Sad b. Əbi Vəqqas
Sad b. Əbi Vəqqas b.Üheyb əz-Zührinin künyəsi Əbu İshaqdır.
Aşərəi mübəşşərədən (cənnətlə müjdələnmiş on səhabə) olub Allah yolunda ilk oxu atan odur. Islama ilk girənlərin dördüncüsüdür. On yeddi yaşinda ikən Hz. Əbu Bəkrin dəlaləti ilə müsəlman olmuşdur.
Hz.Peygəmbər (s.a.s) ilə birlikdə bütün döyüşlərdə iştirak etmişdir. Bütün bu döyüşlərdə "farisul-İslam, yəni İslam süvarisi" idi. Rəsuli Əkrəm (s.a.s) ın anası Hz. Əminənin mənsub olduğu Bənü Zuhrə oğullarındandır. Bu səbəni Rəsuli Əkrəm (s.a.s) göstərərək: "Bu mənim dayımdır, kimin belə dayısı vardır." - deyib.
Hz.Ömər, İranlılar üzərinə göndərdiyi orduya onu baş komandan olaraq təyin etdi. İranlıları hicrətin 15-ci ilində Qadisiyədə, 16-cı ilində Cəlulada məğlubiyyətə uğratdı. Mədaini fəth etdi. 17-ci ildə Kufə şəhərini qurdu. Hz. Ömər və Osman dövründə İrak valisi idi. Hz.Ömərin xəlifə seçimi üçün təyin etdiyi altı kişidən biridir. Hz.Osmanın şəhadəti ilə ortaya çıxan böyük fitnəyə qarışmadı. Əkik şəhərində 55-ci ildə vəfat edənə qədər çölə çıxmadi. Baki'ada dəfn edildi. Aşərəi mübəşşərədən ən son vəfat edən odur.
Hədislərini rəvayət etdiyi səhabələr: Abdullah b. Abbas, Abdullah b. Ömər, Havlə binti Hakimdir. Ondan rəvayət edənlər isə: Mücahid, Alkamə b. Kays və əs-Saib b.Yəziddir.
Ondan 270 hədis rəvayət edilmişdir.