XƏSTƏYƏ VƏ ONA BAŞ ÇƏKƏNLƏRƏ HƏDİS DANIŞMAQ


حدثنا عبد الحميد بن جعفر قال أخبرني أبي أن أبا بكر بن جزء ومحمد بن المنكدر في ناس من أهل المسجد عادوا عمر بن الحكم بن رافع الأنصاري قالوا يا أبا حفص حدثنا قال سمعت جابر بن عبد الله قال سمعت النبي صلى الله عليه وسلم يقول من عاد مريضا خاض في الرحمة حتى إذا قعد استقر فيها


522.Cəfər rəvayət edir ki, Əbu ibn Bəkr ibn Həzm və Muhəmməd ibnul-Munkədir məscid əhlindən olan bir dəstə adamla naxoşlamış Ömər ibnul-Həkəm ibn Rafi əl-Ənsariyə baş çəkdilər. Onlar dedilər: “Ey Əbu Həfs! Bizə hədis danış”. O dedi: “Mən Cabir ibn Abdullahın (r.a) belə dediyini eşitdim: “Mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Kim bir xəstəni ziyarət etsə, rəhmətə dalmış olar, onun yanına oturduqda isə rəhmətə qovuşar”.
[ Səhihdir ]

Fəsillərə qayıt... ( index.php?lngs=aze&do;=books&id;=7 )