Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
  

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  

Qalib Huseynli   |  Bakı  Sualın ID: 66
Əssələmu aleykum və rəhmətullah! Mağazalardan balıq almaq olar? Onların çoxunda balıq olsədə başı üstündə olur. Balıq da sudan çıxarılan kimi qiblə tərəfə başı kəsilməlidir? Əssələmu aleykum və rəhmətullah!


Azerislam.com
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Bəli, mağazalarda satılan balığı alıb yemək olar. Balığı tutan zaman onu kəsmək şərt deyildir. Çünki, başqa heyvanlardan fərqli olaraq balığın ölüsü də halaldır. Ona görə də başı üstündə olan balıqları da yemək olar. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi. Biz (tez-tez) gəmiyə minirik və özümüzlə də az miqdarda su götürürük. Əgər biz həmin su ilə dəstəmaz alsaq onda içməyimizə su qalmaz. Biz dəniz suyu ilə dəstəmaz ala bilərikmi?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Onun (dənizin) suyu pakdır, ölüsü də halaldır!” (Bu hədisi Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə, Əhməd və başqaları rəvayət etmişdir).
Bu hədis onu göstərir ki, dənizdə yaşayan heyvanların hamısı halaldır və onları kəsmək vacib deyildir. Yəni, onların ölüsü də halaldır.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!




  

1

SON YENİLƏMƏ

CARİ VAXT

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.