Əbu Səid əl-Hudri
Muksirunun yedincisidir. 1170 hədis rəvayət etmişdir. Ondan eşitdikləri hədisləri yazmaq ucun izn istəyənlərə bu cavabı vermişdi: "Xeyr, hədisləri yazmayın, onları Qur'an yerinə qoymayın. Biz necə əzbərləmişiksə, siz də elə əzbərləyin." Adı Sa'd b. Malik b. Sinandır, fəqət daha cox Əbu Səid ləqəbi ilə bilinir. Atası Malik b. Sinan, Uhud döyüşündə şəhid olmuşdur. Nisbəsi Hudridir. Nəsəbi əl-Əbcər diyə bilinən Hudrə b. Avf b. əl-Haris b. əl-Həzrəc ilə birləşir.
Atasi Malik Uhud hərbində onu Rəsulullah (s.a.s) gətirib təqdim edərək doyuşdə iştirak etməsini təklif etdi. O, zaman Əbu Səid hələ on uc yaşinda idi. Atasi onun çox quvvətli olduğunu bildirdi, lakin Rəsuli Əkrəm (s.a.s) ona doyuşdə iştirak etməyi icazə vermədi. Xəndək və daha sonrakı savaşlara qatıldığı kimi, Peyğəmbərlə (s.a.s) birlikdə Bənul Mustəliq doyuşündə də iştirak etmişdir. Iştirak etdiyi müharibələrin sayı on ikidir. Əbu Səid bir cox səhabədən hədis rəvayət etmişdir: Atasi Malik b. Sinan, Əbu Bəkr, Omər, Osman, Əli, Əbu Mus'l-Əş'ari, Zeyd b. Sabit və Abdullah b. Səlamdan.
Ondan rəvayət edənlər isə: Oğlu Əbdürrəhman, xanimi Zeynəb binti Ka'b b. Əcrəd, Abdullah b.Omər, Abdullah b.Abbas, Əbut-Tufeyl, Nafi və İkrimədir.
Oğlu Əbdürrəhmanın əlindən tutaraq Bakia (Mədinə məzarlığına) apardı. Onu məzarlığın uzaq bir yerinə dəfn etməsini vəsiyyət etdikdən sonra dedi: "Oğlum, öldüyüm zaman məni burada dəfn et, uzərimdə cadır tikmə, yanıma atəş gətirmə; uzərimdə qətiyyən ağlama, kimsənin də ağlamasına izn vermə!"
Zahid və abid, alim və amil Əbu Sa'idil-Hudri, hicrətin 74-cu ilində Allahın rəhmətinə qovuşmuşdur.