IV
XƏLIFƏ:
ƏLI BIN ƏBU TALIB (r.a.)
Adı:
Əli bin Əbu Talib
Atasının
adı: Əbu Talib[120]
bin Əbdü-l-Müttəlib
Anasının
adı: Fatimə bint Əsəd
Künyəsi:
Əbu-l-Həsən
Ləqəbi:
Əbu əs-Sibteyn[121],
Əbu Turab[122]
Anadan
olduğu tariõ: Fil ilindən 30 il sonra (təõminən 600-cü il) Məkkə şəhərində
anadan olmuşdur.
Əli
(r.a.) islamı qəbul edən ilk şəõslərdən[123]
biridir. O, 10 yaşında islamı qəbul etmiş, Peyğəmbərin (s.a.s.) ən yaõın
səhabələrindən və cənnətlə mücdələnmişlərdəndir. Bir çoõ döyüşlərdə iştirak
etmiş, malı və canı ilə islam dininə yardım etmişdir. Osman (r.a.) şəhid
olduqdan sonra, səhabələrin şurası tərəfindən õəlifə seçilmişdir. O, 4 il 9 ay
õəlifə olmuş və islam dininə fayda verən bir çoõ õeyirli işlər görmüşdür:
1)
Sayı 12 minə yaõın, qəlbində mərəz olan õaricilər Peyğəmbərin (s.a.s.) yolu ilə
gedən Əlinin başçılıq etdiyi camaatdan ayrılıb, ona qarşı çıõdılar və Əlini (r.a.)
kafir saydılar. Əli (r.a.) nəsihət etmək üçün Abdullah bin Abbası (r.a.)
onların yanına göndərdi. Onlar Əlini (r.a.) günahkar saydılar və üç məsələdə
onu ittiham etdilər:
1-ci:
Nə üçün Əli Müaviyə ilə sülh bağladıqda «əmirə-l-möminin[124]¿
ifadəsini qeyd etmədi?
2-ci
Nə üçün Əli Müaviyə tərəfdən cariyə[125]
götürmədi?
3-cü:
Nə üçün Əli Quran və Sünnə (hədis) ilə yoõ, iki nəfərin[126]
danışığı nəticəsində əldə edilən razılıq ilə
sülh bağladı?
Abdullah
bin Abbas (r.a.) onların etirazlarını dinlədikdən sonra onlara dedi:
1-ci
etirazınıza cavab: Məhəmməd (s.a.s.) Hudeybiyyə zamanı müşriklərlə sülh
müqaviləsi bağladıqda, "rəsulullah" (Allahın elçisi) ifadəsini qeyd
etmədi. Həmçinin, Əlinin (r.a.) etdiyi bu əməl Sünnəyə müvafiqdir.
2-ci
etirazınıza cavab: Deyin görək Peyğəmbərin (s.a.s.) zövcəsi və möminlərin anası[127]
sayılan qadından (Aişədən) cariyə olarmı?
3-cü etirazınıza cavab: Həqiqətən Əli Quran ilə hökm vermişdir, çünki Uca Allah müqəddəs kitabında buyurur:
«[Ey
möminlər!] Əgər onların (ər-arvad və
s.) arasında iõtilaf olacağından
qorõsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin. Əgər bu iki vasitəçi onları barışdırmaq istəsə, Allah
da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) bilən və (hər şeydən)
õəbərdardır.¿[128]
Bu
cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı isə
fitnə-fəsad törətməkdə davam etdilər. Onlar Abdullah bin Xabbəbi (r.a.) onun
zövcəsini və onlarla olan üç qadını da öldürdülər. Bu hadisə Əliyə (r.a.) çoõ
təsir etdi. Bu dəfə o, əl-Hərb bin Murranı (r.a.) onların yanına göndərdi.
Onlar Əlinin (r.a.) bu elçisini də öldürdülər. Əli (r.a.) onlardan
öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əliyə (r.a.)
verməkdən imtina etdilər və: «Biz hamımız qatilik¿ - dedilər. Səbri tükənmiş
Əli (r.a.) qoşun hazırlayıb onların üzərinə hücum etdi və Bağdad şəhərinin
cənub-şərqində yerləşən Nəhrəvan adlı yerdə onların hamısını məhv etdi.[129]
2)
«Səffeyn¿ və «Səməl¿ döyüşləri. Əli (r.a.) bunu Islam ümmətini islah etmək üçün
etmişdir.
Əlinin
(r.a.) zövcələri və övladları:[130]
1.
Məhəmməd peyğəmbərin (s.a.s.) qızı Fatimə. Övladları: Həsən, Hüseyn, Zeynəb,
Ümm Gülsüm.
Qeyd:
Əli (r.a.) Fatimə (r.a.) vəfat edənə qədər heç bir qadınla evlənməmişdir.
Fatimə (r.a.) Peyğəmbərdən (s.a.s.) 6 ay sonra Əbu Bəkrin (r.a.) õilafəti
zamanında vəfat etmişdir.
2.
Ummu-l-Bənin bint hizəm. Övladları: Abbas, Cəfər, Abdullah, Osman[131].
3.
Leyla bint Məsud. Övladları: Ubeydullah, Əbu Bəkr.
4.
Ummu Həbib bint Rabiyə. Övladları: Ömər, Ruqiyyə.
5.
Umamə bint Əbi-l-As. Övladı: Məhəmməd[132].
Vəfat
etdiyi tariõ: Hicri tariõi ilə 40-cı ildə sübh namazını qılmağa gedərkən
Əbdürrəhman bin Mülcəm tərəfindən qılıncla vurulub şəhid olmuşdur.
ayə və hədislər:
1)
Uca Allah buyurur:
«Əgər Peyğəmbərə
qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh
möminlər və bunlardan sonra (bütün)
mələklər də onun köməkçiləridir!¿[133]
Ibn Abbas (r.a.) Ibn Məsud (r.a.) Ibn Ömər (r.a.) və başqaları
bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.)
və başqalarının olduqlarını təfsir etmişlər.[134]
2)
Uca Allah buyurur:
«Allahdan qorõub pis əməllərdən çəkinən isə ondan (atəşdən)
uzaqlaşdırılar. O kimsə ki, malını (Allah
yolunda) verib (günahlardan) təmizlənər. O şəõsin boynunda heç kəsin
bir minnəti yoõdur ki, onun əvəzi verilsin. O ancaq ən Uca olan Rəbbinin
rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona
verəcəyi nemətlərə görə) razı olacaqdır¿[135]
Əksər
təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil olub və Əli
(r.a.) də daõil olmaqla bütün möminlərə şamil edilir.[136]
3)
Uca Allah buyurur:
«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir¿[137]
Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.)
Osman (r.a.) Əli (r.a.) və başqa möminlərdir.[138]
4)
Əli bin Əbu Talib (r.a.) Kufə məscidində õütbə verdiyi zaman demişdir: «Ey
insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın
mücdələdiyi müsəlmanlardanıq" - deyib bu ayəni oõudu:
"Biz onların
ürəklərindəki kin-küdurəti çıõarıb atdıq. Onlar
qardaş olub taõt üstündə qarşı-qarşıya əyləşərlər"[139]¿[140]
5)
Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir:
"Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda
qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta
yarısına belə çata bilməz"¿[141].
6)
Səhl bin Sə‘d (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir: «Bayrağı
sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəõş
edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr
səhər peyğəmbərin (s.a.s.) yanına gəldilər. Onlardan hər biri bayrağın ona
verilməsini arzulayırdı. Peyğəmbər (s.a.s.) Əli bin Əbu Talibin harada olduğunu
soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (s.a.s.)
õəbər verdilər. O, Əlini çağırtdırdı və onun üçün dua etdikdən sonra onun
gözlərinin ağrısı keçdi. Peyğəmbər (s.a.s.) bayrağı ona verdi¿.[142]
Başqa
bir rəvayətdə Peyğəmbər (s.a.s.) demişdir: «Bu bayrağı Allahın və Onun
elçisinin sevdiyi bir insana verəcəyəm¿.[143]
7)
Sə‘d bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir:
"Harun Musaya yaõın olduğu kimi, sən də mənə yaõınsan"¿[144]
8)
Peyğəmbər (s.a.s.) demişdir: «Əliyə əziyyət verən, mənə əziyyət vermiş
kimidir¿.[145]
9)
Peyğəmbər (s.a.s.) demişdir: «Əli məndən sonra hər bir möminin dostu,
sevimlisidir¿.[146]
10)
Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir:
"Nəfsim əlində olan Allaha and olsun ki, əhli beytimi qəzəbləndirən
cəhənnəmə vasil olar"¿.[147]
11)
Ummu Sələmə (r.a.) demişdir: «Mən peyğəmbərdən (s.a.s.) belə eşitdim:
"Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət
edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur"¿.[148]
12)
Peyğəmbər (s.a.s.) demişdir: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız
münafiq olan nifrət edər¿.[149]
13)
Ibn Abbas (r.a.) rəvayət edir ki, «Ömər (r.a.) demişdir: "Bizim içərimizdə
ən gözəl Quran oõuyan Ubeyy və ən gözəl qazi (ədalətlə hökm verən) isə
Əlidir"¿.[150]
14)
Cabir bin Abdullahdan (r.a.) Əli (r.a.) haqqında soruşduqda o demişdir: «O,
bəşərin (insanların) õeyirlisindən idi¿.[151]
15)
Əbu Harun deyir ki, Ibn Ömərlə (r.a.) oturmuşdum, birdən Nafi ibnu-l-Əzraq
gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əliyə nifrət
edirəm¿. Ibn Ömər (r.a.) başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət
etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?!¿[152]
16)
Əhməd bin Hənbəl demişdir: «Əlinin fəzilətləri ilə bağlı olan õüsusiyyətlər
peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir¿.[153]
17)
Müdrik olmağı da onun fəzilətlərindən biridir. Bunu ondan rəvayət olunan
çoõsaylı kəlamlar[154]
da təsdiq edir:
- Elm peyğəmbərlərdən, mal isə (õüsusən) Qarun və Fironlardan mirasdır.
-
Elm sahibini, malı isə sahibi qoruyur.
-
Elm sahibinin dostu, mal sahibinin isə düşməni çoõ olar.
-
Elmin oğrudan qorunmasına lüzum yoõdur, malın isə qorunması vacibdir.
-
Elm sahibi şərəfli ünvanlar, mal sahibi isə (çoõ vaõt) simic və õəsis kimi ad
qazanar.
-
Xərclədikcə elm artar, mal isə azalar.
-
Zaman keçdikcə elm cilalanır (artır) mal isə çürüyüb tələf olur.
-
Elm qəlbi qüvvətləndirir, mal isə əksinə, zəiflədir.
-
Elm təvazökarlıq, mal isə lovğalıq (təkəbbürlük) gətirir.
-
Elm insanda mərhəmət, mal isə (çoõ vaõt) õəbislik (tamahkarlıq) doğurur.