(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
[Əl-Bəqərə, 184]
Ramazan və Qurban bayramının gecələrini haqqı ilə keçirən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz.
Aləmlərin Rəbbinə həmd olsun. Pak və nöqsansız və Vəhhab olaraq bəxşişlər verən Allahımız On bir ayın Sultanı kimi dəyərləndirilən, nemətlər içində ən şərəfli nemət olan Ramazan kimi bir hədiyyə bəxş etmiş Onu sevən qullarına. Bizlər də Şərəfli Ramazanımızda Aydınlığa doğru yol tutaraq aydınlıq dünyaya səyahətə başladıq.
Gedirsən... Bu fani dünyada nə əbədidir ki, səndən də ömür boyu bizimlə qalmanı istəyək. Nə vaxtsa bitəcək bütün nemətlər kimi sən də bitib gedirsən, ey RAMAZAN! Nə həddimizə sənə dur, getmə - deyək… Hələ səndən doymadıq, doya-doya ibadətlərimizi, tövbələrimizi, dualarımızı sığdıra bilmədik sənə, bir az da qal - deyək. Həddimizmi var?
Allahdan bağışlanma istəyirəm, Ondan əfv diləyirəm, etdiyim hər bir günaha, tərk etdiyim hər bir fərzə, zülm etdiyim hər bir insana, etmədiyim hər bir xeyir əmələ, yaxınlıq etdiyim hər bir zalıma, ləngitdiyim hər bir saleh bəndəyə...
Kainatı kəşf edən, özünü dərk etməyə can atan Adəm övladı Yaradana yönəlmiş olacaq. Uca Xaliq yaratdıqlarını dünya adlanan imtahanlar aləmində başıboş buraxmamışdır. Daim qullarını haqqa çağıran mesajlar göndərmişdir. İnsanların özlərindən olan elçilər Allahın kəlamları, möcüzələri ilə Adəm övladlarını nura dəvət etmişlər.
“Cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi! ” Onlardan əvvəl gələnlər də buna bənzər sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir.Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi açıqcasına göstərdik ” ( Bəqərə, 118)
İnsanın axtardığı İslam, İslamın axtardığı isə İnsandır. Bu iki sevgilinin görüşməsilə İman ortaya çıxar. İnsanın İslamı yaşamasılə əməl, bilməsilə elm, görməsilə ehsan, tanımasilə irfan, duyaraq yaşamasilə təqva ortaya çıxar.
Ömrünüz Ramazan, Axirətiniz bayram olsun! Amin. Azerislam.com