Əbu Zər əl-Qıfari

Künyəsi Əbu Zər Cundəb b. Cunadədir. Qıfar qəbiləsindən olan babası Cunadəyə nisbət edilmişdir. Kinanə oğullarındandır. Əbu Zər Rəsuli Əkrəmə (s.a.s) peyğəmbərlik gəlmədən öncə də ibadət ilə məşgul olurdu. Islama girənlərin beşincisidir. Ancaq Xəndək döyüşündən sonra hicərət edə bilmişdir. Allah yolunda Rəsuli Əkrəmə (s.a.s) bey'ət edənlərdəndir.

Əbu Zər (r.a.) ertəsi günə yemək tapmayacaq qədər imkansız idi. Hicri 32-ci ildə orada da vəfat etdi. Cənazə Namazını təsadüfən oradan keçən Abdullah b. Məsud qıldırdı.

Hz.Ömər, Abdullah b. Abbas, Abdullah b. Ömər və digər səhabələrdən hədis rəvayət etmişdir.

Əbu Zərdən hədis rəvayət edənlər isə: əl-Ahnəf b. Kays, Abdurrəhman b.Qanəm, Ata və digərləridir. Əbu Zər 281 hədis rəvayət etmişdir.