"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
Zamanı yaxınlaşan hər bir önəmli və mühüm işə xüsusi hazırlıq görülür. Hazırlıq, planlaşdırma və həmin iş haqqında düşüncələr nə qədər çox və dərindirsə, bu, o işin nə qədər əhəmiyyətli olduğunu göstərir. Mühüm bir səfərə hazırlaşan şəxs günlər öncədən getdiyi yer haqqında, görüşəcəyi şəxslər haqqında, oranın vəziyyəti, atmosferi, havası və sairə barədə bacardıqca çox məlumat toplayır. Günlər, bəlkə də həftələrlə gedib gələcəyi müddəti və işlərini planlaşdırır. Hətta vaxtının dəyərli keçməsi və hədərə getməməsi üçün hər bir iş üçün vaxt ayırır və qeydlər aparır. Qarşıdan səbirsizliklə gözlənilən və hər il təm-təraqla keçirilən bir bayram gələrkən, necə hazırlıqlar görülür?!
İnsanoğlu bilgini sadəcə Allahdan almalı, Ondan aldığı bilgiyə güvənməlidir. Çünki insanın ilk yaradılışından etibarən Allah onu bilgisiz buraxmamış, əşyanın həqiqətindən tutmuş düşmənin xislətinə qədər, yemək və geyinmək əxlaqından tutmuş baxmaq və danışmaq ədəbinə qədər, evlilikdən boşanmaya, mehirdən mirasa qədər, xülasə insana lazım olan hər şey haqqında bilgi Allah tərəfindən verilmiş və bu bilgini əldə etməyin üsulu və yolu da öyrədilmişdir: Yaradan Rəbbinin adı ilə oxu, çünki insanı yaradan Odur, biliyin qaynağı da Ondadır. O sadəcə yaratmamış, həm də yaradılış məqsədini də açıqlayaraq sənə kimsədən öyrənə bilməyəcəyin ən böyük elmi vermişdir.

İlk nazil olan 20 surədə Allah ismi 27 dəfə keçir, Rəbb ismi 46 dəfə. Bu da Məkkəli inkarçıların Allahın uluhiyyətini deyil, rububiyyətini qəbul etmədiklərinin dəlilidir. Onlar Allahı göydə İlah olduğunu qəbul edirdilər, amma yerdə Rəbb olmağını və həyatlarına hər an müdaxilə etdiyini rədd edirdilər. Quran da onların bu düşüncələrini rədd etdi: “Göydə də ilah olan yerdə də ilah olan yalnızca Odur”
Cahiliyyə ərəb mədəniyyətində “əxlaq” kəlməsi əvəzinə istifadə olunuan ifadə muruət (muruvvət) idi. Muruət, igidliyin kamil halıdır. “İnsan, kişi” mənasına gələn “mər” kökündən gəlir ki, “qadın” əvəzinə ərəbcədə istifadə olunan mərə “dişi insan” deməkdir. Bu mənası ilə muruət, insanın şəxsiyyətinin kamalına dəlalət edər.
İqtisadiyyat, modern dünyada bir mübadilə vasitəsi olduğu kimi, həm də bir savaş vasitəsidir. Savaşların nüvə ya da adi silahlarla deyil, iqtisadiyyat silahı ilə həyata keçirildiyi bir dövrdə yaşayırıq. Silahların devirə bilmədiyi rejimləri iqtisadi sanksiyalar devirir, xalqlar hökumətlərin, hökumətlər isə iqtisadiyyat qiqantlarının xidmətçisinə çevrilirlər. Buna görə də Müsəlman, xərclədiyi hər qəpiyin hara getdiyini yaxşı bilməli, bir gülləyə çevrilib ona tərəf geri dönməyəcəyindən əmin olmaq məcburiyyətindədir. Mal və satıcı seçimi edərkən mütləq inancını nəzərə alacaq, inancına düşmən olanların istehsal etdikləri malları məcbur qalmadıqca almamağa səy göstərəcək, öz qapısına qol vurmayacaq.
Rəsulullah hələ Məkkə dönəmində İslamı təbliğ edincə Məkkəlilərə və Məkkəyə gələn əcnəbilərə “Lə ilahə illallah deyin, İran və Bizans sizin olacaqdır” deyirdi. O, bunu gerçəkləşdirmək, yəni insanları istismar edən iki super gücün qarşısına çıxaraq İslamın qanunlarını hakim qılaraq son vermək istəyirdi. Ölüm döşəyində ikən etdiyi vəsiyyətlər içində Usamənin ordusunun cihada çıxması əmri də var idi. Onun əmrinə görə Hz. Əbu Bəkir İslami fəthi davam etdirmiş, dünyasını dəyişmədən öncə isə İslam ordusu Şam və İraq sərhədlərinə yaxınlaşmışdı.
Hər sevginin ən xoşbəxt sonluğu vüsaldı. Hər vüsal bir sevgi bayramıdı. Sevənlərin bayramı bir anlıq, bir günlük, bir fəsillik ola bilməz. Sevgi əbədi sürən Cənnət ləzzətidir. Sevginin görüş yeri Nəim Cənnəti, görüş vaxtı Qiyamət günü, qovuşmağın müjdəsi isə Salamdır.
“Ey insan! Allahdan heç bir şeyi gizləyə bilməzsən! Yer üzünü param-parça edib altını üstünə çevirən Allahı aldada bilməzsən! Yer üzünü danışdırıb ona həqiqəti söylədən Allahın gücünü düşün! Əgər bunu düşünsən anlayarsan ki: “Kim zərrə qədər yaxşılıq edərsə onu görəcəkdir. Kim də zərrə qədər pislik eləsə onu görəcək.”
Kainatda nə varsa suda yaşadı öncə, Üstümüzdən su keçər doğulunca, ölüncə ...
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.