ÖLDÜRÜLƏN ÖLÜMSənin gözlərin önündə (bir qoç şəklinə gətirilən) ölümü boğazlayarlar. Sən artıq ölümdən əmin olarsan və ondan heç bir zaman qorxmazsan. Sənə Rəbbinin yaxınlığı və Cənnəti ehsan edilmişdir. Rəbbin səndən razı olduqdan sonra bir daha əbədi olaraq Onun qəzəbindən qorxmazsan. Nemətlər içərisində üzərsən, lakin bir daha heç vaxt əzabın gələcəyindən qorxmazsan. Çünki sən dəqiq olaraq bilirsən ki, Əziz və Cəlil olan Allah səni sevir, səndən razıdır və içində qərq olduğun nemətlərdən məmnundur. Allahın səadət yurdu nə müəzzəmdir! Allahın yaxınlıq və himayəsi nə böyükdür! Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 ) Azerislam.com |