ALLAHIN CƏMALINI SEYR ETMƏK

Ziyarətçilər onlar üçün qurulmiş ziyafətdən məmnun halda ikən birdən pərdələr qaldırılar və Rəbbləri camalıyla görünər. Sevincdən və heyrətdən qəlbləri dayanacaq hala gələr. Çünki O elə bir Qədimdir ki, yaratdıqlarının heç biri Özünə bənzəməz. Gözlər Onun camalını seyr etməyin sərməstliyini yaşayarkən anidən sevgililəri olan Allah onlara belə səslənər:
″Salam, qullarım! Xoş gəldiniz!″ Əzəmət və gözəlliyilə Allahın kəlamını eşidərkən nə dünyada, nə də axirətdə qovuşa bilmədikləri bir səadət və məstlik qəlblərinə dolar. Çünki heç bir tayı-bərabəri, bənzəri olmayan Rəbbin kəlamını eşidərlər.

Onları bir anlıq düşün! Hamısı başlarını aşağı əymiş, Allahın kəlamını eşitmək üçün qulaqları ilə deyil, sanki qəlbləri ilə dinləməkdədirlər. Və bu dinləmədən aldıqları zövqdən üzləri nur saçmaqdadır. Allahın birbaşa sənə xitabən söylədiyi sözləri eşitmə sevincin bir yana dursun, dostlarına ″Xoş gəldiniz!″ dediyi an duyduğun sevincdən ruhun uçsa bu, sənə çox görülməz. Allah onları ″Salam!″ sözü ilə salamlayar. Onlar da Onun salamını: ″Salam Sənsən! Salamat da Səndəndir! Cəlal və ikram da sadəcə Sənə məxsusdur!″ deyərək alarlar.

Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )


Azerislam.com