″DOSTLARIMI GEYİNDİRİN!″

Mələklər Allahın əmr etdiyi içkiləri ziyarətçilərə təqdim edəndən sonra Rəbbləri belə buyurar: ″Dostlarımı geyindirin!″ O anda mələkləri bir gözünün önünə gətir! Cənnətdə ona oxşarları heç bir zaman geyilməmiş çox qiymətli libaslar gətirərlər. Cənnət əhlinin hüzurunda dayanaraq o libasları Allahın rizasına layiq bir şəkildə onlara geyindirərlər.

Onları bir anlıq təsəvvür et! Libasları başlarında ayaqlarınadək əyinlərinə biçilmiş kimi üzərilərinə oturar. Gözəllikdən üzləri şəfəq saçar. Daha sonra isə Rəhmli və Mərhəmətli Allah: ″Onlara gözəl ətirlər vurun!″ deyə əmr edər.

Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )


Azerislam.com