QURBAN VƏ ONUN HÖKMLƏRİRəhmli, Mərhəmətli Allahın adı ilə!
«Rəbbin üçün namaz qıl və qurban kəs!» («əl-Kövsər» surəsi, 2-ci ayə) «De ki: «Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür». («əl-Ən'am» surəsi, 162-ci ayə) «Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər («bismilləh» desinlər) » ( «əl-Həcc» surəsi, 34-cü ayə) Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-bərəkəti və salamı olsun!) demişdir: «Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir». (əl-Buxari, 5546-cı hədis). Qurban bayramı münasibətilə qurban günlərində (zil-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədilə kəsilən heyvan. Təkid olunmuş (vacibə yaxın olan) sünnədir (müstəhəb əməldir). Ay təqvimi ilə zil-hiccə ayının 10-u bayram namazından sonra başlayıb zil-hiccənin 13-ü gün batana qədərdir. Qeyd: Qurbanı bu günlər əsnasında gecə vaxtı da kəsmək olar. Dəvə, öküz, keçi, qoç və ya qoyun. Qeyd: 7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir. a) İxlas: yəni, bu ibadət yalnız Allah üçün olmalı; b) Mutabəə: yəni, Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-bərəkəti və salamı olsun!) etdiyi kimi olmalıdır. a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır; b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. (yəni, xoruz, dovşan və s. olmamalıdır;) v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni: •dəvə: 5 illik; •öküz: 2 illik; •keçi: 1 ilik; •qoç və ya qoyun: 6 aylıq. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərdən də çox yaşı olan heyvanı qurban kəsmək olar. q) kəsilən heyvanlarda təkgözlük, axsaqlıq, xəstəlik, zəiflik və arıqlıq kimi eyiblər olmamalıdır. •qurban həddi-büluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir; •qurban kəsən şəxs müsəlman və ya kitab əhlindən (yəhudi və ya xristian) olmalıdır; •qurbanı kəsmək üçün niyyət olmalıdır; •qurban yalnız Allah üçün kəsilməlidir; •qurban kəsdikdə Allahın adı çəkilməli, yəni «bismilləh» deyilməlidir; •qurban Allahdan qeyrisinin adı ilə kəsilməməlidir; •qurban, kəsici iti alətlə kəsilməlidir; •qurban şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır; •qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır; Qeyd: Bu şərtlərdən birinə riayət olunmazsa qurban qəbul olunmur. •qurbanı qibləyə tərəf döndərmək; •qurbanı səliqəli və rahat şəkildə kəsmək; •dəvəni ayaq üstə, öküz və qoçu isə uzanan yerdə kəsmək; •bıçağı kəsilən heyvana göstərməmək; •«bismilləh» dedikdən sonra «Allahu Əkbər» demək; •qurbanın qəbul olunması üçün dua etmək; •qurbanın kim tərəfindən kəsildiyini dillə tələffüz etmək; Qeyd: Bu əməllərdən hər hansı birini tərk etmək qurbanı batil etmir. •bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək; •bir heyvanın gözünün qabağında o birisini kəsmək; •kəsilmiş heyvanın canı çıxmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək; Qeyd: bu əməllərdən hər hansı birini etmək qurbanı batil etmir. •Bayram namazının günü və vaxtı: •miladi təqvimlə 21 Yanvar 2005-ci il, yerli vaxtla səhər saat 9:00 ; •Qurban kəsilən sonuncu gün: 24 Yanvar 2005-ci il (günbatana qədər); •Sübh namazından bayram namazına qədər təkrarlanan dua: «Allahu əkbər, Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və lilləhil-həmd». Bu duanı hər kəs, camaatla (xorla) deməmək şərtilə, özü-özlüyündə təkrarlamalıdır; •Bayram namazı üçün azan və iqamə oxunmur; •Bayram xütbəsi namazdan sonra olur; Allahdan Onun üçün etdiyimiz ibadətləri bizdən qəbul etməsini istəyir və Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə, səhabələrinə və yaxşı işlərdə onların yolunu tutanlara Allahın xeyir-bərəkətini və salamını diləyirik! Tərtib: Əlixan Musayev Qurbanla əlaqəli çap vərəqələri əldə etmək istəyənlər və bu vərəqələri çap edərək paylamaq istəyənlər "Word" ( https://www.azerislam.com/qurban/qurban2005.doc ) və "RAR" ( https://www.azerislam.com/qurban/qurban2005.rar ) fayllarını buradan köçürə bilərlər. |