Abdullah b.Ömər

Əbu Hüreyrədən sonra ən çox hədis rəvayət edən sahabi İbnu Ömərdir, 2630 hədis rəvayət etmişdir.

Abdullah b. Ömər ikinci xəlifə Ömər b. Xəttabın oğludur. Bi'sətdən bir müddət sonra doğulmuşdur. Atası ilə bərabər müsəlman olduğu zaman on yaşında idi. Sonra Mədinəyə atasından öncə hicrət etmişdir. Uhud döyüşündə hələ uşaq idi. Rəsuli Əkrəm (s.a.s) onun uşaq olduguna görə döyüşə buraxmamişdir. Fəqət sonralar bir çox döyüşlərdə iştirak etmişdir. Qadisiyə və Yərmuk döyüşlərində iştirak etmiş, Afrika, Misir və İranın fəthlərinə qatılmışdır. Zühri onun görüşlərinə çox önəm verirdi. Malik və Zühri onun haqqında: "Bəli İbnu Ömər Rəsululllah (s.a.s) və əshabının hərəkətlərinə dair nə varsa hamısını bildirmişdir."-demişdir. Ibnu Ömər, Hz. Əbu Bəkir, Ömər, Osman, Aişə, Abdullah b. Məs'udan hədis rəvayət etmişdir. Ondan rəvayət edənlər arasında isə Said b.Əl-Müsəyyəb, Əl-Bəsri, İbnu Şihab Əz Zühri, Mücahid, Tavus və İkrimə kimi bir çox ravilər vardır.

Abdullah b. Ömər 73 yaşinda vəfat etmişdir. Söyləndiyinə görə Həccac ona sui qəsd hazırlamış və zəhərli bir mizraqla onu öldürtmüşdü