Abdullah b.Əmr b.əl-As
Fəqih dörd Abdullahdan biridir. Atasından əvvəl müsəlman olmuş, Məkkə fəthindən öncə hicrət etmişdir. Abid, zahid, çox oruc tutub, çox namaz qilan və özünü təmamən hədisə vermiş olan bir şəxs idi. 700 hədis rəvayət etmişdir. Hədisləri yazmaq üçün Rəsuli Əkrəm (s.a.s) ona izin verdikdən sonra, ondan eşitdiklərini yazmağa başladı. Buna işarə edərək Əbu Hureyrə deyirdi: "Abdullah b. Amr b. əl-As müstəsna, Rəsuli Əkrəmin (s.a.s) hədislərini məndən daha yaxşi hifz edən bir kimsə yoxdur, çünki o yazardı, mən yazmazdım.
Hz.Ömər, Əbu Dərda, Mu'az b.Cəməl, Əbdürrəhman b.Avf və başqalarindan hədis rəvayət etmişdir. Ondan rəvayət edənlər isə: Abdullah b. Ömər b. əl-Xəttab, əs-Saib b. Yezid, əl-Müsəyyəb, Tavus, İkrimə və başqalaridir.
Abdullah b. Amr, 43-cü ildə Fustatın mühasirəsi günlərində vəfat etdi.