BƏDƏVİLƏRƏ BAŞ ÇƏKMƏK

span class="arab">
عن بن عباس أن رسول الله صلى الله عليه وسلم دخل على أعرابى يعوده فقال لا بأس عليك طهور إن شاء الله قال قال الأعرابي بل هى حمى تفور على شيخ كبير كيما تزيره القبور قال فنعم إذا


514.İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) xəstə bir bədəviyə baş çəkmək üçün onun yanına gəlib dedi: “Eybi yoxdur, inşallah (günahların) təmizlənir!” Bədəvi dedi: “Xeyr, bu, ixtiyar çağında olan qocanın bədənində od kimi yanan bir qızdırmadır ki, onu qəbirlərə aparsın”. Peyğəmbər (s.a.s) dedi: “Elə isə, yaxşı (qəbul etmirsən, özün bilərsən)”.
[ Səhihdir ]

Fəsillərə qayıt... ( index.php?lngs=aze&do;=books&id;=7 )