AÇILAN CƏNNƏT QAPILARI

Onlar Cənnətin bağçalarından qapısına doğru sürətlə qaçarlar. Həsrətdən çırpınan qəlbləri ilə qapının ağzına çatar və qapıları açmaq üçün əllərini uzadarlar.
Artıq qəti olaraq Cənnətə girəcəyinə əmin olduqda sevinc və həyəcanın daha da artar. Bir anlıq təsəvvür et, bütün dünya həyatın boyu imtahanlara sinə gərib Allah rizası üçün yaşayaraq arzusunda olduğun, qəbrin, qiyamətin, məhşərin, siratın bütün sixintı və dəhşətlərini gözlərinlə görub ta dərindən yaşayaraq həsrətini çəkdiyin Cənnətin lap qapısının önündəsən. Bu nə böyük həsrət, bu nə şirin vüsaldır…
Qapıların açılış səsini eşidərkən için nəşə ilə dolar, qəlbinə bu zamanadək heç duymadığın xoşbəxtlik hissi hakim olar.
Aləmləri Rəbbinin Cənnətinin qapıları üzlərinə açılanların yaşadığı sevinc nə gözəl sevincdir!

Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )


Azerislam.com