ULU DİVANQəlbin titrəyərək iztirab və ürpərtiylə hüzurda durduğun anı bir düşün! Səni yaxaladıqları zaman əlləri ilə bazularından tutmaqlarını və o anda onların ovuclarının sərtliyini bir düşün! Mələklərin əlləri ilə bir anda yaxalanmağını və səflərin arasından keçirilməyini bir düşün! Qəlbin uçar, gözlərin hədəqəsindən çıxar. Onların əllərində Rəhman olan Allahın ərşini qədər aparılarsan. Və bir anlıq Allahın ulu kəlamıyla səni çağırmasını fərz et! …″Ey Adəm oğlu, yaxınlaş mənə!″ Nurunun içərisində qərq olarsan. Fəsillərə qayıt... ( https://www.azerislam.com/index.php?lngs=aze&cats;=1&ids;=563 ) Azerislam.com |