Abdullah b. Məsud

Adı Abdullah b. Məsud b. Qafil əl-Huzəli künyəsi Əbu Əbdirrahmandır. İslama ilk girənlərin altıncısıdır. Həbəşistana iki dəfə hicrət etmiş və Rəsulullah (s.a.s)ilə birlikdə bütün döyüşlərdə iştirak etmişdir. Bədr döyüşündə Əbu Cəhli öldürən odur. Buna görə Hz.Peyğəmbər (s.a.s) onun cənnətlik olduğunu söyləmişdir. Rəsuli Əkrəm (s.a.s): "Qur'ani Kərimi dörd adamdan öyrənin: Abdullahdan (yəni Abdullah b. Mə'sudan), Əbu Hüzeyfənin mövlası Salimdən, Muaz b. Cəbəldən və Übey b. Ka'bdan" buyurmuşdur.

Abdullahin ayaqlari çox nazik idi. Bəzi səhabələr onu bu halına gülürdülər. Bunu eşidən Rəsulu Əkrəm (s.a.s) buyurdu ki: "Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, o iki ayaq Mizanda Uhud dağından daha ağır gələcəkdir."

Hz.Ömər onu Kufəyə beytul mal məmuru vəzifəsinə göndərmişdir. Ibnu Mə'sud təqva və iffətin timsali idi.

Ömər və Sa'd b. Muazdan hədis rəvayət etmişdir. Ondan rəvayət edənlər isə: Abadilə, Ənəs b. Malik, Cabir b. Abdullah, Əbu Musa'l əl-Əş'ari, Alkamə, Məsruq, Qadı Şureyh və başqalaridir. Rəvayət etdiyi hədislərin sayı 848-dir.

Mədinəyə gələndə xəstələndi və hicri 32-ci ildə vəfat etdi. Cənazə namazını Osman b. Affan qıldırdı.