Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
  

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  

Mustafa   |  Naxçıvan  Sualın ID: 77
Lənətin mənası nədir və nə üçün lənət göndərməyi pis bir əməl kimi qələmə verirsiniz?

Azerislam.com
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu!

Lənətin mənası hər hansı bir şəxsi Allahın rəhmətindən uzaq etmək deməkdir. Odur ki, heç bir şəxsin ixtiyarı çatmır ki, kimisə Allahın rəhmətindən uzaq etsin. Çünki Uca Allah Öz istəyi ilə kimisə Öz rəhmətindən uzaq edir. Ancaq biz öz istəyimizlə kimisə Allahın rəhmətindən uzaqlaşdıra bilmərik. Lakin şəriətin buyurduğu çərçivədən kənara çıxmamaq şərtiylə ümumi olaraq hər hansı bir əməl sahiblərini lənətləmək olar.
Məsələn: Cabir İbn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Sələmi yeyəni, yedizdirəni, yazanını və iki şahidini lənətləmiş və demişdir ki, onlar (günah etibarı ilə) eynidirlər” (Bu hədisi Muslim (3/1219) rəvayət etmişdir).
Lakin biz görsək ki, hər hansı bir şəxs sələm alır ona “Allah sənə lənət etsin” deyə bilmərik. Biz ona yalnız bu tərzdə “Allah sələm alanlara lənət etmişdir” deyə bilərik. Həmçinin şəriətlə bizə məlum olan xüsusi şəxslərə də lənət oxu bilərik. Məsələn: Şeytana və s.



Raqil Taqiyev   |  Bakı  Sualın ID: 61
Əssələmu aleykum. Bilmək istərdim ki, Quran nə üçün farsca, ərəbca oxunur. Olmaz ki, əzericə oxunsun. Birdə zəhmət olmasa sizlər cənub zonasında bir baş çəki çünki iranlılar onların başına İslamı mövümatla yerdirib. Çox sağ olun.


Azerislam.com
Və aleykumus-sələm.
Qurani Kərim ərəbcə nazil olub və yalnız ərəbcə oxunmalıdır. Çünki onu başqa bir dildə oxuduqda həmin mənanı vermir. Ona görə də bəzi tərcümələrdə bir-birinə zidd olan ayələrə rast gəlirsən. Lakin mənasını dərk etmək üçün Qurani Kərimin Azərbaycan dilində olan tərcüməsini oxumaq yaxşı olardı. Biz Quranı yalnız ərəbcə oxumaq dedikdə, onu namazda, zikrlərdə və bu kimi məqamlarda oxumağı nəzərdə tuturuq.



Ibadov Famil   |  Baki  Sualın ID: 29
Salam alaykum.
Azerbaycanca qurani qusulusuz oxumaq olar?
Azerislam.com

Salamu aleykum!

 Qüsl yalnız ərəb dilində olan Qurana aiddir. Qüsulsuz halda  başqa dilə olan Quran mətnlərinin mənalarını  oxumaq olar.



Gunay   |  Baki  Sualın ID: 28
Salam Aeykum!

Bütün günahlar Qurani Kərimdə göstərilmişdir....bu həqiqətdirmi? Qurani Kərimdə haram kimi gostərilməyən, lakin sonradan hər hansi dini mənbədən götürülüb ve haram kimi göstərilən əməllər haram sayıla bilərmi?

Diqqətinizə görə minnəttaram
Allah razı olsun!
Azerislam.com

Salamu aleykum!

Dini mənbə dedikdə Qurani Kərim, Peyğəmbərimizin (s.a.s) səhih hədisləri və İslam alimlərinin icmasının yekdil fikri başa düşülməlidir. Əgər bu mənbəələrə əsasən hər hansı bir əməl haram buyrulubsa deməli o həqiqətən haramdır.



Zaka   |  Agsu  Sualın ID: 24
Bismillah Walhamdulillah Was Salaatu Was Salaam 'ala Rasulillah
As-Salaam Alaikum Wa-Rahmatullahi Wa-Barakatuhu
Al-Baqara suresinin 62-ci ayesinden bele basha dushmek olarmi ki, yehudiler ve xristianlardan da cennete dushenler olacaq. Islama gore bilirik ki, bu bele deyil. Amma Z.Buntadovun tercumesinden oxuyanda bele basha dushulur.
Allah rizasi uchun ZAKa


Azerislam.com
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Bəli, yəhudi və nəsranilərdən də Cənnətə düşənlər olacaqdır. Lakin bunlar Musa və İsa peyğəmbərin dövründə onlara iman gətirənlərdir. Həmçinin İslamı qəbul edən yəhudi və nəsranilərdir.



Elmar Shabanov  Sualın ID: 15
Assalamu aleykum!
Cavablarinizin birinde siz dediz ki, muselman kishiye qirmizi koynek geymek olmaz. Bu haram yalniz qirmizi koyneye tetbiq olunur, yoxsa butun ust kishi paltarlara bu rengde, mes qirmizi sviter, mayka ve s. Allah razi olsun

Azerislam.com
Və aleykumus-sələm.
Bu bütün qırmızı paltarlara şamil edilir


Elmar Shabanov  Sualın ID: 14
Assalamu alyekum!
1. Quranda deyilib ki, kim qesden Allaha andi pozsa onda qul azad etmeli, eger bunu bacarmasa onda 10 kasib geyindirmeli, eger bunu da bacarmasa onda 10 kasib yedizdermelidir, yaxud da 3 gun (seraser) oruc tutmalidir. Menim sualim ondan ibaretdir ki, birinci uchu eger bacarmasan (yeni, ya qul azad etmek, ya geyindirmek, ya da yedizdirmek) onda dorduncunu ( yeni oruc ) tutmalisan, yoxsa butun dordunda muselmanin sechimi vardir? Chunki Quranda birinci uch emrden sonra deyilirki, "yaxud da" oruc tutun.
2. Hemchinin 10 neferi bir defeden yedizdirmek olarmi?
Allah razi olsun. Assalamu aleykum

Azerislam.com
Və aleykumus-sələm.
1. Quranda deyilən bu kəffarələrin hamısı tərtiblə gəlir. Yəni, Andını pozan  şəxs  10 kasıb yedirməli və ya 10 kasıb geyindirməli, ya da bir qul azad etməlidir.Əgər bunlardan heç birini bacarmazsa onda 3 gün oruc tutmalıdır. Odur ki, həmin şəxs ixtiyar sahibi deyildir.

2. Bəli, həmin şəxs 10 kasıbı bir yerə yığıb onları bir dəfə yedizdirə bilər.
Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.



Abdurrehim  Sualın ID: 6
salamun aleykum eziz gardashlar.bizi cox hesretde goydunuz.ALLAHU TALA hecc ziyaretinizi gebul etsin.Bizede gismet olsun.INSHALLAH.Men size bir sual yazmishdim gebir uzerinde mescid tikmek hagginda.Amma kehf suresinde gebir uzerinde mescidden sohbet cedir.Mumkunse bunu mene basha salardiniz.2-Diri ucun guran oxumag olarmi.meselen ovladin-valideyine.3-salavat diyende eli uze kekmek lazimdir yoxsa yox.mumkunse istinadi ile yazin.4-men eshitmishem ki sheytanlar peygenberlerden bashga butun insan cildine cire bilir.Ecer bir insan yuxuda peygenberimizi (svs) corurse bu ne anlama cele biler.AMMA peygenberin uzu corunmurdu peygenber olduguna eminem.


Azerislam.com
Və aleykumus-sələm.
Allah sizə də həcc ziyarəti qismət etsin! Amin!!!

1 – Qəbir üzərində məscid tikmək qadağandır. Sizin bu sualınıza keçən dəfə cavab vermişdik. Lakin fayda olsun deyə onu yenə də təkrarlayırıq. Bu əməl İslam dininə görə haramdır. Bu barədə saysız-hesabsız hədislər mövcuddur. Həmin hədislərin bəzisini qeyd edək:

- Bir gün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərə (səllallahu aleyhi və səlləm), Həbəşistanda olarkən kilsələrdə gördüyü şəkilləri xatırladıqda Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona dedi: “Onlar (nəsranilər) elə bir qövmdür ki, onlardan bir nəfər saleh bir şəxs vəfat edən zaman onun qəbrinin üzərində məscid tikərlər və orada həmin şəkilləri də çəkərlər. Onlar Allah dərgahında ən şərr (pis) məxluqdurlar.” (Bu hədisi Buxari 1/155; və Muslim 1/375 rəvayət etmişdir). Bu hədis onu göstərir ki, qəbirlərin üzərində məscid tikmək xristianların əməlidir. Bu əməllərinə görə Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları ən şər məxluq adlandırır.

- Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) ölüm anında belə deyirdi: “Allah yəhudilərə və nəsranilərə lənət etsin! Onlar öz peyğəmbərlərinin qəbrlərini məscidə çevirdilər.” (Bu hədisi də Buxari 1/408; və Muslim 1/376 rəvayət etmişdir). Bu hədis də onu göstərir ki, qəbirlərin üzərində məscid tikmək xristianların əməlidir. Bu əməllərinə görə Peyğəmbər (səllallahu aleyhi və səlləm) onlara lənət oxumuşdur. Kim də bu cür əməl edərsə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) lənəti həmin şəxslərə də gedir.

- Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ən şərr (pis) insanlar o şəxslərdir ki, Qiyamət onların üzərində qopacaq və həmçinin (ən şərr insanlar) o şəxslərdir ki, qəbrləri məscidlərə çevirirlər.” (Bu hədisi Əhməd “Müsnəd” əsərində 1/435; İbn Əbi Şeybə “Musannaf” əsərində 3/345; İbn Xuzeymə; Əbu Hətim və başqaları rəvayət etmişlər).
Bütün bu hədislər onu göstərir ki, qəbrlərin üzərində məscidlər tikmək haramdır.

O ki qaldı “əl-Kəhf” surəsinin 21-ci ayəsinə, Uca Allah bu ayədə belə buyurur: “...O zaman (Tərsusdakı möminlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi barəsində mübahisə edirlər. Onlar dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir!" Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər isə: "Onların (məzarı) üstündə bir məscid tikəcəyik!" - dedilər.”
Qurani Kərimin ərəbcəsində bu ayənin heç bir yerində məscid tikmək istəyənlərin kimlər olduğu açıqlanılmır. Odur ki, alimlər bu ayəyə belə izahat verirlər.

- Ayədə məscid tikmək istəyənlərin kimlər olduğu bəyan edilmir. Belə ki, onlar kafirlər də ola bilər. Elə buna görə də bu ayənin qəbirlər üzərində məscid tikilməsinin caizliyinə dəlalət etdiyini qəti olaraq demək olmaz.

- Ayədə deyilir ki, “...mübahisədə qalib gələnlər isə: "Onların (məzarı) üstündə bir məscid tikəcəyik!" - dedilər.” Odur ki, belə bir sual meydana çıxır. Görəsən onlar məscidi tikdilərmi? Yoxsa bu onların sadəcə olaraq fikirləri idi? Əlbəttə ki, bu barədə də heç kim qəti bir fikir söyləyə bilməz.

- Uca Allah bu ayədə bizdən əvvəlki qövmlər barəsində danışır. Hamıya da məlumdur ki, bizdən əvvəlki qövmlərin öz şəriəti olub. İslam dini gəldikdən sonra isə Uca Allah yalnız bu şəriəti qəbul edir. Uca Allah buyurur: “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” Ali İmran surəsi 85-ci ayə. Artıq İslam dini də qəbirlər üzərində məscid tikməyin hökmünü vermişdir. Öncə qeyd etdiyimiz hədislərə nəzər sala bilərsiniz.

2 – Əgər Quranı oxuyub savabını vaditeyinə tapşırmağı nəzərdə tutursunuzsa onda, İslam dinində bu cür ibadət növü yoxdur. Çünki, bu cür ibadət növünü nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələr etməmişlər. Bunu edən şəxs yeni bir ibadət icad etmiş olar və bununla da dinimizə yenilik gəmirmiş sayılar. Məlum olduğu kimi, İslam dini tamamlandıqdan sonra ona yeni bir ibadət növü əlavə etmək qadağandır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).

Yox, əgər valideynin qulaq asması üçün oxuyursunuzsa onda bu caizdir. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) Quranı başqasından dinləyərdi.

3 – Belə bir əməli nə Peyğəmbər (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələr etməmişlər. Odur ki, bunu etmək İslam dininə yenilik gətirməkdir.

4 – Bəli, şeytan Peyğəmbərin (səllallahu aleyhi və səlləm) cildinə girə bilmir. Odur ki, Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) yuxuda görən şəxs mütləq əvvəlcədən onun sifətləri (zahiri görünüşü) haqqında məlumatı olmalıdır. Yalnız onun sifətlərini bilən şəxs yəqinliklə deyə bilər ki, yuxuda gördüyü Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) idi. Onun sifətlərindən xəbəri olmayan şəxs isə heş vaxt yəqinliklə deyə bilməz ki, yuxusunda gördüyü Peyğəmbərdir. Çünki, şeytan nürani bir insan cildində həmin şəxsin yuxusuna girib ona Peyğəmbər (səllallahu aleyhi və səlləm) olduğunu deyə bilər. Siz qeyd edirsiniz ki, yuxudakı insanın sifəti görünmürdü. Elə isə hansı əsasa görə onun Peyğəmbər (səllallahu aleyhi və səlləm) olduğunu iddia edirsiniz? Bəlkə gördüyünüz şeytandır, axı siz onun sifətini görməmisiniz. Əgər siz ona Peyğəmbər desəniz onda (əstəğfirullah) şeytana Peyğəmbər demiş olarsınız.

Əksər insanlar elə düşünürlər ki, yuxuda ağ paltarlı və ya ağ saqqallı kimisə görübsə deməli bu mütləq ya peyğəmbərdir, ya da hər hansı bir saleh insandır. Bəs onlar hansı əsasa görə belə düşünürlər. Axı İslam dinində bu cür yuxu yozma yodur. Elə bu etiqada görə də şeytan həmin insanların yuxularına ağ paltarlı insanlar şəklində girir və onları haqq yoldan azdırır. 

Odur ki, əgər hər hansı bir şəxs Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sifətlərini bildikdən sonra yuxusunda eynilə həmin sifətlərə malik olan bir şəxsi görərsə bilsin ki, o Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) idi.

Əgər insan yəqinliklə bilsə ki, yuxusunda gördüyü Peyğəmbərimizdir (səllallahu aleyhi və səlləm) onda bilsin ki, bu yuxu Allah tərəfindəndir və bu onun üçün bir müjdədir. Daha doğrusunu isə Allah bilir.




  

1

SON YENİLƏMƏ

CARİ VAXT

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.