Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
Saytımızın "SƏSLİ DƏRSLƏR" bölmasində "ÖMƏR ibn XATTAB (r.a)" adlı dərs əlavə olundu

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  19.04.2006

ƏN ÖNƏMLİ İŞLƏR (Son yeniləmə 27.04.2006)

daha ətraflı
Müsəlman şəxs daim xeyir əməllərə can atır, həmişə savab qazanmaq üçün yaxşı əməllər görmək istəyir. Saleh əməllər və işlər çoxdur, lakin İslam ümmətinin həmişə axtardığı əməl daha çox savabı və ən böyük mükafatı olan əməl olub. Halbuki, İslam ümmətinin bu günə kimə ən çox ehtiyac duyduğu, xeyir əməllərin düzgün seçimi olubdur. Xeyir işlər nə qədər çox olsa da, bir iş görməzdən əvvəl həmin işin nə qədər əhəmiyyətli olduğunu dərindən düşünmək lazımdır. Bir xeyir əməlin savabı o biri xeyir əməldən yüksək ola bilər, ancaq müəyyən zamanda və məkanda savabı az...

  18.04.2006

QADINLARIN HƏSRƏT QALDIĞI XOŞBƏXTLİK

daha ətraflı
Ailə həyatı qurularkən hər bir qadın istəyir ki, həyat yoldaşı onu daim ön planda qoysun və hər şeydən üstün saysın. Hər an və hər zaman onu xatırlasın, hər şeydə ona üstünlük versin, hətta ər onun istəklərinə görə öz istəklərindən də imtina etsin. Çünki qadın bütün ömrünü onunla keçirməyə razılıq verib, öz ata evindən köçüb ərin evinə gəlib və tam varlığı ilə ərinə tabe olubdur. Qadın həyat yoldaşından ən isti və ülvi sevgini gözləyir, bir bədəndə iki şəxsin yerləşməsi kimi yaxın olmaq istəyir, mənzildə qoyulmuş mebel və ya bir əşya kimi evdə oturmağı diləmir. Bütün bunları arzulayarkən, ər evinə gələr-gəlməz qısa bir müddət keçən kimi sanki bütün xəyallarının puç olduğunu düşünür. Hər şeyin mənasız və dəyərsiz olduğunu fikirləşir. Həyat yoldaşının evlilikdən qısa bir müddət keçən kimi dəyişdiyini hiss edir və heç cür rahatlıq tapa bilmir. Yaxınlarına və dost-tanışlarına həyatının ağır olduğu barədə danışır.

  14.04.2006

ALLAHI ANMAQ – (ZIKR ETMƏK) – VƏ BUNUN FAYDALARI

daha ətraflı
İnsan öz sevdiyi insanın razılığını qazanmaq istədikdə, onun xoşuna gəlməyi arzu etdikdə görüşə ən gözəl paltarlarını geyir və ən gözəl şəkildə hazırlaşır. Həmin şəxsə hədiyyə vermək fikrində olanda, ən qiymətli və ən gözəl bir şey alır və ya özündə olan ən qiymətli bir şeyi ona bağışlayır. Qarşılığında alacağı mükafat və ya əldə edəcəyi bir şey çox böyükdürsə, var gücüylə əlindən gələni edir ki, o şeyə nail olsun.

  08.03.2006

PEYĞƏMBƏRƏ (S.A.S) HƏQİQİ MƏHƏBBƏT – ÖZÜNÜ YOXLA!

daha ətraflı
İslam dininin əsas 5 təməlindən ən başlıca və ən birinci təməli “Lə iləhə illallah, Muhəmmədən Rəsulullah” (Allahdan başqa ilah yoxdur, Muhəmməd Onun Rəsuludur) kəlməsidir. Yəniki hər şeyi yaradan Allahdan başqa ibadətə layiq olan ilahinin olmamasına və göndərdiyi son peyğəmbər Muhəmmədin (s.a.s) Onun elçisi olduğuna şəhadət etmək. Bu təməl iki hissədən ibarətdir

  08.03.2006

PEYĞƏMBƏRİMİZ (S.A.S) BİZİ ODDAN ÇIXARDI

daha ətraflı
Mənimlə sizin aranızdakı hal buna bənzəyər; bir adam od qalayar, çəyirtkə və pərvanələr bu oda atılmağa çalışarlar, adam da onları oddan uzaqlaşdırmağa çalışar. Mən ətəklərinizdən yapışıram ki, oda düşməyəsiniz, siz isə əlimdən çıxmağa çalışırsınız...

  04.03.2006

PEYĞƏMBƏRİ (S.A.S) MÜDAFİƏ ETMƏK ÜÇÜN ONU (S.A.S) TANIMAQ VƏ SEVMƏK LAZIMDIR

daha ətraflı
Mövzunun adından çoxlarınız düşünəcəksiniz ki, məgər biz müsəlmanlar Peyğəmbərimizi (s.a.s) tanımırıq, biz Onu (s.a.s) sevmirik?! Əlbəttə müsəlman olaraq hamımız hər şeydən çox Allahu Təalanı, sonra Peyğəmbərimizi (s.a.s) sevməliyik. Lakin bəzilərimiz Peyğəmbərimizin (s.a.s) həyatı haqqında, bəzilərimiz Onun (s.a.s) fəzilətləri və üstünlüyü haqqında ətraflı oxumayıb. Buna görə də, Peyğəmbərimizi (s.a.s)

  15.02.2006

İMAN VƏ İSLAH

daha ətraflı
Bütün dünya ölkələri cəmiyyəti qorumaq üçün və ictimaiyyəti nəzarətdən buraxmamaq üçün qanunlar qoyur. Dövlətin qoyduğu qanun və qaydalar insanları islah etmək, onları cəmiyyətin mənafeyinə yönəltmək və insanların törədə biləcək ziyanları azaltmaq üçündür. Bu məqsədlə elmi axtarışlar, yığıncaqlar, konfranslar və tədqiqatlar aparılır, sonra tətbiq üçün yeni üsüllar və qaydalar qoyulur. Belə tədbirlərdə təyin olunan üsülların rolu, əsasən insan psixologiyasına toxunmaqdır. Yəni insanın

  03.02.2006

BU PİSLİYƏ QARŞI NƏ ETMƏLİYİK?!

daha ətraflı
Danimarkada dərc olunan qəzetdə Peyğəmbərimizə (s.a.s) istehza olaraq nəşr olunan karikaturalar, islam aləminin qəzəbini oyatdı. Böyük və müqəddəs bir millətin dininə və mənəviyyətinə toxunub, sonra buna söz azadlığı deyən Danimarka höküməti müsəlmanlardan üzr istəmədi. Sentyabr ayından

  31.01.2006

HƏYADAN ÇIXMAQ İMANDAN ÇIXMAQ KİMİDİR

daha ətraflı
Həya çirkin əməllərdən çəkindirər və başqalarının haqqına girməkdən qoruyar.
Həya iki cür ola bilər. İnsanla Allah arasında və insanla başqaları arasında. İnsan Allahın hər şeyi gördüyünü bilərək Ondan utanar və günah əməllərdən çəkinər. Peyğəmbərimiz (s.a.s) belə buyurmuşdur: “Allahdan haqqıyla həya edin (utanın). Dedilər: Biz utanırıq ya Rəsulallah. Dedi ki; Elə deyil. Kim Allahdan haqqıyla həya edirsə, başını və dərk etdiklərini, qarnını və onun içinə yığılanı (qəbul ediləni) mühafizə etsin. Ölümü və bəlanı xatırlasın.

  14.01.2006

İNSANDA İMAN VƏ ETİQAD NİYƏ LAZIMDIR

daha ətraflı
İman və ya nəyəsə inam haqqında çox eşidirik, çox oxuyuruq və çox yazanlar görürük. İman kəlməsi heç də yeni deyil bizlər üçün. İnsan mütləq nəyəsə inanır. Heç nəyə inanmayan şəxsin isə həyatda heç bir prinsipi və məqsədi yoxdur. İman haqqında söhbət çox qədim və hamımıza tanış bir söhbətdir. Bunun haqqında kifayət qədər söhbətlər də eşitmişik, kitablar da oxumuşuq. Lakin bu dəfə açacağımız söhbət, başqalarının imanı necə görməsidir.

  26.12.2005

AXI NİYƏ, AY ALLAH?

daha ətraflı
Deyirlər; Niyə ya Rəbbi, axı mən neyləmişəm, mən buna layiq deyildim ay Allah, mən kimə ziyan vermişəm ki, başıma bunları gətirirsən, niyə mənə zülm edirsən ay Allah, axı mənim günahım nə idi? Buna bənzər çox ifadələr eşidirik.

  25.12.2005

GƏLƏCƏYİ PLANLAŞDIRMAQ YOXSA QEYBƏ İMAN EDİB ALLAHA TƏVƏKKÜL ETMƏK?

daha ətraflı
Hazırda gələcəklə bağlı bir çox elmi araşdırmalar və tədqiqatlar gedir. Bütün bunlardan müsəlmanlar geri qalmamalıdırlar. Onlar da elmi formada lazım olan bütün programlardan istifadə etməlidirlər. Xüsusilə də bu cür programlar və elmi tədqiqatlar hər gün inkişaf etməkdədir, İslam ümməti bu elmi inkişafdan necə geri qala bilər?! Bu o demək deyil ki, yeni-yeni elmi kəşflərin vasitəsilə gələcəyin planlarını indidən qurmaq, yalnız Allahu Təalanın

  22.12.2005

KİŞİLƏRİN GİZLİ XASİYYƏTİ

daha ətraflı
Adətən kişilər susurlar, qadınlara cavab vermək istəmirlər, onlarla danışmaqdan imtina edirlər. Əslində onlar öz eyblərini örtmək üçün belə edirlər. Bundan daha betəri də olur, kişilər özlərini təmizə çıxarmaq üçün qadınlarını ittiham edirlər. Onlar özlərini müdafiə etmək üçün bəzən daha güclü üslübdan istifadə edirlər, qadınlarına özləri birinci söz yağışı ilə hücum edirlər və qadınlarını borclu çıxarırlar ki, qadınları artıq heç nə deyə bilməsin və kişilər bu zaman özlərini müdafiə etmiş olurlar.

  13.12.2005

İMAN VƏ PSİXOLOJİ SAĞLAMLIQ

daha ətraflı
Günahlar nə qədər də olsa Allahu Təala bağışlayandır. Buna görə əsl mömin kəs öz əməllərinə güvənmir, əksinə o bütün etdiklərinin qarşısında yenə də Allahın məğfirətinə və mərhəmətinə sığınır. İnsan Allahın geniş məğfirət və mərhəmət sahibi olduğunu dərk edərək və hər nə olursa olsun məyus olmadan Allaha hər zaman üz tutmağın mümkün olduğunu bilərək rahat olur, sağlam ruh və sağlam bədənə malik olur.

  18.11.2005

LƏ İLƏHƏ İLLƏL-LAH – MƏNASI VƏ ŞƏRTLƏRİ

daha ətraflı
Allahdan başqa ilah yoxdur (Lə iləhə illəl-lah) sözü, xalis tövhidin mənasıdır, Allahu Təalanın qullarına əmr etdiyi ən böyük fərzdir və dindəki yeri, başın bədəndəki yeri kimidir.
Lə iləhə illəl-lah kəliməsinin fəzilətinə dair gəlmiş hədislərə nəzər yetirək;

  16.11.2005

QİYBƏT ETMƏK

daha ətraflı
Bir çox müsəlmanlar xaricdən gələn ətləri yeməkdən imtina edirlər, bə’ziləri onun halal-haram olduğunu soruşur, bə’ziləri şəriət yolu iləmi kəsildiyini soruşur, bə’zilər necə konservləşdirilməsindən şübhələnir. Bu gözəl təşəbbüsdür, haramdan uzaq olmaq üçün müsəlmana yaraşan bir addımdır. Lakin çoxları unudurlarkı onlar, bə’zən ən çirkin ətləri bilmədən yeyirlər.Allahu Təala Əl-Hucurat surəsinin 12-ci ayəsində buyurmuşdur ki; ((Sizdən biriniz ölmüş qardaşının ətindən yeməyi sevirsinizmi)).

SON YENİLƏMƏ

CARİ VAXT

NAMAZ TƏQVİMİ

 FƏCR [ 2 rükət ]04:16
 GÜNƏŞ06:14
 ZÖHR [ 4 rükət ]13:38
 ƏSR [ 4 rükət ]17:36
 MAĞRİB [ 3 rükət ]21:02
 İŞA [ 4 rükət ]22:52
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.