SIRATDA HALIMIZ NECƏ OLACAQ?
Bu halını sakit bir başla və gücsüz bədəninə baxaraq bir düşün! Sən bütün bu baş verəcəklərə dözmək üşün nə qədər də zəifsən… Odur ki, əvvəl-axır keçəcəyin o körpünün üzərindən rahat adlayıb Cənnətə qovuşmaq üçün hələ nə qədər ki dünyadasan günah yükünü azalt. Heç şübhəsiz ki, Qiyamət gününün təhlükələri hələ dünyada ikən bunları düşünən, bu təhlükələrdən xilas olmaq ümüdi ilə gözəl əməllər edən, qəlblərində Axirətdəki xilasın ağır yükünü daşıyan Allah dostları üçün asanlaşdırılar.
Elə isə sən də bu oxuduqlarını davamlı olaraq gözünün önünə gətir, Axirətin qorxu və qavğasını yadından çıxartma ki, Rəbbin də Qiyamətin ətürpədən, qorxunc dəhşətlərini sənin üşün yüngülləşdirib asanlaşdırsın. Çünki Allah and içərək öz dostlarına həm dünyadakı, həm də Axirətdəki dəhşətləri daddırmayacağına söz vermişdir.
Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )
Azerislam.com
|