... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ
QUR'AN
HƏDİS
NAMAZ
RAMAZAN
ZİKRLƏR
QADINLAR ÜÇÜN
SƏHABƏLƏR
KİTABXANA
MƏQALƏLƏR
MİNBƏR
SUAL - CAVAB
FOTO QALEREYA
BANERLƏR
QONAQ KİTABI
FORUM

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika

Dost saytlar

Iravan.com

Put k Koranu. Sayt Kuliyeva Elmira


Yeniliklər
  • QADINLAR ÜÇÜN
  • 13 Dekabr 2004
    İSLAMDA HİCAB
    Hicabsız gəzmək gözəl qadınlar üçün də, məqbul deyil. Hər şeydən öncə həmin qadın öz keyfiyyətlərini adiləşdirir və son nəticədə tamamilə diqqətdən kənarda qalır. Digər bir tərəfdən də həmin qadınlar bir çoxlarının həsədinə, paxıllığına, nəzərinə səbəb olur, nəticədə də onlara göz dəyir və bu gözdəymə nəticəsində hər cür bəlalara düçar olurlar. Bundan başqa onların gözəlliyinə həsəd aparan digər paxıl qadınlar bu gözəlliyinə xələl gətirmək üçün hər cür şər əməllərə (cadu və s.) əl atırlar.
    daha ətraflı | Oxunulub (8)

    13 Dekabr 2004
    BACILARA MÜRACİƏT
    بسم الله الرحمن الرحيم

    Əziz müsəlman bacılar, Allahın salamı və xeyir-duası üzərinizə olsun!

    Xoşbəxt o kəsdir kı, Allah tərəfindən qiyamət gününədək qəbul edilən yeganə din olan İslama qovuşub. Lakin İslamı qəbul etmək, ona qovuşmaq hələ yolun başlanğıcıdır. Əsas odur ki, dinimizin qaydalarına – şəriət qanunlarına əməl etməyə calışaq. Təbii ki, başqa dinlərdə olduğu kimi İslam dininə də qara yaxanlar, bu bəşəri və əzəli dini ürpərdici xürafata çevirməyə çalışanlar olub. Müqəddəs kitabımız Qurani-Kərimə Allahın izni ilə toxuna bilməsələr də, İslami qayda-qanunların bəzilərini çox təəssüf ki, təhrif etməyi bacarıblar. Elə buna görə də müasir gənclərimizin bir hissəsi başqa dinlərə meyl edərək İslamdan üz döndəriblər. Lakin Allaha şükrlər olsun ki,eyni zamanda dinimizə qayıdıb, onu həyatlarında tətbiq edən elmli gənclərimiz də az deyil. Onların arasında gənc qız və qadınlarımız xüsusi yer tutur. İslam dininin bütün sahələrində, eləcə də qadınlarla əlaqəli bir sıra məsələlərdə qarşımıza suallar və problemlər çıxır. Məhz bu sahədə biz Böyük Yaradanın izni ilə sizə yardımçı olmağı arzulayırıq. Sizi maraglandıran suallar, üzləşdiyiniz çətinliklərlə bağlı bizə müraciət edə bilərsiniz. Biz də öz növbəmizdə sizə qaranlıq qalan məsələlərə bacardığımız gədər aydınlıq gətirməyə çalışarıq, inşallah.
    Allah imanımıza kamillik, qəlbimizə nur, ruhumuza dinclik bəxş etsın!
    Allah rizası üçün sizin müraciət və təkliflərinizi gözləyirik.


    Səhifənin redaktoru: Muslima
    |

    © Azerislam.com - Mustəqil Islam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir.
    Materiallardan istifadə etdikdə istinad vacibdir.e-mail: mail@azerislam.com   ICQ #99931111
    MSN: azerislam@hotmail.com - YAHOO: azerislam@yahoo.com