İkrimə bin Əbu Cəhl
Məşhur İslam düşməni Əbu Cəhlin oğludur. Əvvəlcə İslamın böyük düşməni idi. Məkkə fəth edildiyi gün öldürülməsi əmr edilən 6 adamdan biri idi. İkrimə o gün Yəmənə qaçmaq üçün gəmiyə mindi. Yolda fırtına qopdu. Gəmi batmaqda ikən o "Xilas olsam Məhəmmədin (s.ə.s) ayaqlarına atılacağam" dedi. Və xilas oldu. Həyat yoldaşı və əmisi qızı olan Ummu Hakim, Məkkənin fəth edildiyi gün iman edib müsəlman olmuş və İkrimə üçünm Peyğəmbər (s.ə.s)-dən əmniyyət almışdı. Yəmən gedərkə ona müjdə verdi: "İnsanların ən üstünü, ən mülayimi olandan sənə əmniyyət gətirdim." Bunu eşidən İkrimə həyat yoldaşı ilə birlikdə Məkkəyə qayıtdı. Peyğəmbər (s.ə.s) onun gəldiyini görüb ayağa qalxdı və onunla qucaqlaşdı. Sonra Peyğəmbər (s.ə.s) oturdu. İkrimə və xanımı da oturdular. Xanımının üzü örtülü idi. Bundan sonra İkrimə Peyğəmbər (s.ə.s) :
"Həyat yoldaşım mənə görə səndən əmniyyət aldı. Ona görə gəldim" -dedi
Peyğəmbər (s.ə.s) ona
"Xanımın doğru deyib. Sən əmniyyətdəsən"
Bunu eşidən İkrimə :
"Ya Rəsulallah! Əvvəllər etdiklərimə peşmanam. Mənə İslamı öyrədərsən?" -deyə soruşdu.
Peyğəmbər (s.ə.s) ona İslamı öyrətdi. İkrimə də şəhadət gətirib müsəlman oldu. Peyğəmbər (s.ə.s) də Uca Allahdan onun üçün bağışlanma dilədi. İkrimə müsəlman olandan sonra Peyğəmbər (s.ə.s) ilə birlikdə Mədinəyə gəldi . Hicrətin 10-cu ilində Peyğəmbər (s.ə.s) tərəfindən Həvazinə zəkat yığan kimi göndərildi. Əbu Bəkr (r.a.) dövründə İkrimə bir ordu ilə Yəmamədə olan və yalançı peyğəmbər kimi şöhrət tapan Müseyləmətül-Kəzzabın üzərinə göndərildi. Bundan sonra Əbu Bəkr (r.a.) onu Mehrə şəhərinə göndərdi. Mehrə xalqının İslamı qəbul etdiyindən sonra Əbu Bəkr (r.a.) onu ordusu ilə birlikdə Yəmənə göndərdi. Yəməndəki bütün mürtədləri aradan qaldırandan sonra Mədinəyə geri döndü. 636-cı ildə Yermuk döyüşünə qoşuldu.
Hüzeyfə (r.a.) rəvayət edir:
"Yərmuk döyüşü idi. Müsəlmanlar ətrafda qaynar qumun üzərində qılın və ox yaralarından can verirdilər. Mən də bu zaman özümü bir təhər toplayım əmim oğlunu axtarmağa başladım. Birdən yaxınlıqda onun səsini eşitdim. Tez ona yaxınlaşdım. Əlimdəki suyu ona göstərib su istətəyib istəməməsini soruşdum. O istədiyini bildirdi. Bu zaman qırağdan İkrimənin səsi gəldi "Allah xatirinə bir damcı su verin" -deyə çağırırdı. Əmim oğlu suyu istəməyib onu İkriməyə aparmağımı istədi. Suyu İkriməyə aparanda başqa tərəfdə İyas (r.a)ın iniltisi gəldi. "Su verin. Bir damcı su!" Bunu eşidən İkrimə sudan imtina edib onu İyasa aparmağımı istədi. Suyu İyasa aparanda artıq onun kəlmeyi-şəhadəti dediyini eşitdimç Tez geri dönüb suyu İkriməyə aparanda nə görsəm yaxşıdır. Artıq o da dünyadan köçmüşdür. Bunu gördükdə suyu əmim oğluna apardım. Onun da dünyadan şəhid olduğunu gördüm. Həyatda çıx hadisə ilə qarşılaşmışdım. Ancaq beləsi ilə qarşılaşmamışldım. Aralarında bir-biri ilə qohumluq əlaqələri olmayan insanların Allah rizası üçün bir-birinə necə can yandırdıqlarını gördüm. Bir birinə qarşı fədakarlıqları mənim əbədi olaraq yaddaşıma həkk olundu."
İkrimə şəhid olanda bədənində 70-dən artıq qılınc və ox yaraları var idi.