene komek etmenizi xahish edirem.
2 ildir ki evliyem ve bu muddetde evladim olmayib.Hecde ALLAH dergahinda nigaran olmadim.Bir muddet sonra boyiklerimizin tekidi ile hekimle meslehetleshmemi istediler.Hekime geldikde ise menden laboratoriya mehsulu istediler.Buna razi olmayib mene yarashmaz hal ucun etirazimi bildirdim.Bu tekidimde muayinenin namaza ziyani olmadigini dediler.Sizden sualim budur ki, sizin bu barade dinimizin bu barede ne istekleri ve qayda qanunlari var.Xahish edirem menim sualima semimi cavab yazasiniz . AllAh amaninda |
|
 |
Azerislam.com As-salamu aleykum! İlk əvvəl Allahdan sizə mömin övladlar arzulayiram! Laborator analiz üçün lazımi məhsul verə bilərsiniz və bu şəriətdə və həm də təbabətdə zəruri hal sayılır. Burada heç bir günah yoxdur.
|
|

|
| leyla
| baki
|
Sualın ID: 25 |
|
 |
salam aleykum! men yuxuda pire getmeyimi gormushem. butun xirdaliqlara qeder o pir yadimdadir (hansi dualari oxudugum bele), amma o pirin harda oldugunu bilmirem. xahish edirem mene bir meslehet verin. Men hemin piri tapmaliyam, yoxsa her hansi bashga pire getmeliyem? Cox sagolun. |
|
 |
Azerislam.com As-salamu aleykum!
Sizin harasa getməyiniz vajib deyil.Əgər siz Allaha yaxınlaşmaq istəyirsinizsə Qurana və Muhəmməd (əleyhissalam) peyğəmbərin səhih hədislərinə müraciət edin.Siz həqiqəti yalniz orada tapa bilərsiniz. Onda görərsiniz ki, Allaha dua, nəzir, qurban və s.r ibadətləri yerinə yetirmək üçün siz dediyiniz yerlərə getmək lazım deyil. |
|

|
| Elnur
| Baki
|
Sualın ID: 18 |
|
 |
Essalamaleykum! Men belkede 30-40 defe tovbemi pozmusham.Hal-hazirda namaz qiliram,ancaq gunah ishlerde gorurem.Gunahlardan cekinmek isteyirem.Bunun ucunde tovbe etmek isteyirem , ancaq yeniden tovbemi pozacaqimdan qorxuram.Indi bilmirem ne edim, tovbe edim ya yox?Birde bilmirem ALLAH meni baqishlayarmi?Xahish edirem mene bir meslehet veresiniz.Onceden teshekkurumu bildirirem.Essalamaleykum! |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Hər bir müsəlman etdiyi günahlara görə (onun böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq) tövbə etməli və Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməlidir. Tövbənin qəbul olunması üçün isə bir çox şərtlər vardır. Bu şərtlər aşağıdakılardır:
-
Etdiyin günaha görə peşman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşmançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
-
Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
-
Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
-
Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmişsənsə onu sahibinə qaytarmalısan, qeybət etmişsənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Bunların bəzilərini qeyd edək:
-
Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir). Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə).
-
Tövbəni qəbul olunan vaxtda etmək lazımdır; Tövbənin qəbul olunmayan vaxtları bunlardır: a) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda; b) Ölün anında; Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə).
Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə).
Odur ki, insanın tövbəsi ölüm anı yetişənə qədər qəbul oluna bilər. Yəni tövbə qapıları ölüm anına qədər açıqdır. Lakim kim zamin ola bilər ki, Allah onun tövbəsini qəbul edəcək. Və ya kim zamin ola bilər ki, sabaha sağ çıxacaq. Odur ki, nə qədər ki, gec deyil tövbə etmək lazımdır. Əgər siz tövbənin bütün şərtlərinə əməl edərək tövbə etsəniz Allah sizi bağışlayar. Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. |
|

|
| Azer Memmedsherifov
| Baki
|
Sualın ID: 17 |
|
 |
assalamu aleykum.
meherremliyimuselmanlar qeyd ede bilermi?
|
|
 |
Azerislam.com Və aleykumus-sələm. Məhərrəm ayı Allah dərgahında qəbul olunan Hicri aylarının birinci ayıdır. Bu ay Allahın haram etdiyi 4 aydan biridir ki, onda özünə zülm etmək və sairə bu kimi əməllər etmək haramdır. Uca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqidə, zilhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin.” (ət-Tövbə surəsi 36-cı ayə).
Uca Allahın bu ayda özünə zülm etməyi qadağan etməsinə baxmayaraq bəzi savadsız insanlar bu ayda özlərinə zülm edir, özlərini zəncir vasitəsi ilə vurur və bir çox cahiliyyə əməlləri edirlər. Halbuki bu kimi əməllər İslam dininə ziddir. Kənardan baxan kafirlər də həmin insanlara baxıb həqiqi İslamın bu cür olduğunu düşünürlər. Allah bizi bu cür cahiliyyə əməllərindən uzaq etsin.
Həmçinin Məhərrəm ayında bir sox tarixi hadisələr də baş vermişdir. Məsələn Məhərrəm ayında Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəvəsi Hüseyn (Allah ondan razı olsun) Kərbəlada şəhid olmuşdur. Elə ona görə də həmin insanlar bu ayda özlərinə yuxarıda qeyd etdiyimiz kimi zülmlər edirlər. Etdikləri əməlləri də həmin hadisə ikə əlaqələndirirlər. Lakin onlar düşünmürlər ki, Hüseyn şəhid olmuşdur və şəhidlər də Allah dərgahında diridirlər. Onlar Cənnət əhlidirlər. Uca Allah buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (əl-Bəqərə surəsi 154-cü ayə). Başqa bir ayədə isə uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar." (Ali İmran surəsi 169, 170 və 171-ci ayələr).
Elə isə özünə bu cür zülmlər etmək nəyə gərəkdir. 40 gün yas saxlamaq nəyə gərəkdir. Axı nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələr heç bir şəxs üçün 40 gün (nəinki 40, hətta 7 və ya 3 gün) yas saxlamayıblar. Belə bir sual meydana çıxır: Bəs nə üçün bəşəriyyətin ən əfzəli sayılan Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) vəfat etdikdə onun üçün bu cür əməllər edilmədi, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmisi Həmzə (Allah ondan razı olsun) şəhid olduqda onun üçün bu cür əməllər edilmədi, Həsənin (Allah ondan razı olsun) atası Əli ibn Əbu Talib (Allah ondan razı olsun) şəhid olduqda (Allah ondan razı olsun) onun üçün bu cür əməllər edilmədi? Bu sualın cavabı ağıl sahiblərinə bəllidir. Cavab odur ki, bu cür əməl İslam dinində yoxdur. Bu əməlləri İslam dininə sonradan əlavə etmişlər. Odur ki, sonradan İslam dininə edilən əlavələr ondan sayılmır.
Həmçinin Məhərrəm ayında başqa bir tarixi hadisə də baş vermişdir. Uca Allah Məhərrəm ayının 10-da Musa peyğəmbəri və ona iman gətirənləri Firon və onun qoşunlarından xilas etmiş və Musaya qələbə qazandırmışdır. Odur ki, Allaha şükür əlaməti olaraq həmin günü Musa peyğəmbər və ona iman gətirənlər oruc tutmuşlar. Elə ona görə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) həmin günü oruc tutmağı öz səhabələrinə bildirmiş və belə demişdir: “Biz Musaya yəhudilərdən daha yaxınıq, ona görə də biz də həmin günü oruc tutaq və yəhudilərə müxalif olaraq həmin günə ondan əvvəlki günü və ya sonrakı günü də əlavə edək.” Başqa bir hədisdə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Aşura gününün (Məhərrəm ayının onunun) orucu keçən ilin (kiçik) günahlarını silir.” Hər iki hədisi Buxari № 2004; Muslim № 2653 və başqaları rəvayət etmişlər.
|
|

|
| Elşən
| Bakı
|
Sualın ID: 16 |
|
 |
assalam aleykum.
mason ne demekdir |
|
 |
Azerislam.com Və aleykumus-sələm. “Mason” yahudi təşkilatlarından birinin adıdır. |
|

|
| Eldaniz
|
Sualın ID: 8 |
|
 |
Assalamualeykum va rahmatullahi va barakatu!1.Meherremlik hagginda melumat verediniz!Bu hagda degig melumet necedir?Neye gore ashra gunu oruc tutulur!Bu bidet deyil?
2.12 imam var?Degig bilmirem deyesen bele bir hedis var ki orda 12 xelife hagginda soz achilir!bu hemin imamlar deyilmi?Axi Isa peygemberin(e.s)12 hevarisi olub!
ALLAH sizden razi olsun!Assalamualeykum va rahmatullahi va barakatu |
|
 |
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. 1. Məhərrəm ayı Allah dərgahında qəbul olunan Hicri aylarının birinci ayıdır. Bu ay Allahın haram etdiyi 4 aydan biridir ki, onda özünə zülm etmək və sairə bu kimi əməllər etmək haramdır. Uca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zilqidə, zilhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin.” (ət-Tövbə surəsi 36-cı ayə). Uca Allahın bu ayda özünə zülm etməyi qadağan etməsinə baxmayaraq bəzi savadsız insanlar bu ayda özlərinə zülm edir, özlərini zəncir vasitəsi ilə vurur və bir çox cahiliyyə əməlləri edirlər. Halbuki bu kimi əməllər İslam dininə ziddir. Kənardan baxan kafirlər də həmin insanlara baxıb həqiqi İslamın bu cür olduğunu düşünürlər. Allah bizi bu cür cahiliyyə əməllərindən uzaq etsin. Həmçinin Məhərrəm ayında bir sox tarixi hadisələr də baş vermişdir. Məsələn Məhərrəm ayında Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəvəsi Hüseyn (Allah ondan razı olsun) Kərbəlada şəhid olmuşdur. Elə ona görə də həmin insanlar bu ayda özlərinə yuxarıda qeyd etdiyimiz kimi zülmlər edirlər. Etdikləri əməlləri də həmin hadisə ikə əlaqələndirirlər. Lakin onlar düşünmürlər ki, Hüseyn şəhid olmuşdur və şəhidlər də Allah dərgahında diridirlər. Onlar Cənnət əhlidirlər. Uca Allah buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (əl-Bəqərə surəsi 154-cü ayə). Başqa bir ayədə isə uca Allah belə buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar." (Ali İmran surəsi 169, 170 və 171-ci ayələr). Elə isə özünə bu cür zülmlər etmək nəyə gərəkdir. 40 gün yas saxlamaq nəyə gərəkdir. Axı nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələr heç bir şəxs üçün 40 gün (nəinki 40, hətta 7 və ya 3 gün) yas saxlamayıblar. Belə bir sual meydana çıxır: Bəs nə üçün bəşəriyyətin ən əfzəli sayılan Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) vəfat etdikdə onun üçün bu cür əməllər edilmədi, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmisi Həmzə (Allah ondan razı olsun) şəhid olduqda onun üçün bu cür əməllər edilmədi, Həsənin (Allah ondan razı olsun) atası Əli ibn Əbu Talib (Allah ondan razı olsun) şəhid olduqda (Allah ondan razı olsun) onun üçün bu cür əməllər edilmədi? Bu sualın cavabı ağıl sahiblərinə bəllidir. Cavab odur ki, bu cür əməl İslam dinində yoxdur. Bu əməlləri İslam dininə sonradan əlavə etmişlər. Odur ki, sonradan İslam dininə edilən əlavələr ondan sayılmır. Həmçinin Məhərrəm ayında başqa bir tarixi hadisə də baş vermişdir. Uca Allah Məhərrəm ayının 10-da Musa peyğəmbəri və ona iman gətirənləri Firon və onun qoşunlarından xilas etmiş və Musaya qələbə qazandırmışdır. Odur ki, Allaha şükür əlaməti olaraq həmin günü Musa peyğəmbər və ona iman gətirənlər oruc tutmuşlar. Elə ona görə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) həmin günü oruc tutmağı öz səhabələrinə bildirmiş və belə demişdir: “Biz Musaya yəhudilərdən daha yaxınıq, ona görə də biz də həmin günü oruc tutaq və yəhudilərə müxalif olaraq həmin günə ondan əvvəlki günü və ya sonrakı günü də əlavə edək.” Başqa bir hədisdə də Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Aşura gününün (Məhərrəm ayının onunun) orucu keçən ilin (kiçik) günahlarını silir.” Hər iki hədisi Buxari № 2004 ; Muslim № 2653 və başqaları rəvayət etmişlər. Bu cür hədislər onu göstərir ki, bu əməl dində yenilik (bidət) deyildir.
2. Xeyr, İslam dinində 12 imam deyilən məfhum yoxdur. Bu sonradan meydana gəlmişdir. O ki qaldı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) 12 xəlifə barəsində dediyi hədisə, bu cür hədis mövcuddur. Cabir ibn Səmura (Allah ondan razı olsun) rəvayət edir ki, “Mən atamla Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına daxil olduqda o belə deyirdi: “Bu din Qureyşdən olan on iki xəlifəyə qədər əziz və güclü olacaqdır.” Bu hədisi Buxari, Muslim, Tirmizi, Əbu Davud və başqaları rəvayət etmişdir. Bu hədis onu göstərir ki, İslam dini yalnız bu on iki xəlifələrin dövründə güclü və əzəmətli olacaqdır. Bu hədisdə xəlifə dedikdə heç də bəzi firqələrin nəzərdə tutduğu 12 imam qəsd edilmir. Çünki İslam dini əsasən 4 xəlifənin, Əbu Bəkrin, Ömərin, Osmanın və Əlinin (Allah onların hamısından razı olsun) dövründə əzəmətli olmuşdur. Sonralar isə İslam xilafəti zəifləmişdir. Odur ki, həmin firqələrin qəsd etdikləri 12 imamların dövründə islam dini heç də əzəmətli olmamışdır. Əksinə hərcmərclik baş alıb gedirdi. Bu inkar edilməzdir. Amma hədisdə deyilir ki, onların dövründə İslam əzəmətli olacaqdır. Elə ona görə də hədisdə qəsd edilən xəlifələr həmin firqələrin nəzərdə tutduqları 12 imam ola bilməz. O ki qaldı İsa peyğəmbərin 12 həvarisi olmasına, bu heç də 12 imamın olmasına dəlalət etmir. Birincisi ona görə ki, onlar İsa peyğəmbərlə eyni zamanda olmuşlar. Həmin firqələrin nəzərdə tutduqları 12 imamlar isə Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) nə qədər sonralar olmuşlar. Ən başlıcası da odur ki, sizin verdiyiniz bu izahatı hər hansı bir hədis və ya ayə təsdiq edirmi? Sizin dediyinizdən elə çıxır ki, biz harada 12 rəqəminə rast gəlsək deməli bu 12 imama işarədir. Məsələn ilin 12 ayı var, deməli 12 imam var. Bu cür izahatı yalnız elmsiz insanlar verirlər. Allah bütün haqqı axtaranları haqq yola yönəltsin! Amin!!! |
|

|
| Yusif
|
Sualın ID: 7 |
|
 |
əssalamu aleykum Mason nə deməkdir |
|
 |
Azerislam.com Və aleykumus-sələm. “Mason” yahudi təşkilatlarından birinin adıdır.
|
|

|
| Aydin Salehli
|
Sualın ID: 7 |
|
 |
Assalamu aleykum va rahmatullah.
Eli ibn Ebu Talibin(r.e)adi chekildiyi zaman كرم الله وجهه
demek dinde yemilik sayilirmi?
Barakallahu fikum.
Assalamu aleykum va rahmatullah. |
|
 |
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) adı çəkildikdə كرم الله وجهه demək dində yenilik sayılmır. Bu onun üçün edilən dua sayılır. Onun üçün bu cür duanı əksər sələf alimləri etmişlər. Lakin bu barədə ən gözəl sözü İbn Kəsir demişdir. O deyir: “Mənası səhih də olsa Əli ibn Əbu Talibi xüsusiləşdirib yalnız ona كرم الله وجهه demək yaxşı deyildir. Gərək bu cür dualarda səhabələri eyni tutasan......” (Təfsir İbn Kəsir 3/517 - 518). Bu kitabın ərəbcəsinə də nəzər sala bilərsiniz: فلا يقال علي عليه السلام وسواه في هذا الأحياء والأموات وأما الحاضر فيخاطب به فيقال سلام عليك والسلام عليك أو عليكم وهذا مجمع عليه انتهى ما ذكره قلت وقد غلب هذا في عبارة كثير من النساخ للكتب أن يفرد علي رضي الله عنه بأن يقال عليه السلام من دون سائر الصحابة أو كرم الله وجهه وهذا وإن كان معناه صحيحا لكن ينبغي أن يسوى بين الصحابة في ذلك فإن هذا من باب التعظيم والتكريم فالشيخان وأمير المؤمنين عثمان أولى بذلك منه رضي الله عنهم أجمعين Və fiykə bərakəllah. Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
|
|

|
| sos
|
Sualın ID: 5 |
|
 |
salam.sual-cavab bolmesini yeniden acdigiviza gore size cox minnetdaram.size bele bir sualim var.novruz bayramini kecirmek olar? |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Xeyr, İslam dininə görə bu bayramı keçirmək olmaz. Çünki, bu bayram bizə atəşpərəstlərdən, yəni oda sitayiş edənlərdən qalmışdır. Biz bu bayramı keçirməklə özümüzü onlara bənzətmiş və Allahı qoyub oda sitayiş etmiş oluruq. Bu isə İslam dininə görə qadağandır. Ümumiyyətlə İslam dini özünü kafir bir qövmə oxşatmağı qadağan etmişdir. Yəni, onların əməllərini etməyi qadağan etmişdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur: “Kim özünü bir qövmə oxşadarsa o onlardan sayılar.” Bu hədisi Əbu Davud 4/314, № 4031 rəvayət etmişdir.
Həmçinin Uca Allah əl-Bəqərə surəsinin 120-ci ayəsində belə buyurur: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!" Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” Bu ayə də onu göstərir ki, yəhudi və xaçpərəstlərin etdikləri əməllərə uymaq qadağandır. |
|

|
| Sevda
|
Sualın ID: 3 |
|
 |
Salamu aleykum!. menim size 1 sualim var. Men bilmek isterdim ki, ad gunu, yeni dogum gununu qeyd etmek bizim sheriyete uygundur? Eger uygun deyilse, hansi hedisle bu qadagan edilib? Bele bilirem ki, bunu qeyd etmek pis deyil. Cunki hemin gun sene yaxin, eziz olan bir insan dogulub. Buna sevinirsen. Tebii ki, bu gunde yaxin adamlarla bir sufre arxasinda oturub 1 tike halal corek yemek qebahet sayilmaz. Indi sizin fikrinizi bilmek isterdim. Sag olun |
|
 |
Azerislam.com Və aleykumus-sələm. İslam dinində ad günü keçirmək düzgün deyildir. Çünki bu əməl İslam dinində olmamışdır. Əgər bu əməl yaxşı bir əməl olsa idi ilk növbədə onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi. Çünki elə bir yaxşı əməl yoxdur ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu etməsin. Heç kəsə də gizli deyil ki, bu əməl bizə xaçpərəstlərdən keçmişdir. İslam dini isə özünü kafir bir qövmə oxşatmağı qadağan etmişdir. Yəni, onların əməllərini etməyi qadağan etmişdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur: “Kim özünü bir qövmə oxşadarsa o onlardan sayılar.” Bu hədisi Əbu Davud 4/314, № 4031 rəvayət etmişdir.
Həmçinin Uca Allah əl-Bəqərə surəsinin 120-ci ayəsində belə buyurur: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!" Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” Bu ayə də onu göstərir ki, yəhudi və xaçpərəstlərin etdikləri əməllərə uymaq qadağandır.
O ki qaldı uşaq olduqda hansı əməllərin edilməsinə, onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bizə açıqlamışdır. Odur ki, uşaq olduğda şükr və sevinc əlaməti olaraq oğlan uşağı üçün 2, qız uşağı üçün isə 1 qoç kəsilib böyük yemək süfrəsi açılır və yaxın qohum-əqrəbələr həmin süfrəyə dəvət olunur. İslam dininə görə bu əməli etmək hətta vacibdir. Lakin əksər insanlar İslam dinindən uzaq olduqları üçün bu əməldən bixəbərdilər. Odur ki, hər bir müsəlman özü-özlüyündə çalışmalıdır ki, yalnız Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) buyurduqlarını yerinə yetirsinlər, əks halda yollarını azarlar. |
|

|