Ammar ibn Yasir
Ləqəbi Əbu-l-Yəkzan idi. Atası Yasir Yəmənli Qəhtani qəbiləsindəndir. İtən qardaşını axtarmaq üçün Mədinəyə gəldi. Əbu Huzeyfə ibn Muğirənin himayəsinə girdi. Sümeyyə adlı cariyə ilə evləndi. Bu evlilikdən Ammar dünyaya gəldi. Ammar 30-cu müsəlman olaraq İslamı qəbul etmişdir. Qısa müüdətsonra atası Yasir və anası Sümeyyə də müsəlman oldular. İslamın ilk günləri çətin günlər idi. İlk günləri müsəlmanlar çox çətinliklə yaşayırdılar. Müşriklər İslama girənləri izləyir, kimsəsiz insanlara isəəziyyət verirdilər. Yasirin ailəsi də bunlardan biri idi. Onların üçünü səhrada qumlara basdırdılar. Üzərlərinə daş, qaya parçaları qoydular. Ancaq imanlarını əllərindən ala bilmədilər. Peyğəmbər (s.ə.s) hər gün Yasirin əiləsinin yanınə gedər, onlara mənəvi ruh və qüvvət verərdi. Bir gün Ammar (r.a) Peyğəmbərə (s.ə.s) "Ya Rəsulullah! İşgəncələr son həddinə çatdı. " - dedi. Peyğəmbər (s.ə.s) "Səbr et ey Əbu-l-Yəkzan! Səbr edin ey Yasir ailəsi! Sizə vəd edilən yer Cənnətdir." Demək olar ki, hər gün müşriklər başda Əbu Cəhl olmaqla onları dəvəyə bağlayıb səhrada sürüyür və başqa işgəncələr verirdilər. Bir gün Ammarın (r.a) valideynləri şəhid oldular. İslamın ilk şəhidləri... bir gün də Ammara (r.a) əziyyət verərkən o əziyyətlərə dözə bilməyib müşriklərin sitayiş etdikləri bütlər olan Lat və Uzzanın lehine sözlər dedi. Müşriklərdən xilas olan kimi Peyğəmbərin (s.ə.s) yanına qaçıb olanları ona (s.ə.s) dedi. Peyğəmbər (s.ə.s) ona : "Bu sözləri dedikdə ürəyin necə idi?" Ammar (r.a) "Ürəyimdə zərrə qədər də olsa Alahın varlığına şübhə etmədim" -deyə cavab verdi. Bunu eşidən Peyğəmbər (s.ə.s) "Ammarı başından ayağına qədər iman sardı. İman sümüklərinə işlədi" -dedi. Və ona Nəhl surəsinin 106-cı ayəsini oxuyaraq müjdə verdi. "
Qəlbi imanla sabit olduğu halda, [küfr sözünü deməyə] məcbur edilən [dil ilə deyib ürəyində onu təsdiq etməyən] şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə, [onu ağır təhlükə gözləyir.] Lakin qəlblə küfrə razı olanlara [qəlbində könüllü surətdə küfrə yol verənlərə] Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!
"
Ammar (r.a) Bədir döyüşündən başlayaraq bütün müharibələrdə iştirak etdi. Böyük qəhrəmanlıqlar göstərdi. Yəmamə döyüşündə qulağı qopuq, sallanmış halda döyüşə davam etdi. Dağılmaqda olan ordunu "Ey müsəlmanlar! Cənnətdənmi qaçırsınız? Mən Ammar ibn Yasirəm. Bu tərəfə gəlin"-deyə səsləyib toplamağa başladı. Ömər (r.a) zamanında Kufəyə vali göndərildi. 93 yaşında şəhid oldu. Cənazə namazını Əli (r.a) qıldırdı. O 62 hədis rəvayət edib.