RİYANIN CƏZASI
Bəlkə də Allah sənə bunu dünyada ikən Rəbbinin qatında məqam və dərəcəni itirmək bahasına qulların yanında yaxşı tanınmaq üçün Ona olan itaət və ibadətində riyakar davrandığına görə nəsib etmişdir. Beləcə də səni davranışlarınla Ondan üstün tutduğun insanların yanında rəzil etmişdir. Çünki sən Allahın razılığı əvəzinə Allaha olan itaət və ibadət işlərində o qulların tərifinə razı olub məmnun olmuşdun. Bir o vəziyyəti düşün, bir də bunu! İki vəziyyətdən hansının səni ucaltdığını, hansının sənin rəzil olmana səbəb olduğunu diqqətlə düşün!
Kəbin belə dediyi rəvayət edilmişdir: ″Bir insanın Cəhənnəmə aparılması əmr edilər-edilməz yüz min mələk üzərinə birdən hücum edər.″ Əbu Abdullah dedi ki: ″Mənə belə bir bilgi çatdı: Qul Allahın hüzurunda dayandırılaraq gözləməsi uzanarkən mələklər belə deyərlər: ″Allahın lənətinə uğrayası qul! Əziz və Cəlil olan Allaha bu qədər çox mu qarşı çıxdın? Amma dünyada ikən çox gözəl zahiri görünüş nümayiş etdirərdin.″ Əbu Abdullah sözlərinə davam edərək belə dedi: ″Kim ki, Allahın sevmədiyi işlərlə özünü insanlara sevdirməyə çalışar və Allahın xoşlamadığı şeylərlə Ona qsarşı çıxarsa, o kəs Rəbbinə İzzət və Cəlal sahibi Allahın ona hiddətlənmiş və qəzəblənmiş halı ilə qovuşar.″
Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 )
Azerislam.com
|