Cabir b.Abdullah
Muksirunun altincisidir. 1540 hədis rəvayət etmişdir.
Atasi Abdullah b. Amr b. Haram əl-Ənsari əs-Suləmidir. Ənsar oymaqlarından biri olan Sələmə oğullarına mənsubdur. Atası və dayısı ilə birlikdə Rəsulullaha (s.a.s) komək edib dəstəkləmək və dini yaymaq ucun ona beyət edən 70 ənsara qatılaraq ikinci Əqəbədə iştirak etmişdilər. Cabir Peyğəmbər (s.a.s) ın bir çox doyuşlərində iştirak etmişdir. Yalniz Bədr və Uhud hərblərində iştirak etməmişəm, bunu belə izah edir: "Rəsuli Əkrəm (s.a.s) ilə birlikdə on doqquz hərbdə iştirak etdim, yalniz Bədr və Uhudda iştirak etmədim. Bunlara getməm atam mane oldu. Atam şəhid olunca Rəsulullah (s.a.s) ın iştirak etdiyi bütün döyüşlərdə iştirak etdim.
Cabir b. Abdullah Misirə və Şama gəldiyində xalq onu gorduyu yerdə ondan hədis soruşardi. Mədinədə Məscidi-Nəbəvidə hər kəs ondan elm alardı. Mədinədə hicrətin 74-cu ilində vəfat etdi. Cənazə Namazını o zaman Mədinə valisi olan Əban b. Osman qıldırmışdı.