Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır.
(Əl-Bəqərə 2:90)
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.s) buyurmuşdur: Həsəddən qaçın. Çünki o əməlləri odun quru otu yandırdığı kimi yandırıb məhv edir.
[Əbu Davud , Ədəb 52, (4903)]
Aclıq elə alçaq qapıdır ki, o qapıdan keçmək zərurələşındə, artıq insan nə qədər böyükdürsə o qədər çox əyilir.
Qurani Kərimin bu uslubda olan tərcüməsini bəyənirsinizmi
Qurani Kərimdə zikr olunan, israil oğullarına göndərilmiş peyğəmbərlərdən biridir. İsrail oğullarının Yahuda qəbiləsindən Yasanın səkkizinci oğludur. Bəşəriyyət hərə dəfə yolunu azıb zəlalət bataqlığına düşdüyündə, Allah təala onları bu bataqlıqdan xilas etmək üçün peyğəmbərlər yollamışdır. İsrail oğullarına da bir çox peyğəmbər göndərilmişdir.
Azan gündə beş dəfə müsəlmanları bəlli bir yerdə namaz qılmaları və namaz üçün toplanma vaxtının gəldiyini bildirən çağırış vasitəsidir. Ərəbcə bir kəlimə olaraq Azanın mənası (Bildirmək, elan etmək deməkdir) Azan vacib dərəcəsində sünnətdir.
Bir kimsənin arxasından onun xoşuna gəlməyən sözləri söyləmək qeybətdir. Xalq arasında dedi-qodu, qeybət ilə eyni mənada istifadə olunur. Bir insanın bədəni, nəsəbi, əxlaqı, işi, dünyası, geyimi, evi, maşını dedi-qodu mövzusu olar bilər. Gözünün çəpliyi, saçların dazlığı, uzun və ya qısa boyluluq, qara və ya sarı rəngdə olması, bunları ələ salmaq məqsədi ilə danışmaq insanın qəlbini qırar.
İmam Əhməd bin Hənbəlin vaxtında yaşayan Haris əl-Muhasibi bu kitabında ayə və hədislər işığında oxucunun əlindən tutaraq ölümdən sonra başına gələcəkləri addım-addım yaşatmağa çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız.
Adəm (a.s) ilk insan və ilk peyğəmbər, bəşəriyyətin atası idi. Allahu təala onu torpaqdan yaratdı. Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). (Allahdan) bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim (Öz elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (duaları) qəbul edəndir!"
O, gün bir verilişə baxırdım mahnıdan təsirlənən adam necə də hönkürtü ile ağlayırdı ya Rəbb.. öz özümə düşündüm görəsən bu insan heç Allah sevgisindən ağlayıbmı? bu gün nə qədər insan bir filmə görə evə tələsir, bir mahnıya saatlarla qulaq asıb göz yaşı tökür, vəzifəsini, var dövlətini itirmə qorxusundan gecə yata bilmirlər.. heç şükr etdinizmi? şükr etdinizmi ki müsəlmansınız? ki, sizə o səadət nəsib olub...