MƏCLİS TAMAMLANINCAMəclisləri tamam olub hər bir kəs rahatca öz yerini tatandan sonra Cənnət əhli üçün süfrələr sərilər. Əziz və Cəlil olan Allah ziyarətçilərinə yemək və meyvə təqdim edər. Allahın ziyarətçiləri və sevgili qulları üçün süfrələr qurular. Rəhmanın ziyarətçilərinə qulluq etmək üçün mələklər səfərbər olarlar. İçərisi xəyal belə etmədikləri cürbəcür yeməklər və çeşid-çeşid meyvələrlə dolu olan qızıl sinilər qonaqların önünə qoyular. Rəbblərinin onlara olan izzətindən məmnun və sevincli halda əllərini o nemətlərə uzadarlar. Heç şübhəsiz ziyarət edilən hər kəsin öz ziyarətçisini şərəfləndirməsi onun haqqıdır. Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 ) Azerislam.com |