RƏBBİNDƏN GƏLƏN DƏVƏT
O anda birdən-birə belə elan edən mələyin səsini eşidərsən: ″Ey Cənnət xalqı, Allahın sizə verdiyi bir söz var ki, hələlik yerinə yetirilməmişdir!″ Cənnətliklər onlara ehsan edilənlərin çox artıq böyük olduğunu bildirərək cavab verərlər. Cənnətə salındıqlarını, əzabdan əmin olduqlarını, artıq onlara verilən lütf və ehsandan daha artıq bir şeyin olmadığını söyləyərlər. Sən də onlarla birlikdə belə deyərsən: ″Üzümüzə rəhmətlə baxmadımı? Bizi Cəhənnəmdən qurtarmadımı? Bizi Cənnətə salmadımı? ″
Bundan sonra mələklər onlara belə səslənər: ″Allah sizdən Onu ziyarət etməyinizi istəyir. Onu ziyarət edin!″ Onlar bu vəziyyətdə ikən, yəni sevinc və fərəhdən qəlbləri ruhları ilə birlikdə bədənlərindən uçmuş kimi ikən bir də baxarlar ki, mələklər yaqutdan yaradılmış, sonra da ruh üfürülmüş cins atlarla birlikdə onlara doğru gəlirlər. Atların üzləri parlaqlıq və gözəllik baxımından çıraq kimidir. Bütün pisliklərdən təmizdirlər. Qanadlıdırlar. Yəhərləri Cənnətin qırmızı ipəkləri və bəmbəyaz tiftiyindəndir. Üzərində qırmızı və ağ olan iki xətt vardır. Biçim olaraq dünyadakı ən gözəl cins atları xatırlatsa da insanlar onlar kimi gözəlini görməyiblər.
Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )
Azerislam.com
|