SIRATDAN KEÇMƏ SÜRƏTİ GÜNAH YÜKÜNÜN YÜNGÜLLÜYÜ İLƏ ÖLÇÜLƏCƏKDüşün bir anlıq! Sən qorxularına baxmayaraq, sürətlə keçib gedirsən. Sıratdan keçiş sürətin günahlarının ağırlığında və yüngüllüyündə olduğunu göz önünə gətir. Körpünün sonuna çatmısan. Qəlbini bürüyən ümüd hissi artmaqda, vücudunu nur bürüməkdədir. Hələ Sıratın üzərində olsan da artıq Cənnətin nemətlərini gözlərinlə görürsən. Ürəyin Cənnətə, Allahın qonşuluğuna, rizasına qovuşacağına əmin olmuşdur. Allahın razılığını tezliklə qazanmaq həsrətindəsən. Nəhayət Sıratın sonuna çatmısan. Bir ayağınla Sıratın sonundan Cənnətin qapısı arasında olan bölgəyə addım atırsan. Atdığın ayağını yerə qoyursan. Hələ ki, digər ayağın Sıratın üzərindədir. Qorxu və ümüd birlikdə qəlbini bürümüşkən və sənə qalib gəlmişkən digər addımını da atırsan. Artıq Sıratı bütünlüklə keçmisən. Cənnətin qapısı ağzında iki ayağını da o gözəl torpaqlara basmısan. Bütün vücudunla körpüdən ayrılmış və artıq onu geridə qoymusan. Cəhənnəm isə hələ də üzərindən keçənlərin altında çalxalanıb durar. Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 ) Azerislam.com |