Mərhəmətli, rəhmli Allahın adı ilə!

 

 

 

Uca Allah buyurur:

 

 

 

 

 

 

 

«(Islamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mühacirlərə və ənsarlara, həmçinin, yaõşı işlər gör­məkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qala­caq­ları, (ağacları) altından çaylar aõan cənnətlər hazırla­mış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!¿

«ət-Tövbə¿ surəsi, 100-cü ayə¿

 

 

Məhəmməd peyğəmbər demişdir:

«Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz¿

«Səhihu-l-Buõari¿, 7/25, 3673-cü hədis.

 

 

Imam Əli demişdir:

«Peyğəmbərimizin səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirmə­mişlər. Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir¿.

«Biharu-l-Ənvar¿, 22/305-306


MÜQƏDDIMƏ

 

 

Şükr və tərif Allaha məõsusdur, biz Ona şükr edir, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəõsi azdıran, azdırdığı şəõsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoõdur, Onun şəriki yoõdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.

 

 

 

«Ey iman gətirmiş kəslər! Allahdan lazımınca qorõun və yalnız müsəlman olduğunuz halda ölün!¿[1]

 

 

 

 

 

 

 

 

 

 

 

«Ey insanlar! Sizi tək bir şəõsdən (Adəmdən) õəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çoõ kişi və qadınlar törədən Rəbbinizdən qorõun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əla­qələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!¿[2]

 

 

 

 

 

 

 

 

 

 

«Ey iman gətirənlər! Allahdan qorõun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günah­larınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar¿[3]

 

Müsəlman qardaş və bacılar!

Bu risaləni yazmaqda məqsədim budur ki, Islam õəlifələri barədə sizə qısa, ancaq imkan daõilində hərtərəfli məlumat verim və onların ba­şqalarına nisbətdə olan üstünlüklərini aşkara çıõarım. Bunu etməklə də Allah üçün edilən ibadətdən sayılan islam əqidəsinin bir hissəsi olan onlara qarşı məhəbbəti bir az da artırım.

Ümumiyyətlə, õilafət 30 il olub.

Səfinənin (Allah ondan razı olsun! - radıyallahu anhu - r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun! - səlləllahu əleyhi və alə alihi və səlləm - s.a.s.) demişdir: «Pe­y­ğəm­­bərlik (yəni sonrakı) õilafəti otuz il olacaq¿ (Əbu Davud, «Sünnə¿ kitabı, «Xəlifələr¿ fəsli, 12-ci cild, səh.259, 4633-cü hədis).

Bu hədisin səhih (mötəbər) olduğunu aşağıda adları çəkilən alimlər təsdiqləmişlər:

1. Əhməd bin Hənbəl; 2. Ibn Əbdü-l-Bərr; 3. əl-Hakim; 4. ət-Tirmi­zi; 5. Ibn Əbi Asim; 6. Ibn Teymiyyə; 7. Ibn Cərir ət-Tabəri; 8. Ibn Hibbən; 9. əz-Zəhəbi; 10. Ibn Hacər əl-Əsqaləni; 11. əl-Albani.

Bu məlumatın səhih olmasını isbat etmək üçün baõ: «Səhih hədislər silsiləsi¿, 1-ci cild, səh.820-827, 459-cu hədisin şərhi.

Xilafətin müddəti:

1. Əbu Bəkr (r.a.) - 2 il 3 ay 10 gün;

2. Ömər (r.a.) - 10 il 6 ay 8 gün;

3. Osman (r.a.) - 11 il 11 ay 9 gün;

4. Əli (r.a.) - 4 il 9 ay 7 gün;

5. Həsən (r.a.) - 6 ay

 

Kitabda istifadə olunan iõtisarlar:

s.ə.s. - səlləllahu əleyhi və alə alihi və səlləm - Allahın salamı və õeyir-duası onun və ailəsinin üzərinə olsun!

ə.s. - əleyhissəlam - Allahın salamı onun üzərinə olsun!

r.a. - radıyallahu anhu (anhə) - Allah ondan razı olsun!

Allahdan istəyim budur ki, etdiyim bu əməli õeyirli əməllərdən etsin və bunun vasitəsilə müsəlmanların arasında sülh yaratsın. Həqiqətən, yalnız O, buna qadirdir!


I XƏLIFƏ:

ƏBU BƏKR ƏS-SIDDIQ (r.a.)

 

Adı: Abdullah ibn Osman

Atasının adı: Osman ibn Amir

Anasının adı: Səlmə bint Saõr

Künyəsi[4]: Əbu Bəkr

Ləqəbi: əs-Siddiq[5]

Anadan olduğu tariõ və yer: Əbu Bəkr Peyğəmbərdən (s.a.s.) 2 il və bir neçə ay sonra (təõminən 572-ci il) Məkkə şəhərində anadan olmuşdur.

 

Məhəmmədə (s.a.s.) peyğəmbərlik verildiyi zaman o, Məkkə əhlini Islama dəvət etmiş və bu dəvəti kişilərdən qəbul edən ilk şəõs Əbu Bəkr olmuşdur. O, peyğəmbərin (s.a.s.) ən yaõın səhabələrindən, hicrət yoldaşı və cənnətlə mücdələnmiş on nəfərdən biridir. Bir çoõ döyüşlərdə iştirak etmiş, malı və canı ilə Islam dininə yardım etmişdir. Peyğəmbə-rin (s.a.s.) vəfatından sonra səhabələrin şurası tərəfindən seçilərək õilafətə gəlmiş və 2 il 3 ay õəlifə olmuşdur. Xilafət zamanı Islam dininə fayda verən bir çoõ õeyirli işlər görmüşdür:

 

1) Peyğəmbər (s.a.s.) Şamın şərqini fəth etmək üçün ordu hazırlayır və Usamə bin Zeydi (r.a.) bu orduya başçı təyin edir. Qoşun Mədinədən çıõmazdan əvvəl Peyğəmbər (s.a.s.) vəfat edir. Bir çoõ səhabələr bu ordunu Üsamənin (çoõ gənc, 17 yaşında olduğundan) başçılığı ilə göndərilməsinə etirazını bildirirlər. Lakin Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) əmrini yerinə yetirərək, qoşuna məhz Üsamənin başçılığı ilə Şama getməyi əmr edir. Beləliklə, bu qoşun öhdəsinə düşəni yerinə yetirərək Şamı fəth edir.

 

2) Peyğəmbərin (s.a.s.) vəfatından sonra mürtəd olanlara (dindən çıõanlara) qarşı vuruşur və onları məğlub edir. Bununla müsəlman ümmətini parçalanmaq təhlükəsindən qurtarır.

 

3) Yəmamə döyüşündə bir çoõ qarinin (Quran hafizi) şəhid olduğunu görən Əbu Bəkr (r.a.) Zeyd bin Sabitə (r.a.) õurma lifləri üzərin­də yazılmış Quran ayələrini cəm etməyi tapşırır. Zeyd bin Sabit (r.a.) onun əmri ilə Quranı cəm edir (ayrı-ayrı mənbələrdən bir yerə toplayır).

Əbu Bəkrin (r.a.) zövcələri və övladları[6]:

1. Quteylə bint Abdu-l-uzzə. Övladları: Abdullah, Əsmə.

2. Ummu Rumən bint Amir. Övladları: Əbdürrəhman, Aişə.

3. Əsmə bint Umeys. Övladı: Məhəmməd.

4. Həbibə bint Xaricə. Övladı: Ummu Kulsum.

Vəfat etdiyi tariõ: hicrətin 13-cü ili, cumədəl-aõər ayının 21-i (və ya 22-i) vəfat etmişdir.

 

Əbu Bəkrin (r.a.) fəzilətinə dair

ayə və hədislər:

 

1) Uca Allah buyurur:

 

 

 

 

 

 

 

 

 

«[Ey möminlər!] Əgər siz Peyğəmbərə kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu [Məkkədən] iki nəfərdən biri [ikinin ikincisi] olaraq çıõartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna [Əbu Bəkrə]: "Qəm yemə, Allah bizimlədir!" - dediyi zaman göstərmişdi. O vaõt Allah ona [Peyğəmbərə və ya Əbu Bəkrə] bir rahat­lıq nazil etmiş, onu sizin görmədiyiniz [mələklərdən ibarət] əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü [kəlmeyi-şəhadət] ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir¿[7]

 

Bu ayədə zikr olunan Peyğəmbər (s.a.s.) dostunun Əbu Bəkr olma­sında ibn Cərir ət-Tabəri[8], Ibn Kəsir[9], əs-Suyuti[10], əl-Buõari[11], Müslim[12] və digər islam alimləri həmrəydirlər.

2) Uca Allah buyurur:

 

 

 

 

 

«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bun­lardan sonra (bütün) mələklər də onun köməkçi­ləridir!¿[13]

 

Ibn Abbas (r.a.) ibn Məsud (r.a.) Ibn Ömər (r.a.) və s. səhabələr bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və s. olduqlarını təfsir etmişlər.[14]

3) Uca Allah buyurur:

 

 

 

«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir¿[15]

 

Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) və başqa möminlərdir[16].

4) Uca Allah buyurur:

 

 

 

 

«Allahdan qorõub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəõsin boynunda heç kəsin bir min­nəti yoõdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır¿[17]

 

Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkrə (r.a.) görə nazil olub və bütün möminlərə aid edilir[18].

5) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) səhabələrə õitab edib dedi: "Həqiqətən, mənə ən yaõın yoldaş və mal-dövləti ilə ən çoõ qayğı göstərən Əbu Bəkrdir. Rəbbimdən qeyrisini sevmiş olsaydım, (ifrata varmaqla) Əbu Bəkri sevərdim. Lakin, o mənim müsəlman qardaşımdır. Elə isə, məscidə açılan Əbu Bəkrin qapısından başqa bütün qapıları bağlayın!"¿[19]

6) Subeyr bin Mut‘im (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) onun yanına gələn qadına qayıdıb, bir müddət sonra gəlməyini bildirir. Qadın: "Səni tapa bilməsəm necə?" - deyə soruşduqda, o (s.a.s.) dedi: "Məni tapmasan, Əbu Bəkrin yanına get!"¿[20]

7) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbərdən (s.a.s.) eşitdim, o dedi: "Hər kəs Allah üçün saleh əməl edərsə, cənnət qapılarından (cənnətə) dəvət olunar: namaz əhli namaz qapısından, cihad əhli cihad qapısından, sədəqə əhli sədəqə qapısından və oruc əhli Rəyyan adlı oruc qapısından cənnətə dəvət olunar". Bunu eşidən Əbu Bəkr (r.a.) dedi: "Ey Allahın elçisi! O qapıların hamısından dəvət olunan olacaqmı?" Allahın elçisi (s.a.s.): "Bəli, və mən istəyirəm ki, sən onlardan olasan, ey Əbu Bəkr!" - deyə cavab verdi¿[21].

8) Aişə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) vəfat etdikdə Əbu Bəkr (r.a.) Sunhda[22] idi. Ömər (r.a.) səhabələrə õitab edib dedi: "Allaha and olsun ki, Peyğəmbər (s.a.s.) ölməyib, Allah onu qaytaracaq. Bu vaõt Əbu Bəkr (r.a.) gəldi, onun üzünü açıb öpdü və dedi: "Atam-anamsan sən[23], sağlığında da, öləndən sonra da səndən gözəl iy gəlir. Nəfsim əlində olan Allaha and olsun ki, O sənə ölümü iki dəfə daddır­maz". Sonra Ömərə (r.a.) oturmağı əmr etdi və üzünü səhabələrə tutub, Allahı həmd-səna etdikdən sonra dedi: "Kim Məhəmmədə ibadət edir­di­sə, bilsin ki, artıq o vəfat etmişdir. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah əbədi və ölməzdir.

 

 

 

"(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcək­lər"[24]

 

 

 

 

 

 

 

 

"Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib-getmiş­lər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki, geri dö­nən şəõs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər"[25].

Bu ayələri oõuduqdan sonra səhabələr ağladı¿.[26]

9) Urva ibnu-z-Zubeyr (r.a.) rəvayət edir ki, «Mən Abdullah ibn Amrdan (r.a.) müşriklərin Peyğəmbərə (s.a.s.) nə etdikləri barəsində soruşduqda, o dedi: "Peyğəmbər (s.a.s.) namaz qılarkən Uqbətu bin Əbi Muit gəlib dəsmalı onun boynuna sarıdı və boğmağa başladı. Bunu görən Əbu Bəkr gəlib onu kənara itələdi və Allahın bu kəlamını oõudu:

 

 

"Məgər siz bir adamı "Rəbbim Allahdır" - deməyinə görə öldürə­cəksiniz?! Halbuki, o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmiş­dir"[27]¿.[28]

 

10) Əbu Musa əl-Əş‘ari (r.a.) rəvayət edir ki, «Bir dəfə Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) yanına daõil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (s.a.s.) çatdırdıqda, o dedi: "Izn ver, gəlsin və onu cən­nətlə mücdələ!"…¿[29]

11) Ibn Abbas (r.a.) rəvayət edir ki, «Mən Ömər ibnu-l-Xəttabın (r.a.) vəfatından sonra, onun çarpayısının ətrafına toplaşıb dua edənlə­rin arasında dayanmışdım. Arõamda dayanan bir kişi dirsəyini çiynimə qoyub dedi: "Allah sənə rəhmət etsin! Allahdan istəyirəm ki, sən yol­daş­­­la­rın­la (Məhəmməd (s.a.s.) və Əbu Bəkrlə (r.a.) bir yerdə olasan! Çünki mən çoõ vaõt Peyğəmbərin (s.a.s.) "Mən, Əbu Bəkr və Ömər fi­lan yerdə idik. Mən, Əbu Bəkr və Ömər filan əməli etdik. Mən, Əbu Bəkr və Ömər filan yerə getdik" dediyini eşidirdim. Mən dönüb arõam­da dayanan səhabənin kim olduğuna baõdım. Bu, Əli bin Əbu Talib (r.a.) idi¿[30].

12) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) de­miş­dir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"¿[31].

13) Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Peyğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün cənazəni təqib edib?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Pey­ğəmbər (s.a.s.) yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yediz­dirib?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Peyğəm­bər (s.a.s.) yenə soruşdu: "Han­sı biriniz bu gün õəstəni ziyarət edib?" Əbu Bəkr (r.a.): "Mən" - deyə cavab verdi. Peyğəmbər (s.a.s.) dedi: "Bu dörd gözəl õisləti özündə cəm edən cənnətə daõil olar"¿[32]

14) Əli (r.a.) iki şeyõ - Əbu Bəkr (r.a.) və Ömər (r.a.) haqqında demişdir: «Müsəlmanların ən yaõşısı, Allaha və Onun elçisinə (s.a.s.) ən yaõını - õəlifə Siddiq və õəlifə Faruq olmuşlar. And içirəm ki, onların Islamda yerləri həqiqətən böyükdür. Onların yoluõduğu adam şiddətli islam õəstəliyinə tutular (yəni, onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). Allah onlara rəhmət etsin və onları gördükləri ən yaõşı işlərə görə mükafatlandırsın¿[33]

15) Əbu Cəfərdən bir nəfər qılıncın bəzədilməsi haqqında soruşduqda, o demişdir: «Olar, Əbu Bəkr əs-Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soruşan şəõs ona: "Sən də ona Siddiq deyirsən?" - dedikdə, Imam dərhal yerindən qalõıb demişdir: "Bəli, Siddiq deyirəm, bəli, Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və aõirətdə təsdiqləməz¿[34]

16) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar, onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub, onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi¿.[35]

17) Əli ibnu-l-Hüseyn ibn Musa[36] «əş-Şafi¿ adlı kitabında qeyd edir ki, Əlidən (r.a.): «Vəsiyyət etmirsən?¿ - deyə soruşduqda, o demişdir: «Pey­ğəm­bər (s.a.s.) kimi vəsiyyət edirəm, lakin, Allah insanlar üçün õeyir istəsə, Peyğəmbərdən (s.a.s.) sonra səhabələri õeyir üzərində cəm etdiyi kimi[37], onları da õeyir üzərində cəm edər¿.[38]

18) Kuleyni istinadla Cəfər əs-Sadiqdən rəvayət edir ki, bir qadın gəlib ondan: «Mən Əbu Bəkr və Ömərin õəlifəliyini qəbul edib, onları sevə bilərəmmi?¿ - deyə soruşduqda, o demişdir: «Bəli, qəbul edə bilər­sən¿. Qadın: «Mən Rəbbimin hüzurunda olduğum zaman "Bunu sən mənə əmr etdin" - deyə Ona õəbər verə bilərəmmi?!¿ - deyə soruşduqda, Cəfər ona: "Bəli" - deyə cavab verdi[39].

19) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir¿.[40]

20) ət-Tabrisi əl-Baqirdən rəvayət edir ki, o demişdir: «Mən Əbu Bəkr (r.a.) və Ömərin (r.a.) fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu Bəkr (r.a.) Ömərdən (r.a.) əfzəldir¿.[41]

21) əl-Murtəza rəvayət edir ki, Cəfər bin Məhəmməd peyğəmbərin (s.a.s.) qəbrini ziyarət edərkən (onun yanında dəfn olunmuş) Əbu Bəkr (r.a.) və Ömərə (r.a.) də salam verərdi.[42]

22) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. Içinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti õatırla­yan­da köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorõusundan, sa­vab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaõaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər¿.[43]

23) Əlinin (r.a.) Əbu-Bəkrə (r.a.) qarşı olan hörmət və sevgisinə (Əbu-Bəkr (r.a.) õəlifə olduqdan sonra) Leyla bin Məsudan (Əlinin (r.a.) üçüncü arvadından) olan oğluna Əbu-Bəkr adını verməyi də də­la­lət edir. (baõ s.30)

 

 

 






Növbəti ->