"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
Ramazanın son on günündə gecə və gündüz bir məsciddə qalaraq ibadət etməyə itiqaf deyilir. Bu kəlməyə lüğətlərdə həbs etmək, bir yerə yerləşmək, oraya bağlanıb qalmaq mənaları verilir. Bir fiqh termini kimi isə ibadət məqsədi ilə bir məsciddə müəyyən qaydalara riayət edib qalmağı ifadə edir. Yəni Ramazan ayında itiqafa çəkilmək sünnətdir.
Son vəhy, Məkkədə, Hira dağında bir Ramazan gecəsi nazil olmağa başlamışdı. Biz möminlər vəhyin doğum ayı olduğu üçün Ramazanı “ayların sultanı” hesab etmişik. Çünki o, “sözlərin sultanı” olan vəhyin insanoğlunun qaralan üfüqünü aydınladan aydır. O halda Ramazan əslində Quran ayıdır və bu ay bütün müqəddəsliyini vəhydən alır. Ona görə də Ramazan, Quranla bütünləşmə ayı olmalıdır. Quran sadəcə əlimizdə və dilimizdə deyil, ürəyimizdə, ağlımızda, hər şeydən də əvvəl həyatımızda olmalıdır.

İbadətlər qulun Allaha ismarladığı məktublara bənzəyər. İbadətlərlə qeyri-ciddi münasibət quran, onların ruhuna nüfuz etməyən və ibadətin öz ruhuna nüfuz etməsini təmin etməyən, sanki Allaha içi boş olan bir zərf göndərir. Əlbəttə, bu da bir şeydir və heç yoxdan yaxşıdır. Amma eyni zamanda da qeyri ciddiliyin əlamətidir. Yaxşılıq etdiyiniz birindən məktub aldığınızı düşünün; zərfin içi boş çıxsa nə fikirləşərsiniz?
Mənəvi və əxlaqi olaraq hər cür şəhvətin, acgözlüyün, ehtirasın, əsəbin, öfkənin, qızğınlığnının sakitləşib yerini sərinlədən yağışa buraxmasını təmsil edir. Əgər bunlara qarşı özümüzü tuta bilsək arxasından vicdanımızı rahatladan, ruhumuzu sakitləşdirən yağış gələcək. Günaha qarşı özünü tutan insanın mükafatı yağışın sərinliyidir. Çünki günah mömin qəlbə sıxıntı verir. Səbr çətindir. lakin meyvəsi dadlıdır.
“Ramazanınız mübarək olsun” deyəcəyəm amma Ramazan zatən mübarəkdir. “Xoş gəldin ey Ramazan ayı” deyəcəyəm amma Ramazan həmişə xoş gəlir. İnsanın borcu da Ramazanın bərəkətindən maksimum istifadə etməkdir. Onu xoş qarşılamaq, onu xoş etmək və xoş yola salmaqdır.
Oruc tutmaq, məhz buna görə özünü tutmaqdır. İnsan nə ziyan əməl işləyirsə özünü tuta bilmədiyi üçün işləyir. Tuta bilmədiyi dilinin cəzasını, tuta bilmədiyi əlinin cəzasını, tuta bilmədiyi nəfsinin cəzasını, tuta bilmədiyi instinktlərinin cəzasını, tuta bilmədiyi hirsinin cəzasını çəkməkdədir. Özünü tutmaq, özünün tərəfində olmaqdır. Məlumdur ki, özünü tutanı Allah da tutar. Özünü tutmayanı, Allah niyə tutsun ki?
Namazı biz qıldıq, amma o bizi müsəlman qılmadı. Niyə? Çünki bizi dəyişmədi, təmizləmədi. Namazımız ritualdan irəli getmədi ki, bizi meraca yüksəltsin. Biz onu yüksəldə bilmədik ki, o da bizi qanadlarına alıb Allaha aparsın. Göyün yeddi qatına qaldırıb, yerin dərdini unutdursun.
Mömin qəlblər, Allaha inanan qəlblər üçün Quran şəfa və mərhəmətdir. O qəlblərə məlhəmdir. Onu rəhbər tutaraq mömin qəlblər yollarını işıqlandırar və azmazlar. Amma qəlbində Allaha iman olmayan, axirəti qəbul etməyən, məsuliyyət hissindən qaçan, əməllərinin qarşılığında hesab verəcəyini dərk etmək istəməyən insanlar Qurandan faydalana bilmirlər. Allaha səmimi qəlbdən üz tutmaq niyyətləri olmadığı üçün, Qurandan bir-iki cümlə oxuyan kimi əsəbləşir, hövsələsizləşirlər. Aciz olduqlarını qəbul edə bilməyib, Qurandan səhvlər və əskikliklər axtarmağa çalışırlar.
"Kəbəni görmək üçün həccə gedənlər Kəbəni görüb geri qayıdarlar..."
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.