Əbu'd-Dərda
Adı Üveymir b. Zeyd b. Kays olmaqla bərabər daha çox Əbu'd-Dərda künyəsi ilə şöhrət tapmışdır. Ənsardan olub Həzrəc oğullarındandır.
Qur'ani Kərimi Rəsulullah (s.a.s) dən öyrənib əzbərlədi. Uhud döyüşündə necə bir igid olduğunu isbat etdi. Bu səbəbə görə Rəsuli Əkrəm(s.a.s): "Üveymir nə yaman bir igiddir" buyurmuşdur. Peygəmbər (s.a.s) onunla Salman Farsini qardaş etmişdir.
Əbu'd-Dərda Hz.Osmanın xilafəti dövründə Şam hakimi olub, Fələstinlilərin də öndə gələn fəqihi idi. Əbu'd-Dərda Hz.Aişədən və Zeyd b.Sabitdən hədis rəvayət etmişdir. Ondan da oglu Bilal və xanimi Ümmüd-Dərda rəvayət etmişlərdir. Rəvayət etdiyi hədislərin sayı 179 a yaxindir. Onun haqqinda Məsruq belə demişdir: Rəsulullah (s.a.s) ın elminin altı şəxsdə olduğunu gördüm: Əbu'd-Dərda bunlardan biridir.
Əbu'd-Dərda Dəmşqdə 32-ci ildə vəfat etmişdir.