Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!
[Bəqərə, 190]
Allah üçün iki damla və iki izdən daha sevimli heç nə yoxdur:
iki damla: Allah qorxusundan axan göz yaşı və Allah yolunda axıdılan qan.. iki iz: Allah yolunda vuruşarkən alınan yara izi və Allahın buyurduğu vacibatlardan birini ödəyərkən yaranan iz.
[ət-Tirmizi, 1669]
İmanınız uğrunda ödədiyiniz hər bədəl; bu dünyada şəxsiyyət, axirtdə cənnət olaraq sizə geri dönəcək.
Bolluqda da verin, darlıqda da. Hətta, işini bilənlər, daha çox möhtac olduqları zaman infaq edərlər. Vermək üçün zəngin olmağı gözləyənlər deməli heç vaxt verə bilməyəcəklər. Darlıq əsnasında verə bilməyənlər zənginlikdə heç vaxt infaq edə bilməzlər. Həm də, zəkat verməyin malı çoxaltdığına iman edənlər özlərinin ən möhtac olduqları zamanda infaq edərlər. Bilər və inanarlar ki, verdikləri onlara qat-qat geri qaytarılacaqdır.
Bütün fiqh məzhəblərimiz tərəfindən təsdiq olunur ki, Cümə namazı qılan qadınlar o günün günorta namazını qılmalı deyillər. Bu da güman edilənin əksinə olaraq, qadınların Cümə namazından azad olmadığını göstərir. Çünki əgər azad olsaydılar, qadınlar üçün Cümə namazı nafilə, gönorta namazı da vacib olardı. Nafilə olan Cümə namazını qılmaqla fərz olan günorta namazı yerinə yetirilmiş ola bilməzdi.
Kimin iman edib, etməyəcəyini bilən yalnız və yalnız Allahdır. Ona görə peyğəmbərlərin və onların ardınca gələn saleh əməl sahiblərinin vəzifəsi xatırlatmaq və təmizləməkdir. Allah birini seçib ona Peyğəmbərlik verirsə onun öz başına bu vəzifəni tərk etmək şansı yoxdur.
Qiyamət kəlməsi "ayağa qalxmaq" deməkdir. Dilimizdə istifadə olunan “qiyam” kəlməsinin başqa bir deyilişi... Quranda "yəvmu'l-qıyamə" ayağa qalxmaq/qiyam günü/baş qaldırmaq/qiyam kəlməsinə çox tez-tez rast gəlirik. Elə isə nə üçün "qiyamət" deyilincə yalnız məzarlarda yatan ölülərin dirilişi ağlımıza gəlir? "Axirət" deyilincə nə üçün məzardan sonrakı həyatı düşünürük? "Cənnət" və "cəhənnəm" deyilincə nə üçün yalnız o biri dünya yada düşür? Quranın "ölü" dediyi kimdir? Hansı ölülər "qıyam" edəcək?
Şirkin birinci növü “Allaha şərik qoşmaq” olan böyük şirkdir. Bu, küfrün ən böyüyüdür. Allah, Ona şərik qoşanı bağışlamayacaq. Quranda haqqında ən çox danışılan, xüsusi ilə də möminlərin ondan uzaq durması istənilən inanc pozuqluğu budur. Şirkin ikinci növü isə “Bəzi işlərdə Allahdan başqasının yardımını qəbul etmək” mənasına gələn “kiçik şirk”dir. Riya və nifaq buna misaldır.
Qələm söz ilə yazı arasındakı elçidir. Söz isə Allah adına oxunanda və yazılanda dəyərli olur. Sözə dəyər qatan onun da, bizim də Rəbbimiz olan Allahdır. Çünki söz insandan öncə yaradıldı. Allah “Ol!” dedi hər şey olmağa başladı. Bu fövqəladə hadisəni isə insanlığa “qələm” danışdı. Sözü sahibindən alıb ünvanına çatdıran qələm.
Dua lüğət anlamı ilə istəmək, çağırmaq, yalvarmaq kimi mənalar ifadə edər. Açıqlaması isə insanın zəif və ehtiyaclı olduğunu dərk edib hər şeyə gücü çatan Allah Təalaya yalvarması, halını ərz etməsi, istəklərini bildirməsidir.
Saleh əməl iman iddiasının praktiki fəaliyyət sahələrinə və ya cəmiyyətin yaralarına məlhəm olmasına çevrilməkdədir; bir sözlə mömin olmaq iddiasının isbatlanmasıdır. Bu isbat əgər sadəcə fərdin Allaha yönəlik davranışı və bir əmrin yerinə yetirilməsidirsə buna “ibadət” və ya “hasənat” deyilir. Cəmiyyətə yönəlik bir pozulmanın düzəldilməsi və ya islahıdırsa o zaman bu davranış “saleh əməl” adını alır. Saleh əməl, bütün xeyirli işlərin ortaq adı olaraq da anıla bilər.
Bu sürətlə dəyişən modern əsrdə insan cövhərini necə qorusun, qəlbinin nizam-intizamını necə qursun, həyatını dürüstlük uğrunda necə nizamlasın? Bunun üçün bir dəyişmə və hərəkətə keçmə nöqtəsi olmalıdır. O nöqtəni təyin etdiksə, zamanını da müəyyənləşdirmək lazımdır. Zamanını isə gecikdirmək olmaz. Uzatdıqsa, hər an peşman ola bilərik.
Ali İmran surəsinin bu ayəsi ilə iman edənlərə özəl bir xəbərdarlıq olunur. 100-cü ayə və ondan sonra gələn ayələr iman edənlərin kimlərlə dostluq, kimlərlə qardaşlıq etməli olduğunu müəyyənləşdirir. Ümumiyyətlə Ali-imran surəsinin iman edənlərə xitabları daha çox dost seçimi ilə bağlıdır.