Abdullah b.Abbas

Muksirunun beşincisi olub çox hədis rəvayət etmə baximindan Hz.Aişədən sonra gəlir, 1600 hədis rəvayət etmişdir. Abdullah Rəsuli Əkrəmin (s.a.s) əmisi oğludur, anası isə ümmül mu'minin Hz.Meymunənin bacısı Ümmül fadl Lübabə bintil-Haris əl-Hilaliyyədir.

Hicrətdən üç il əvvəl doğulmuşdur. Rəsuli Əkrəm (s.a.s) onun haqqında belə dua etmişdir: "Allahım! Onu dində fəqih et və Qur'an elmini öyrət. Allah Sübhanəhu və Təalə Rəsulunun duasını qəbul etmişdir. Bu səbəblə İbnu Abbas elminin çoxlugu və fiqhinin dərinliyi ilə məhşur olmuş, elm yolçulari ondan fətva almaq və hədis rəvayət etmək üçün uzaq diyarlardan gəlmişlərdi. Abdullah b. Məsuddan sonra təqribən otuz beş il hərkəsə fətva vermişdir. Onun haqqinda Ubeydullah b. Abdullah b. Utbə bunları söyləmişdir: "Rəsulullahın hədislərini Əbu Bəkr, Hz.Ömər və Hz.Osmanın hökümlərini ondan daha yaxşi bilən, Qur'anın təfsirini, Ərəbcə şer və hesabı ondan daha yaxşi anlayan birini görmədim. Bir gün fiqh bir gün şer bir gün ərəblərin məhşur günlərini başa salmaq məqsədiylə elm məclisləri qurardı. Onun yanına gəlib boyun əyməyən bir alim, ona hər hansı bir şey soruşub cavab almayan bir kimsə görmədim.

Rəsuli Əkrəm (s.a.s) ona tərcümanul-Qur'an ləqəbini vermişdi. Onun təfsiri haqqında alimlər: "Əgər bu təfsiri Rumlar və başqa kafirlər eşitsəydi, mütləq müsəlman olardı." demişlər."

İbnu Abbasa "Bu qədər elmi nə ilə əldə etdin?" - deyə soruşdular. O da : "çox soruşan bir dil və anlayışlı bir qəlb ilə" - cavabını verdi. Onun Qur'an lüğəti haqqındakı biliyi, dini və şəri hökmlərə olan biliyinə nisbətən daha çox idi. Rəvayət edildiyinə görə Nafi b. əl-Əzraq və Nəcdə b. Üveymir bir neçə xarici ilə birlikdə elm təhsili üçün yola düşüb Məkkəyə gəldiklərində, Zəmzəmin yanında duran İbnu Abbasın təfsir haqqında ona soruşulan məsələlərə cavab verməkdə olduğunu gördülər. Nafi də ona bəzi Qur'an ayələri ilə bu ayələrdə bir çox kəlmələr haqqında sual soruşmuş və belə demişdi: "Ərəblər Qur'anı Kərim gəlmədən öncə bu kəliməni bilirdilərmi? İbnu Abbas "bəli" - deyərək ona bir beyt oxumuşdu. Nafi və dostları İbnu Abbasın dərin biliyinə və elminə şahid olmuşdular.

Ibnu Abbas Hz.Əli, Hz.Ömər, Übey b.Ka'bdan hədis rəvayət etmişdir. Ondan rəvayət edənlər isə bunlardır; Abdullah b.Ömər, Ənəs b.Malik, Səhl b.Huneyf və İkrimə.

İbnu Abbas Huneyndə, Taifdə, Məkkə fəthində və Həccətul vədada iştirak etmişdir. Ibnu Əbi Sərh ilə birlikdə Afrikanın fəthinə, Hz.Əli ilə birlikdə Cəməl və Siffin döyüşlərində iştirak etmişdir. Hz.Əli onu öz təmsilçisi olaraq Bəsrə şəhərinə göndərmişdir.

Ömrünün son günlərində gözlərini itirdi. Daha öncə atası və babası da bu xəstəliyə tutulmuşdu. Ibnu Abbas Taifdə hicrətin 68-ci ilində vəfat etdi, cənazə namazını Hz.Əlini oğlu Məhəmməd qıldırdı.