| Oruc Şiriyev
| Bakı
|
Sualın ID: 113 |
|
 |
Müasir dövrdə qadınlara hicab vacibdirmi? |
|
 |
Azerislam.com Əs-sələmu aleykum!
Dövründən asılı olmayaraq hicab hər bir müsəlman qadına vacibdir!
|
|

|
| Abdullayeva
| Bakı
|
Sualın ID: 64 |
|
 |
Əssələmu aleykum. Qadın ailə qurarkən kişye şərt qoya bilərmi və ya kişini and içdirə bilərmi ki ondan basqa arvad almasın? Mümkünsə cavabı həm də email adresimə gondərəsiniz! Allah razı olsun! |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Xeyr, qadın evlənəcəyi kişiyə bu cür şərt qoya bilməz. Axı uca Allahın halal etdiyi bir şeyi qadın necə kişiyə qadağan edə bilər. Uca Allah buyurur: “...Xoşunuza gələn [halal] qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər [alacağınız qadınlarla] ədalətlə dolanmayacağınızdan qorxsanız, onda [həmin qadınlardan] biri ilə yaxud öz əllərinizin mənimsədiyi [cariyə] ilə [kifayətlənin]. Bu, haqsızdıq etməməyə daha yaxındır.” (ən-Nisa surəsi 3-cü ayə). Email adresinizi kamil şəkildə yazmanızı xahiş edirik! Allah sizdən də razı olsun!
|
|

|
| Alim Nuriyev
| İmişli
|
Sualın ID: 41 |
|
 |
Əssələmu aleykum və rəhmətullahi va bərəkətuhu!Müsəlman qadın yad kişi ilə hər hansı bir söhbət edə bilərmi? Hansı söhbətləri edə bilər, hansıları edə bilməz? |
|
 |
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. Müsəlman qadın ona naməhrəm olan kişilərlə danışa bilməz. Yalnız zəruri səbəblər üzündən qadın ona naməhrəm olan kişi ilə danışa bilər.
|
|

|
| Teymurova Nurane
| Baki
|
Sualın ID: 20 |
|
 |
MEN BU HAYATI BASA DUSE BILMIREM.COX ADAM ALLAHA INANMIR.HICAB ORTMEY QUNAH DEYILDIR DIYIRLER.DIYIRLER ALLAHA INAN HICAB ORTMEYE EHDIYAC YOXDUR.AMA ASLINDA GUNAHDIR AXI.NIYE BELEDIR?MEN COX PISS HISS EDIREM BUNLARI ESIDENDE.MEN NE ETMELIYEM?BELE INSANLARA NE DIYIM? |
|
 |
Azerislam.com Əs-sələmu aleykum. Bu cür fikirdə olanlar çox böyük xəta etmiş olurlar. Allaha yalnız dil və ya qəlblə iman gətirmək kifayət deyildir. Həmçinin əməllə də iman gətirmək vacibdir. Bir sözlə Allaha iman dedikdə; Ona qəlblə iman gətirmək, dillə onu demək və əməllə də onu təsdiq etmək deməkdir. Bu üçündən biri olmazsa iman həqiqi iman deyildir. Əgər elə olsa idi onda şeytan ən böyük iman sahibi olardı. Çünki o da Allaha inanır, dili ilə də onu deyir. Lakin o Allahın əmrlərini yerinə yetirmədiyi üçün əbədi olaraq Cəhənnəmə atılacaqdır. Odur ki, o cür fikirdə olan şəxslərlə şeytanın heç bir fərqi yoxdur. Elə şeytan özü onları haqq yoldan azdırmışdır. Əsl müsəlman Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməlidir. Hicaba gəlincə onu deyə bilərik ki, bu Allahın qadınlara olan əmridir. Qadınlar əl və üz istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Yəni əl və üzdən başqa bədəninin heç bir hissəsini ona naməhrəm olan insanlara göstərməməlidirlər. Odur ki, başlarını da örtməlidirlər. Əgər bunu etməsələr uca Allaha asi olaraq günah etmiş olarlar. Çünki uca Allah üz və əldən başqa bədənin bütün hissəsini örtməyi əmr etmişdir. Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə). Başqa bir ayədə isə belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab surəsi 59-cu ayə).
|
|

|
| Nuray
| Baki
|
Sualın ID: 19 |
|
 |
DINDAR QADIN NECE OLMALIDIR? |
|
 |
Azerislam.com Əs-sələmu aleykum. Allahın əmrləri və qadağaları həm kişilərə, həm də qadınlara şamil edilir. Lakin qadınlar üçün xüsusi qadağan edilmiş əməllər də vardır. Bunların bəzilərini qeyd edək:
- Qadın məhrəmsiz (təkbaşına) çölə çıxa bilməz.
- Qadın əl və üzdən başqa bütün bədən üzvlərini Naməhrəm kişilərin yanında örtməlidir.
- Qadına bədən üzvlərini bildirən dar paltarlar geyinmək qadağandır.
Odur ki, qadınlar da Uca Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməlidirlər. Əsl müsəlman qadın belə olmalıdır. |
|

|
| Maryam
|
Sualın ID: 10 |
|
 |
es salamu aleykum, bilmek isteyirem 8 mart gunu bir kishinn oz heyat yoldashina, anasina hediyye alinmasinda ne qebahet ola bilerki? axi hz.peygemerimiz de buyurmuski, qadinlarinizi hediyyelerle sevindirin. |
|
 |
Azerislam.com Və aleykumus-sələm. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) nəinki qadınlara, hətta bütün müsəlmanlara müraciət edərək buyurmuşdur ki, “Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz....” Odur ki, bir-birinə hədiyyə verməkdə heç bir qəbahət yoxdur. Burada əsas məsələ başqa şeydədir. O da özünü kafir bir qövmə oxşatmaqdır. Axı biz nə üçün özümüzü kafir bir qövmə oxşadıb məhz həmin günü qadınlarımıza hədiyyə almalıyıq. Məgər biz qadınlarımızı yalnız həmin gün çox istəyirik. Xeyir bu belə deyildir. Kafirlərdən fərqli olaraq biz analarımızı, bacılarımızı və sairə qadınları ömrümüz boyu çox istəməli və onlar üçün hədiyyələr almalıyıq. Məhz 8 mart günü isə biz kafirlərə müxalif olmalıyıq, özümüzü onlara oxşatmamalıyıq. Çünki, biz özümüzü onlara oxşadıb onların etdikləri kimi etsək bizimlə onların arasında heç bir fərq olmaz və beləliklə biz də onlardan sayılarıq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa o onlardan sayılar.” Bu hədisi Əbu Davud 4/314 № 4031 rəvayət etmişdir.
Həmçinin Uca Allah əl-Bəqərə surəsinin 120-ci ayəsində belə buyurur: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!" Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” Bu ayə də onu göstərir ki, yəhudi və xaçpərəstlərin etdikləri əməllərə uymaq qadağandır.
Allah bütün xalqımızı doğru yola yönəltsin! Amin!!! |
|

|
| Fərhad Əliyev
|
Sualın ID: 4 |
|
 |
Əssəlaleykum!!! 8 martla əlaqədar fikirlərinizi bilmək isterdim. Bilirem ki, bu İslam bayramı deyil. Düzdür mən hech kimi tebrik etmirem. Hamı da məndən fikirlərimi əsaslandırmağı tələb edir. Amma mən sadəcə İslam bayramı deyil ona görə cavabını versəm də qane etmir. Mümkünsə mülahizələrinizi mənə göndərin. ALLAH razı olsun!!! Əssələmaleykum və Bərakətuhu və Rahmətullah!!! |
|
 |
Azerislam.com
Və aleykumus-sələm. İslam dinində 8 mart gününü bayram kimi keçirmək düzgün deyildir. Çünki bu əməl İslam dinində olmamışdır. Əgər bu əməl yaxşı bir əməl olsa idi ilk növbədə onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi. Çünki elə bir yaxşı əməl yoxdur ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) onu etməsin. Heç kəsə də gizli deyil ki, bu əməl bizə xaçpərəstlərdən keçmişdir. İslam dini isə özünü kafir bir qövmə oxşatmağı qadağan etmişdir. Yəni, onların əməllərini etməyi qadağan etmişdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurur: “Kim özünü bir qövmə oxşadarsa o onlardan sayılar.” Bu hədisi Əbu Davud 4/314, № 4031 rəvayət etmişdir.
Həmçinin Uca Allah əl-Bəqərə surəsinin 120-ci ayəsində belə buyurur: “(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!" Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.” Bu ayə də onu göstərir ki, yəhudi və xaçpərəstlərin etdikləri əməllərə uymaq qadağandır.
Allah sizdən də razı olsun. Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu. |
|

|