|
||||||||||||
Müsəlmanın ehtiyatlı olması.Əs-səlamu aleykum və rahmətullahi və bərəkətuhu! Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir. « Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsülman olaraq can verin» (Al-i İmran, 102) « Ey insanlar! Sizi tək bir nəfisdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadındlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah üzərinizdə nəzarətçidir» ( Nisa, 1) « Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, Allah işlərinizi düzəltsin və günahlarınızı bağışlasın. Kim Allaha və Rasuluna itaət edərsə o böyük bir səadətə nail olar» ( Əhzab, 70-71). Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir. Möhtərəm müsəlmanlar ən birinci təkvalı olmağınıza çağırırıam. Allah və Rasulu (s.ə.s) bizə çox şeydən çəkinməyi əmr edib. Bunlar ancaq haramlar deyil. Qeyd olunmayıb haramdır, amma gərək çəkinəsən, qorxasan özünü və başqalarını da qoruyasan. Özünü və başqasını bunlardan qorumaq müsəlmanın sifətlərindəndir. Gəlin görək ümumiyyətlə müsəlman haramdan başqa nədən çəkinməlidir. Alllah Sübhəna və Təalə buyurur ki: « Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz O sizi diriltdi. O sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra qiyamətdə Ona tərəf qaytarılacaqsınız» (Al-i İmran, 28). Bu ayədə Allah Təalə bizi öz əzabı ilə qorxudur. Və bununla bizi günahdan çəkindirir. Başqa ayədə: «… Əgər sizə bir şey verməsələr ondan qaçın» ( Maidə, 41). Quranda qaçmaq çəkinmək mənasında işlənib. Allah Təalə bu ayədə buyurur ki, bir şey sizə xeyir verməsə ondan çəkinin. Yəni həmin əməldən və ya təhlükədən qaçın. Allah Sübhəna və Təalə buyurur ki: « Münafiqlərin gizlətddiyi hər bir şey zühur edəcək» (Maidə,64). Yəni insanların bütün əmlləri üzə çıxarılacaq. Quranda qorunmaq özünü təhlükəyə hazırlamaq mənasında da işlənib: « Ey iman gətirənlər ehtiyatı əldən verməyin» (Nisa,71). Yəni Allah Təalə burada buyurur ki, ehtiyatı əldən verməyin. Qabaqdan gələnlərdən ehtiyatlı olun. Həmçinin Allah Sübhəna və Təalə özümüzü əhli-kitabdan qorumağı, onlara arxayın olmamağı, onları dost etməməyi, onlara inanmamağı və onlarla həmişə ehtiyatlı davranmağı əmr edir: « O halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istəyinə uyma. Allahın sənə nazil etdiyi ( hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar ( bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğurdan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir»! Bu ayədə Allah Təalə əhli-kitabdan çəkinməyi, qorunmağı, ehtiyatlı olmağı buyurur. Onlar nazil olanları dəyişirdilər. Sərf edən ayələri qəbul edirlər, sərf etməyənləri isə qəbul etmirlər. Həmçinin Allah Sübhənə və Təalə ailədən qorunmağı da əmr edir: « Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, ( təqsirlərinizdən) keçsəniz və bağışlasanız (bilin ki) Allah günahları çox bağışlayan və rəhm edəndir!» (Təğabun,14). Bu o demək deyil ki, onlarla düşmən mövqeyi tutun. Yəni, onlar din və dünya işlərində sizin əleyhinizə çıxıb, sizi ibadətdən, yaxşı əməllərdən yayındırmasınlar. Başqa ayədə Allah təalə müsəlmanları Allahın əmirlərinə müxalif olmaqdan qorunmağı əmr edir: « Qorunun Allaha müxalif olmaqdan qorunun!» ( Nur,91). Qurandan sonra bu cür məsələləri bizə həmçinin Allah rasulu (s.ə.s) gözəl surətdə şərh edib. Əbu Hureyrə (r.a) rəvəyət edir ki, Peyğəmbər (s.ə.s) dedi: « Şeytan sizə qarşı çox həssasdır və ondan qorunun» (Səhih hədis, Tirmizi , Əbu Davud). Burda Peyğəmbər (s.ə.s) bizə şeytandan xəbər verir və ondan qorunmağı buyurur. Həssas, yəni sənin fikrini, istəyini, zəif yerlərini bilə bilər. Ona görə özünü qoru ki, ona tabe olub günaha düşməyəsən. Başqa hədisdə Əbu Uməmən Bəhli (r.a) rəvayət edir ki, « Peygəmbərin (s.ə.s) xütbələrinin çox mövzusu dəccaldan idi». Xütbələrində ən çox dəccaldan danışardı. Həmçinin Rasulullah (s.ə.s) buyurub ki: « Qiyamətin əlamətlərindən biri də xütbələrdə dəccaldan danşılmamasıdır». Və qeyd edərdi ki, ən böyük fitnə dəccalın fitnəsidir. Onun kimi fitnə olmayıb. Sonra qeyd edərdi ki, hər peyğəmbər dəccaldan qorunmağı əmr edib. Və Rasulullah (s.ə.s) davam edib: « Mən sonuncu peyğəmbərəm və dəccal mənim ümmətimin vaxtında çıxacaq. Əgər o mənim vaxtımda çıxsa mən sizə kömək edəcəm, əgər məndən sonra çıxsa onda hər kəs özünü qorusun». Ona görə nə qədər bacarırsız özünüzü qoruyun. « Ey Allahın qulları! Sabit olun, ona inanmayın ». Sonra buyurur ki: « Mən sizə onu vəsf edim, məndən qabaq olanlar onu vəsf etməyib». Və buyurur: « O ən birinci peyğəmbərlik iddia edəcək, lakin ona inanmayın, çünkü mən son peyğəmbərəm. Sonra bir müddət keçəndən sonra deyəcək ki, mən sizin rəbbinizəm. Lakin siz ölməyincə Rəbbinizi görməzsiz ». Yəni Allah Sübhanə və Təalə buyurur ki, möminlər Allahı qiyamətdə və cənnətdə görəcəklər. İnşallah… Allah Təalə bizi Onun cəlalına tamaşa edənlərdən etsin. Amin!… Sonra Peyğəmbər (s.ə.s) buyurur ki, « Onun bir gözü yoxdur, lakin Rəbbiniz bir gözlü deyil. Onun iki gözünün arasında «kafir» sözü yazılıb və hər bir mömin onu oxuya biləcək». Sonra Rasulullah davam edir: « Ən böyük fitnəsi də cənnət ilə, cəhənnəmi olacaq. Lakin cəhənnəmi cənnət olacaq, cənnəti isə cəhənnəm. Əgər kimi cəhənnəmi ilə imtahana çəksə qorxmasın. Kəhf surəsinin əvvəl ayələrini oxusa, od onun üçün soyuq olacaq». Sonra Dəccalın ən böyük fitnələrindən biri də ərabiyə (avam) ilə söhbəti olacaq. Dəccal deyəcək: « Əgər sənin atan ilə ananı diriltsəm və onlar məni rəbb kimi tanısalar, sən mənə iman gətirərsən?» Ərabiyə deyəcək: « Bəli, belə etsən inanaram» Və iki şeytan insan cildində gəlib: « Ey oğlum, o sənin rəbbindir, ona tabe ol!». Sonra Peyğəmbər (s.ə.s) davam edir: « Dəccal birini onu qəbul etmədiyi üçün bölüb öldürəcək və deyəcək ki, mən indi bunu dirildəcəm, lakin o məni qəbul etməyəcək». Sonra Allah Təalə onun ruhunu qaytaracaq və o insan deyəcək: « Sən kafirsən, sən mənim rəbbim deyilsən, mənim rəbbim Allahdır, sən Allahın düşməni dəccalsan». Sonra Peyğəmbər (s.ə.s) davam edir: « Həmin kişi cənnətdə yüksək məqamların birindədir». Əbu Səid rahmətullah deyir ki, əgər Dəccal Peyğəmbərin (s.ə.s) vaxtında çıxsa idi həmin insan (dəccalı qəbul etməyən) Ömər ibnul Xattab (r.a) olardı. Ümumiyətlə belə məsələlərə fikir vermək lazımdır. Ona görə müsəlman qorunmalı, çəkinməlidir. Hətta dəccala oxşayanlardan da çəkinməliyik. Məsələn baxıcılar, sehrbazlar və s. Onlar hamsı balaca dəccallar, yəni yalançılardır. Gərək insan özünü belə insanların yanına getməkdən qorusun. İndi də ola bilər ki, şeytan yuxuda və başqa yerlərdə gəlsin. Lakin yuxu ilə əhkam qurmaq, hökm çıxardıb dünyada tətbiq etmək olmaz. Kimin imanı zəifdir, kim ki, taxtadan, əskidən və sairədən kömək istəyir, onlar bu fitnənin qarşısında tez diz çökəcəklər. Başqa rəvayətdə Aişə (r.a) rəvayət edir ki: « Peyğəmbər (s.ə.s) Ali İmran surəsinin 7-ci ayəsini « Sənə Qurunı nazil edən Odur. Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm (mənası aydın, hökmü bəlli), digər qissmi isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: « Biz onlara inandıq, onların hamısı Rəbbimizin qatındandır». – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.» oxuyur. Aişə (r.a) soruşanda ki, onlar kimlərdir? Peyğəmbər (s.ə.s) «o fitnəkarlardan qorun» deyir. Başqa rəvayətdə Amr ibn Səd ibn Əbu Vakkas (r.a) rəvayət edir ki, Rasulullah (s.ə.s) buyurub: « Din qüvvədə izzətli olacaq, ta qiyamət qopanacan» . Başqa rəvayətdə: « On iki xəlifə olacaq. Din oların vaxtında qüvvətli olacaq». Bu xəlifələrin dördü Əbu Bakr, Ömər, Osman, Əlidir. Lakin qalanları barədə alimlər ixtilaf ediblər. Sonra davam edir: « Bir dəstə müsəlman ağ evi alacaq». Davam edir: « Allah Sübhənə və Təalə buyurub ki: « Əgər Allah Təalə sizə xeyir versə, ən birinci özünüzdən və əhli-beytinizdən (ev əhlinizdən) başlayın». Ona görə müsəlmana xeyir gələndə birinci özünə və əhli-beytinə, sonra isə başqalarına sərf etməlidir. Əhli-beyt deyəndə qadınlar, övladlar və s. nəzərdə tutulur. Peyğəmbər (s.ə.s) həmin hədisin davamında deyir ki: « Mən sizi qiyamətdə Hovuzun kənarında gözləyəcəm». Bundan başqa Allah və Rəsulu (s.ə.s) bizə şirkdən, bidətdən, qəbirlər üstündə məscid tikməkdən qorunmağı əmr edib. Ümmumiyyətlə insanın bir səhv söz deməsi, onun cəhənnəmə düşməsinə səbəb ola bilər. Ona görə müsəlman özünü Allah və Rəsulunun (s.ə.s) bizə qadağan etdiyi şeylərdən qorumalı, pis əməllərdən isə çəkinməlidir. Qorunma insanı həm bu dünyada, həm də axirətdə salamat edir. Allah Sübhənə və Təalə bizi ehtyatlı müsəlmanlardan etsin. Amin! Allah Sübhənə və Təalə əziyyət çəkən müsəlmanlara kömək olsun. Amin! Allah Sübhəna və Təalə kimin xəstəsi var ona şəfa versin. Amin!… Bu xütbə Cümə günü Bakı şəhəri cümə məscidində (Əbu Bəkr) verilmiş xütbələrdən biridir. Xütbənin müəllifi bu məscidin imamı Qamət Süleymandır. |