ÇİRKİNLİKLƏRİ TƏMİZLƏYƏN ÇAY

Sonra başqa bir çaya tərəf yönələr və ətrafındakı qablardan birini əlinə alarsan. Gözünün önünə o qabın və içəcəyin suyun gözəlliyini gətir. Sən əmin olacaqsan ki, bu suyu içərək qəlbini bütün kin-küdurətdən və düşmanlıqdan təmizləyir, vücudunu əbədi olaraq rahatlayırsan. Nəhayət qədəhi dodağına qoyub mayeni qurtumladıqca əvvəllər dadını heç bilmədiyin və içməyə alışmadığın bir su olduğunu öyrənərsən. Boğazından mədənə axıb gedərkən hiss edəcəyin ləzzət izaholunmazdır. Qəlbin duyduğun sevincdən uçar kimidir.
Daxilin hər cür xəstəlikdən və çirkinlikdən tər-təmiz olar. Daha əvvəl içində olan səni qəm, qayğı, hirs, sıxıntı, əsəb və düşmanlığa doğru çəkən hər xasiyyətdən təmizlənmiş köksünün yüngülləşdiyinin şahidi olarsan. O anda daxili aləminin tər-təmiz olmuş sərinliyi nə qədər gözəl və bu hissin qəlbinə verdiyi rahatlıq nə qədər də xoşdur!
Sonunda sənin və yanında olan digər Allah dostlarının da qəlb və bədən təmizliyi tamamlanan kimi Comərt və Mərhəmətli olan Rəbbin mələklərdən olan gözətçilərinə əmr edər. Onlar daimi olaraq Allaha
itaət edərək Ondan qorxmaqda, əzabına görə ürpənib titrəməkdə, Ona təzim və təşbih edərək heybət duymaqda və qəzəbindən çəkinməkdədirlər. Allah həmin bu gözətçilərə Öz dostları üçün Cənnətin qapılarını açmağı əmr edər.

Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )


Azerislam.com